Ölkədə ətin qiyməti durmadan bahalaşır

    Ölkədə ətin qiyməti durmadan bahalaşır


    Ekspert: "Getdikcə istehsal azaldığı üçün istehlakçıların tələbinin ödənilməsində çətinlik olacaq”


    Paytaxt ərazisində yerləşən ət mağazalarında, bazarlarda mal və qoyun ətinin qiyməti bahalaşıb. Hər il adətən Novruz bayramına bir həftə qalmış müşahidə olunan bahalaşma bu il bir ay tez başlayıb. Paytaxtda ət kəsimi ilə məşğul olan bir çox yerlərdə müşahidə etdik ki, hazırda quzu və mal ətinin 1 kiloqramının qiyməti 11-12 manat arasında dəyişir.


    Sümüksüz mal ətinin 1 kiloqramının qiyməti isə 13-14 manatadır. Lakin bazarlarda qiymətlər bir qədər aşağıdır. Məsələn, 8-ci kilometr bazarında inək ətinin bir kiloqramı 8 manat, quzu ətinin kiloqramı 11 manat, qoyun ətinin kiloqramının qiyməti isə 8-10 manatadır.


    Satıcılar "Yeni Müsavat”a bildirdilər ki, getdikcə ət məhsulu tükənir və bahalaşma da bununla əlaqədardır: "Bazarlarda Ağdam, Sabirabad və digər yerlərdən gətirilən yerli heyvanların əti satılır. Lakin bir məsələ var ki, artıq əvvəlki kimi heyvan tapmaq olmur. Say çox azdır. Biz də mal gətirəndə çətinlik çəkirik. Bir problem odur ki, artıq rayonlarda örüş yerlərini kortəbii şəkildə əkin sahəsi kimi istifadə edirlər. Heyvandarlıq təsərrüfatlarını dağıdıblar. İkincisi, camaat da daha əvvəlki kimi heyvan saxlamır. Bu da yemin bahalaşması ilə əlaqədardır. Ona görə də bazarlara çıxarılan ət də azalır və qiymət bahalaşması baş verir”.


    Ekspertlər bildirirlər ki, qarşıdan gələn mart ayında tələbatın artması və digər iqtisadi faktorlarla əlaqədar olaraq, ətin qiyməti daha da arta bilər.


    İqtisadçı ekspert Vüqar Bayramov "Yeni Müsavat”a bildirib ki, ölkədə ətin qiymətinin artmasının əsas səbəbi topdansatış yerlərindəki bahalaşma ilə bağlıdır: "Topdansatış yerlərində qiymət artımı müşahidə olunur ki, bu da pərakəndə qiymətlərin artmasına gətirib çıxarır. Bütün bunların isə səbəbi odur ki, yerli ət istehsalı azalıb. Azaldığı üçün də artıq tələbi tam şəkildə ödəmək mümkün deyil. Xaricdən gətirilən ət məhsullarının da qiymətində artımlar var. Çünki gömrük dərəcələri yüksəkdir və bu faktor da pərakəndə ət satışı yerlərində qiymətlərə təsir göstərən amildir. Eyni zamanda manatın dollara nisbətdə ucuzlaşması həm də heyvandarlıqda istifadə olunan yem daxil olmaqla, bir sıra xammalın qiymətinin bahalaşmasına səbəb olub. Nəticədə ətin qiymətində bahalaşma müşahidə olunur. Heyvandarlıqda qiymət artımının qarşısını almaq üçün dövlət tərəfindən əkinçilikdə olduğu kimi subsidiya mexanizmi tətbiq edilməlidir. Misal üçün, müəyyən mal-qaranı aşağı qiymətlə alıb, fermerə verilməsi praktikası var. Ancaq bu, əkinçilikdən daha çox südçülüyə təsir göstərir. Əkinçilik üçün subsidiyaların tətbiq edilməsinə ehtiyac var. Fermerlərə subsidiyalar verilməlidir ki, onlar bundan istifadə etməklə daha aşağı qiymətə xammal, o cümlədən yem, ot məhsulları ala bilsinlər. Belə olarsa, onlar xərci optimallaşdırarlar. Nəticədə isə həm məhsul istehsalatı, həm də bazara çıxarılan məhsulun qiyməti azalar”.


