Azərbaycan diliylə bağlı, milli düşüncmizlə bağlı barmaqla sayılası yazarımız var- Müsahibə

    Azərbaycan diliylə bağlı, milli düşüncmizlə bağlı barmaqla sayılası yazarımız var- Müsahibə


    KİV – informasiyanın kütləyə çatdırılması vasitəsi olub müasir sivilizasiyanın ən xarakterik cəhətlərindən biridir. Kütləvi informasiya vasitələrinin köməyi ilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər. Kütləvi informasiya vasitələri özündə əsasən qəzetləri, jurnalları, radio və televiziyanı cəmləşdirir.

    KİV insan həyatında hansı rolu oynayır- İnsanların bir qismini dünyada baş verən hadisələr, xəbərlər maraqlandırır. Bəziləri problemlərini həll etmək üçün KİV-ə müraciət edir. Bəzilərini maarifləndirici materiallar cəlb edir. Bir çoxları özlərinə cürbəcür əyləncələr tapır.
    Bəs KİV-lərin təsiri ilə nəsə dəyişirmi? KİV hər zaman həqiqəti təbliğ etməlidir. Amma bəzən yalan və araşdırılmamış məlumatı yayırlar. Belə olan halda nə edilməlidir?
    Asiya.info bu sualları cavablandırmaq üçün bir neçə ziyalıya müraciət etdi. Cavablar isə belə oldu:

    Rauf Zeyni
    QHT-nin Prezidenti

    Azərbaycan diliylə bağlı, milli düşüncmizlə bağlı barmaqla sayılası yazarımız var

    -Əsası böyük Həsən Bəy Zərdabi tərəfindən qoyulmuş mətbuat bizimçün dəyərlidir. Mətbuatımız 140 illik çətin yol keçib. Bunu heç vaxt unutmamalıyıq. Milli müasir mətbuatı dəyərləndirməliyik. Elektron KİV-lər elə imkan yaradıb ki, bütün məsələlərə münasibət bildirmək mümükündür. Amma təəssüflər olsun ki, jurnalistikamız böyük böhran yaşayır. Azərbaycan diliylə bağlı, milli düşüncmizlə bağlı barmaqla sayılası bir neçə yazarımız var ki, onların yazıları bizi qane edir. Dünyaya çıxarılasıdır. Qalanları sadəcə gündəlik yaşam uğrunda mübarzə aparırlar.
    Hazırda bəzi jurnalistlər hansısa bir struktura və ya şəxsə sığınaraq işləyirlər və əlbəttə ki onlardan peşə etikası və işinə məsuliyyət, düzgünlük gözləmək olmaz. Reketçiliklə məşğul olan nə qədər jurnalist layiqli cəzasını alıb. Lakin problem hələ də gündəmdədir. Problemin həlli üçün jurnalistlərin maliyyə vəziyyəti yaxşı olmalıdır ki, heç kimdən asılı olmasınlar.


    Şəfayət Əliyev
    Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi, mətbuat xidmətinin rəhbəri

    “Mediada çaqqalar peyda olub, bunlara bəziləri dəyər verdikcə özlərini qurd hesab edib ulamağa başlayırlar”

    - Müstəqillik tarixindən bu yana mediada ciddi islahatlar aparılıb. Demək olar ki, çətin proseslər yaşanıb. Amma kifayət qədər ciddi nəticələr əldə olunub. Mətbuat Şurasının yaradılması ciddi məsələ idi. Göründüyü kimi artıq bu qurum özünün əsl mahiyyətini ortaya qoyub. Orada ciddi media mənsubları təmsil olunur. O cümlədən davamlı olaraq medianın inkişafına yönəlik addımlar , dövlət dəstəyi, jurnalistlərin evlə təminatı bu deyilənlərə böyük stimul verib.
    Məncə mətbuata kifayət qədər dəstək verilib, bundan sonra da verilir. Amma bununla bərabər medianın ən yaralı yeri- mediadan xəbərsiz zümrələrin bu peşə ilə məşğul olmalarıdır. Demək olar ki çaqqalar peyda olub, bunlara bəziləri dəyər verdikcə özlərini qurd hesab edib ulamağa başlayırlar. Cəmiyyət bu təbəqənin əlindən zinhara gəlib. Hərəsi 5-10 sayt yaradıb. Bunlara nəzarət mexanizmi yoxdur, əslində nəzarət mümkünsüz hala gəlib. Reketçilik, şantaj kimi əməllər mətbuata ziddir. Lakin belələri var, onlar Azərbaycan mediasına ləkədir.


