Ətin qiyməti toyları “vurdu”

    Ətin qiyməti toyları “vurdu”


    Şadlıq evləri bu cür davam edərsə, qiymətləri artıracaqlarını deyirlər

    Ölkədə dana əti 12 manat, qoyun əti isə 12 manat 50 qəpik olub. Bu isə toy etmək istəyənlərin sayının azalmasına səbəb olub. Əvvəllər hər gün bir neçə toy dəvətnaməsi gəlirdisə, şadlıq evlərinin qarşısından toy karvanına görə keçmək mümkün olmurdusa, indi bunların heç birini görmək mümkün deyil. Səbəb təbii ki, bahalıqdır. Əvvəllər 1 aya 20-25 toyu olan şadlıq evləri indi ay ərzində 3-4 toy olanda sevinirlər. Əksər şadlıq evləri bu cür davam edərsə, qiymətləri artıracaqlarını bildirirlər. 
    Ətin qiymətinin bahalaşmasını isə ət satanlar yemin baha olması ilə əlaqələndirirlər. Ət satıcısı Firdovsi Məmmədov ətin qiymətinin yaxın 1-2 həftəyə 15 manatadək artacağını dedi: "Əgər indi əti 12 manata satırıqsa, bayram qabağı 15 manat olacaq. Xaricdən ət çox az gəlir. Mən də bu heyvanı alıb kəsirəm. Satan adam da baha satır. Deyir yemin qiyməti artıb. Heyvan da yeməlidir ki, biz onu kəsə bilək”.


    Digər bir qəssab Davud Əliyev də ətin qiymətinin artmasını mal-qaranın azalması ilə əlaqələndirdi: "Mən əti Şəmkirdən gətirirəm. Rayonda əti az kəsirlər. Çünki rayon camaatında heç pul yoxdur. Ona görə də alan yoxdur. Heyvana baxmaq asan deyil. Qiymət artımı Novruzda daha çox olacaq. Əvvəl 7-8 manata satırdıq, bayramda da 10 manata. İndi 12 manatdırsa, bayramda neçə manat olacaq deyə bilmərəm. Biz də istəmərik bahalaşdıraq. Amma biz də yer pulumuzu çıxartmalıyıq. Elə vaxt olur ki, ziyana işləyirəm. Ət alanların sayı kəskin şəkildə aşağı düşüb”.


    Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov modern.az-a açıqlamasında bahalaşmanın gözlənilən olduğunu deyib: "Çox təəssüf ki, ölkədə mal-qaranın təminatını ödəyəcək qədər yem istehsal edilmir. Dövlət proqramına əsasən, qarışıq yemin istehsalının 2 milyon ton olacağı deyilsə də, cəmi 47 min ton yem tədarük olundu. Rəsmi rəqəmlərdə göstəricilər yüksəlsə də, realda geriləmə müşahidə edilir. Kifayət qədər yem istehsal edilmədiyi üçün həm ət, həm də süd istehsalını artırmaq mümkün deyil. Ölkədə 2 milyon 800 min başa qədər mal-qara, 8 milyon 800 min baş xırdabuynuzlu heyvan var, amma bu qədər heyvanı təmin edəcək qədər yem yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi normalara görə, il ərzində adambaşına düşən ətin miqdarı 84 kiloqramdır. Azərbaycanda adambaşına təminat cəmi 32 kiloqramdır. Fərq böyükdür. Yaxın illərdə isə bu fərqi aradan qaldırmaq mümkün olmayacaq. Məhz fərqin olması sahibkara əldə etdiyi əti baha satmağa fürsət verir. Bu gün heç olmasa əhalinin tələbatının 80 faizi ödənilərsə, ətin də, südün də qiyməti düşər”.


