Vəfa Sərdar Səfərovadan İbrətamiz həyat hekayəsi....

    Vəfa Sərdar Səfərovadan İbrətamiz həyat hekayəsi....


    Çox balaca idim. 7 yaşım olardı ya olmazdı. Bərdədə 4N-li məktəbdə oxuyurdum. Yağışlı, çiskinli bir gün idi. Məktəblə evimizin arasi 50-60 metr ancaq olardi deyə, anam məni o biri uşaqlara qoşulub getməyimə etiraz eləməzdi. 
    Məktəbin həyətinə bitişik bir neçə ev vardı. O həyətlərdən birində perajki bişirib satırdı bir xala. Böyük tənəffüs olan kimi hamı qaçıb o həyətdə perajki almaq üçün növbə tutardi. Mən heç vaxt orda növbə tutmamışdım. Çünki pulum olmazdi.  Əslinə baxsan perajki çox ucuz, 5 qəpiyə idi. Ancaq mənim heç 5 qəpiyim belə olmazdı. Anam verməzdi. 
    Bir səhər yenə dərsə gedəndə - həmin o çiskinli gündə- yerdə palçığa bulaşmış 5 qəpik gördüm. Sevindiyimdən uçurdum. Amma əyilib götürməyə utanirdim.  Yavaşca ətrafima baxdım. Uşaqların başı qarışıq idi. (Bəlkə də yox. Mənə elə gəlmişdi . Əyilib pulu götürdüm. Sinifə necə girdiyimi xatırlamıram. Əlimdə bərk-bərk sıxdığım qəpiyi ağzımın suyu ilə isladib formama sürtməyə başladım. (Pulun üstü paslanmışdi) Başım"işə" necə qarışıbsa, müəlliməmin səsini belə eşitməmişəm. 
    -Vəfa!!! 
    Qəpiyimi yenə əlimdə bərk-bərk sixib astaca:
    -Bəli, müəllimə 
    - Dərsə hazirsan? 
    - Bəli. 
    Bəxtimdən məndən dərs soruşmadı. Bircə böyük tənəffüs olsaydı... Nəhayət, zəngin səsi gəldi, otaqdan necə çıxdım Allah bilir. 
    Qaça-qaça gedib perajki satan xalagilin həyətinə saldım özümü. Balacaydım deyə məni itələyib yerimə keçən 2-3 nəfəri indi də bağışlaya bilmirəm.
    Əlqərəz, növbəm çatdı və əlimdəki 5 qəpikliyi xalaya uzatdim:
    - Mənə də perajki ver xala. 
    Qıpqırmızı, yağlı, isti, gözəl ətri gələn perajkini necə yeyəcəyim arzusu ilə xalaya baxiram. O isə qəpiyə baxib özümə qaytardı:
    - Bu pul paslıdir. 
    İlk əvvəl nə baş verdiyini anlamadım. Məni kənara itələyib perajki alıb sıradan çıxan uşaqları gördükcə başa düşdüm.
    Sakitcə sinifə gəldim. Əlimdəki pulu yenə ağzımın suyu ilə isladib donuma sürtməyə başladım. Pas təmizlənmirdi(( Əziyyət çəkdiyimi görən uşaqlar məsləhət verdilər ki, get evdə palaza sürt. Gəldim evə. Yeməyimi yeyib kitablarimi stolun üstünə tökdüm. Anam bayıra çıxan kimi qəpiyi palaza sürtməyə başladım. Deyəsən azca ağarmışdı. Yəqin ki, bu qəpiyə düşər deyə sevindim. Və rahat-rahat yatdim. Səhər yenə eyni həyəcanla o qapiya getdim. Bu dəfə qaça-qaça yox, sakit-sakit getdim. Növbəm çatdı və xala yenə pula baxib özümə qaytardı. 
    - Bu pula düşmür!..
    Bu dəfə ağlamağim gəldi. Gözlərim doldu. Axi mən də o qırmızı, qəşəng perajkilərdən istəyirdim.
