“Bank Standard”ın qarşısında əmanətçi etirazı

    “Bank Standard”ın qarşısında əmanətçi etirazı


    Vətəndaşlara pullarının nə zaman qaytarılacağı deyilmir; “Əmanətlərin faizini qaytarmırlarsa, bəs niyə banka kredit borcu olanların faizini hesablayırlar?
    Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası sentyabrın 30-da “Bank Standard”ın lisenziyasını ləğv edib. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı "Bank Standard"ın lisenziyasının ləğvini belə əsaslandırıb: “Öhdəliklərin idarə olunmasında çətinliklər yaranıb. 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. 5000 manata qədər olan əmanətlərin və sosial ödənişlərin ödənilməsi təmin edilib.

    Ancaq bankı idarə etmək bizim səlahiyyətimiz deyil. Bankın sağlamlaşdırılması məqsədilə qərar qəbul edilib. Hökumətin də səylərinə baxmayaraq bankın dayanıqlığını təmin edə bilmədik. Bankın ləğvetmə prosesi zamanı "Standard Sığorta" ilə münasibətlərinə aydınlıq gətiriləcək. Biz sığorta şirkətlərinin aidiyyəti banklarda saxladığı pulu onun kapitalı kimi nəzərə almırıq. Bankın bağlanması sığorta şirkətinin bağlanması demək deyil. Amma bu onun da fəaliyyətinə təsir edəcək".

    R.Aslanlı əmanətçiləri narahat olmamağa çağırıb. Bildirib ki, qorunan əmanətlər əhaliyə tez zamanda ödəniləcək. Palata rəhbərinin sözlərinə görə, əmanətlərin qaytarılmasını Əmanətlərin Sığortalanması Fondu həyata keçirəcək.

    Xatırladaq ki, bankda 520 milyon manat əmanət var. Bunlardan 460 milyon manatı qorunan əmanətdir. Bütövlükdə fiziki hesaba malik olan şəxslərin sayı 260 mindən artıqdır.

    Bağlanan bankda vəziyyətin necə olduğunu öyrənmək üçün “Yeni Müsavat”ın müxbiri “Bank Standard”ın baş ofisində olub və ofisin qarşısında toplaşan əmanətçilərlə görüşüb.
    Bankın lisenziyasının ləğv edilmə xəbərini eşidən əmanətçilər baş ofisə axın edir. Bankın həyətində onlarla müştəri toplaşmışdı. Onlar təlaş içərisində qoyduqları əmanətin geri qaytarılması üçün prosedur qaydalarını, əmanətlərinin nə zaman qaytarılacağını öyrənməyə çalışırdılar.

    Bankda isə bütün əməliyyat sistemləri dayandırılıb. Müştərilər bank işçilərindən məlumat almağa çalışsalar da, onlara dəqiq məlumat verilməyib. İnsanları narahat edən səbəb isə onlara dəqiq zamanın deyilməməsidir. Əmanətçilərin sözlərinə görə, baş ofisdən onları sadəcə yola verirlər. Bu səbəbdən də bank əməkdaşları və əmanətçilər arasında kiçik mübahisələr də yaşanırdı.

    Bankın qarşısına toplaşan bir neçə əmanətçi ilə həmsöhbət olduq. Adının çəkilməsini istəməyən əmanətçilər depozitlərinin qaytarılması ilə bağlı onlara konkret zaman təyin olunmadığını bildirdilər: “Bankın əməkdaşları bizə deyirlər ki, bura gəlməyin, 10-15 gün gözləyin, məhkəmə qərarı çıxsın sonra bəlli olacaq. Dediklərinə görə, bizə pulumuzu qaytaracaq bankların siyahısı internet resurslarında dərc olunacaq, sığortalanmış əmanətlərin qaytarılması daha tez həllini tapacaq. 100 min manatadək əmanətlər daha tez qaytarılacaq”.

