Oliqarxların milyonluq mülkləri - Satan çox, alan yox... + Fotolar

    Oliqarxların milyonluq mülkləri - Satan çox, alan yox... + Fotolar


    Son illərə qədər Bakıda qiyməti milyonu keçən mülklərin satışına dair elanlara daşınmaz əmlak alqı-satqısı üzrə ixtisaslaşan elan saytlarında nadir hallarda rast gəlinirdi. Lakin hazırda belə mülklərin satışına dair elanlar, onların dəbdəbəli fotoları əksər daşınmaz əmlak saytlarını bəzəyir.

    İcxeberler.info  "virtualaz.org”un sözügedən mövzu ilə əlaqədar hazırladığı yazını təqdim edir:

    Daşınmaz əmlak bazarı üzrə ekspertlər deyirlər ki, xüsusən bu ilin əvvəllərindən qiyməti 1 milyon manat və daha yuxarı olan mülklərin satışa çıxarılması ilə bağlı elanların saytı artıb. Belə mülklər daha çox paytaxtın "milyonerlər məhəlləsi” kimi tanınan Gənclik və Binəqədi rayonunda "Vorovski” kimi tanınan ərazidə, Badamdar qəsəbəsində, dənizkənarı bağ massivlərində, Novxanı ərazisində yerləşir.

    6 milyona villa, Nəsimi metrostansiyasının yanında...

    Məsələn, bina.az, villa.az, emlak.az, ikiel.az və daşınmaz əmlak alqı-satqısı üzrə ixtisaslaşmış digər elan saytlarına nəzər salanda qiyməti 4-5 milyon manatı keçən, xüsusi arxitektura ilə inşa edilən onlarla şəxsi mülkə rast gəlmək olar. Satışa çıxarılan ən bahalı mülk Binəqədi rayonunda, Nəsimi metro stansiyasının yaxınlığında yerləşən villadır. 20 otaqdan ibarət imarət 6 milyon manata satılır.

    Bundan başqa, Montin qəsəbəsində 9 otaqlı mülk 5 milyon manata, Nəsimi rayonunda 5 otaqlı mülk 4 milyon 500 min manata, İçəri Şəhərdə 13 otaqlı mülk 3 milyon 800 min manata, Şüvəlanda 10 otaqlı villa 5 milyon 650 min manata, Qara Qarayev metrosunun yaxınlığında 11 otaqlı mülk 5 milyon manata, Nərimanov rayonunda 10 otaqlı villa 3 milyon 400 min manata və həmin rayonda 9 otaqlı villa 4 milyon 800 min manata satışa çıxarılıb. Elanların tarixindən görünür ki, onların arasında son bir-iki ay ərzində yerləşdirilənlər çoxluq təşkil edir.

    Paytaxtda saray qiymətinə 3-4 otaqlı mənzillər də var. Məsələn, araşdırma zamanı rast gəldiyimiz ən bahalı mənzil Neftçilər prospektində yerləşir. 7 milyon 695 min manat qiyməti olan mənzil təmirsiz 10 otaqdan ibarətdir. Bundan başqa, Yasamal rayonu ərazisində çoxmərtəbəli binalarda yerləşən, qiyməti 2-3 milyon olan mənzillərə də rast gəldik. Paytaxtda satış qiyməti 1-2 milyon manat arasında dəyişən mülklər isə daha çoxdur.

    Bakıda qiyməti milyonu keçən əmlaklarını satışa çıxaranların çoxaldığını ekspertlər də təsdiqləyirlər. Lakin elanın çoxalması heç də belə mülklərə tələbatın çox olması mənasını vermir. Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir ki, elanların sayı artsa da, alıcı yoxdur: "Düzdür təklif payı çoxalıb, amma satışda artım yoxdur. Əksinə bahalı mülklərin satışı çətinləşib”, - deyə ekspert bildirir.

    Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının virtualaz.org-a bildirdiyinə görə, hətta ötən illərlə müqayisədə bahalı əmlakların satışında xeyli azalma var. Digər tərəfdən, qiyməti milyonu keçən villaların satışının ekspozisiya müddəti 6 aydan yuxarıdır: "Son vaxtlar bahalı əmlaklar üzrə təklifin artımı müşahidə olunur. Amma bahalı əmlaklara tələb çox aşağı səviyyədədir. Tələb və təklif arasında fərqin çox böyük olması təbii ki, bu cür əmlakların ekspozisiya müddətini uzadır. Ötən illərlə müqayisədə bahalı əmlakların alqı-satqı əməliyyatlarındakı payı da çox azalıb”.

