RegionXeberleri.com-a Ağdaş rayonu Abad kənd sakinləri tərəfindən
şikayət məktubu daxil olub.Narazı sakinlər mətbuat vasitəsi ilə başda prezident
İlham Əliyev olmaqla aidiyyatı orqan rəhbərlərindən kömək istəyirlər. Şikayət
məktubunu olduğu kimi dərc edirik:
"Azərbaycan ərazisində hazırda tikintisi gedən beynəlxalq qaz kəmərini
inşa edən vəzifə şəxslər Ağdaş rayonunun Abad kənd sakinlərinə məxsus 150
hektar əkin torpaq sahəsini məhv edərək camaata küllü miqdarda ziyan
vurmuşdur.Daha doğrusu yeganə dolanışıq yerimiz olan əkin sahələrimizi məhv
etməklə 100-ə yaxın ailəni məhv etmişdilər.Belə ki, beynəlxalq qaz kəmərinin
çəklişi ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində əmələ gəlmiş qurunt,
tullantı sularını Ağdaş rayonunun Abad kəndində keçən su kanalına axıdılması
nəticəsində həmin qurunt suları daşaraq üzərində tonlarla məhsul olan 150
hektar torpaq sahəsini basmışdır.Nəticədə qurunt suları altında qalmış
məhsullar tərg olmuş, torpaq sahəmiz yararsız vəziyyətə düşmüşdür. 25 iyun
2017-ci il tarixdə baş vermiş bu hadisə barədə Ağdaş Rayon İcra Hakimiyyəti
başçsıına və qaynar xətt vasitəsi ilə müvafiq orqanlara məlumat vermişik. Ancaq
gəlib araşdırıb tədbir görən yoxdur.Həmin 150 hektar torpaq sahəsi 100-ə yaxın
ailəyə məxsusdur.Orada kənd təsərrüfatı bitkiləri buğda, arpa, pambıq. yemiş,
qarpız, qarğıdalı,günəbaxan, kartof, soğan, sarımsaq və sairə bitkilər
əkmişdik.150 hektar torpaq sahəsində olan tonlarla məhsulun hamsı qurunt
suyunun altında qalaraq tamamilə tərg olmuşdur.
Nəticədə də küllü miqdarda ziyanlar dəymişdir.Qurunt suları altında qalmış 150
hektar torpaq sahəmizdə bundan sonra heç bir məhsuldarlıq olmayacaq.Həmin
torpağı əvvəlki yararlı vəziyyətə gətirilməsi üçün küllü miqdarda vəsait
lazımdır.Hökumət təcili bu məsələni komissiya təşkil edib yerində araşdırmalı
və ciddi tədbirlər görülməlidir.Abad kənd sakinlərinə səhlənkar vəzifəli
şəxslər tərəfindən vurulmuş ziyan ödənilməlidir. Həmin vəzifəli şəxslər cinayət
məsuliyyətinə cəlb edilməli barələrində ciddi tədbirlər görülməlidir.Bizim yeganə
dolanışıq yerimiz ancaq bu torpaq sahəsində əkib-becərib əldə etdiyimiz
məhsuldan əldə edilən gəlir idi ki, bununla ailəmizi dolandırırdıq.Biz mətbuat
vasitəsi ilə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım
Əliyevaya, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova, SOCAR-ın prezidenti
Rövnəq Abdulayevə, Kənd Təsərrüfatı Naziri Heydər Əsədova, Ekologiya və Təbii
Sərvətlər naziri Hüseynqulu Bağırova, Meliorasiya və Su Təsərrüfatı ASC-nin
sədri Əhməd Əhmədzadəyə və digər aidiyyatı orqanların rəhbərlərinə müraciət
edib xahiş edirik təcili bu məsələni komissiya təşkil edib yerində araşdırib,
ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.
İmza; Ağdaş rayonu Abad kənd sakinləri
1.Quliyev Cəmil Sərdar oğlu telefon; (050) 494-36-51
2.Nuralıyev Əhmədiyyə Məhəmmədəli oğlu
3.Məmmədov İbrahim Müğdət oölu
4.Məmmədov Qiyamət Məmməd oğlu
5.Alıməmmədov Alıməmməd Mustafa oğlu
6. Məhərrəmov Roman Tofiq oğlu (051) 910-64-62
7.Abdullayev Sədrəddin Saməddin oğlu telefon; (050) 372-73-15
8.Məmmədov İkram Məmməd oğlu
9.Alıəşrəfov Səxavət Əşrəf oğlu
10.Alıəşrəfov Namiq Süleyman oğlu
11.Musayev Mənsur Heydər oğlu
12.Cəbrayılov Yamən Həsən oğlu
13.Cəbrayılov Dilqəm Həsən oğlu
14.Abduləzizov Abdulla Sabir oğlu
15. Qasımov Rza Ələkbər oğlu
16.Alıəşrəfov Qüdrət Ələsgər oğlu
17.Abubəkirov Zaur Yaqub oğlu
18.Fətullayev İsmayıl Möhsüm oğlu və digərləri"
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq..