Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

    Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM


    Yeni tədris ilinə çox az müddət qalıb. Bu baxımdan tələbələrin mənzil problemi də aktuallaşıb. Məlumdur ki, ali təhsil müəssisələrinə qəbul olunanlar arasında regionlarda yaşayan gənclərin sayı kifayət qədərdir. Rayonlardan gələn tələbələrin əksəriyyətinin kirayədə qalmağa maddi imkanı olmur. Amma çətinlik ondadır ki. yataqxanalar da çatışmır.
    Maraqlıdır, hansı ali təhsil müəssisələri öz tələbələrini yataqxana ilə təmin edə biləcək?

    Modern.az saytı bu sualla bir neçə ali təhsil müəssisələrinə müraciət edib.


    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli:

    "Azərbaycan Dövlət Pedaqoji Universitetinin beş tələbə yataqxanası var. Onun dördündə erməni işğalı nəticəsində öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən tələbələrimizi ora yerləşdirə bilmirik.  Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbə yerlə təmin edilə bilər.  Yerləşdirmə zamanı daha çox aztəminatlı, şəhid və məcburi köçkün ailələrinin övladlarına üstünlük verilir”.

    Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidməti:

    "Hazırda bir yataqxanamız mövcuddur. Burada təxminən 90 tələbə yerləşdirmişik. Eyni zamanda, həmin binada 12 məcburi köçkün  ailəsi məskunlaşıb. Lakin indi yataqxanada yer yoxdur. Bu səbəbdən tələbələrimizi yerləşdirə bilmək üçün qonşu universitetlərin yataqxanalarına müraciət edirik. Planda yeni yataqxananın inşası nəzərdə tutulur və bununla bağlı danışıqlar gedir”.

    Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli:

    "ADU-nun oğlan və qızlar üçün ayrıca iki yataqxanası var. Oğlanlar üçün yataqxanada məcburi köçkünlər məskunlaşıb. Qızlar üçün yataqxananın iki blokunda da köçkünlər yaşayır, iki blok isə tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün imkanlar var. ADU-da yuxarı kursda təhsil alan tələbələr istənilən vaxt yataqxanada qalmaq üçün müraciət edə bilərlər. Ali təhsil müəssisəsinə yeni qəbul olunan qızlar isə qeydiyyatdan keçdikdən sonra ərizə ilə rəhbərliyə müraciət etməlidirlər. 
    Eyni zamanda, yaşayış yerindən və ailə tərkibi haqqında arayış da təqdim edilməlidir. Yataqxanada qalan tələbələr üçün aylıq ödəniş 20 manatdır. Ancaq hər bir tələbənin yataqxanada qalması 75 manata başa gəlir. Bunun 55 manatını universitet öz üzərinə götürüb, 20 manat isə tələbələr tərəfindən ödənilir. Yataqxanadakı mənzillər 2-3 otaqlıdır. Hər otaqda bir nəfərin qalmasına icazə verilir. Rektor Kamal Abdullanın təşəbbüsü və göstərişi ilə hazırda qızlar üçün yataqxanada gözəl bir kitabxana tikilir”.

    Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidməti:

    "Universitetin 2 və 3 saylı yataqxanaları qızlar üçün, 1 və 6 saylı yataqxanaları oğlanlar üçün, 5 saylı yataqxana isə bütövlükdə xarici tələbələr üçün nəzərdə tutulub. Yəni 5 yataqxanamız tələbələrin istifadəsindədir. Bir yataqxanada isə köçkünlər məskunlaşıb.
    Yataqxanamızın 1200 nəfərə yaxın tutumu var. Hazırda yataqxanaya tələbələrin yerləşdirilməsi prosesi gedir. 110 nəfərə yaxın I kurs tələbəsi, 30 nəfər civarında yuxarı kurs tələbələrinə yer vermişik, eyni zamanda hardasa 1000 nəfərə yaxın köhnə tələbələrimiz yataqxana ilə təmin olunub. Hər gün üç-beş nəfər tələbə yataqxana üçün müraciət edir. Düşünürük ki, Azərbaycan Tibb Universitetinin tələbələri  yataqxanada yerləşdirmə problemi yoxdur və onları yataqxana ilə təmin etmək imkanımız var. Ola bilər, xarici tələbələrdə müəyyən çətinliklər yaransın. Lakin onları da imkan daxilində yataqxana ilə təmin edirik. Qeyd edim ki, yataqxana bütün tələbələr üçün ödənişli deyil. IV, V, VI kurs tələbələri pulsuz qalırlar. Yataqxanadakı otaqların şərait və tutumundan asılı olaraq qiymətləri dəyişir”.

    Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:

    "Azərbaycan Texniki Universitetinin yataqxana kompleksi mövcuddur. Vaxtilə Azərbaycandakı  ali təhsil  müəssisələri içində ən böyük yataqxana kompleksi Texniki Universitetdə olub. Yataqxana 6 korpusdan ibarətdir. Amma hazırda yataqxananın 5 korpusunda məcburi köçkünlər yaşayır. Yalnız bir korpusun üç mərtəbəsindən tələbələr üçün istifadə edə bilirik. Tələbələrin istifadə etdiyi yataqxana korpusunun birinci və ikinci mərtəbəsində məcburi köçkünlər üçün  orta məktəb fəaliyyət göstərir. Üç mərtəbədə 220 tələbə yerləşdirə bilirik. Onlar universitetin Tələbə Həmkarlar İttifaqı tərəfindən müəyyən edilən sosial vəziyyəti zəif, kirayədə qalmağa imkanı olmayan tələbələrdir.
    Təbii ki, hazırda tələbələr yataqxanada qalmaq üçün müraciət edirlər.  Lakin qeyd etdiyim kimi, yataqxanada məcburi köçkünlər yaşadığına görə tələbələri yerləşdirə bilmirik”.

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov:

    "Universitetin 7 binadan ibarət yataqxanası var idi. Onun altısı sökülüb, biri qalıb. Bir yataqxana 320 nəfərlikdir. Bu yataqxanada 4 otağın aylıq qiyməti 35 manatdır. Əsasən əcnəbi tələbələr  müraciət edirlər. Hazırda 1000 nəfərlik böyük və müasir standartlara cavab verən yataqxana inşa olunur. 2018-ci ilin sentyabrın 15-də istismara veriləcək”.

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat xidməti:

    "Universitetin 5 yataqxanası olsa da, hamısında məcburi köçkünlər məskunlaşıb və buna görə də tələbələrə yataqxana xidməti təklif 
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 55


