Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

    Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...


    Dünya təcrübəsi ilə müqayisədə Azərbaycan hökumətinin körpələrə münasibəti utancvericidir; Natiq Cəfərli: “Bir müddət sonra demoqrafik vəziyyət kəskin pisləşə bilər”
    Azərbaycanda yeni doğulan körpə üçün birdəfəlik müavinət 90 manat, yeni doğulan buzov üçün isə ayrılan vəsait 100 manatdır. Yəni dünyaya gələn uşağa görə 1-ci, 2-ci, 3-cü və s. övlad olmasından, təbii doğuşla, yaxud süni mayalanma ilə doğulmasından asılı olmayaraq 90 manat ayrılır. Süni mayalanma ilə əmələ gələn buzova görə isə fermerə 100 manat subsidiya verilir.

    Təbii ki, ölkədə yeni doğulan heyvana insandan çox pul verilməsi gülüş doğurur. Ümumiyyətlə, Azərbaycanda uşaqlar üçün nəzərdə tutulmuş müavinətlər arzu olunan, demoqrafik durumu balanslaşdıra biləcək səviyyədə deyil.

    Bir çox dünya ölkələrində uşaqlara verilən müavinətləri müqayisə edəndə, bizdə durumun acınacaqlı olduğunu görərik. Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinət 90 manat müəyyənləşdirilib.

    İşləyən qadın analıq məzuniyyəti dövründə hər ay kiçik bir məbləğ alır. Yəni bu müddətdə ana işə çıxmırsa, uşağı 1 yaş yarıma çatanadək 20 manat müavinət, 1,5-3 yaşadək isə 15 manat müavinət alır. İşləməyən analar isə bu yardımdan məhrumdur. Onlar yalnız birdəfəlik 90 manat məbləğində yardım alırlar.

    90 manat isə bir körpənin maksimum 1 aylıq yeməyinə, pampersinə çatır. Onu da diqqətə çatdıraq ki, hazırda bir körpənin dünyaya gəlişi zamanı təkcə xəstəxana xərcləri 500-1000 manat civarında dəyişir. Düzdür, dövlət xəstəxanalarında doğuş pulsuzdur, amma...

    Xatırladaq ki, 2006-cı ilin yanvarınadək 18 yaşa qədər olan uşaqlara da 1 manat 80 qəpik məbləğində müavinət verilirdi. Ancaq sonradan bu müavinət də ləğv edildi və birdəfəlik müavinət müəyyən olundu. Bu da ailədə uşaqların sayı 5 nəfərdən çox olarsa, o zaman 18 yaşadək hər uşağa 30 manat müavinət verilir. Xarici ölkələrdə isə durum tamamilə fərqlidir. Məsələn, Ukraynada birinci uşağa görə məbləğ 1800 dollar, ikinci uşağa görə 3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar ödənilməsi nəzərdə tutulur. Avropada isə uşaqlar üçün nəzərdə tutulan müavinətlər və imkanlar tamamilə fərqlidir.
    Almaniyada hər bir uşağa 3 yaşınadək ayda 270 avro pul verilir.

    Bir yaşından isə uşağın adına ipoteka krediti sənədləşdirmək mümkündür. Fransada hətta uşaq dünyaya gəlməmiş, ana hamilə ikən uşağa görə müavinət alır. Britaniyada isə birdəfəlik yardım 500 funt-sterlinqdir. Bəzi ərəb ölkələrində isə bu məbləğ 20 min dollardan başlayır. Bir çox ölkələrdə çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir.

    Fransada hələ 1921-ci ildən “Böyük ailə” adlı dövlət proqramı fəaliyyət göstərir. Həmin proqrama əsasən dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyaların və imtiyazların verilməsi nəzərdə tutulub. Çoxuşaqlı ailələrə həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir.

