Süni qiymət artımını yaradan kimlərdir?

    Süni qiymət artımını yaradan kimlərdir?


    Vüqar Bayramov: "Qiymətlərin tənzimlənməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”


    Manatın dollara qarşı möhkəmlənməsi bazarlarda və marketlərdə ərzaq məhsullarının ucuzlaşacağı düşüncəsini yaratsa da, bunun əksi baş verir. Qiymətlər ucuzlaşmaq əvəzinə, artan tendensiya ilə davam edir ki, bunu da süni qiymət artımı adlandırmaq olar.


    Aprelin 10-da prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib ki, süni qiymət artımına yol verilməməli və makroiqtisadi sabitlik qorunub saxlanılmalıdır.


    Bundan sonra İqtisadiyyat Nazirliyi marketlərdə reydlərə başlayıb. Qeyd edək ki, bahalaşma yalnız marketlərdə ərzaq məhsullarında deyil, eyni zamanda bazarlarda da müşahidə edilir. Kənd təsərrüfatı məhsullarının qiyməti Novruz bayramı ərəfəsində artsa da, sonrakı dövrdə iqtisadçıların proqnozlaşdırdığı kimi stabil qalmadı. Azərbaycanda 2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz artıb.

    Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2017-ci ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,2 faiz artıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz azalıb. Ay ərzində bitkiçilik məhsullarından arpa, buğda, alma və fındığın istehsalçı qiymətində azalma, şabalıd, qoz, nar, lobya dəni, balqabaq və baş sarımsağın qiymətində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Mart ayında heyvandarlıq məhsullarından süd, mal, qoyun və quş ətinin istehsalçı qiyməti artıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    bazar.jpg (47 KB)


    Baş çəkdiyimiz bir neçə marketdə hər bir ərzağın qiymətində artım olduğunu müşahidə etdik. Xüsusən də meyvələrin qiymətində ciddi dəyişiklik vardı. Belə ki, əvvəl 2 manata, 1 manat 80 qəpiyə satılan mandarin indi 3-4 manata, portağal 2 manat 50 qəpiyə, almaq 2-4 manata arası, kivi 2 manat 50 qəpiyə satılırdı. Badımcanın qiymətində isə nisbətən ucuzlaşma vardı. Belə ki, əvvəl 4-6 manat arası satılan badımcan indi 2 manat 60 qəpiyə, 3 manata satılırdı. Digər kənd təsərrüfatı məhsullarında da 20 qəpik - 1 manat arası bahalaşma vardı. Satıcılardan bunun səbəbini soruşduqda onlar bahalaşmanı əsaslandıracaq hansısa bir arqument göstərə bilmədilər.


    İqtisadçı ekspert Vüqar Bayramov hazırda baş verən artımın süni qiymət artımı olduğunu bildirdi: "Manatın möhkəmlənməsindən sonra istehlak bazarında qiymət azalmalarının olması qaçılmaz olmalı idi. Çünki əvvəlki dövrlərdə qiymət artımlarını sahibkarlar manatın məzənnəsinin aşağı düşməsi ilə əlaqələndirirdilər. Dolların bahalaşması səbəbindən qiymət artımının qaçılmaz olduğunu bildirirdilər. Amma artıq manat müəyyən müddətdir ki, stabildir. Manat stabil olduğu üçün bu birmənalı şəkildə istehlak bazarına təsir göstərməlidir və istehlak bazarında qiymətlərin aşağı düşməsi forması tətbiq olunmalıdır. Ancaq çox təəssüf ki, biz bunu müşahidə etmirik. Bəzi məhsullarda nəinki qiymət azalmaları, hətta qiymət artımları belə müşahidə edilir. Məsələn, dünya bazarında son aylar bananın qiyməti 6,7 faiz artıb, amma Azərbaycanın istehlak bazarında bananın qiyməti 2 dəfədən çox artıb. Bu arada manatın məzənnəsi də dollara nisbətən hiss ediləcək dərəcədə möhkəmlənib. Buna görə də əslində qiymət azalmaları baş verməməli idi. Hazırda bunlar süni şəkildə qiymət artımlarıdır. Bunun qarşısının alınması vacibdir. Sözsüz, qiymət artımında rəqabətin zəif olduğunu da qeyd etməliyik. Adətən rəqabətli bazarlarda iqtisadi əsas olmadan süni qiymət artımları müşahidə edilmir. Ona görə düşünürəm ki, süni qiymət artımlarına qarşı mübarizə həm inzibati, həm də bazarın liberallaşması kimi təşviqedici tənzimləmələrlə aparılmalıdır”.

