VALİDEYNLƏR, DİQQƏT: bu peyvəndi vurdurmasanız, uşağınız ölə bilər

    VALİDEYNLƏR, DİQQƏT: bu peyvəndi vurdurmasanız, uşağınız ölə bilər


    İlin bütün fəsillərində immunitetlə bağlı səhhətimizdə müəyyən problemlər yaranır. Uşaqlarda isə bu, özünü daha çox büruzə verir. Boğaz qıcıqlanması, təngnəfəslik, öskürmə kimi hallar yaranır. Öskürək uzun müddət davam etdikdə isə valideynlər uşağın  göy öskürəyə yoluxmasından çox narahat olurlar. Bəs görəsən göy öskürəyin əsl əlamətləri nədir? Göy öskürəyə qarşı vurulan peyvəndlərin təsir gücü nə qədərdir?

    Mövzu ilə bağlı Ailem.az-a danışan pediatr Vaqif Qarayev bildirdi ki, göy öskürək – davamlı tutmaşəkilli öskürəklə xarakterizə olunan infeksion xəstəlikdir. Xəstəliyin törədicisi – göyöskürək çöpüdür. Xəstəlik daha çox uşaqlarda rast gəlinir. Bəzən böyüklər də bu xəstəliyə tutula bilər. Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün göy öskürək çox təhlükəlidir. Göy öskürəyin başlanğıcı adi soyuqdəymədə olduğu kimi, burunda axma, hərarətin qalxması və öskürəklə özünü büruzə verir: "Amma göy öskürəyin əsas əlaməti tutma şəkilli öskürəkdir. Bəzən uşağı boğa bilir və hətta nəfəsi dayanır. Bu, çox təhlükəli bir əlamətdir. Xəstəliyin ağırlığı tutmaların sayından və müddətindən məlum olur. Yəni ola bilər ki, bir uşaqda gün ərzində 5 dəfə boğulma tutması olsun, digərində 15 dəfə. Birində tutma yarım dəqiqə, digərində 1 dəqiqə çəksin. Göy öskürək fəsad, ağırlaşma vermirsə, təhlükəli hesab etmirik, çünki onun vaxtı var, yaşayır və keçir. Amma fəsad verəndə vəziyyət çox ciddiləşir”.

    Həkimin sözlərinə görə, adıçəkilən xəstəliyin ən çox verdiyi fəsad pnevmaniyadır. Yəni ağciyərlərin sətəlcəmi. Həmçinin gözlərə və beyinə qan sızma baş verə bilər. Tutmanın fonunda uşaq nəfəs ala bilmədiyinə görə qıcolmalar yaranar. Bundan başqa kəskin laringit (qırtlağın iltihabı), göbək və qasıq yırtıqları, burun qanaxmaları, tənəffüsün dayanması, nevroloji pozulmalar da ola bilər. Bunlar çox təhlükəli fəsadlardır. Buna görə də belə uşaqlar mütləq stasionar şəraitdə həkim nəzarətində müalicə olunmalıdır.

    Pediatr deyir ki, xəstəlik başladıqdan sonra diaqnoz nə qədər tez qoyularsa, xəstə uşağı müalicə etmək bir o qədər asan olur. Lakin əksər valideynlər xəstəliyin başlanğıc vəziyyətində həkimə müraciət etmir: "Hər kəs özü ev şəraitində uşağını müalicə edir. Vəziyyət ciddiləşdikdə isə həkimə gedirlər. Belə olmaz. Göy öskürəyin profilaktikası uşağa vaxtında bu təhlükəli xəstəliyə qarşı vurulmuş peyvənddir. Peyvənd haqqında mediada çox ciddi çəkişmələr gedir. İddia olunur ki, peyvənd uşağı əqli cəhətdən əlil edir. Autizmə, hətta ölümə yol açır. Hətta bir zaman Avropada da peyvəndin autizm yaratdığı deyilirdi. Amma sonra çox ciddi laboratoriyalarda təsdiq olundu ki, autizmin peyvəndlə heç bir əlaqəsi yoxdur. Ölüm faizinə gəldikdə isə peyvəndlər yad zülaldır və orqanizm adi halda da buna reaksiya verə bilər və verməlidir. Tutaq ki, qızdırma qalxa bilər, bir az narahatçılıq ola bilər. Biz bunu təbii hesab edirik, çünki bunlar keçici hallardır. Amma peyvənddən sonrakı ölüm halları, göy öskürək epidemiyası zamanı yarana biləcək ölüm sayından dəfələrlə azdır. Yəni epidemiya zamanı daha çox uşaq itiririk, nəinki tək-tük hallarda peyvənddən sonra. Əgər uşağınızın göy öskürəklə xəstələnməsini istəmirsinizsə, mütləq peyvənd etdirin”.