    Ekspert bahalı əmlakların satışı ilə bağlı elanların çoxalmasını bir neçə səbəblə izah edir. Onun sözlərinə görə, satışa çıxarılan bahalı mülklərin əksəriyyəti sahibinin xərcləri ödəyə bilməməsi, kommunal tariflərin artırılması və digər səbəblərlə bağlıdır: "Azərbaycanda son illər problemli kreditlərin sayı artıb. Bahalı mülklərin bəziləri banklar tərəfindən, bəziləri sahibləri tərəfindən satışa çıxarılır. Həmin mülkü sataraq banka olan öhdəliklərinin bağlanmasında istifadə edirlər. Bundan başqa əmlak alqı-satqısına görə vergilərin və kommunal tariflərin artırılması ilə bağlı qərarlar qəbul edilib. Bu da bəzi insanlarda bahalı mülklərə olan marağı azaldıb. Çünki onların saxlanma xərcləri artır. Bəzi insanlar bu səbəblərdən öz bahalı mülklərini satışa çıxarırlar. Eyni zamanda tələb aşağı düşür. Bu da təklifi artırır. Təklif artdıqca qiymətlər azalır. Ümumiyyətlə, son dövrlər ölkədə maliyyə bazarında baş verən proseslər alqı-satqı bazarına təsir edib və alqı-satqı əməliyyatlarının həcmi azalıb”.

    Ekspertlər deyirlər ki, bahalı əmlaklar əvvəllər elan saytları vasitəsilə satışa çıxarılmırdı, daha çox satıcı və alıcılar öz aralarında danışaraq sövdələşirdilər. Amma son illər qiyməti milyonu ötən əmlakların satışına dair elanların saytlarda, KİV-lərdə yerləşdirilməsi artıb. Deyəsən mülk sahiblləri başa düşürlər ki, indiki şəraitdə alıcı tapmaq üçün onun reklamına ehtiyac var.

    Milyon manata və daha baha təklif edilən mülklərin qiymətinin necə formalaşmasına gəldiksə isə ekspertlər qeyd edirlər ki, burada bir sıra amillər rol oynayır: həmin mülkün harada yerləşməsi, arxitektur üslub, kommunikasiyalara çıxış imkanı, interyerin dizaynı və bu zaman istifadə olunan mebellər, digər materiallar, liftin olub-olmaması və s.

    Müflis milyonçular niyə alıcı tapa bilmir?

    Satış elanları çoxalsa da, iqtisadçılar belə mülklərin potensial alıcılarının az olduğunu deyirlər. İqtisadçı ekspert Qadir İbrahimlinin sözlərinə görə, Azərbaycanın daşınmaz əmlak bazarı spesifikliyi ilə fərqlənir və bu spesifiklik həm də daşınmaz əmlak bazarının təbəqələşməsində özünü göstərir.

    Yəni, milyonluq mülkləri bir neçə milyonu olan iş adamları ala bilər ki, onların özlərinin də əksəriyyətinin villaları var: "Mən inanmıram ki, yaxın perspektivdə milyonluq mülklərə alıcı asanlıqla tapılsın. Sayı cəmi bir neçə min nəfər olan məhdud bir qrup var ki, onlar milyonluq əmlaka sahibdirlər. Ondan sonra gələn təbəqə isə xeyli dərəcədə orta statistik azərbaycanlılardır. Onların da arasında kəskin uçurum var. Artıq müflis olmuş, əmlakını itirmiş həmin milyonerlərin bahalı əmlaklarını satışa çıxarması o demək deyil ki, həmin əmlaka alıcı olacaq. Daşınmaz əmlak bazarında varlı təbəqə ilə orta təbəqə arasında kəskin disbalans var. O imkan vermir ki, orta təbəqə həmin varlı təbəqənin əmlakını ala bilsin. Milyonluq mülkləri bir neçə milyonu olan iş adamları ala bilər ki, onların özlərinin də əksəriyyətinin villaları var, yəni həmin mülklərə ehtiyacları yoxdur. Belə mülkləri kommersiya məqsədi ilə əldə etmək də indiki iqtisadi şərtlərdə sərfəli deyil”, - deyə Q. İbrahimli bildirir.