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Millət vəkili Q.Paşayeva banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb “Saytlara 1 milyon ayrılsın” - Əflatun Amaşovdan təklif "Dərs vaxtı nə təmir?! Burada nəsə fırıldaq var" - FAKT İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək Telman İsmayılov Fransadan sığınacaq istədi Bakıda yeni “Tarqovı” salınacaq Milli Şuranın sədri ordenlə təltif olunub ADTGT erkən nikahlarla bağlı regionlarda növbəti tədbirini Şamaxıda keçirdi Q.Paşayeva: "Şəhid ailələri və Qarabağ qazilərinə onlara verilməli olan sığorta pulunun nə zaman ödəniləcəyi ilə bağlı nə cavab verək? Dünyanın ən zəngin iş adamlarından biri saxlanıldı - 6,3 milyard dolları var 37 yaşında 38 uşağı var - Foto Q.Paşayeva MM-də ön cəbhə rayonu olan Tovuzun ciddi problemlərini qaldırıb "Bəzi səfirliklər bağlansın" - deputatdan tələb 35 milyard dollara inşa edilən avtomobilsiz şəhər - FOTOLAR "Dəmirbank"a depozit qoyanların milyonları mənimsənilib - MƏHKƏMƏ “Gecəqondular” özəlləşdirilsin - Deputatdan sənədsiz evlərlə bağlı TƏKLİF Rusiya azərbaycanlı iş adamına qarşı basqıları artırır - FTX "Palmali" barəsində araşdırmalara başlayıb Üç milyon mənimsəyən xanım bankirin məhkəməsi oldu Türkiyə-Rusiya-iran Sammiti Öncəsi Əsəd, Putin ilə Görüşüb Dünya Gözəli Seçilən Hindli Modelin Təbii Halını Görən "Tacını Alın" Deyir Sulu qar, qar yağacaq - SABAH Bəstəkarlar İttifaqında millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib Milli Məclisdə büdcə müzakirələri başlayır Abşeronda doğuş faciəsi: əkizlər də, ana da öldü - Video Həkimdən çağırış: Apteklərdən bunu almayın Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətindən - ŞİKAYƏT “Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama Bakıda istiliyin olmamasının səbəbi bilindi - Açıqlama “Riyad” daha olmayacaq: ad dəyişdi Bakıda zavodda partlayış - Ölən var + Foto Azərbaycanın qeyri-neft ixracı 1,219 milyard dollara çatıb "Yeni il"in bayram günləri açıqlandı - 5 gün istirahət Putinin “ağır topu” Bakıda - Kremlin iki hədəfi Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb Elməddin Səfərovun 3 mərasimi keçirilib WhatsApp-ın səsli ismarıc funksiyasına çoxdan gözlənilən yenilik gəlir “Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq Diqqətli olun: Bakıda insanları ölümə aparan çörək satılır – FOTO Rusiya təcavüzə hazırlaşır: Nazirdən xəbərdarlıq "Gabala Open "beynəlxalg turnirin ikinci günündə 2 saylı "Gömrükçü" idman klubunun idmançısı ugurlu çıxış etdi. Oğuzda təbiətə ziyan vurduğuna görə 51 nəfərə qarşı inzibati protokol tərtib olunub Qaxda mağaza yanıb Azərbaycan gimnastı dünya çempionu oldu — VİDEO Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi Q.Paşayeva MM-də ağır xəstə olan kəşfiyyatçının məsələsini qaldırıb və şəhid analarının çağırışını səsləndirib. Bakı sakinini teplovoz vurdu Hədəf Ərdoğan yox, Türkiyədir – NATO qalmaqalı Bakıda 50 yaşlı kişi damarlarını kəsərək intihar edib Şəmkirdə saxta pul hazırlayan şəxs tutulub Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək Çində güclü zəlzələ AFFA-dan geri addım: komitələr ləğv edilir Ağstafada 42 yaşlı kişi döyülüb Azərbaycan nefti yenidən bahalaşıb İstirahət günü Azərbaycanda hava yağmursuz olacaq Ucarda piyadanı maşın vurub Türkiyədə ağır qəza - Ölən və yaralananlar var + Foto Millət vəkili Q.Paşayeva Mərakeşin tanınmış təşkilat rəhbərlərinə Xocalı soyqırımından danışıb ABŞ Rusiyaya qarşı hərəkətə keçir: KREMLİN layihəsi Rza Zərraba sui-qəsd edilib - Yeni iddia “Putinlə Qarabağ məsələsini müzakirə etdik” - Ərdoğan Azərbaycanda Milli Dirçəliş günüdür Q. Paşayeva Pan-Afrika Parlamentinin Birinci prezidenti Gertrude Mongella ilə köçkün qadınlardan danışıb Tramp 12 günlük səfərindən danışdı Uzun ömürlülüyün sirri bu iki yağdadır... Yeni Azərbaycan çempionları “Araz”dan 16 cavabsız qol Tanınmış jurnalistin köməyə ehtiyacı var “Qremmi” mükafatı laureatı Patti Ostin Heydər Əliyev Mərkəzində çıxış edib - Foto Özbəkistanın müdafiə naziri Azərbaycana gəlib Avro cüzi ucuzlaşdı, dollar isə... Sosial yardım proqramı dayandırılarsa... – Sosioloq İranda ardıcıl iki zəlzələ olub “Nar” Xırdalanda yeni mağazasını təqdim etdi Nazirdən Qocanı öldürən polislərlə bağlı - Əmr Uçsaydıq, bu zəhrimar Koroğlunu görməzdik Məktəbdə OLAY: Şagirdləri ayırmaq istəyən xadimə təpikdən ölüb, yoxsa əməliyyatdan? (YENİLƏNİB) Region gəncləri arasında çövkən-at yarışları təşkil olunub Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Dünya Demokratiya Forumundaiştirak edib. Pakistan heyəti millət vəkili Q.Paşayeva ilə görüşdə Xocalı soyqırımının daha geniş tanıdılması üçün Azərbaycanın yanındayıq deyiblər Prezident girov götürüldü: Ordu həbslərə başladı Məni namərdlikdə ittiham etmək... - Deputatların qalmaqalı Sabahdan payız tətili başlayır Mehriban Əliyeva: "BMT qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır" ABŞ-da məktəbə hücum etdilər - Ölənlər var... Bakının bu ərazilərində su olmayacaq Quru əncirin MÖCÜZƏVİ FAYDALARI DÇ-2018: 30 iştirakçı bəllidi “Kapital Bank”ın yenilənmiş Gədəbəy filialı istifadəyə verilib İş adamının oğlu 1 milyona killer tutub atasını öldürtdürdü - Foto “Nar” şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi “Reket jurnalistlər” Mətbuat Şurasına hücuma keçdilər - Şuradan xəbərdarlıq Qanunsuz ağac kəsən şəxs cərimələndi AHISKA -Q.Paşayeva Yazgül Abdıyeva: "Azərbaycan dövləti bu kateqoriyalı vətəndaşların problemlərinin həllinə xüsusi qayğı göstərir". Evi yanan 80 yaşlı qadın özünü ikinci mərtəbədən atdı Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto Bu il ölən 3 gözəl modelimiz - Fotolar Dünyanin tərəzisi onun kimilər sayəsində taraz dayanır..
    File engine/metagen.php not found.