    V.Məhərrəmov Azərbaycana ət idxalının artdığını qeyd edib: "2016-cı ildə ölkəyə ət idxalı 2 dəfə, bu ilin yanvar ayında isə 2, 4 dəfədən çox artıb. Kəsim üçün idxal edilən mal-qaranın sayı da əvvəlki ilə nisbətən 4 dəfə çoxdur. Ölkəyə idxal edilən ətin həcmi artıb və əhalinin alıcılıq qabiliyyəti aşağı düşübsə, ətin qiyməti enməli idi. Deməli, ət istehsalı kəskin səviyyədə azalıb ki, idxal belə qiymətin ucuzlaşmasını təmin edə bilmir”.


    İqtisadçı ekspert Natiq Cəfərli ətin qiymətinin bahalaşmasının dollarla əlaqəsinin olmadığını dedi: "Sadəcə olaraq, yemin və heyvan bəsləmək üçün olan bəzi avadanlıqların qiyməti qalxıb. Bu da dollar qalxanda baş verə bilər. Düşünürəm ki, bu bahalaşma daha çox mövsümi xarakter daşıyır. Qış aylarında həmişə belə vəziyyət olur. Həm də Novruz bayramı qabağı həmişə qiymətlər bahalaşır. Başqa ölkələrdə bayram qabağı endirimlər olur, bizdə isə təəssüf ki, əksi baş verir. Valyutanın, manatın məzənnəsinin qiymətlərə təsirinə gəldikdə isə hələ çox kiçik bir zaman kəsimidir. İki həftənin bazara elə də böyük təsiri olmayacaq. Çünki bazarda gözləntilər də fərqlidir. Gözləntilər var ki, manat yenidən dəyərdən düşə bilər. Bu gözləntilər olduğu bir şəraitdə qiymətlərin aşağı düşməsi mümkünsüzdür. İş adamları həmişə özlərini sığortalayırlar. Bu gərək uzunmüddətli bir proses olsun ki, iş adamları önünü görə bilsin və qiymətlərdə müəyyən dəyişiklik edə bilsinlər. Hələ ki çox kiçik bir zaman keçib və bu kiçik zaman kəsimində də bunun qiymətlərə yansıması mümkün deyil. Bu gün bazarda olan malların bir çoxu yanvar ayında ölkəyə gətirilən məhsullardır. Çünki müqavilələr daha öncədən bağlanır və məhsullar da ölkəyə tez gətirilir. Həmin ərəfədə də valyutanın məzənnəsi çox yüksək, 1,92 idi. Ona görə də tez bir zamanda bunun qiymətlərə yansımasını gözləmirəm. Amma bu proses uzunmüddətli olsa, azı bir neçə ay indiki məzənnə səviyyəsində qalsa, o zaman bir neçə aydan sonra müəyyən mal kateqoriyalarında qiymətlərin aşağı düşməsini görə bilərik. Ancaq yaxın zamanlarda tam əks proses gedəcək. Çünki dediyim kimi, gözləntilər var ki, həm dolların məzənnəsi qalxacaq, hm qarşıdan bayramlar gəlir. Buna görə də qiymətlərlə bağlı pozitiv bir söz söyləmək çətindir. Qiymətlərin sürətlə bahalaşması ehtimalı daha yüksəkdir”.


    Digər iqtisadçı ekspert Rəşad Həsənov isə real sektor biznesin çox ciddi problemlərlə üz-üzə olduğunu dedi: "Haqlı olaraq sual ortaya çıxır ki, valyutanın bahalaşdığı bir dövrdə məhsullar bahalaşırsa, ucuzlaşan dövrdə də ucuzlaşması lazımdır. Amma insanlar və buna münasibət bildirən digər sosial qrupun nümayəndələri bir nüansı unudur ki, hazırda Azərbaycanda ticarət dövriyyəsi o qədər də dinamik deyil. Alıcılıq nisbətən zəifdir. Eyni zamanda şirkətlərin ölkəyə idxal etdiyi məhsullar əslində bir neçə ay əvvəl gətirilmiş məhsullardır və onlar bu gün üçün bazarlara təklif olunur. Belə bir vəziyyətdə valyutanın bir neçə gün ərzində dəyərsizləşməsi faktiki olaraq təklif olunan məhsulların qiymətinə ciddi təsir göstərmir. Onu da nəzərə almaq lazımdır ki, məhsulların bahalaşması üçün təxminən ötən dövr ərzində 2 il müddət keçib. Nəzərə alsaq ki, fevralın ilk devalvasiyası 2015-ci ildə olub. Bu müddət ərzində məhsulların qiyməti bahalaşıb. Ancaq bir həftə ərzində fevralın 2-dən 10-na qədər Azərbaycan manatının möhkəmlənməsi başladı. İnsanların ilk reaksiyası isə nə üçün məhsulların qiyməti ucuzlaşmır deyə ortaya çıxdı. Hazırda real sektor biznes çox ciddi problemlərlə üz-üzədir.