    Image result for Vüqar Bayramov


    İqtisadçı ekspert qiymətlərin tənzimlənməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu dedi:"Elə bazarlar var ki, həmin bazarlara fermerlərin çıxış imkanları məhduddur və həmin bazarlarda olan sahibkarlar, alverçilər bəzi hallarda razılaşdırılmış qiymət artımlarına gedirlər. Ona görə də həmin bazarlara fermerlərin daxil olmasında süni baryerlərin aradan qaldırılmasına ehtiyac var. Süni baryerlər aradan qalxmalıdır ki, fermerlər sərbəst şəkildə bazara çıxış imkanları əldə edə bilsin. Eyni zamanda çox vacib məqamlardan biri odur ki, İqtisadiyyat Nazirliyi qiymətlərin monitorinqlərini aparmalı və süni qiymət artımına qarşı mübarizə səlahiyyətindən faydalanıb hansı məhsulda süni qiymət artımının baş verdiyini müəyyənləşdirməyə çalışmalıdır. Vacib məqamlardan biri rəqabətdir. Rəqabətin gücləndirilməsinə ehtiyac var. Həm idxalla, həm də bazarda sahibkarlıqla məşğul olan sahibkarların sayının artırılması yolu ilə rəqabətin gücləndirilməsinə ehtiyac var. Rəqabət sahibkarları qiymətləri aşağı salmağa və tənzimləməyə məcbur edəcək. Ona görə də düşünürəm ki, qiymətlərin tənzimlənməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Biz bu gün manatın möhkəmlənməsi fonunda valyuta bazarındakı stabilliyin istehlak bazarına təsirlərini müşahidə etmirik”.

