AzNews.az Azəravtoyol ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Alternativ olaraq sürücülər Nobel prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti, həmçinin Xocalı prospekti-Fəzail Bayramov küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti istiqamətlərindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.