    Əmanətçilərin sözlərinə görə, bir ay öncə bankdan əmanətləri sığortalamaqla bağlı təklif gələndə nəticənin belə olacağı ağıllarına gəlməyib: “5-6 ay öncə xəbər gəzirdi ki, bankda kimin əmanəti varsa, sığortalasın və bu zaman gəlir 12 faiz olacaq. Ancaq əvəzində əmanətlər sığortalanacaq. Ağıllı adamlar əmanətini 12 faizə endirib sığortalatdı. Bunun müsbət tərəfi odur ki, vəsaitlər qaytarılan zaman sığortalı olan əmanətlər qabağa salınacaq. Sığortalanmayanlar isə sonraya saxlanılacaq. Dəqiq zaman isə bəlli deyil. Bundan əlavə, bankda 30 min manata qədər əmanəti olanlar avtomatik olaraq sığortalanır”.
    Digər bir əmanətçi isə dollarla olan əmanətlərinin manatla ödəniləcəyindən narahat olduğunu dedi: “Bank bağlanan gün bir əmanətçi 5 min dollar əmanətini götürməyə gəlmişdi. Ona dedilər ki, bu pulu sizə manatla verək. O isə israr etdi ki, banka dollarla əmanət qoymuşam, dollarla da qaytarın. 1000 dollarını qaytardılar. Qalan hissəsini isə növbəti günlərdə qaytarmağa söz verdilər. Belə çıxır ki, dollarla olan əmanətlərin qaytarılması gecikdiriləcək. Dollarla əmanəti olanlara vəsaitləri hissə-hissə ödəniləcək”.

    Adının çəkilməsini istəməyən əmanətçi depozitlər qaytarılarkən faizlərin hesablanmayacağını dedi və bunun ədalətsiz olduğunu vurğuladı: “Bankda 17 min manat əmanətim var, bu təbii ki, qaytarılmalıdır. Ancaq bizə əmanətin faizi də verilməlidir. İllərdir pulumuzu burada boş yerə saxlamırıq ki... Ancaq bank əməkdaşları faiz adı çəkən kimi bizimlə sərt danışırlar. Deyirlər ki, camaat əmanətinin dərdindədir, siz isə faizin. Əmanətlərin faizini qaytarmırlarsa, bəs niyə banka kredit borcu olanların faizini hesablayırlar? Biz pulumuzun faizini istəyəndə isə etiraz edirlər. Əslində lisenziyası ləğv olunan banklar kreditlərə də faiz almamalıdır. Bağlanan gününün səhəri bank əməkdaşı üç gün müddətində əmanətlərin faizi ilə birlikdə veriləyini dedi. İndi isə deyirlər ki, 20 günə televiziyada məlumat veriləcək. Bİr sözlə hərə bir söz deyir. Bilmirik kimə inanaq?”

    Xatırladaq ki, “Bank Standard” bu il Azərbaycanda lisenziyası ləğv olunan 11-ci bank oldu.