    Musavat.com

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 132


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Fransa səfirliyinin müşavirləri Bakı Avrasiya Universitetində “Fransız dili Mərkəzi”nin açılışında iştirak edblər. Bərzanini dəstəkləyən məmur işdən çıxarıldı “Yeni doğulan uşağa görə 45 manat, buzova isə...” Britaniya nəhəng iqtisadi güclərin reytinqində gerilədi - Beşlikdən çıxdı Bakıda güclü külək fəsad törətdi - Məktəbin damını evlərin üstünə aşırdı Putindən Rus Şirkətlərə Göstəriş: "Müharibəyə Hazır Olun" Azərbaycanda bu tanınmış jurnalistlər vəfat edib - Yol qəzası, qəfil ölüm... / FOTOLAR Çox böyük və ağır itkidir... Milli Məclisin büdcəsi açıqlandı “Natiq bu yaxınlarda ata olacaqdı...” Q.Paşayeva: "Hakimlər "Qarabağ"ın uduzması üçün əllərindən nə gəlirdisə etdilər". Millət vəkili Q.Paşayeva banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb “Saytlara 1 milyon ayrılsın” - Əflatun Amaşovdan təklif "Dərs vaxtı nə təmir?! Burada nəsə fırıldaq var" - FAKT İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək Telman İsmayılov Fransadan sığınacaq istədi Bakıda yeni “Tarqovı” salınacaq Milli Şuranın sədri ordenlə təltif olunub ADTGT erkən nikahlarla bağlı regionlarda növbəti tədbirini Şamaxıda keçirdi Q.Paşayeva: "Şəhid ailələri və Qarabağ qazilərinə onlara verilməli olan sığorta pulunun nə zaman ödəniləcəyi ilə bağlı nə cavab verək? Dünyanın ən zəngin iş adamlarından biri saxlanıldı - 6,3 milyard dolları var 37 yaşında 38 uşağı var - Foto Q.Paşayeva MM-də ön cəbhə rayonu olan Tovuzun ciddi problemlərini qaldırıb "Bəzi səfirliklər bağlansın" - deputatdan tələb 35 milyard dollara inşa edilən avtomobilsiz şəhər - FOTOLAR "Dəmirbank"a depozit qoyanların milyonları mənimsənilib - MƏHKƏMƏ “Gecəqondular” özəlləşdirilsin - Deputatdan sənədsiz evlərlə bağlı TƏKLİF Rusiya azərbaycanlı iş adamına qarşı basqıları artırır - FTX "Palmali" barəsində araşdırmalara başlayıb Üç milyon mənimsəyən xanım bankirin məhkəməsi oldu Türkiyə-Rusiya-iran Sammiti Öncəsi Əsəd, Putin ilə Görüşüb Dünya Gözəli Seçilən Hindli Modelin Təbii Halını Görən "Tacını Alın" Deyir Sulu qar, qar yağacaq - SABAH Bəstəkarlar İttifaqında millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib Milli Məclisdə büdcə müzakirələri başlayır Abşeronda doğuş faciəsi: əkizlər də, ana da öldü - Video Həkimdən çağırış: Apteklərdən bunu almayın Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətindən - ŞİKAYƏT “Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama Bakıda istiliyin olmamasının səbəbi bilindi - Açıqlama “Riyad” daha olmayacaq: ad dəyişdi Bakıda zavodda partlayış - Ölən var + Foto Azərbaycanın qeyri-neft ixracı 1,219 milyard dollara çatıb "Yeni il"in bayram günləri açıqlandı - 5 gün istirahət Putinin “ağır topu” Bakıda - Kremlin iki hədəfi Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb Elməddin Səfərovun 3 mərasimi keçirilib WhatsApp-ın səsli ismarıc funksiyasına çoxdan gözlənilən yenilik gəlir “Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq Diqqətli olun: Bakıda insanları ölümə aparan çörək satılır – FOTO Rusiya təcavüzə hazırlaşır: Nazirdən xəbərdarlıq "Gabala Open "beynəlxalg turnirin ikinci günündə 2 saylı "Gömrükçü" idman klubunun idmançısı ugurlu çıxış etdi. Oğuzda təbiətə ziyan vurduğuna görə 51 nəfərə qarşı inzibati protokol tərtib olunub Qaxda mağaza yanıb Azərbaycan gimnastı dünya çempionu oldu — VİDEO Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi Q.Paşayeva MM-də ağır xəstə olan kəşfiyyatçının məsələsini qaldırıb və şəhid analarının çağırışını səsləndirib. Bakı sakinini teplovoz vurdu Hədəf Ərdoğan yox, Türkiyədir – NATO qalmaqalı Bakıda 50 yaşlı kişi damarlarını kəsərək intihar edib Şəmkirdə saxta pul hazırlayan şəxs tutulub Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək Çində güclü zəlzələ AFFA-dan geri addım: komitələr ləğv edilir Ağstafada 42 yaşlı kişi döyülüb Azərbaycan nefti yenidən bahalaşıb İstirahət günü Azərbaycanda hava yağmursuz olacaq Ucarda piyadanı maşın vurub Türkiyədə ağır qəza - Ölən və yaralananlar var + Foto Millət vəkili Q.Paşayeva Mərakeşin tanınmış təşkilat rəhbərlərinə Xocalı soyqırımından danışıb ABŞ Rusiyaya qarşı hərəkətə keçir: KREMLİN layihəsi Rza Zərraba sui-qəsd edilib - Yeni iddia “Putinlə Qarabağ məsələsini müzakirə etdik” - Ərdoğan Azərbaycanda Milli Dirçəliş günüdür Q. Paşayeva Pan-Afrika Parlamentinin Birinci prezidenti Gertrude Mongella ilə köçkün qadınlardan danışıb Tramp 12 günlük səfərindən danışdı Uzun ömürlülüyün sirri bu iki yağdadır... Yeni Azərbaycan çempionları “Araz”dan 16 cavabsız qol Tanınmış jurnalistin köməyə ehtiyacı var “Qremmi” mükafatı laureatı Patti Ostin Heydər Əliyev Mərkəzində çıxış edib - Foto Özbəkistanın müdafiə naziri Azərbaycana gəlib Avro cüzi ucuzlaşdı, dollar isə... Sosial yardım proqramı dayandırılarsa... – Sosioloq İranda ardıcıl iki zəlzələ olub “Nar” Xırdalanda yeni mağazasını təqdim etdi Nazirdən Qocanı öldürən polislərlə bağlı - Əmr Uçsaydıq, bu zəhrimar Koroğlunu görməzdik Məktəbdə OLAY: Şagirdləri ayırmaq istəyən xadimə təpikdən ölüb, yoxsa əməliyyatdan? (YENİLƏNİB) Region gəncləri arasında çövkən-at yarışları təşkil olunub Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Dünya Demokratiya Forumundaiştirak edib. Pakistan heyəti millət vəkili Q.Paşayeva ilə görüşdə Xocalı soyqırımının daha geniş tanıdılması üçün Azərbaycanın yanındayıq deyiblər Prezident girov götürüldü: Ordu həbslərə başladı Məni namərdlikdə ittiham etmək... - Deputatların qalmaqalı Sabahdan payız tətili başlayır Mehriban Əliyeva: "BMT qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır" ABŞ-da məktəbə hücum etdilər - Ölənlər var... Bakının bu ərazilərində su olmayacaq Quru əncirin MÖCÜZƏVİ FAYDALARI DÇ-2018: 30 iştirakçı bəllidi
    File engine/metagen.php not found.