    İsveçdə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, hətta ərzaq üçün xüsusi talonlar verilir. Burada natamam, xüsusilə də qadın tərəfindən idarə olunan ailələrə bir sıra əlavə güzəştlər də təqdim olunur. Finlandiyada isə çoxuşaqlı ailələrə, tək valideynli ailələrə hər hansı bir imtiyaz verilmir. Lakin müxtəlif səpkilərdə sosial müavinətlər verilir. Bunlardan biri “yeni doğulmuşlar üçün paket”dir. Bu paket bütün qadınlara şamil edilir və uşağın 1 yaşına qədər hər bir ehtiyacları ödənilir. Paketin məbləği bir neçə yüz avro ilə ölçülür. Uşaqlar böyüdükcə, onların digər ehtiyacları da nəzərə alınaraq müəyyən güzəştlər verilir.
    Polşada isə hazırda yeni meyar qəbul olunub: Əgər çoxuşaqlı ailələrdə adambaşına düşən gəlir 125 dollardan azdırsa, onda həmin ailəyə imtiyazlar verilir. Əgər ailədə əlil uşaq varsa, valideynlərdən biri işləmirsə, həmin uşağa qulluq göstərməklə məşğul olurlarsa, onda həmin məbləğ 2 dəfə çox verilir. Çexiyada hər doğulan uşağa görə qadının təqaüd yaşı azaldılır. Rusiyada 1992-ci ildə “Çoxuşaqlı ailələrə sosial yardımın edilməsi” haqqında sərəncamda çoxuşaqlı ailələrə yardım 32 maddədə göstərilir. Onlardan biri çoxuşaqlı ailələrə 30 il müddətində, ilkin ödənişsiz ev krediti verilməsidir.

    Rusiyada 1 uşağa görə 1500 rubl, 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir.

    Maraqlıdır, Azərbaycanda niyə uşaq müavinətləri artırılmır?

    İqtisadçı ekspert Natiq Cəfərli müavinətlərlə bağlı məsələlərin çox bərbad vəziyyətdə olduğunu dedi: “Yeni doğulmuş uşaqlara, gənc ailələrə müavinətlərin verilməsi acınacaqlı səviyyədədir. Tək onu demək kifayətdir ki, Rusiyada ikinci uşağa təxminən 250-300 min rubl arası vəsait ödənilir. Üçüncü uşaqdan sonra bir çox kommunal xərclər dövlət tərəfindən ödənilir. Çoxuşaqlı ailələrə çox böyük dəstək proqramı var.

    Təbii ki, bunun səbəbi Rusiyada doğuşun çox aşağı səviyyədə olması və dövlətin stimullaşdırma proqramlarını həyata keçirmək istəyidir. Azərbaycanda iqtisadi aktivlik xeyli dərəcədə zəifləyib, insanların gəlirləri azalıb, sosial gərginlik artıb, buna görə də sosial məsələlərdə daha aktiv olmaq lazımdır. Hökumət bu gün bu məsələləri görüb həll etmək istəməsə, bir müddət sonra Azərbaycanda da demoqrafik vəziyyət qonşu ölkələrdəki olduğu kimi ola bilər. Yəni əhalinin artımının xeyli dərəcədə sürətinin zəiflədiyini müşahidə edərik. Çünki iqtisadi çətinliklər artdıqca gənc ailələr dünyaya uşaq gətirmək haqqında qərar verməkdə çətinlik çəkir. Bir müddət sonra Azərbaycanda da Avropa ölkələrində və digər ölkələrdə olduğu kimi təkuşaqlı ailə modelinə keçid mümkün ola bilər. Sosial məsələlərin həllində gənc ailələrə daha ciddi yardımların ayrılmasına çalışılmalıdır. Əgər bu baş verməsə bir neçə ildən sonra Azərbaycan daha ciddi bir problemlə - demoqrafiq vəziyyətin kəskinləşməsi, artımın azalması ilə rastlaşa bilər. Ancaq görünür, Azərbaycan hökumətinin gündəliyində hələ ki bu məsələ yoxdur. Hökumət kənd təsərrüfatının stimullaşdırılmasını daha ciddi məsələ sayır. Ona görə də cins buzovlar dünyaya gəldikdən sonra onlara qulluq və stimullaşdırmaq üçün gənc heyvan sahibinə nisbətən daha artıq vəsait verilir”.
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 158