    Peyvəndlərin vurulmasına əhali arasında şübhə ilə yanaşılması məsələsinə aydınlıq gətirən V.Qarayev bildirdi ki, sovet dövründə peyvənddən imtina etmək olmazdı. Amma indi peyvənddən könüllü imtina edirlər: "Valideyn dilindən ərizə yazır ki, mən uşağımı peyvənd elətdirmək istəmirəm. Keçən il şahidi oldum ki, göy öskürək olan uşaqların hər biri peyvəndsiz uşaqlardır. Peyvənd vurulmuş uşaq da göy öskürək tuta bilər, amma çox yüngül keçirər. Bizdə əhali narazılıq edir ki, peyvəndlər Hindistan istehsalıdır və keyfiyyətsizdir. Amma heç bir peşəkar komissiyanın dəqiq gəldiyi nəticə yoxdur ki, Hindistan istehsalı olan peyvəndlər keyfiyyətsizdir, Belçikanın, Fransanın istehsalı isə keyfiyyətlidir. Dövlət poliklinikalarında istifadə olunan vaksinlər əsasən Hindistanın, Koreyanın istehsalıdır. Amma bu bir faktdır ki, özəl klinikalarda olunan vaksinlər daha keyfiyyətlidir və peyvənddən sonrakı ümumi reaksiyalara az rast gəlinir, ya da heç rast gəlinmir. Amma bu o demək deyil ki, Hindistan, yaxud Koreya istehsalı peyvəndlər ölümcüldür, Fransanın istehsalı isə yox. Bu, qəbuledilməz bir iddiadır. Özəl klinikalarda vurulan peyvəndlər çox bahalıdır və imkanı olanlar gedib orada vurdura bilər. Məsələ orasındadır ki, əgər sığorta olsaydı, insanlar belə seçim qarşısında qalmazdılar. Bu zaman hər kəs istədiyi yerdə uşaqlarını peyvənd etdirə bilərdi”.


