"Ay hörmətli ekspertlər, nazirlik əməkdaşları..." - Slavyan Universiteti tələbələrindən ŞOK ETİRAZ...


    "Haqsızlıqla qarşılaşan bütün tələbələri Yay məktəbini boykot etməyə çağırırıq"

    Həftənin əvvəlində Bakı Slavyan Universitetinin bir qrup tələbəsi müraciət edərək israrla şikayətlərini ictimailəşdirməyimizi xahiş etmişdi. Biz universitet rəsmisinin də mövqeyini öyrənərək həmin müraciəti oxuculara təqdim etmişdik.

    Universitet tələbələri növbəti dəfə saytımıza aşağıdakı məzmunda məktub göndəriblər. Bəri başdan bəyan edirik ki, universitet rəhbərliyinin də bu ittihamlara cavabını olduğu kimi təqdim etməyə hazırıq:

    "Hörmətli "moderator.az” kollektivi! Sizə olan etimadımızı doğrultduğunuz və şikayətimizi olduğu kimi təqdim etdiyiniz üçün dərin təşəkkürümüzü bildiririk! BSU tələbələri olaraq bizə qarşı edilən haqsızlıqların aradan qaldırılmasını xahiş və tələb edirik. Təbii ki, dünənki şikayətimizdən sonra Universitetin bir qrup "xüsusi təyinatlı” rəhbər heyəti təşvişə düşüb və tələbələrin yaşadıqları bu ədalətsizliyin səbəbini bir-birlərinin üzərinə atmağa və ortada "günah keçisi” axtarmağa çalışırlar. Hətta şikayətlərimizin yayımlanmasının qarşısını almaq üçün əllərindən gələni edirlər. Qeyd etmək istəyirik ki, İslam Həmrəyliyi Oyunlarında könüllü olaraq dövlətimizə xidmət etmiş bir qrup tələbə yoldaşlarımızı həftələrdir "münaqişə ocağı”nın qarşısında saxlayır və kəsirə göndərirdilər. Lakin dünən dəyərli prorektorumuz olan Xanım Sultanovanın dəstəyi ilə tələbə yoldaşlarımızın haqqları müdafiə olundu. 

    Xüsusilə vurğulamaq istədiyimiz o qədər məsələlər var ki. Universitetrə yaxşı bal toplayan tələbələri yenidən imtahana salmaq bir adət-ənənə olub. Balları azaldıb bizi kəsirlər. Hətta Beynəlxalq Münasibətlər fakültəsində elə bir qrup var ki, artıq üçüncü dəfə imtahan təşkil edirlər. Bu hansı qanunda var? Onlar yüksək bal toplayırlar, rəhbərlik yenidən imtahan təşkil edir. Saatlarla ac-susuz qərargahın qarşısında gözləyirik. Münaqişə komissiyasının dəqiq vaxtı yoxdur. Səhərdən axşama kimi bizi gözlətdirirlər. Ayın 2-si imtahan vermişik, cavablar 4-5 gün sonra elan olunur. Gedib ərizə yazırıq ki, apelasiyaya müraciət etməyə gəlmişik.

    Dilarə adlanan o xanım deyir ki, olmaz, İmtahandan 4-5 gün keçib, dekanınız işi verməyəcək. Bunlara başa sala bilmirik ki, ay hörmətli müəllimə, mənim cavabımı dünən elan etmisiz, mən 3 gün öncə hansı fakta əsasən müraciət edim? Yaşadığımız bütün bu streslə nə növbəti imtahanlara hazırlaşa bilirik, nə də mənimsədiyimiz dərsləri imtahanda yaza bilirik. Təbii ki, bunların bizə qarşı rəftarlarının səbəbini anlaya bilirik, artıq 20-21 yaşlı gənclərik, bunu anlamaq elə də çətin bir iş deyil. Müəllimlərimizin maaşlarını vaxtı-vaxtında verə bilməyən bir rəhbərlikdən söhbət edirik. Əllərindən çıxış yolunu kəsrlərdə görməkdən başqa bir iş gəlmir. Təbii ki, dekanlarla birləşib xəlvət işlər də görürlər. Hətta oxumayan tələbələr bizə trip ataraq "mən işimi həll etdim, sizə eyvallah” deyirlər.

    Kütləvi kəsrlər və qarşıdan gələn yay məktəbləri…

    Haqlı olduğumuz halda imtahandan kəsilirik. Ötən semester davamlı fənlərdən haqlı olaraq kəsilən onlarla tələbə münaqişə ocağına müraciət etsə də, onların balı artırılmamışdı. Amma nə sirdirsə, növbəti semester həmin tələbələrin adlarını jurnalda gördük. Həmin tələbələrin adlarını, qrup nömrələrini və fakültələrini də çəkə bilərik. Hanı bəs şəffaflıq? Ay hörmətli ekspertlər, nazirlik əməkdaşları, bu necə olur? Universitetdə özbaşınalıq baş alıb gedir. Hər kəs özünə görə bir idarəçilik sistemi yürüdür. Belə də şey olar? Əvvəl mühit tamam fərqli idi. Bunu bütün 3-cü, 4-cü kurs tələbələri təsdiq edə bilər. Biz həqiqətən də tələbəlik həyatı yaşayır, tədrisə böyük maraq göstərirdik. İndi isə hər şeyi dəyişdilər. Vallah, heç kollec sistemi də belə deyil, BSU-da orta məktəb abu-havası yaradıblar. 

    Dünənki şikayətimizdən sonra İbrahim Quliyev adlı mətbuat xidmətinin rəhbəri açıqlama verib, deyir qərargahın üzvüdür. Belə hallar baş verməyib. Necə yəni baş verməyib? Deyir, mənə müraciət etsinlər, kömək edim. Necə kömək edəcək? Nəyin qarşılığında? Onun kömək etdiyi, imtahanlarda bal yazdırdığı tələbələri də yaxşı tanıyırıq. Bu şikayətləri beş-on nəfər demir e, 100-150 nəfərə yaxın tələbə deyir və günü-gündən bu say kəskin şəkildə artır. Dünən instagramda iki səhifəni bağlatdırdılar. Niyə? Çünki bütün tələbələr haqlı etirazlarını yazmışdılar. Aşağıda həmin şikayətlərin bir neçəsini fakt olaraq sizə təqdim edəcəyik. Hətta özlərinə yaxın bir neçə tələbədən imtahanların şəffaf keçməsi ilə bağlı yazıb istəyib səhifələrində paylaşdılar. Bu 4-5 nəfərin "hər şey yaxşıdır” deməyi sizin haqlı olduğunuz anlamına gəlmir. Valideyn komitəsinin sədrinin adını elə çəkirsiz ki, elə bil o adam imtahan prosessini izləməyə gəlib. Vallah yox, müəllimlərlə elə rəftar edir, elə əmrlər verr ki, elə bil prorektordu. Bütün müəllim və tələbələr o adamın əlindən təngə gəlib. Onu siz imtahanın şəffaflığı təmin etmək üçün gətirməmisiz e, rəsmi açıqlamalarında adını hallandırmaq üçün gətirmisiz. Yoxsa o valideyn durmadan ora-bura kağız daşımazdı. Özünü Univrsitet əməkdaşı kimi təqdim etməzdi. Hər şey göz qabağındadır. Etdiyiniz əməllər, gördüyünüz işlər. Şəffaflıqdan söhbət belə gedə bilməz.

