İtkin neftçilərin ailələrindən ETİRAZ: “Özümüz axtarışlara başlamışıq”

    İtkin neftçilərin ailələrindən ETİRAZ: “Özümüz axtarışlara başlamışıq”


    Ailə üzvləri fərdi qaydada "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəzada itkin düşən neftçilərin axtarışlarına başlayıb.

    Bu haqda Modern.az-a Xəzərdə itkin düşmüş neftçilər Güloğlan və Azay Zülfüqarov qardaşlarının yaxın qohumu Hacı Qayıbov məlumat verib.

    "Ümidimiz var..."

    H. Qayıbov aidiyyatı qurumları məsuliyyətsizlikdə ittiham edib: "Dənizdən itkin neftçilərə aid əşyalar tapıb "İtkin düşən neftçilərin axtarışının bu formada aparılması bizi narahat edir. Hazırda görünən odur ki, axtarışları yalnız neftçilərin yaxınları aparır. Hadisə olandan bu günə kimi biz özümuz taksi ilə Ələt istiqamətində axtarışlar edirik. Həmçinin, piyada olaraq dəniz sahilində müşahidə aparırıq. İtkin düşən neftçilərin ailə üzvləri, gecə də, gündüz də, yağışda da, qarda da dəniz sahilindədir. Bir neftçinin cəsədi Neftçala ərazindən tapılandan sonra isə ümidimiz artıb ki, bu istiqamətlərdə də tapıla bilər”.

    "Axtarışlar davamlı deyil"

    O deyib ki, dövlət qurumları axtarışları davamlı olaraq aparsaydılar, itkinlər çoxdan tapılardı: "Tapılan iki nəfəri də yerli camaat tapıb aidiyyatı qurumlara xəbər verib.Biri hadisənin səhəri günü, digəri də Neftçalanın Mayak kəndində balıqçılar tərəfindən tapılaraq dövlət qurumlarına xəbər vermişdilər. Burada Hamamdağ adlanan bir yer var. Dənizdə balıqçıların atdığı əşyalar, digər tullantılar həmişə o ərazidə üzə çıxır. Buna görə ümid var ki, o ərazidə nəsə tapılsın və biz də daim o ərazilərdə müşahidə aparırıq. Bir ay öncə özümüz Ələtdə axtarış apararkən Hamamdağ tərəfdə dəniz kənarında neftçilərə aid üzərində "SOCAR” yazılan geyim, onlara məxsus yataq əşyaları, ayaqqabı tapdıq. Həmin əşyaları Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təhvil verdik. Onlar isə rəhbərliyə məruzə edib əşyaları özlərinin tapdıqlarını bildirdilər. Bizə isə bildirildi ki, həmin əşyalarla bağlı araşdırma aparılıb nəticəsi ilə bağlı bizə də məlumat veriləcək. Amma bugünədək bizə hər hansı məlumat verilməyib”.

    "Artıq səbrimiz tükənib"

    H.Qayıbov bildirib ki, bir neçə gün sonra itkin neftçilərin tapılmasını tələb edəcəklər: "İtkin neftçilərin ailələrinə yardım edirlər. Amma heç bir maddiyyat itirilən insanı geri qaytarmaz. Bizdə sanki insan həyatına qarışqa kimi baxılar. Ölüsünün də itkin düşməsini heç kimə razulamır. Bu hadisələrin baş verməsinə səbəb olanların yaxınları 2 ay ərzində tapılmasaydı, dözərdilərmi?! Helikopter dənizin üzərində 15-10 dəqiqə manevr etməsi axtarışdırmı?! Ruslar Qara dənizdə 93 nəfər itkin düşəndə tapdılar, bəs bizimkiləri niyə tapmırlar?!”.