    İqtisadçının sözlərinə görə, belə elanların çoxalması milyonerlərin müflis olması, vəzifələrini itirməsi və ya korrupsiya yolu ilə əldə olunan gəlirlərin kəskin azalması kimi səbəblərlə əlaqəlidir. Çünki korrupsiya ilə mübarizə sərtləşir və bir çox yüksək vəzifəli məmurlar korrupsiya əməllərinə görə vəzifələrindən qovulur, həbs edilir.

    "Belə mülklərə malik olan və indi onları satışa çıxaran şəxslər əsasən büdcədən gələn dövlət sifarişlərindən qaynaqlanan biznesmenlərdir. Dövlət sifarişlərini itirdiklərindən onların çoxu müflis olub. Bu baxımdan da hesab edirəm proses yaxın illərdə də davam edəcək”, - deyə Q. İbrahimli qeyd edir.

    Virtualaz.org qeyd edir ki, həm "MTN işi”, həm "Rabitəçilərin işi” üzrə tutulan, istintaqa cəlb edilən bir sıra yüksək vəzifəli şəxslərin çoxsaylı mülklərinin bir qismini satışa çıxardığı məlumdur. Habelə Ziya Məmmədov və onun başçılıq etdiyi klanın da mülklərindən bəzilərini satışa çıxardığı haqda xəbərlər var. Doğrudur, bu haqda saytlara elan vermirlər…