    Əgər bunların məqsədi bizi imtahanlardan kəsərək yay məktəbində Universitetin olmayan büdcəsini doldurmaq istəyidirsə, biz tələbələr də bunu boykot edir və bütün kəsiri olan tələbələri yay məktəbini boykot etməyə çağırırıq. Nazirlər kabinentinin qərarı var. Akademik borcu olan tələbələr başqa bir Universitetdə kəsr olan fənni dinləyə və kreditlərini orada ödəyə bilər. Və bu Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilib.

    Sizin məqsədiniz bizi haqsız yerə incitmək və bunun qarşılığında olmayan büdcənizi doldurmaqdırsa, bu da biz tələbələrdən sizə ən layiqli etiraz olsun. Sizə ödədiyimiz pulu gedib başqa Universitetə ödəyər, oxuyub normal imtahandan keçərik də. Həm oxuyaq, həm kəsəsiniz, həm də yenidən sizə pul ödəyək və etiraz etdiyimizə görə yenidən bizi kəsəsiniz? Haqsızlıqla qarşılaşan bütün tələbələri BSU-nun təşkil edəcəyi yay məktəbindən imtina etməyə çağırırıq. Bizim haqqımızı tapdalayaraq əsla və əsla məqsədlərinizə çata bilməyəcəksiniz. Biz bu mübarizədən əsla və əsla əl çəkməyəcəyik. Ümid edirik rəsmi qurumlar səsimizə səs verəcək!" (Moderator.az)
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 155