    "İtkinlərin yaxınlarını anlayırıq"

    İtkinlərin axtarışı ilə bağlı Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində yaradılan Qərargahdan sorğuнa cavab olaraq bildirilib ki, müəyyən edilən sektorlar üzrə itkin neftçilərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

    Rəsmi məlumatda itkin neftçilərin ailə üzvlərinin bu cür fikirlər səsləndirməsinin başadüşülən olduğu bildirilib: "Başadüşüləndir, onlar əzizlərini, yaxınlarını itiriblər. Amma hər gün Qərargahda itkinlərin axtarış-xilasetmə əməliyyatlarını həyata keçirən insanların haqqına girmək də doğru deyil. Baş vermiş hadisə zamanı itkin düşən neftçilərin ailə üzvləri, axtarışların gedişatı ilə yaxından tanış olmaq üçün, Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Taninma və İzləmə Milli Mərkəzində yaradılan axtarış – xilasetmə qərargahında olublar. İstənilən vaxt, istər helikopterlə, istər gəmilərlə aparılan axtarışlarda iştirak etmək üçün yenidən müraciət edə bilərlər”.

    "Axtarışların dayandırılması fikirləri absurddur"

    Qərargah itkin neftçilərin axtarışlarının dayandırılmasının tamamilə absurd olduğunu bəyan edib: "Helikopter bir dövr manevr etdiyi vaxt böyük bir ərazini təsbit etmiş olur. Bizim əlimizdə əməliyyatların videosu, fotoları var. Həm də nəzərə alın ki, proses birbaşa cənab prezidentin nəzarətindədir”.

    Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub. 

    Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. 

    Onlardan İlham Qafarov, Həsənağa Hacıəliyevin meyitləri tapılaraq ailələrinə təhvil verilib.
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 460