    Suyu süzülmüş sinifə gəldim. Hamının əlində kağıza bükülmüş perajki vardı. Baxmağa utanırdım. Amma göz yaşlarımi da saxlaya bilmədim. Sakitcə partama keçib başımı qolumun üstünə qoydum. Gözümün yaşı damcı-damci süzülüb burnuma, ordan da fartukumun üstünə töküldü. Zəng vuruldu, dərs başladı. Ağladığımı müəllimə başa düşdü, düşmədi yadimda deyil. Axşam evə gedəndə anamın işi çox idi deyə dərsləri hazırlamağımi tapşırıb getdi. Mən anam çıxan kimi qəpiyi palaza sürtməyə başladım. O qədər sürtmüşdüm ki, barmaqlarımın iç tərəfi sürtülüb açılmışdı. Bıçaqla pas ləkələrini qaşımağa başladım. Deyəsən faydası olmuşdu. Pulun rəngi əməlli başlı açılmışdı. Gecəni yata bilmədim. Anamla yatirdim deyə, yerimdə o tərəf, bu tərəfə çevrilməkdən anamın da yuxusunu qaçırdım. O:
    - Noolub Vəfa, niyə yatmirsan? 
    -Yatıram
    - Acsan?
    -Yox
    - Dərslərinə hazirsan?
    -Hə. 
    -Bəs niyə yatmırsan? 
    Bir istədim anama deyəm ki, ay ma, mənə qəpik ver perajki alım. Amma demədim. Olmazdı! Pul istəmək eyibdir! Anamın acığı tutardı. Ona görə "yatiram, ay ma"- deyib üzümü divara çevirdim. O da məni bərk-bərk qucaqlayib qoxulamağa, əzizləməyə başladı. Ananin qucağında yuxumu gəlməz?...
    Səhər dərsə getdim. Yenə eyni həyəcan, eyni qorxu ilə böyük tənəffüsü gözlədim. Və.. Əlimdə tapdığım və 2 gün sürtüb pasini təmizləməyə çalışdığım 5 qəpikliklə yenə o qapiya getdim. Bu dəfə qorxa-qorxa. Bir neçə dəfə növbəm yaxınlaşanda kənara çəkilib növbəmi ayrı uşaqlara verdim. Deyəsən az adam qalırdı. Yaxınlaşıb pulumu xalaya uzatdım. Aldı. Bir əlindəki qəpiyə, bir də mənə baxdı. 
    - Sənə demədim bu pula düşmür?- deyib pulu ağacların altına-torpaga tərəf vızıldatdı. Mən yerimdə donub qalmışdım. O 2 dənə perajkini kağıza büküb hirslə mənə uzatdı:
    - al! Get ye! 
    ... Əlimdə çox arzuladığım həmin o qıpqırmızı, yağlı perajkilər vardı. Ancaq nə qədər elədimsə əlimi qaldırıb ağzıma apara bilmədim. Perjkiləri elə xala verdiyi kimi də aparib pəncərənin altina qoydum və sakitcə sinifə keçdim. 
    İllər sonra bu hadisəni tələbəliyin son günündə hazırladığımız məclisdə danışdım. Həmin məclisin videosuna anam baxanda o qədər ağlayıb ki, heç kim onu sakitləşdirə bilməyib. Gəlib məndən bu barədə soruşdu. Təsdiqlədim. Dedim ona hər şeyi. Əslində bizim evdə Saratov soyuducularindan var idi. Anam onun üstünə tozlanmasin deyə klyonka sərmişdi və o klyonkanin alti qəpiklə, manatla dolu olardi. Ancaq nə mən, nə də qardaşim ora əl uzatmazdiq, orda pul olduğunu bilə bilə. 
    Anam çox təsirlənmişdi. Dedi ki, məktəb evin yanında idi, səni də qəşəng yedirib-içirib göndərirdim. 5 dərs keçib gəlirdin. Mən hardan bilərdim ki, sən bu qədər dərd çəkmisən...
    Öz istəklərinizi yox, uşaqlarinizin istəyini edin. Mənim kimi yara almasin deyə.. (hər perajki yeyəndə xalanin o sifəti dayanır gözlərim önündə)
    Həyat kitabımdan daha bir vərəq...