    Məhsulların qiymətini qısa müddətli dövr üçün dəyişmək mümkün deyil. Faktiki olaraq baş verənlər təbii axarı ilə davam edir. Hökumət hansısa formada müdaxilə cəhdləri göstərdi. Ancaq buna baxmayaraq, sonradan aydın oldu ki, bu şəkildə məhsulları və iqtisadiyyatı idarə etmək doğru deyil. Nəticədə son dövrlərdə bu istiqamətdə yumşalma müşahidə olunur. Bu günlərdə dərman məhsulları ilə bağlı Tarif Şurası vəziyyəti yenidən qiymətləndirmək məcburiyyətində qaldı. Qiymətlərin məzənnəyə uyğun tənzimlənməsini təmin edəcək yeni mexanizmlər təyin etdi. Bir məsələ var ki, qısamüddətli dövr üçün valyuta məzənnəsindəki dəyişikliklər istehlak ümumi məhsulları bazarında qiymət indeksinə ciddi təsir göstərə bilməz”.


    Musavat.com

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 362


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Azərbaycanda kolbasa “poroşok”dan hazırlanır? - İDDİA Bakı merinin qardaşına yüksək VƏZİFƏ VERİLDİ Bakıda yağış, rayonlarda qar yağacaq - SABAHIN HAVASI “Qarabağ Qaziləri” Amputant Futbol Federasiyası Fəxri Xiyabanda olub-VİDEO İKİ ƏSRİN ŞAİRİ:Nizami Muradoğlu “Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir Ümummilli lider Heydər Əliyevin anım günüdür Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO Fransada “insan haqları”: aksiyaçılara divan tutulur… Prezident rektorlarla bağlı fərman verdi Bakıda məşhur parkdakı obyektlər sökülür - Eldar Əzizov əmr verdi - FOTOLAR Azərbaycanda vəzifəli şəxslər barəsində cinayət işi başlanıb "Bu münaqişənin həlli mümkün olmayacaq" - Paşinyan (VİDEO) “Nar” gənclərə karyera qurmaqda dəstək olur Fazil Məmmədov ölümdən döndü 4 uşaq anası dəm qazından boğularaq ölüb Leyla Əliyeva beynəlxalq forumda - Fotolar Heydər Əliyev atası ilə Rusiya lideri Vladimir Putinin birgə fotosunu paylaşıb. Ucarda ev yanıb Tofiq Musayev növbəti döyüşünə hazırlaşır Avropada etirazlar səngimir: Hollandiyada da başlandı - FOTO Yaxın gələcəkdə məhv olması ehtimal olunan ölkələr - SİYAHI Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi Deputatdan etiraz: Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır Azərbaycanda bu kommunal xidmətin qiyməti 5 dəfə artırıla bilər Keçmiş deputatın oğluna cinayət işi açıldı - biznesini idarə edir... Samir Şərifovdan manat AÇIQLAMASI: "İndi bunu başqa cür yozurlarsa..." (VİDEO) Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu - FOTO Xırdalan sakinlərinin nəzərinə! Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR Şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı Deputat özəl telekanalların bağlanmasını təklif etdi Orduxanla bağlı cinayət işi açıldı - Axtarış elan olundu Nazirdən Fəxrəddin Manafovun teatrdan getmə xəbərinə reaksiya — Araşdırma aparılır + VİDEO Azərbaycan və Rusiya arasında müzakirə: Hərbi sənayedə... “Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi "Azərbaycanda heç bir devalvasiya gözlənilmir" — Deputatdan Samir Şərifovun fikirlərinə REAKSİYA Nazirdən Fəxrəddin Manafovla bağlı ciddi - Tapşırıq Natiq Məmmədov Aparat rəhbəri təyin olunacaq Bakıda şirkət əməkdaşına silahlı hücum edildi “Nar”-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər Ermənistanın hərbi təyyarəsi yoxa çıxdı – Təcili Bakıda havanı çirkləndirən şəxs 2500 manat cərimələndi Politoloq: “Gürcüstandakı mitinqlərdən inqilab qoxusu gəlmir” Bakıda binanın eyvanı uçdu - FOTO Kələmin qızıldan qiymətli faydaları... Ucarda iki maşın toqquşdu, biri yandı Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…” Türkmənistandan Xəzərin statusu ilə bağlı – Qərar Sadəcə pıçıldayıram: ayıb olsun! - Amaşov “Nar”“BakuTel-2018” sərgisində iştirak edəcək Zakir Qaralovdan YENİ TƏYİNAT Bakıda yerüstü metro tikiləcək Bakı metrosundan qızların davasına MÜNASİBƏT (VİDEO-YENİLƏNİB) Geomaqnit qasırğası olacaq – Xəbərdarlıq Ziya Məmmədovun zavodunda bülletenə çıxan rəis işindən kənarlaşdırıldı - VİDEO Azərbaycanlı tələbənin Qarabağ sualına Sərkisyanın cavabı “Nar”-daneşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək “Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı Azərbaycanda vəzifəli şəxs həbs olundu Bərdədə 140 nəfərin baltalı davası: qıza görə... - Təfərrüat Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı - VİDEO Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib "Təhsil sahəsində neqativ hallar var" - Əli Əhmədov “Əgər Paşinyan münaqişənin həllində maraqlı olsaydı...” - XİN-dən AÇIQLAMA Elmar Vəliyevin oğluna yüksək VƏZİFƏ VERİLDİ Milli Məclisin deputatları İrəvana getdilər Azərbaycanda TV və radio yayımı dayandırılacaq Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ - Əməliyyat edilən xəstə iflic oldu Bakıda yaşayış evi partladı: iki nəfər… Tanınmış təhsil eksperti vəfat etdi Talıbov Gömrük sədrini vəzifədən azad etdi - Fərman AMEA-nın müxbir üzvü vəfat etdi Bakıda DƏHŞƏT: Qayın yeznəsini 7 yerindən bıçaqladı Paşinyan Belarusdan imtina etdi - Qalmaqal “Nar”-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti Şabranda ikimərtəbəli ev yandı Azərbaycanda polis kapitanı balta ilə vuruldu İcma əsaslı social reabilitasiya mərkəzi Samux rayonunda sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərir. Sürücülüyü öyrənmək istəyirsinizsə, peşəkara müraciət edin-MÜSAHİBƏ Şahin Tatlısəsdən növbəti ifa: "Yaralı kalbim..." Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək - ÖZƏL Azərbaycanda bu xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında... - Video “Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu BDU-nun tələbəsi itkin düşüb - FOTO Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? - XİN-dən AÇIQLAMA 27 yaşlı gənc itkin düşüb-Foto “Nar-ın sərfəli internet qiymətlərimüştəriloyallığıindeksiniartırır “Azərbaycan-Türkiyə” Dil və Mədəni Əlaqələri Beynəlxalq Simpoziumu başladı-Fotolar Lənkəranda çaqqallar kəndə hücum etdi: 4 nəfər... – Foto Nazir bu gənclərin taleyindən danışdı Sabah güclü külək əsəcək, QAR YAĞACAQ - XƏBƏRDARLIQ “Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal xanımlar ilə Qarabağdan danışıb Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO Pensiyalarla bağlı yeniliklərin detalları açıqlandı - VİDEO 160 saylı avtobusun başı bəlada: yenə toqquşdu - Video Fazil Məmmədov yenidən xəstəxanaya yerləşdirildi Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir
    File engine/metagen.php not found.