    Mütəllim Rəhimli
    Bakı Avrasiya Universitetinin dosenti

    Hansısa bir struktura və ya şəxsə sığınan KİV-dən peşə etikası və obyektivlik gözləmək sadəlövhlük olardı.

    - Kütləvi informasiya vasitələrinin müqəddəs borcu ictimaiyyətə həqiqi informasiyalar çatdırmaqdır. Buna görə də daim qeyd edirlər ki, KİV xəbərlərə şərh vermədən onu olduğu kimi, müxtəlif tərəflərin üst-üstə düşməyən baxışları olduğu halda isə bütün maraqlı qüvvələrin münasibəti ilə birgə təqdim etməlidir. Bu halda həm ictimaiyyət obyektiv informasiya ala bilər, həm də düzgün qərarlar verər. Bütün bunlar təbii ki, azad medianın mövcudluğu şəraitində mümkündür. Lakin, çox təəəssüf ki, biz indi bir sıra hallarda bunun əksini müşahidə edirik. Bəzi media qurumları xəbəri olduğu kimi deyil, öz sahibinin maraqları prizmasından təqdim edir. Nəticədə cəmiyətimizdə azad düşüncəli insanların formalaşması prosesinə də zərbə vurulur. Problemin həlli üçün ilk növbədə medianın maliyyə müstəqilliyi təmin olunmalıdır. Hansısa bir struktura və ya şəxsə sığınan KİV-dən peşə etikası və obyektivlik gözləmək sadəlövhlük olardı.



    Qafar Çaxmaqlı
    Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı, professor

    İndi sayt açıb ağzına gələni yazanlar bəlli ki, peşə təəssübkeşliyindən uzaq adamlardır

    - Hər bir dövrə və ictimai siyasi proseslərə uyğun olaraq media keyfiyyət dəyişikliklərinə uğrayır. İndi deyərdim ki mətbuatımızda bir sınaq dövrü başlayıb. Mətbuat vasitəsilə iyrənc işlərini görmək istəyənlər indi daha fəal görünürlər. İndi sayt açıb ağzına gələni yazanlar bəlli ki, peşə təəssübkeşliyindən uzaq adamlardır və onlar müəyyən peşəkarların qeyri fəallığından yararlanaraq meydan sulayırlar. Zərərini cəmiyyət, demokratiya çəkir
    Gerçəklər deyil, ayrı- ayrı qrupların maraqlarının təmin olunduğu mediya inkişaf edə bilməz. Onu bu bəladan xilas etmək üçün peşəkarlara imkanlar verilməlidir
    Bu sə çox çətin məsələdi
    Şübhəsiz ki mətbuatımızın yaxşı ənənələrini qoruyub saxlayan jurnalistlər yox deyildir. Belə mətbuat orqanları da var. Amma onlar qeyri peşəkarlar fonunda çox zəif görünürlər. Süni surətdə ömrü uzadılan mediya orqanları da yeni jurnalistikanın yaranıb formalaşmasına əngəldi


    Elnur Niftəliyev
    Lider TV Xəbər Departamentində Sosial və Mədəniyyət redaksiyasının rəhbəri

    İnformasiya xətrinə hansısa məlumatı tirajlamaq isə jurnalist etikasına tam ziddir

    - Fikrimcə, həqiqəti təbliğ etməyə ehtiyac yoxdur. Həqiqətin özünü söyləmək kifayətdir. İnformasiya xətrinə hansısa məlumatı tirajlamaq isə jurnalist etikasına tam ziddir. Hansı ki, bu gün xüsusən elektron mətbuatımızın əsas problemlərindən biri məhz bu məqamla bağlıdır. Eləcə də, bəzi televiziya kanallarında da oxşar hallarla rastlaşırıq. Operativlik xətrinə dəqiqləşdirilməmiş məlumatı yayımlayıb, çaşqınlığa səbəb olmaqdansa, tamaşaçını, oxucunu bir qədər gecikmiş, amma dəqiq informasiya ilə təmin etmək lazımdır. Çünki birinci halda hansısa İP, baxış sayında uğur qazandığın halda, cəmiyyətdə yaratdığın yalnış rəyə görə peşənə xəyanət etmiş olursan. İkinci halda operativlikdə uduzsan da, tam dolğun, dəqiq mənbəyə istinadən verdiyin xəbər, sənə olan inamı və gələcəkdə yayımlayacağın informasiyaların da etibarlılığına zəmin yaratmış olur. Birinciyə üstünlük verənlər mətbuata alver predmeti kimi baxanlar, ikincilərsə əsl jurnalistlərdir.
    Vüsalə Qələndərli
    Azərbaycan diliylə bağlı, milli düşüncmizlə bağlı barmaqla sayılası yazarımız var- Müsahibəскачать dle 10.6фильмы бесплатно