    Ekspert bildirib ki, istehsal azaldıqca, bazarda ətin qiymətində artımlar davam edəcək: "Dövlətin mütləq şəkildə subsidiya mexanizminə nəzər yetirməsinə ehtiyac var. Əgər dövlət tərəfindən subsidiya mexanizmi tətbiq olunmazsa, güman olunur ki, növbəti dövrdə də istehsalın azalması halları müşahidə olunacaq. Bu isə ət məhsullarının qiymətlərində növbəti bahalaşmaya səbəb olacaq. Lakin düşünmürəm ki, satıcıların söylədiyi kimi, ətin tapılmaması, qıtlığı problemi indiki məqamda aktualdır. Ancaq ətə qarşı tələbatın ödənilməsində çətinlik məsələsi, bəli, aktualdır. Azərbaycan mətbəxində bəlli olduğu kimi, ətə tələbat yüksəkdir. Ancaq məhz bu tələblə müqayisə etdikdə, istehsal aşağıdır. Razıyam ki, getdikcə istehsal azaldığı üçün istehlakçıların tələbinin ödənilməsində çətinlik olacaq. O baxımdan təklif edirəm ki, heyvandarlığın dəstəklənməsi ilə bağlı ayrıca mexanizm hazırlansın. Əgər bu baş verəcəksə, istehsalda artım olacaq. Nəticədə isə tələblə təklif arasında fərq xeyli dərəcədə azala bilər”.


    Ekspert Gürcüstandan ölkəyə ət idxalının çətinləşməsi ilə bağlı iddialara da münasibət bildirib: "Təbii ki, xaricdən gətirilən ət məhsullarının xərci artıb. Buna isə səbəb yüksək vergi rüsumlarının olmasıdır. Bizim qiymətləndirməmizə görə, Azərbaycanda əvvəlki illərdə təxminən ətə olan tələbin 20 faizi Gürcüstandan idxal olunurdu. İndi isə bu idxalda çətinliklər var. İdxalın bahalaşması da ölkədə ət məhsullarının qiymətlərinə təsir göstərib”.


    Ətin qiymətinin bahalaşması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, ölkəmizdə bazar iqtisadiyyatıdır və bütün növ kənd təsərrüfatı məhsullarının qiymətləri liberallaşıb. Bildirilib ki, nazirlik qiymətlərə müdaxilə etmir.


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 503


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Yağışlı və qarlı havalar başlayır - Hazırlıqlı olun İndoneziyada vulkan püskürdü - Kül 3 km-ə çatdı İlham Əliyev müdafiə sənayesi işçilərini təltif etdi - SİYAHI Tanınmış Prodüsser-Rejissor Minarə Əskərova beyin əmməliyyatı olunmalıdır. 12 yaşlı Məhəmməd mental riyaziyyat üzrə dünya çempionu oldu-FOTO Başçı müavini vəzifədən azad edildi - yüksək vəzifəyə gedir Rusiyaya qarşı sanksiya 6 ay uzadıldı Azərbaycanda kolbasa “poroşok”dan hazırlanır? - İDDİA Bakı merinin qardaşına yüksək VƏZİFƏ VERİLDİ Bakıda yağış, rayonlarda qar yağacaq - SABAHIN HAVASI “Qarabağ Qaziləri” Amputant Futbol Federasiyası Fəxri Xiyabanda olub-VİDEO İKİ ƏSRİN ŞAİRİ:Nizami Muradoğlu “Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir Ümummilli lider Heydər Əliyevin anım günüdür Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO Fransada “insan haqları”: aksiyaçılara divan tutulur… Prezident rektorlarla bağlı fərman verdi Bakıda məşhur parkdakı obyektlər sökülür - Eldar Əzizov əmr verdi - FOTOLAR Azərbaycanda vəzifəli şəxslər barəsində cinayət işi başlanıb "Bu münaqişənin həlli mümkün olmayacaq" - Paşinyan (VİDEO) “Nar” gənclərə karyera qurmaqda dəstək olur Fazil Məmmədov ölümdən döndü 4 uşaq anası dəm qazından boğularaq ölüb Leyla Əliyeva beynəlxalq forumda - Fotolar Heydər Əliyev atası ilə Rusiya lideri Vladimir Putinin birgə fotosunu paylaşıb. Ucarda ev yanıb Tofiq Musayev növbəti döyüşünə hazırlaşır Avropada etirazlar səngimir: Hollandiyada da başlandı - FOTO Yaxın gələcəkdə məhv olması ehtimal olunan ölkələr - SİYAHI Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi Deputatdan etiraz: Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır Azərbaycanda bu kommunal xidmətin qiyməti 5 dəfə artırıla bilər Keçmiş deputatın oğluna cinayət işi açıldı - biznesini idarə edir... Samir Şərifovdan manat AÇIQLAMASI: "İndi bunu başqa cür yozurlarsa..." (VİDEO) Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu - FOTO Xırdalan sakinlərinin nəzərinə! Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR Şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı Deputat özəl telekanalların bağlanmasını təklif etdi Orduxanla bağlı cinayət işi açıldı - Axtarış elan olundu Nazirdən Fəxrəddin Manafovun teatrdan getmə xəbərinə reaksiya — Araşdırma aparılır + VİDEO Azərbaycan və Rusiya arasında müzakirə: Hərbi sənayedə... “Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi "Azərbaycanda heç bir devalvasiya gözlənilmir" — Deputatdan Samir Şərifovun fikirlərinə REAKSİYA Nazirdən Fəxrəddin Manafovla bağlı ciddi - Tapşırıq Natiq Məmmədov Aparat rəhbəri təyin olunacaq Bakıda şirkət əməkdaşına silahlı hücum edildi “Nar”-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər Ermənistanın hərbi təyyarəsi yoxa çıxdı – Təcili Bakıda havanı çirkləndirən şəxs 2500 manat cərimələndi Politoloq: “Gürcüstandakı mitinqlərdən inqilab qoxusu gəlmir” Bakıda binanın eyvanı uçdu - FOTO Kələmin qızıldan qiymətli faydaları... Ucarda iki maşın toqquşdu, biri yandı Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…” Türkmənistandan Xəzərin statusu ilə bağlı – Qərar Sadəcə pıçıldayıram: ayıb olsun! - Amaşov “Nar”“BakuTel-2018” sərgisində iştirak edəcək Zakir Qaralovdan YENİ TƏYİNAT Bakıda yerüstü metro tikiləcək Bakı metrosundan qızların davasına MÜNASİBƏT (VİDEO-YENİLƏNİB) Geomaqnit qasırğası olacaq – Xəbərdarlıq Ziya Məmmədovun zavodunda bülletenə çıxan rəis işindən kənarlaşdırıldı - VİDEO Azərbaycanlı tələbənin Qarabağ sualına Sərkisyanın cavabı “Nar”-daneşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək “Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı Azərbaycanda vəzifəli şəxs həbs olundu Bərdədə 140 nəfərin baltalı davası: qıza görə... - Təfərrüat Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı - VİDEO Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib "Təhsil sahəsində neqativ hallar var" - Əli Əhmədov “Əgər Paşinyan münaqişənin həllində maraqlı olsaydı...” - XİN-dən AÇIQLAMA Elmar Vəliyevin oğluna yüksək VƏZİFƏ VERİLDİ Milli Məclisin deputatları İrəvana getdilər Azərbaycanda TV və radio yayımı dayandırılacaq Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ - Əməliyyat edilən xəstə iflic oldu Bakıda yaşayış evi partladı: iki nəfər… Tanınmış təhsil eksperti vəfat etdi Talıbov Gömrük sədrini vəzifədən azad etdi - Fərman AMEA-nın müxbir üzvü vəfat etdi Bakıda DƏHŞƏT: Qayın yeznəsini 7 yerindən bıçaqladı Paşinyan Belarusdan imtina etdi - Qalmaqal “Nar”-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti Şabranda ikimərtəbəli ev yandı Azərbaycanda polis kapitanı balta ilə vuruldu İcma əsaslı social reabilitasiya mərkəzi Samux rayonunda sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərir. Sürücülüyü öyrənmək istəyirsinizsə, peşəkara müraciət edin-MÜSAHİBƏ Şahin Tatlısəsdən növbəti ifa: "Yaralı kalbim..." Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək - ÖZƏL Azərbaycanda bu xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında... - Video “Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu BDU-nun tələbəsi itkin düşüb - FOTO Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? - XİN-dən AÇIQLAMA 27 yaşlı gənc itkin düşüb-Foto “Nar-ın sərfəli internet qiymətlərimüştəriloyallığıindeksiniartırır “Azərbaycan-Türkiyə” Dil və Mədəni Əlaqələri Beynəlxalq Simpoziumu başladı-Fotolar Lənkəranda çaqqallar kəndə hücum etdi: 4 nəfər... – Foto Nazir bu gənclərin taleyindən danışdı Sabah güclü külək əsəcək, QAR YAĞACAQ - XƏBƏRDARLIQ
    File engine/metagen.php not found.