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Ermənistandakı Rusiya aviasiyası döyüşə hazır vəziyyətə gətirildi Saçyoldu olayı baş verən məktəbin direktoru işdən AYRILDI “Nar”-ın dəstəyilə “Brain Ring” yarışları start götürdü "Xətai" metrosu bağlanır - 1 illik Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi Ordumuzun təlimləri: döyüşə hazırlıq... - Video Fikrət Qocanın oğlunun qatili ilə bağlı – Son qərar Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına da daxil olur NATO-dan Azərbaycanla bağlı açıqlama Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT Ülviyyə Namazova: "Afət Fərmanqızı, səndə onun tayısan!"-QALMAQAL! Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb Sumqayıtda avtobus "Kamaz"la toqquşdu - Yeniləndi Heydər Əliyev hərbi xidmətdə: bu gün and içdi FOTOLAR Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir- VİDEO Əgər təlimat verilsə, Rusiya belə bir helikopter istehsal edəcək Türkiyədə Bakının azad edilməsinin 100 illiyinə videoçarx hazırlandı - VİDEO ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı Bu, Ərdoğan və Əliyevin birgə mesajıdır Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü+ Fotolar+ Yenilənib Bu gün Almaz balanın doğum günüdür Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi ölkəmizdədir Azərbaycanlı politoloqdan Ermənistan hərbi rəhbərliyinə məsləhət... Ərdoğan və Əliyevin iştirakı ilə bu gün... - Türkiyə XİN “Nar” 15 sentyabr– Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar”-dan 10 qəpiyəgünlük internet paketitəklifi Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib Bəbəlidə yanğın baş verib Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı Kaliforniyada atışma nəticəsində 6 nəfər ölüb Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib “Orta əsr təfəkkürü Paşinyana baha başa gələcək”-Aydın Mirzəzadə “Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi 12 sentyabrda gözlənilən hava şəraiti Zəvvarları daşıyan avtobus aşdı - 50 nəfər öldü Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi Azərbaycanda bu analizin qiyməti 3 minə yaxındır Kağızdan hazırlanmış qeyri-adi sənət əsərləri - Fotolar İranın "Şiə qurşağı"na ağır zərbə - Şərh Qurban Qurbanov Malta uğursuzluğundan danışdı Q.Paşayeva Yeni Dərs İli öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşüb Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb Bakıda tarixi parada hazırlıq – Video Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi təsdiqlənib Avstriyada baş verən qəzada 13 qadın xəsarət alıb Yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə ədəbi –bədii tədbir keçirilib - Foto “Nar”-dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri Paşinyan bu gün Moskvada “məşhər ayağına” çəkiləcək ""Addım- addım"ın repertuarımda xüsusi yer tutacağına əminəm"-Aygün Aydın Gənc Kikboksçu qadın Günay Sun Moon Haciyeva niyə qəzəbləndi? Tamerlan Qarayev kim idi ki, onun əmri ilə vertolyot vurulsun? - ETİRAZ... Prezident böyrəyi səhvən götürülmüş uşağa ev bağışladı Yevlaxda baba 3 yaşlı nəvəsini öldürdü Azərbaycanda dünya çempionu HƏBS EDİLDİ - QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ (ÖZƏL-FOTO) Quzusunu xilas etmək istəyən fədakar çoban həyatından oldu -FOTO İranda 5,5 bal gücündə zəlzələ olub 08 sentyabrda gözlənilən hava şəraiti Türkiyə Prezidenti İranda səfərdədir Yevlaxda sürücü avtomobili aşırıb, sərnişin ölüb “Biz, bir millət iki dövlətik!”devizi altında ədəbi-bədii tədbir keçirilib Q.Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib və insanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik deyib Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib Şimali Koreyada daşqınlar nəticəsində 76 nəfər ölüb, 800-dən çox bina dağılıb Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub Ukraynada uçot dərəcəsi artırılıb Lənkəranda gənc oğlan qayınatası tərəfindən bıçaqlanıb Son dəqiqə: Rusiya qırıcıları İdlibi vurdu – 4 milyona yaxın sakin təhlükədə Bu dərmanların istifadəsi QADAĞAN EDİLDİ - SİYAHI 11 mindən çox insanda bədxassəli şiş aşkarlandı - Azərbaycanda Şirkət aşağı qiymətə satılıb, araşdırma olacaq - Prokuror Qırmızı Körpüdə qəzada Azərbaycan hərbçisi öldü - Rəsmi İsmayıllıda dağlıq ərazidə yanğın baş verib Azərbaycan gimnastı Bolqarıstanda bürünc medal qazanıb İşədüzəlmə şirkətlərinə nəzarət başlayır Ucarda traktor velosipedçini vurub Rusiyada ilk qar yağdı 04 sentyabrda gözlənilən hava şəraiti Manafdan üzr istəyən şəxs efirdə başqa şeylər dedi: “Yalan danışıb, əlimdə faktlar var…” – VİDEO "İsti ocağımın soyuq küləyi"- Qocalar evindən son məktub 4 otaqlı ev yandı Qazaxda sürücü aşan kranın altında qaldı “Nar” korporativ müştərilər üçün yeni imkanlar açır TANINMIŞ PRODÜSSER MİNARƏ ƏSKƏROVA: "MƏNİ İKİNCİ DƏFƏ HƏYATA QAYTARDI". Deputata və oğluna şər atdılar - 90 min xərcə düşdülər Millət vəkili yeni dərs ili öncəsi məktəbləri ziyarət edib, müəllimlərlə görüşdü Müğənnidən jurnalistə: "Saytlar reklam olar ki, mənim adım onların saytlarında hallansın" Afət Fərmanqızı Meyxanaçının musiqisini oğurladı -QALMAQAL! Azərbaycan neftinin qiyməti 79 dolları keçib Gündə 3 fincan qəhvə içmək bu xəstəliklərdən qoruyur Keyfiyyətli məktəbli geyimlərini haradan alaq – BTE-dən reportaj Manat və dolların bugünkü MƏZƏNNƏSİ ABŞ-da təyyarə qəzası - 4 ölü Lənkəranda 300 ev zəlzələdən zərər gördü Ziya Babayev bu şirkətə rəhbər təyin olundu İTV KANALINDA BİZİMLƏ ADDIM ADDIM "Film Media" ilə İCTİMAİ TELEVİZİYADA-fOTOLAR Samux rayonunda icma əsaslı reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 3 klubun adı müəyyənləşib Azərbaycanda qızıl və gümüş yenə bahalaşıb Ağcabədidə yol qəzası olub, yaralılar var
    File engine/metagen.php not found.