Azərbaycanın ilk danışa və eşidə bilməyən modeli - Fotolar+Video

    Azərbaycanın ilk danışa və eşidə bilməyən modeli - Fotolar+Video


    Azərbaycanın ilk nitq və eşitmə məhdudiyyətli gənc modeli Xaliq Məhəmmədzadə "Qafqazinfo”ya müsahibə verib. Xaliqin anası Xədicə Məhəmmədzadənin köməkliyi ilə baş tutan söhbəti təqdim edirik:

    - Xaliq, sizi sosial şəbəkədəki fotolarınızla kəşf etmişik, daha sonra model olduğunuzu öyrəndik. Barənizdə bilmədiklərimizi bizə danışa bilərsiz?

    -  Özüm 1993-cü ildə anadan olmuşam. Boyum 1,88 sm-dir, 85 kq isə çəkim var. Bakı Humanitar Kollecində rəssamlıq üzrə təhsil alıram. Rəsm müəllimi olacağam. Bunun səbəbi odur ki, biz ancaq əl işi üzrə təhsil ala bilərik. Riyaziyyat, ana dili və başqa ixtisaslar üçün təhsil almaq imkanımız çox azdır. Uşaqlara rəsm çəkməyi öyrətməyi çox istəyirəm.

    -  Model olmaq barədə qərara necə gəldiniz?

    -  Kollecdə olarkən tez-tez model fotolarına baxırdım. Elə bu anda model olmaq qərarına gəldim. Çox həvəsim var idi, üzərimdə ciddi olaraq çalışdım. Mübariz Allahverdizadə mənə model kimi düzgün yerimə qaydalarını öyrətdi.  Azərbaycanda model kimi uğur qazandıqdan sonra xaricə getmək fikrim var. Orada model kimi fəaliyyət göstərmək istəyirəm.

    - Yəqin ki, bilirsiz, modellikdə o qədər də pul qazanmaq olmur. Bu sənətə pul qazanmaq, ya tanınmaq üçün gəlmisiz?

    - Belə düşünürəm ki, hər ikisi üçün model oldum. Amma daha çox tanınmaq üçün belə qərar verdim. Çox istəyirəm ki, Azərbaycanda məşhur olum.

    -  Lider TV-də yayımlanan model akademiyasında iştirak etmisiz. Deyəsən, uğur da qazandız.

    - Bəli, həmin yarışmaya qatılmışdım. Elə ilk həftənin birincisi oldum.  Bundan sonra özümə inamım artdı.

    -  Podium model üçün çox vacibdir. Modellər də musiqiyə uyğun olaraq səhnəyə çıxır, geyimi təqdim edir. Siz bunu necə bacarırsız?

    -  Musiqini çox az eşidirəm. Elə bil ki, hiss edirəm. Estrada və böyük səs-küylü musiqiləri daha yaxşı hiss edirəm. Gur səsli mahnıları da bir qədər eşidirəm. Evdə isə qulaqcıqla mahnılara qulaq asıram. Oxuyanın kişi və qadın olduğunu ayıra bilirəm. Ancaq mahnının sözlərini başa düşmürəm.

    -  Doğuşdan eşitmə və danışma məhdudiyyətli olmaq sizin üçün kompleks yaratmır?

    -  İnsanlar arasında kompleksim yoxdur. Özüm tək olanda saatlarla dua etdiyim vaxtlarım olub, istəmişəm danışım. Hətta bu yaxınlarda bir kitab oxudum. İsa Peyğəmbərin əbasına toxunan hər kəsin problemləri həll olur. Bundan sonra dini kitablar oxumağa başlamışam. Elə bil ki, həmin kitablardan nicat gözləyirəm. Dua edirəm ki, dilim açılsın, hələ ümidimi üzməmişəm.

    - Xədicə xanım, ( Xaliqin anası) oğlunuz birinci sinfə gedəndən sonra siz də həmin məktəbdə müəllimə kimi çalışmağa başladız.

    -   Xaliq birinci sinfə gedəndə məktəbə gəldim. Oğlumun sinif müəlliməsi başqası idi. Onu tək qoymadım, mən də onunla birgə məktəbə getdim.

    -   Yerli film, seriallarda heç rol almısız?

    -  Kastinqlərə getmişdim. Mənə verilən rolu canlandırdım. Səhnə çəkildi, daha sonra mənə xəbər etmədilər. Mənim üz cizgilərim Həzrəti Əlinin üz cizgilərinə çox bənzəyir. İstəyirəm ki, dini filmlərdə rol alım. Bir xanım var idi, Türkiyədən gəlmişdi. Mənim şəkillərimi çəkdi. Onlardan cavab gözləyirəm. Xanım mənə deyib ki, jurnalın üz qabığında olacam və həmin jurnal 10 ölkədə təqdim olunacaq.