    Vəfa Sərdar Səfərova

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 1 056


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında Bakıda bəzi yollarda sürət həddi endirildi –Yağışa görə Bazarlarda qiymətlər necədir? - VİDEO Bakıya aylıq normadan artıq yağıntı düşüb Tovuzda gənc oğlan ağacdan yıxılaraq ayağını qırıb İndoneziyada zəlzələ oldu “Yağışın yaratdığı fəsadlar aradan qaldırılır” - “Azərişıq” Təbiət bir gecəyə Bakı üzrə “aylıq plan”ı doldurdu Bu gün Paşinyanla Sərkisyanın pərdəarxası döyüşü olacaq "Kamal Abdullanın bu addımı sözün yaxşı mənasında bir "ilk" oldu" İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - Foto Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq Qatil: “Etimad İsmayılovdan cəld tərpəndim”- Milyon dollarlıq mübahisə, AVM səhmləri, “Glock” tapançası... Məktəbli avtobusu qəzaya uğradı – Ölənlər var  İrandakı paradda terakt anı - Video/Foto Bakıdan KTMT-yə: Nikolun cəfəng açıqlamaları ilə tanış ol! "Gəncliyin rəngləri " adlı sərgi keçirilib-Fotolar ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var 20 yaşlı azərbaycanlı tələbə İsveçdə deputat seçildi - Fotolar Prezidentin bu çıxışı İrəvana layiqli cavab idi - Politoloq Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik” Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib “Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu Qayıq göldə batdı, 44 nəfər öldü "Frutti Freska"dan ibrətamiz addım-Fotolar Ağacdan yıxılan jurnalist dünyasını dəyişdi Azərbaycanda pambığın qiyməti 50 manat qalxdı Elnur Seyidovun şikayəti təmin olunmadı Ermənistandakı Rusiya aviasiyası döyüşə hazır vəziyyətə gətirildi Saçyoldu olayı baş verən məktəbin direktoru işdən AYRILDI “Nar”-ın dəstəyilə “Brain Ring” yarışları start götürdü "Xətai" metrosu bağlanır - 1 illik Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi Ordumuzun təlimləri: döyüşə hazırlıq... - Video Fikrət Qocanın oğlunun qatili ilə bağlı – Son qərar Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına da daxil olur NATO-dan Azərbaycanla bağlı açıqlama Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT Ülviyyə Namazova: "Afət Fərmanqızı, səndə onun tayısan!"-QALMAQAL! Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb Sumqayıtda avtobus "Kamaz"la toqquşdu - Yeniləndi Heydər Əliyev hərbi xidmətdə: bu gün and içdi FOTOLAR Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir- VİDEO Əgər təlimat verilsə, Rusiya belə bir helikopter istehsal edəcək Türkiyədə Bakının azad edilməsinin 100 illiyinə videoçarx hazırlandı - VİDEO ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı Bu, Ərdoğan və Əliyevin birgə mesajıdır Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü+ Fotolar+ Yenilənib Bu gün Almaz balanın doğum günüdür Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi ölkəmizdədir Azərbaycanlı politoloqdan Ermənistan hərbi rəhbərliyinə məsləhət... Ərdoğan və Əliyevin iştirakı ilə bu gün... - Türkiyə XİN “Nar” 15 sentyabr– Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar”-dan 10 qəpiyəgünlük internet paketitəklifi Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib Bəbəlidə yanğın baş verib Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı Kaliforniyada atışma nəticəsində 6 nəfər ölüb Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib “Orta əsr təfəkkürü Paşinyana baha başa gələcək”-Aydın Mirzəzadə “Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi 12 sentyabrda gözlənilən hava şəraiti Zəvvarları daşıyan avtobus aşdı - 50 nəfər öldü Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi Azərbaycanda bu analizin qiyməti 3 minə yaxındır Kağızdan hazırlanmış qeyri-adi sənət əsərləri - Fotolar İranın "Şiə qurşağı"na ağır zərbə - Şərh Qurban Qurbanov Malta uğursuzluğundan danışdı Q.Paşayeva Yeni Dərs İli öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşüb Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb Bakıda tarixi parada hazırlıq – Video Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi təsdiqlənib Avstriyada baş verən qəzada 13 qadın xəsarət alıb Yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə ədəbi –bədii tədbir keçirilib - Foto “Nar”-dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri Paşinyan bu gün Moskvada “məşhər ayağına” çəkiləcək ""Addım- addım"ın repertuarımda xüsusi yer tutacağına əminəm"-Aygün Aydın Gənc Kikboksçu qadın Günay Sun Moon Haciyeva niyə qəzəbləndi? Tamerlan Qarayev kim idi ki, onun əmri ilə vertolyot vurulsun? - ETİRAZ... Prezident böyrəyi səhvən götürülmüş uşağa ev bağışladı Yevlaxda baba 3 yaşlı nəvəsini öldürdü Azərbaycanda dünya çempionu HƏBS EDİLDİ - QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ (ÖZƏL-FOTO) Quzusunu xilas etmək istəyən fədakar çoban həyatından oldu -FOTO İranda 5,5 bal gücündə zəlzələ olub 08 sentyabrda gözlənilən hava şəraiti Türkiyə Prezidenti İranda səfərdədir Yevlaxda sürücü avtomobili aşırıb, sərnişin ölüb “Biz, bir millət iki dövlətik!”devizi altında ədəbi-bədii tədbir keçirilib Q.Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib və insanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik deyib Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib Şimali Koreyada daşqınlar nəticəsində 76 nəfər ölüb, 800-dən çox bina dağılıb Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub Ukraynada uçot dərəcəsi artırılıb Lənkəranda gənc oğlan qayınatası tərəfindən bıçaqlanıb Son dəqiqə: Rusiya qırıcıları İdlibi vurdu – 4 milyona yaxın sakin təhlükədə Bu dərmanların istifadəsi QADAĞAN EDİLDİ - SİYAHI 11 mindən çox insanda bədxassəli şiş aşkarlandı - Azərbaycanda Şirkət aşağı qiymətə satılıb, araşdırma olacaq - Prokuror
    File engine/metagen.php not found.