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 223


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Gömrükçülər ölkəyə xeyli sayda qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclası keçirilib Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib Millət vəkili Q.Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət edib. İcra başçısından tarlada zəhərlənənlərlə bağlı - Açıqlama Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb Abşeron rayonunda reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir Dünya birjalarında neft ucuzlaşıb Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək Qızıl 26 dollardan çox ucuzlaşıb Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib - EKSKLÜZİV Azərbaycan neftinin qiyməti azalıb. İcxeberler.info saytının rəhbərinə üzucü xəbər "BizimTV" -nin əməkdaşı üçün özəl gün-Təsisçidən ad günü təbriki Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür Bu il Azərbaycanda qızıl istehsalı 19% artıb Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək Hərbi əməliyyatlar başladı: 4 hərbçi HƏLAK OLDU “Nar”-dan Naxçıvan üçün xüsusi təklif Uşağı döydüyü üçün həbs edilən tərbiyəçi danışdı Gənc müğənni Aygün Surəzənin Ad günü partisi keçirildi. Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək Gədəbəyin dağlarından-Fotosessiya Dövlət Dəniz Agentliyinə direktor təyin edilib Bakının Nəsimi rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq AMB-nin valyuta məzənnələri Sabah TANAP-ın açılış mərasimi keçiriləcək ”Azərbaycan İnciləri” adı altında birləşib-Muğamı gələcək nəsillərə sevdirməliyik Millət vəkili: Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın azadlığına aparan yoldur Bu gün sonuncu sınaq imtahanı keçiriləcək Mövqelərimiz pulemyotlardan atəşə tutulub Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünya birjalarında qızıl bahalaşıb ELNARƏ RZAYEVA ÖZÜNÜ MEDİA QARŞISINDA OLDUĞU KİMİ TANITDI "REAL FAKTLAR AŞKAR OLUNDU" "Düşünən insan" jurnalı Ramazan ayı münasibətilə tədbir keçirib (FOTO) Buğdanın laboratoloji analizləri pulsuz aparılacaq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq AMB-nin valyuta məzənnələri Tovuzda strateji əhəmiyyətə malik bir neçə yol yenidən qurulur Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb Təbriz küçəsində təmir işləri yekunlaşıb Şəmkir-Samux-Goranboy suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 km-lik hissəsinin açılışı olub Dövlət Gömrük Komitəsi elektron xidmətlərin sayını artıracaq Regionlarda növbəti startap turu Qubada keçiriləcək Bakıda neft hasilatı 1,4% artıb, qaz hasilatı 11% azalıb İqtisadiyyat nazirinə iki müavin təyin edilib Azərbaycanın Gürcüstandakı səfirliyi şəhid ailələri üçün iftar süfrəsi təşkil edib 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir kecirilib. Bütün sərvətini yoxsullara paylayan milyarder öldü Bu gün magistraturaya növbəti imtahan keçiriləcək Ucar-Zərdab körpüsü də çökür: sel hər saat 10 sm qalxır Göyçayda sel avtomobil körpüsünü sıradan çıxarıb, evlər uçma təhlükəsi ilə üzləşib - VİDEO Evlad acısı çəkən Ana fəryadı-" Allah xatirinə kömək əlinizi balamın üstündən əskik etməyin." Mehrim Məmmədova yeni mahnısını təqdim edib-“Adrinalin” - Video “Nar” Uşaqların beynəlxalq müdafiəsi günündə balacaları təbrik etdi "Etibarlı Əllər" və "Sizi tanıyaq" layihəsinin 1 İyun -Uşaqlar gününə həsr olunmuş konsert tədbiri keçirildi-Video+Fotolar Zaqatala-Balakən-Mazımçay yolunun bir hissəsi əsaslı şəkildə yenidən qurulur DGK 3 ölkənin gömrük xidməti ilə qarşılıqlı informasiya mübadiləsinə başlayıb Ağcabədidə mağaza yanıb Dünən yol qəzalarında 1 nəfər ölüb, 21 nəfər xəsarət aıb Qlobal istiləşmə dünyanın yaşamaq üçün daha əlverişli yer olmasına əngəldirmi? Məsumluğun- Fotosessiyası “Saxta əlillik təyinatlarının qarşısı alınmalıdır” - Nazir İtkin düşən müəlliməni qətlə yetirən həbs olundu BakuPress.Az saytına haker hücumu məqsədli olub QHT rəhbərləri milli geyimdə bayram yürüşü keçirib "Dəstək olaq" təşkilatı növbəti uğurlu tədbirinə imza atıb Aqil Acalov:"1918-ci illər Azərbaycan tarixində önəmli illərdən biri kimi yazılıb " “Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir İmkanlılar ehtiyacı olanlara şərait yaratsın - Prezident Məktəb direktoru: "Jurnalisti yıxıb, üstündə oturdum..." Olimpiada qaliblərinin imtahansız qəbulu... - Nazir Tramp Əliyevə məktub yazdı: “Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm” Millət vəkili işğalçı Ermənistanlın qətlə yetirdiyi körpələrdən danışıb. Kərə yağları ziyanlıdırmı? - Mütəxəssis açıqladı Çayrəsullu kəndinə sel ciddi ziyan vurub- Foto+Video Təyyarə təcili eniş etdi - 52 nəfər yaralandı “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi Polisdə döyüldüyünü deyən qadının iddialarına DİN-dən CAVAB: ''O, hay-küy salaraq qəfil DYPB-yə daxil olub' Göbələkdən kütləvi zəhərlənmə: 15 nəfər ölüb – YENİLƏNİB Jurnalist Ülviyyə Həsənaqızına dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib-foto Q.Paşayeva Avstraliya Xarici İşlər naziri ilə görüşdə Qarabağdan danışıb “Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı Q.Paşayeva Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath ilə görüşdə Qarabağdan danışıb Ermənistan XİN: “Münaqişənin sülh yolu ilə həlli vacibdir” Bakıda OĞURLUQ: Ödəmə aparatını kəsib, pulu apardılar - FOTO Valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara sürüklənir Ərdoğan: “İsrailin zülmünə razılıq verməyəcəyik” “Yeni nazirlər hər şeyi ələ alıb buynuz göstərəcəklər” Şamaxıda dəhşətli intihar - 13 yaşlı şagird özünü asdı Jirinovski Böyük Azərbaycan xəritəsi yaydı – bu, nəyin mesajıdır? “Normal adam deyə bilməz ki, şəhidlər bizə görə şəhid olmayıblar...” Q.Paşayeva Banqladeşin baş naziri ilə görüşdə Qarabağdan danışıb Gözlər Türkiyə və İranda: islam dünyası birləşəcək? Mərhum jurnalistin bacısına mənzil verildi Qaloş... Sabunçuda əməliyyat - Narkotacir saxlanıldı “Nar” yeni “Avropa” paketini təqdim etdi
    File engine/metagen.php not found.