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    MMA üzrə bir çox qələbələrə imza atan idmançılarımızdan qürur verici xəbər gəldi Millət vəkili Q.Paşayeva Ərkivan qəsəbəsində “Gənclər zərərli vərdişlərə YOX deyir” tədbirində gənclərə çağırış edib. Qənirə Paşayeva, Yazgül Abdıyeva və Arzu Bağırova xanım jurnalistləri təbrik etdi "Kim nə deyir desin biz elə bizik" Rəşad Kəsəmənlidən gözəl rəsm əsəri-Foto Bahalaşan və ucuzlaşan məhsulların - Siyahısı Adnan Oktarın evindən çıxanlar - Video Millət vəkili Qənirə Paşayeva Masallıda Kitab Günündə çıxış edərək gənclərə çağırış edib-Fotolar Təbiətə ziyan vuranlar Baş Prokurorluğa verildi Metro tikintisi Bakıda yolu çökdürdü - FOTO Adnan Oktarın villasına basqın anı - Video Ömrün sonuncu günəşi- əbədi işıq... Q.Paşayeva Ağdamda qəhrəman şəhidimiz Raquf Orucovun xatirəsinə həsr olunmuş anım tədbirində çıxış edib Goranboyda traktor aşdı - 4 yaralı Adnan Oktarın aylıq qazancı nə qədər olub? Android istifadəçilərinə təhlükəli virus hücum edib İsti havada buz kimi su içmək çox təhlükəlidir - bunu mütləq bilin! Fərəc Quliyev: “Onların kökünü birdəfəlik kəsmək lazımdır” Gədəbəydə tibbi aksiya keçirildi-Fotolar “Dövlətimiz əmin əllərdədir” İstirahət günlərində 7 yol qəzası olub - 4 ölü, 11 yaralı Neft bahalaşıb Gəncə sakini bıçaqlanıb Qarabağ icması Ağdərə ilə bağlı bəyanat yaydı Ermənilərdən növbəti təxribat: Yanğın “Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alqışlarla qarşılandı Gəncədə açılan güllələr? İŞİD İZİ “Nar”Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi KİTAB DA İNSAN KİMİDİR... Ərdoğan Azərbaycana gəlir Q.Paşayeva AŞPA-da Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib və Ermənistan heyətinə sərt cavab verib. “Nar” korporativ müştərilərlə görüş keçirib Azərbaycan Ordusunun ilk hərbi operatoru vəfat etdi Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsini Ermənistanın törətdiyi vandalism aktlarına seyriçi qalmamağa çağırıb “Türk Ulduzları” Bakı səmasında uçuşlar edib Hərbi parad başladı - Zakir Həsənov Ali Baş Komandana raport verdi (YENİLƏNİB) “Ərdoğanın digər özəlliyi odur ki, terrorçuları dəstəkləyən qüvvələrin üzərinə gedir” Ramin Quluzadə Qusarda vətəndaşlarla görüşəcək Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı açıqlama: "Ağır xəstənin kiçik arzusunu yerinə yetirmək savabdı.." Ərdoğan 52.6 faiz səs toplayıb - Yekun nəticə açıqlandı Daşkəsəndə təbii fəlakət - Evlər, körpülər dağıldı Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfərə gələcək Böyük skandal : İngilis mediası seçki günü müxalifəti Ərdoğanı devirməyə çağırdı – “Ərdoğan dünya üçün təhdiddir, onu devirin” Ərdoğan nəvələri ilə birlikdə səs verdi - Video Millət vəkili Q.Paşayeva Braziliya, Çin və İndoneziyanın fəal qadınları ilə Qarabağdan danışıb “Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın! "Düşməni hədəfə alaq, hərəmiz bir güllə ataq" devizi altında kiçik çaplı odlu silahdan təlim atışları təşkil edildi Ukraynada "Azərbaycan Ticarət Evi" açılıb Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq” Xaçmazda yeni gömrük-keçid məntəqəsi inşa olunacaq Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur Nazir: "Pambıqçılıqla məşğul olan fermerlər təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər” Qanunsuz süni balıq gölləri yaradan şəxslər 85 min manat cərimə edilib AMB-nin valyuta məzənnələri Gömrükçülər ölkəyə xeyli sayda qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclası keçirilib Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib Millət vəkili Q.Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət edib. İcra başçısından tarlada zəhərlənənlərlə bağlı - Açıqlama Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb Abşeron rayonunda reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir Dünya birjalarında neft ucuzlaşıb Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək Qızıl 26 dollardan çox ucuzlaşıb Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib - EKSKLÜZİV Azərbaycan neftinin qiyməti azalıb. İcxeberler.info saytının rəhbərinə üzucü xəbər "BizimTV" -nin əməkdaşı üçün özəl gün-Təsisçidən ad günü təbriki Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür Bu il Azərbaycanda qızıl istehsalı 19% artıb Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək Hərbi əməliyyatlar başladı: 4 hərbçi HƏLAK OLDU “Nar”-dan Naxçıvan üçün xüsusi təklif Uşağı döydüyü üçün həbs edilən tərbiyəçi danışdı Gənc müğənni Aygün Surəzənin Ad günü partisi keçirildi. Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək Gədəbəyin dağlarından-Fotosessiya Dövlət Dəniz Agentliyinə direktor təyin edilib Bakının Nəsimi rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq AMB-nin valyuta məzənnələri Sabah TANAP-ın açılış mərasimi keçiriləcək ”Azərbaycan İnciləri” adı altında birləşib-Muğamı gələcək nəsillərə sevdirməliyik Millət vəkili: Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın azadlığına aparan yoldur Bu gün sonuncu sınaq imtahanı keçiriləcək Mövqelərimiz pulemyotlardan atəşə tutulub Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünya birjalarında qızıl bahalaşıb ELNARƏ RZAYEVA ÖZÜNÜ MEDİA QARŞISINDA OLDUĞU KİMİ TANITDI "REAL FAKTLAR AŞKAR OLUNDU" "Düşünən insan" jurnalı Ramazan ayı münasibətilə tədbir keçirib (FOTO) Buğdanın laboratoloji analizləri pulsuz aparılacaq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq AMB-nin valyuta məzənnələri Tovuzda strateji əhəmiyyətə malik bir neçə yol yenidən qurulur Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb Təbriz küçəsində təmir işləri yekunlaşıb Şəmkir-Samux-Goranboy suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 km-lik hissəsinin açılışı olub
    File engine/metagen.php not found.