    -  İlk qonorarınızı nəyə xərcləmisiz?

    -  Elə bu jurnala çəkən qız qonorar verdi. Özümə paltar aldım.

    -  Dünyada bir çox modelləri var ki, məhz bu məhdudiyyətlərə görə məşhurlaşıblar. Kimisi fərqli rənginə, kimisi nitq probleminə görə. Bu cür olmağın sizə xüsusi avantajı varmı?

    -  Elə bilirdim ki, lal-kar olduğuma görə heç nə edə bilməyəcəm. Amma hər şey tərsinə oldu. Model olduqdan sonra əksər insanlardan daha çox uğur qazandığımı düşünürəm. Elə bilirəm ki, hər şey mənim üçün əladır. Qüsurlu olmağım avantajdı, amma danışmağı çox istəyirəm.

    - Ətrafınızda xeyli dostlarınız var. Ən azından sosial şəbəkədə paylaşdığınız fotolarda bunu görmək mümkündür. Onlarla ünsiyyət qurmaqda çətinlik çəkmirsiz?

    - Onları öyrədirəm, başa salıram. Mənim üçün çətin olmur. Ünsiyyət qura bilirəm. Mən insanların üzlərindən hiss edirəm ki, mənə yaxınlaşmaq istəyir.

    - Sevgiliniz var? Ananız deyir ki, keçmiş sevgiliniz siz model olduqdan sonra qısqanıb, sizə problemlər yaradıb. Düzdü?

    -  Bəli, məni çox qısqanırdı. Bu da ayrılmağımıza səbəb oldu. İstəyirəm ki, burdan mənim dediklərimi oxusun. Hamını sevmək olmur.

    -  Xanımlar niyə yaraşıqlı biri ilə sevgili olmağa qorxurlar? Səbəb nədi?

    - Yəqin elə bilirlər nə vaxtsa əllərindən çıxar, amma bir kişi bir xanımı ürəkdən sevərsə, onu heç kim xanımın əlindən ala bilməz.

    Elvin Elxan

    Foto+Video: Nuran Məmmədov

     