    Oxunub : 491


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    "28 May Respublika günü"-nə həsr olunmuş " Vətən" Kikboksinq klubunun açıq brinciliyi keçirilib. - FOTO MƏNASIZ SÖZ DAVASI BARƏDƏ SADƏ BİR MÜHAKİMƏ Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri Lənkəranda tibbi aksiya keçirəcək “Nar TV” istifadəçilərinin sayı 117% artıb "Qızlar oğlanlara nisbətən daha məntiqlidir!-Müsahibə 17 mayda gözlənilən hava şəraiti Gəncədə 15 yaşlı oğlanı maşın vurdu "Sizi Tanıyaq" layihəsinin 1 illik hesabat konsert tədbiri keçirildi-Video “Nar”“Facebook”səhifəsinə daxil olmuş müraciətləri 100% cavablandırıb Millət vəkilinin dəstəyi ilə Tovuz Gənclər Evində möhtəşəm təqdimat Millət vəkili Q. Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib 15 mayda gözlənilən hava şəraiti Şəkəri yüksələn sürücünün avtomobili körpüdən aşdı 5-ci sinif şagirdi Ulu Öndərə şeir həsr etdi Millət vəkili Q.Paşayeva və Türkiyənin təsəvvüf araşdırmaçısı-yazar Camalnur Sarqut seminar verib Faşizm üzərində qələbənin 74-cü ili tamam olur Yaralılar Dəniz Vağzalına gətirildi: 3 nəfərin vəziyyəti ağırdır...(YENİLƏNİB -1) QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsinin icrasına başlayıb 3 vacib sənəd itib-Elan “Nar”dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinədən keçirilib Almaniyada şirlər heyvanat parkının işçisinə hücum edib Sürücülərin NƏZƏRİNƏ: Bu yollar bağlanır Rusiyada Leyla Əliyevanın təşəbbüsü ilə marafon keçirildi Həbsxana rəisi işdən çıxarıldı Millət vəkili Q.Paşayeva “Döyüşə qızlar gedir” filmin təqdimatında döyüşçü qadınlarımızı gənclərin daha yaxından tanıması üçün KİV-lərə çağırış edib “Maddi dünya uğur deyil, həyatda ən vacib olan...” - Leyla Əliyeva “Qarabağ” komandası 2018-2019-cu il mövsümünün qalibi olub- VIDEO+fOTO Millət vəkili Q.Paşayeva IV Buktreyler Festivalında çıxış edərək gənclər arasında mütaliənin gücləndirilməsi üçün qurumlara və ictimaiyyətə çağırış edib Ucarda 11 yaşlı oğlanı it dişləyib II qrup əlildən prezidentə: “Karvan”ın haqsızlığına susmayın” – Video ““Azəriqaz” insanlara problemlər yaradır” - Prezident Qazın yeni limiti belə hesablanacaq “100 yaşlı Tovuz futbolu” kitabının təqdimatı və Tovuz futbolunun 100 illiyi ilə bağlı tədbir keçirilib Kərəm Həsənov jurnalistin probleminin həlli üçün göstəriş verdi Manatın bugünkü məzənnəsi Limit ləğv edilməlidir -DEPUTAT DANIŞDI Prezident xanımı ilə “Formula 1” yarışlarını izləyir Əli Həsənov “feyk” məlumat yayanlardan yazdı - “Cəhdləri iflasa uğradı” “Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. Azərbaycanlı ana və qızı Moskvada birincilik qazandı-Video Deputat qaz limitinin ləğvinə qarşı çıxdı “Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada qanvermə aksiyası keçirilib Həbsxanadan kütləvi qaçış: silahlar ələ keçirildi Azərbaycanın yeni iqtisadi modeli hazırlanır - Əli Həsənov Leyla Əliyeva Elinaya şeir həsr etdi Bərdədə əməliyyat zamanı xəstənin qarnında yad cisim unuduldu - FOTO/VİDEO Elinanın ölümü haqda ŞOK: Qanını yuyub, direktorun otağına aparıblar (AUDİO) “Kim nə deyir desin, biz elə bizik” – “Acı həqiqət” serialı Əli Həsənov Prezidentin qələbə