     “Bank Standard”ın qarşısında əmanətçi etirazı


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 302


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Luna qalmaqallı çıxışları ilə gündəmdə- "Səviyyəli şəkildə..."-EKSKLUZİV (Video) Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq öldü Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib Prezident Bakı məktəbində - Fotolar Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq" Putin Həbiblə görüşdü - VİDEO Elinaya görə 100 min təzminat çox azdır - Ekspert Şirvan sakini turşudan zəhərləndi Azərbaycanda uşaqpulu necə və kimlərə verilsin?.. Ekspertdən TƏKLİF Mirşahin Sərdar Cəlaloğluna qardaşını xatırlatdı Bakıda 43 yaşlı kişini avtomobil vurdu Nəsimiyə həsr olunan beynəlxalq elmi konfrans olacaq Bakıda binadan düşən iri şüşə parçası 2 nəfərə xəsarət yetirib - VİDEO Məktəb direktor və müavinlərinin maaşı artdı Beynəlxalq Mətbuat Mərkəzində “Məişət zorakılığı” mövzusunda tədbir keçiriləcək Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib. Bakıda 26 yaşlı kişi bıçaqlandı Limon suyuna sarımsaq atanda baxın nə olur! Təsiri inanılmaz Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb Bakıda təcili yardım maşını ilə mebel daşındı - VİDEO Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədovdan açıqlama Leyla Əliyeva xaricdə magistr təhsili alacaq gənclərlə görüşdü - Foto Şəmkirdə avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananların adları - YENİLƏNİB + FOTO Bakıda maşın 39 yaşlı kişini vurub xəstəxanalıq etdi Yaponiya rəsmisi: Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıyıq Qasırğa qurbanlarının sayı daha da artdı - Video Alimlərdən qazlı içkilərlə bağlı ölüm xəbərdarlığı: gündə bir stəkan içirsinizsə... Boris Conson: "Britaniyanın 31 oktyabrda AB-ni tərk etməsi üçün əlimdən gələni edəcəm" Rusiyada hərbi helikopter qəzaya uğradı - Video Q.Paşayeva tələbə adını qazanan gənclərə çağırış edib Qorxudan ürək partlaya bilərmi? - Tibbi izahı Manatın məzənnəsi dəyişmədi Bakıda küçədən kişi meyiti tapılıb Bu gün bu rayonlarda qaz təchizatı dayandırılacaq - XƏBƏRDARLIQ Amerika çempionatında gözəl qol vuruldu Cəfər Cabbarlı 120 yubileyi münasibətilə kitab təqdimat mərasimi keçirildi Kartofu qızardarkən xərçəng törədən maddə yaranır — Düzgün bişirilmə qaydası Leyla Əliyeva Üzüm və Şərab Festivalında - Fotolar “Nar” bölgələri yüksək keyfiyyətli internetlə təmin etməyə davam edir Rusiyalı ekspert: Tarixi yenidən yazmaq cəhdi heç vaxt yaxşı nəticələnməyib Ağsuda dağlıq ərazidə yanğın başladı, əraziyə helikopter cəlb edildi MiQ-29-un qalıqları necə tapıldı? - General danışdı İrəvan Bakıya seçim qoymur: Savaş... - Ekspert Azərbaycan səmasında "uçan boşqab" - Şok Video “Tarixə adını yazan Qadınlar” kitabının Tovuzda imza günü keçirilib “Nar” 4G istifadəçilərinin sayı 2 dəfə artdı Mingəçevir İES-də bədbəxt hadisə: fəhlə yanaraq öldü Azərbaycanda benzinlə bağlı qərarda dəyişiklik Azərbaycanda toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 21 nəfər... Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?! Bakıda güclü yanğın başladı – VİDEO Ağsuda yenidən yanğın başladı Mehriban Əliyevanın doğum günüdür Sumqayıtda iki qrup arasında kütləvi DAVA Evi təmir etmək istədi, elektrik cərəyanı vurdu 98 yaşlı qadın yıxılaraq xəstəxanalıq oldu Türkiyədə 30 nəfər qidadan zəhərlənib Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır... BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT Gəncədə 75 yaşlı qadın hovuzda boğulub Putin İlham Əliyevi parada dəvət etdi Azərbaycanda 4 bal zəlzələ olub Bakıda ilk: Akrobatika üzrə dünya çempionatı keçiriləcək Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib Nazirlikdən "İşsizin DOSTU" proqramı ilə bağlı AÇIQLAMA ATƏT: XİN başçıları həmsədrlərin himayəsi altında yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib Bakıda “Range Rover” parka belə girdi - VİDEO ABŞ-dan Çinə qarşı sərt - Bəyanat “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş” Faciə!-Uşağı vurub qaçdı, başqası xəstəxanaya apararkən qəzaya düşdü - İkisi də öldü İsrail ordusu yanlışlıqla öz təyyarəsinə atəş açdı “İnanırdıq ki, Rəşad qayıdacaq” - Həyat yoldaşı+Foto Yer kürəsi boyda yeni planet tapıldı Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal təşkilatları, QHT və KİV rəhbərləri ilə Azərbaycan həqiqətlərindən danışıb Pilotumuz son mənzilə belə yola salındı - FOTOLAR Leyla Əliyeva müalicə olunan uşaqlarla görüşdü - Foto Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb Azərbaycanlı aktyor beyin insultu keçirdi Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib "Sizi Tanıyaq" layihəsinin Sezon Final çəkilişi baş tutdu-Video İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək Ürək xəstəliklərinin səbəbi bəlli oldu Daha bir ölkədə milyonlarla müsəlman üçün həbs düşərgələri qurulacaq- SOS!..-FOTOLAR “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi Şirvanda binanın eyvanı uçub, 1 nəfər xəsarət alıb - FOTO Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - YENİLƏNİB + FOTO\VİDEO Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə Daha bir sex bağlandı: təbii adı ilə quru süddən istifadə edirdilər - FOTO Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VİDEO Göyçay, Ucar və Zərdabda qaz olmayacaq Otel yandı – AZI 8 NƏFƏR ÖLDÜ… – FOTO
    File engine/metagen.php not found.