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 341


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək ABŞ atom bombalarını altı bazada saxlayır: “İncirlik”də də var - SİYAHI Şəkidə xəsarət alanların son vəziyyəti - Nazirlik Polis veteranları iş başında: 2600 cinayət açıldı Bakı Avrasiya Universiteti yeni korpuslarını yaxın vaxtlarda istifadəyə verəcək Sabunçuda it Özbəkistan vətəndaşını dişlədi Deputatdan bahalaşma ilə bağlı iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə MÜRACİƏT Qardaşı arvadının başını kəsən qayın intihar etdi Balaca Səidəfəndi Mehriban Əliyevadan kömək istəyir “Ağ çiçəyim” mağazası yanıb kül oldu - YENİLƏNİB + FOTO Bakıda dənizdə batan gənc belə xilas edildi — Video Türkiyədə zavodda güclü partlayış baş verdi Hacı Nuran Hüseynov səfir seçilib. Qəzəbli sürücü ona cərimə yazan polisi yaraladı - QORXUNC... + VİDEO İki hərbçimiz həlak oldu - Hərbi hissədə bədbəxt hadisə QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsini davam etdirir Azərbaycan daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat oldu “Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu Hacı Mazan təcili olaraq DTX-nın hospitalına köçürüldü Leyla Əliyeva körpələr evində — FOTO Deputatlar Orduya pul köçürdülər “Nar” gənc şahmatçılara dəstək olur Azərbaycanda QANLI OLAY: Qardaş qardaşını güllələdi Bakıda qırmızı işıqda keçən avtomobil qəzaya səbəb olub - FOTO - VİDEO Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü - ŞOK VİDEO Ərəblərin "Park Bulvar"dakı davası ilə bağlı rəsmi AÇIQLAMA Hacı Mazanın qəzadan sonra ilk görüntüləri - Video İmtahan nəticələri açıqlandı - 9 nəfər maksimum bal topladı Hacı Mazan əməliyyat olundu - Son durumu ilə bağlı açıqlama Bakıda iki yeni polis bölməsi açıldı Yeni ölümcül virus peyda oldu Xoyskidən Vilayət Eyvazova qədər…101 yaşlı polisimizdən möhtəşəm -Faktlar 2 iyul - Polis Günüdür! Məktəbli formalarında hansı yenilik edilir? - Bakı Tikiş Evindən AÇIQLAMA Bu axşam Günəş tutulması müşahidə olunacaq Vasif Talıbov Kanevski ilə görüşdü - Foto “UNESCO ailəsinin üzvü olmaq mənim üçün böyük şərəfdir” - Mehriban Əliyeva KİM: TRAMPIN GÖRÜŞ TƏKLİFİ MƏNİ ÇOX TƏƏCCÜBLƏNDİRDİ “Nar”dan gənclərə növbəti iş fürsəti Q.Paşayeva AŞPA-nı Diqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması üçün Ermənistana təzyiq etməyə çağırıb. ŞİRVANDA POLİSLƏR QANVERMƏ AKSİYASINDA İŞTİRAK EDİBLƏR “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçirildi-Foto Bakıda 20 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı cinayət işi başlandı 26 yaşlı gənc anaya dəstək olaq, 3 körpəsi var...- Foto Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - FOTO + VİDEO Qadının gözündən çıxanlar həkimi şoka saldı - FOTO İlham Əliyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil hədiyyə etdi Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonundatibbi aksiya keçirəcək. Sabah da 40 dərəcə isti olacaq Saatlıda narkotik yetişdirən qohumlar saxlanılıb “Nar”dan eşitmə məhdudiyyətli insanlara təlim Döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib “Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir Bakıda küçənin ortasında dava - “Beş bıçaq vurdu” + Video Pensiyalar yenə artacaq - Nazir tarixi açıqladı Şamaxıda 18 yaşlı qız xlor içib Azərbaycan neftinin qiyməti enib –0,86 dollar/barel Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub-Fotolar Nigeriyada silsilə partlayışlarda 17 nəfər ölüb Bakıda peyda olan sirli dondurma satanlar – Onlar haqqında hər şey niyə gizli tutulur? REPORTAJ Mehriban Əliyeva Elçibəyin xanımının yas mərasimi xərclərini öz üzərinə götürdü Bu gün Qurtuluş günüdür "Son zəng"i qeyd edən məzunlar qəzaya düşdü “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir həyata keçirəcək. İCTİMAİ KANALDA "YADİGARLAR"VERİLİŞİNİN 5 İLLİK YUBİLEYİ QEYD ETDİLƏR-Fotolar Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib Bakıda yanğın - 1 yaşlı körpə öldü “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR Bakı-Quba yolu dağılıb - “Səhvə yol verilib” + Video Ruslan Yusubov itkin düşdü - yanacaqdoldurma məntəqəsinin qarşısından “Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil Energetika Nazirliyində energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib Bakıda qadın küçənin ortasında bıçaqlandı - özünü tanımadığı həyətə salıb, can verdi 3 yaşlı Zəhra tapıldı-Foto+Video Yardımsevərlər fiziki məhdudiyyətli insanlar üçün möhtəşəm tədbir təşkil etdi-Fotolar Ucar rayonunda yoxsul ailələrə bayram sovqatı paylanıldı. "Darıxıram Sənsiz.."-Mehrim Məmmədovadan yeni bəstələr Şirvan sakinindən narkotik maddə götürülüb “Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək Q.Paşayeva gənc alimlərə çağırış səsləndirib Azərbaycanda Respublika Günüdür - Cümhuriyyətin 101 ili Leyla Əliyeva “Tarixin şah əsərləri” ilə tanış oldu - FOTO “Nar”“Youth Speak” Forumunda iştirak edib Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Qobustandan olan Aprel şəhidlərinin ailələri ilə görüş keçirilib Leyla Əliyeva cizgi filminin təqdimatında - Fotolar “Nar”aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatı keçirilib "28 May Respublika günü"-nə həsr olunmuş " Vətən" Kikboksinq klubunun açıq brinciliyi keçirilib. - FOTO MƏNASIZ SÖZ DAVASI BARƏDƏ SADƏ BİR MÜHAKİMƏ Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri Lənkəranda tibbi aksiya keçirəcək “Nar TV” istifadəçilərinin sayı 117% artıb "Qızlar oğlanlara nisbətən daha məntiqlidir!-Müsahibə 17 mayda gözlənilən hava şəraiti Gəncədə 15 yaşlı oğlanı maşın vurdu "Sizi Tanıyaq" layihəsinin 1 illik hesabat konsert tədbiri keçirildi-Video “Nar”“Facebook”səhifəsinə daxil olmuş müraciətləri 100% cavablandırıb
    File engine/metagen.php not found.