qazanmasının səbəbini AÇIQLADI Breyn Rinq” izlə, “Nar”-dan hədiyyə qazan! Qənirə Paşayeva: "Bizim ölkələr Avropa qitəsinin enerji təhlükəsizliyinə bundan başqa hansı töhfə verə bilərlər?" Zakir Qaralov Ucarda sakinlərlə görüşəcək Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə yayıldı – “Nəticələri ləğv olunacaq” Rusiya və Çin ABŞ-ı vurmağa hazırlaşır ABŞ Ali Məhkəməsi müsəlman və buddist məhkuma münasibətdə ikiüzlülük göstərdi... Ərdoğan Kremldə bu addımı ilə ABŞ-ı qızışdırdı Leyla Əliyevadan qızı Əminəyə ad günü təbriki - Fotolar Cəbrayıl Həsənov: Bu yarışda yenidən çempion olmağı çox arzulayırdım Efir nəzarətsiz qalanda belə fəsadlar yaşanır - Professor Hesabalama Palatası ən çox nöqsanı 3 nazirlikdə AŞKARLADI "20 il qüsursuz xidmət etmiş hərbi qulluqculara mənzillərin verilməsindən məhrum olmuşuq!"-Şikayət "Ermənistan rəhbərliyi Azərbaycanın girovluqda olan mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir"-Millət vəkili AŞPA-da çağırış etdi BEŞQAT DÜNYA ÇEMPİONU FUAD ZEYNALOVUN DEDİKLƏRİ Millət vəkili Q.Paşayeva Türk Dünyasından gəlmiş sənətçi, ziyalılar və təşkilat rəhbərləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb Gəncədə 44 yaşlı kişi bıçaqlanıb Parisdə güclü yanğın olub, xəsarət alanlar var Hamı qəhrəman ola bilməz. Ancaq hamının bir qəhrəmanı vardır. Azərbaycan nefti bahalaşdı Sabah yağış yağacaq, külək əsəcək Millət vəkili Q.Paşayeva İsraildə Qarabağ, Xocalı soyqırımı həqiqətlərindən danışıb 316 Nömrəli Tam Orta məktəbdə Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib-Video+Foto İçindən qum çıxan uşaq qidasını ölkəyə “Veysəloğlu” gətirib - AÇIQLAMA Millət vəkili Q.Paşayeva Aprel zəfərini bizə yaşadan qəhrəman şəhidlərimizdən Ə.Axundov haqqında film təqdimatında televiziyalara, məktəblərə, cəmiyyətə çağırış edib “Kazbek” meyxanasını oxuyanın CƏZASI BİLİNDİ Ərdoğan əleyhinə yeni partiya qurulur – Keçmiş nazirlərdən gözlənilməz həmlə “Nar” paytaxtda növbəti rəsmi mağazasını təqdim etdi - FOTO MŞ-dən əxlaqsız video ilə bağlı - Bəyanat Azərbaycanlı iş adamının Türkiyədə keçirilmiş seçkilərlə bağlı maraqlı jesti-VİDEO Yeni ayın ilk gününə olan - Hava proqnozu Solomon adalarında 5.4 bal gücündə zəlzələ qeydə alınıb Azərbaycanlılara qarşı soyqırımdan 101 il ötür Bakıda kafedə yanğın oldu “Danışıqlar prosesi nəticəyə yönəldilməlidir” - Prezidentin TASS-a müsahibəsi Bu məlhəm ciyərləri bəlğəmdən təmizləyir - RESEPT Prezidenti İlham Əliyev Avstriyanın Federal Kansleri ilə görüşüb - FOTO TANINMIŞ PRODÜSER-REJİSSOR MİNARƏ ƏSKƏROVA ƏMƏLİYYATDAN SONRA ... -MÜSAHİBƏ-VİDEO Q.Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb Vüqar Bağırov:: "Bu turnirlər bizim üçün təcrübədir və vacibdir" Şirvanda narkotiklə saxlanilan şəxslərin oğurluq etdikləri də məlum olub Uşaqlara qazlı su içirtməyin! Avtomobillər qar uçqunu altında qaldı Novruz tətilindən sonrakı ilk iş gününün hava PROQNOZU Diqqət! Yaddaş pozulması xərçəngin simptomu ola bilər Gəncədə intihar – Özünü asdı Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb Əli Həsənovun əsəri bu ölkədə nəşr edildi Balakən rayonunda güclü yanğın oldu
    File engine/metagen.php not found.