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Manqal”da soyunduraraq döyüblər - Film kimi cinayət 11 yaşlı erməni Rəşid Behbudovun mahnısını oxudu Deputatlar vəkillikdən danışdılar: “O arqumenti qəbul edə bilmərik...” Spirtli içkinin yeni təhlükəsi aşkarlandı Zərdab sakinləri bələdiyyə sədrinin əlində qalıblar -ŞİKAYƏT "Narkomaniya və uşaq cinayətkarlığına qarşı" mübarizə adı altında möhtəşəm Respublika Çempionatı başa çatdı. Tələbələrin sağlamlıqlarına xidmət edən göz müayinəsi aksiyası keçirildi. “Nar”dan növbəti uğur: ən yaxşı mobil operator... Leyla Əliyeva premyerada Heydər Əliyev bu mərmini özü ilə İrana apardı və... – Fakt Son söz (hekayə) Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə enerji sektorunda tənzimləyici orqanın fəaliyyəti müzakirə edilib Azay Quliyev Prezidentin İrəvanla bağlı çıxışına deyinən erməniyə sərt cavab verdi Moskvada biznesmen Anar Əliyev başından vuruldu - Sifarişli qətl+Video “Premium Clinic”də həkim səhlənkarlığı: Boğaz əti yerinə, dilçəyini kəsdi... (FOTOLAR) Bu il Azərbaycanda 2000 kilometrdən çox avtomobil yolu çəkiləcək Bakı Təhsil İdarəsi I sinfə qəbulla bağlı ləngimələrə aydınlıq gətirib Nardaran sakinini maşın vuraraq öldürüb Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb Hava yağmursuz keçəcək Bakıda BƏDBƏXT HADİSƏ: Məktəbli qızın meyiti tapıldı Ziya Məmmədovun müşavirinin qızıllarını oğurlamaqda suçlanan şəxsin işi - bacısını vurub Sürüşmə zonasının sakinləri kirayəpulunun məbləğindən NARAZIDIR Xarici İşlər Nazirliyi və Baş Prokurorluqdan Sumqayıt hadisələri ilə bağlı birgə BƏYANAT Aydın vilayətində Qarabağ problem, Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib. Generallara cəza istəniləcək Yeni dövlət agentliyinin xəbərdarlığı: təndirlər, kiçik çörək sexləri bağlana bilər Təcili yardım həkimini bıçaqlayan adamın cəzası bəlli oldu Zərərlə işləyən bankda iki departament direktoru işdən qovuldu Yılmaz Okuklu:“Zeytun dalı hərəkatına” dəstəyimizi maddi və mənəvi dəstəklə davam etdirəcəyik”. Tikinti şirkəti səkini zəbt etdi - Foto Uşaqlar arasında virusların yayılma səbəbi "Hər bir türk övladı həm də Qarabağlıdır"-Qənirə Paşayeva Ziya Məmmədovun vəzifədə olan kadrı dəmiryolçulara qan uddurur - ŞİKAYƏT Açıq məkanda reklamları icazəsiz dəyişdirənlər cərimələnəcək Əbülfəs Qarayev Böyük Britaniyaya səfər edib Salyanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır Fevral ayının iqlim xarakteristikası açıqlanıb 17 yaşlı Rəhimin məhkəməsi oldu - Hakim qərar vermədi “Mənə dedilər ki, bizdə video var” - Bağça müdiri ifadə verdi "Çempionlarımız Azərbaycanımızın adını daha yüksəklərə qaldırmağa müvəffəq olacaqlar" Ceyms Bond haqqında növbəti film çəkilir Türkiyəli məmurlar rezin qayıqda Avropaya qaçdılar Q. Paşayeva Bursa valisi, millət vəkilləri və universitetin rektoru ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliğindən danışıb Ucarda fevralın 18-də yağan güclü yağış fəsadlar törədib. “Access Barslabütün dünyanız dəyişər” Vergilər Nazirliyindən sahibkarlara son xəbərdarlıq 11 aprel İlham Əliyevin ətrafında