    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 127


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Fransa səfirliyinin müşavirləri Bakı Avrasiya Universitetində “Fransız dili Mərkəzi”nin açılışında iştirak edblər. Bərzanini dəstəkləyən məmur işdən çıxarıldı “Yeni doğulan uşağa görə 45 manat, buzova isə...” Britaniya nəhəng iqtisadi güclərin reytinqində gerilədi - Beşlikdən çıxdı Bakıda güclü külək fəsad törətdi - Məktəbin damını evlərin üstünə aşırdı Putindən Rus Şirkətlərə Göstəriş: "Müharibəyə Hazır Olun" Azərbaycanda bu tanınmış jurnalistlər vəfat edib - Yol qəzası, qəfil ölüm... / FOTOLAR Çox böyük və ağır itkidir... Milli Məclisin büdcəsi açıqlandı “Natiq bu yaxınlarda ata olacaqdı...” Q.Paşayeva: "Hakimlər "Qarabağ"ın uduzması üçün əllərindən nə gəlirdisə etdilər". Millət vəkili Q.Paşayeva banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb “Saytlara 1 milyon ayrılsın” - Əflatun Amaşovdan təklif "Dərs vaxtı nə təmir?! Burada nəsə fırıldaq var" - FAKT İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək Telman İsmayılov Fransadan sığınacaq istədi Bakıda yeni “Tarqovı” salınacaq Milli Şuranın sədri ordenlə təltif olunub ADTGT erkən nikahlarla bağlı regionlarda növbəti tədbirini Şamaxıda keçirdi Q.Paşayeva: "Şəhid ailələri və Qarabağ qazilərinə onlara verilməli olan sığorta pulunun nə zaman ödəniləcəyi ilə bağlı nə cavab verək? Dünyanın ən zəngin iş adamlarından biri saxlanıldı - 6,3 milyard dolları var 37 yaşında 38 uşağı var - Foto Q.Paşayeva MM-də ön cəbhə rayonu olan Tovuzun ciddi problemlərini qaldırıb "Bəzi səfirliklər bağlansın" - deputatdan tələb 35 milyard dollara inşa edilən avtomobilsiz şəhər - FOTOLAR "Dəmirbank"a depozit qoyanların milyonları mənimsənilib - MƏHKƏMƏ “Gecəqondular” özəlləşdirilsin - Deputatdan sənədsiz evlərlə bağlı TƏKLİF Rusiya azərbaycanlı iş adamına qarşı basqıları artırır - FTX "Palmali" barəsində araşdırmalara başlayıb Üç milyon mənimsəyən xanım bankirin məhkəməsi oldu Türkiyə-Rusiya-iran Sammiti Öncəsi Əsəd, Putin ilə Görüşüb Dünya Gözəli Seçilən Hindli Modelin Təbii Halını Görən "Tacını Alın" Deyir Sulu qar, qar yağacaq - SABAH Bəstəkarlar İttifaqında millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib Milli Məclisdə büdcə müzakirələri başlayır Abşeronda doğuş faciəsi: əkizlər də, ana da öldü - Video Həkimdən çağırış: Apteklərdən bunu almayın Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətindən - ŞİKAYƏT “Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama Bakıda istiliyin olmamasının səbəbi bilindi - Açıqlama “Riyad” daha olmayacaq: ad dəyişdi Bakıda zavodda partlayış - Ölən var + Foto Azərbaycanın qeyri-neft ixracı 1,219 milyard dollara çatıb "Yeni il"in bayram günləri açıqlandı - 5 gün istirahət Putinin “ağır topu” Bakıda - Kremlin iki hədəfi Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb Elməddin Səfərovun 3 mərasimi keçirilib WhatsApp-ın səsli ismarıc funksiyasına çoxdan gözlənilən yenilik gəlir “Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq Diqqətli olun: Bakıda insanları ölümə aparan çörək satılır – FOTO Rusiya təcavüzə hazırlaşır: Nazirdən xəbərdarlıq "Gabala Open "beynəlxalg turnirin ikinci günündə 2 saylı "Gömrükçü" idman klubunun idmançısı ugurlu çıxış etdi. Oğuzda təbiətə ziyan vurduğuna görə 51 nəfərə qarşı inzibati protokol tərtib olunub Qaxda mağaza yanıb Azərbaycan gimnastı dünya çempionu oldu — VİDEO Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi Q.Paşayeva MM-də ağır xəstə olan kəşfiyyatçının məsələsini qaldırıb və şəhid analarının çağırışını səsləndirib. Bakı sakinini teplovoz vurdu Hədəf Ərdoğan yox, Türkiyədir – NATO qalmaqalı Bakıda 50 yaşlı kişi damarlarını kəsərək intihar edib Şəmkirdə saxta pul hazırlayan şəxs tutulub Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək Çində güclü zəlzələ AFFA-dan geri addım: komitələr ləğv edilir Ağstafada 42 yaşlı kişi döyülüb Azərbaycan nefti yenidən bahalaşıb İstirahət günü Azərbaycanda hava yağmursuz olacaq Ucarda piyadanı maşın vurub Türkiyədə ağır qəza - Ölən və yaralananlar var + Foto Millət vəkili Q.Paşayeva Mərakeşin tanınmış təşkilat rəhbərlərinə Xocalı soyqırımından danışıb ABŞ Rusiyaya qarşı hərəkətə keçir: KREMLİN layihəsi Rza Zərraba sui-qəsd edilib - Yeni iddia “Putinlə Qarabağ məsələsini müzakirə etdik” - Ərdoğan Azərbaycanda Milli Dirçəliş günüdür Q. Paşayeva Pan-Afrika Parlamentinin Birinci prezidenti Gertrude Mongella ilə köçkün qadınlardan danışıb Tramp 12 günlük səfərindən danışdı Uzun ömürlülüyün sirri bu iki yağdadır... Yeni Azərbaycan çempionları “Araz”dan 16 cavabsız qol Tanınmış jurnalistin köməyə ehtiyacı var “Qremmi” mükafatı laureatı Patti Ostin Heydər Əliyev Mərkəzində çıxış edib - Foto Özbəkistanın müdafiə naziri Azərbaycana gəlib Avro cüzi ucuzlaşdı, dollar isə... Sosial yardım proqramı dayandırılarsa... – Sosioloq İranda ardıcıl iki zəlzələ olub “Nar” Xırdalanda yeni mağazasını təqdim etdi Nazirdən Qocanı öldürən polislərlə bağlı - Əmr Uçsaydıq, bu zəhrimar Koroğlunu görməzdik Məktəbdə OLAY: Şagirdləri ayırmaq istəyən xadimə təpikdən ölüb, yoxsa əməliyyatdan? (YENİLƏNİB) Region gəncləri arasında çövkən-at yarışları təşkil olunub Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Dünya Demokratiya Forumundaiştirak edib. Pakistan heyəti millət vəkili Q.Paşayeva ilə görüşdə Xocalı soyqırımının daha geniş tanıdılması üçün Azərbaycanın yanındayıq deyiblər Prezident girov götürüldü: Ordu həbslərə başladı Məni namərdlikdə ittiham etmək... - Deputatların qalmaqalı Sabahdan payız tətili başlayır Mehriban Əliyeva: "BMT qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır" ABŞ-da məktəbə hücum etdilər - Ölənlər var... Bakının bu ərazilərində su olmayacaq Quru əncirin MÖCÜZƏVİ FAYDALARI DÇ-2018: 30 iştirakçı bəllidi
    File engine/metagen.php not found.