sıx birləşib dəstək olaq Respublika Çempionatı başa çatdı. Ziya Məmmədovun İsmayıllıdakı villası YANDI Göyçayın icra başçısının adı qalmaqalda - Bazar məsələsi... "Bakı-Tbilisi-Qars dəmir yolu '' adlı forum həyata keçiriləcək. Abşeronda çörək sexində PARTLAYIŞ: Ağır xəsarət alanlar var (FOTO) Bakının tarixi binaları sökülmək təhlükəsi qarşısınd Abşeronda 16 yaşlı qızı avtomobil vurub 14 yaşlı qız dəm qazından öldü Antalyada FETÖ/PYD əməliyyatı: 12 nəfər saxlanıldı Rəşad Sadiqov meydandan qovuldu – Rəqibin atasını söydüyü üçün (VİDEO) Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB İsrail Baş Naziri: İrana Yol Verməyəcəyik! Qənirə Paşayeva Uludağ Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans verib Mingəçevir sakini qurd xəstəliyindən xilas olmaq üçün benzin içib İranlı general: “Kərtənkələlər bizə qarşı casusluq edib” Salyanda faciəvi qəza: mikroavtobusla avtokran toqquşdu - ölənlər və yaralananlar var Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib Uşaq bağçasında 87 uşaq zəhərləndi Gəncə sakini dəm qazından zəhərlənib. Azərbaycandan Türkiyəyə “AFRİN” hərəkatına dəstək-VİDEO Azərbaycan prezidenti İlham Əliyev alternativsiz namizətdir. Özünü “DTX-nin idarə rəisi” kimi tanıdan şəxs tutuldu - Foto Dövlət Bayrağının mənəvi dəyərinin təbliğinə həsr olunmuş “Bayrağımız-qürur mənbəyimizdir!” adlı tədbir keçirilib. Məsum balanın əməliyyatına 6 min manat lazımdır-YARDIM EDƏK İranda nəhəng günəş enerjisi stansiyasının inşasına başlanılır Lənkəran sakini intihar edib Oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadı Millət vəkili Q.Paşayevanın qədim Bursanın mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib. Yaponiya sahillərində 4,6 bal gücündə zəlzələ olub Karasuda Qarabağ prospekti, parkı və abidəsi açılacaq Dolların rəsmi məzənnəsi 17 fevralda gözlənilən hava şəraiti Hesablama Palatasının hesabatının MM-də müzakirəsi təxirə salınıb Elmar Məmmədyarov ATƏT sədri ilə görüşəcək Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək AMEA prezidenti: "Azərbaycanda uzun ömür yaşayan insanların sayı xeyli artıb" Bakıda 17 yaşlı qız özünü asıb Bu il Azərbaycanda benzin və dizel istehsalı artıb Dövlət Departamenti: Tillerson-Ərdoğan görüşü məhsuldar olub Şirvanda sərnişin avtobusu yanıb Sakaryada “Tək Millət, tək göz yaşı – Xocalı” adlı gecə keçirilib Dilqəm və Şahbaz dəyişdirilə bilər Mərd qeyrətli ogullarımız durduqca vətənimiz yaşayacaq,bayrağımız dalğalanacaq Bu icra başçıları ilə bağlı ölçü götürüləcək - Açıqlama ABŞ-da məktəbdə silahlı insident — 1 ölü, 50 yaralı Ermənilər ona 63 güllə vurmuşdu - Şəhid polisin həyat yolu (VİDEO) “Keçmişimdə ləkə olsaydı, sizin kimi tərbiyəsizlərlə polemikaya girməzdim” - Millət vəkili Sabah Təbriz küçəsində suyun verilməsi məhdudlaşdırılacaq Fəttah Heydərov seçkilərlə bağlı qərarı açıqladı "İçimdə lal həsrət, evimdə sükut"-Fuad Biləsuvarlının şeir çələngi "Aİ ilə əməkdaşlıq Bakı-Moskva münasibətlərinə təsir etməyəcək" — Elmar Məmmədyarov Sakinlər siyahıya alındı - sürüşməyə görə
    File engine/metagen.php not found.