“...ANS yenidən fəaliyyətə başlayacaq” - Vahid Mustafayev

    “...ANS yenidən fəaliyyətə başlayacaq” - Vahid Mustafayev


    ANS telekanalının bağlanmasından bir ildən çox vaxt keçib. ANS-in bağlanması ilə bağlı Ali Məhkəmə də yekun qərarını açıqlayıb. Lakin kanal rəhbərliyi hələ də ANS-in fəaliyyətinin bərpa olunacağına ümidlərini itirməyib.

    "Qafqazinfo” xəbər verri ki, bu barədə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev "Ölkə.Az”a verdiyi müsahibəsində bildirib. 

    Onun sözlərinə görə, bir gün müəmma pərdəsi götürüləcək və ANS yenidən fəaliyyətə başlayacaq.

    "ANS-in bağlanması ilə millətin çoxu barışmır. Bizim çox böyük ümidlərimiz var ki, ANS yenidən fəaliyyətini bərpa edəcək. Bu kanal Azərbaycanın ayrılmaz parçası və tarixidir. ANS həmişə Azərbaycan xalqının yanında olub. Müəyyən baş verən hadisələri çıxmaq şərtilə, biz öz fəaliyyətimizi davam etdiririk. Xalqımıza və dövlətimizə qulluq edirik. "Mismarı mıx edən Allah var”. İnşallah ki, ANS-in açılmağını istəyən insanlar da öz istəklərinə çatacaqlar”, - deyə V.Mustafayev bildirib.

    Qeyd edək ki, sosial şəbəkələrdə bəziləri ANS kanalı yenidən fəaliyyətə başlasa da, artıq əvvəlki kimi dəqiq, obyektiv və qərəzsiz işləməyəcəyi barədə fikirlər yazırlar. Vahid Mustafayev həmin fikirlərin kökündən yalnış olduğunu deyir:

    "Mən belə sözlərin təbiətini anlamıram. Yəni biz fəaliyyət nöqteyi-nəzərindən bu günki digər kanallar kimi olsaydıq, yəqin ki, vəziyyətimiz belə olmazdı. İndiyə qədər də bağlı qalmazdıq. Fəaliyyətimiz Azərbaycan xalqına, dövlətinə qulluq olub. Həmişə bu amilə qulluq etmişik. Həmişə də bu aspektdə çalışacağıq. Düşünürəm ki, bu, bir tarixi hadisədir”.

    V.Mustafayev kanalın gələcək taleyilə yanaşı ANS-in bağlı qalan arxivinin də qaranlıq olduğunu deyir: 

    "Azərbaycanın müasir tarixinin video arxivi ANS-dədir. Biz onu 25 ildir qorumuşuq. İndi isə həmin arxivin də taleyi ANS-in taleyi kimi müəmmalı olaraq qalıb. İnşallah ANS-in taleyi həll olunan kimi, arxivin də taleyi həll olunar. Bugünkü vəziyyət bizdən asılı deyil. İmkanlarımız hazırda çərçivə daxilindədir və həmin çərçivədən çıxa bilmirik. Hazırda arxiv doğurdan da acınacaqlı vəziyyətdədir. Bütün yayı kondisionersiz, havalandırma sistemi olmadan keçdi. Hətta imkanımız olmadı ki, arxivin vəziyyətinə baxaq. Biz ANS olaraq yaranan gündən bağlanmağımızı gözləyirdik. Yaranan gündən, gözləyirik ki, bizi nə zaman bağlayacaqlar. Müxtəlif dövrlərdə, müxtəlif qurumlarla işləmişik. Həmişə bilmişik ki, hansısa qüvvələr bizə qarşı kin bəsləyir. Çalışmışıq həmişə obyektiv olaq və qərəzsizliyimizi saxlayaq. Bu səbəbdən də, həmişə arxivin bağlı qalma ehtimalını nəzərə alaraq. Onun zərər görməməsi üçün müəyyən tədbirlər görmüşük. Ümid edirik ki, gördüyümüz bu tədbirlər nəticəsiz olmayacaq”.

    Azərbaycan kanallarında Qarabağ mövzusunda verlişlərin yayımlanmaması məsələsinə gəlincə, Vahid Mustafayev bunu həmin şirkət rəhbərlərinin bu sahədə az məlumatlı olması ilə əlaqələndirib:

    "Söhbət məhz Qarabağdan və bizim müharibəmizdən gedirsə, ola bilsin ki, bu insanlar həmin hadisələrdə iştirak etməyiblər. Ümumiyyətlə onların bu hadisələrdən xəbəri yoxdur. Ola bilər ki, xəbərsiz olduqlarından, müharibədə dost-qardaşlarını itirmədiklərindən, bu mövzuya laqeyid yanaşırlar. Çox təəssüf olsun”. 

    Bu məsələdə biznes maraqlarına gəlincə, V.Mustafayev həmin verilişlərin tamaşaçılar tərəfindən baxılmaması fikirlərinin səhv olduğunu düşünür:

    "Düşünmürəm ki, vətənpərvər verilişlərə Azərbaycan xalqı baxmır. Sözsüz ki, baxır. Sadəcə olaraq bu, onların istiqamətidir. Bu bir yoldur ki, onun yolçusu olasan. Məsələn ciyəri yanıb, su içmək istəyən adam heç vaxt "Coca-Cola” içməz. Çünki bu onu daha çox yandıracaq. Bizim üçün Qarabağ və vətənpərvərlik mövzusu daha asan idi. Çünki özümüz müharibədən çıxmışıq. Həm də, bu bizim üçün çox vacib idi. Ona görə ki, gecə də yuxularımızda yanımızda güllədən yıxılıb ölənləri, şəhidlərimizi görürük. Yaralıları görürük. Biz özümüz həmin döyüşlərdə yaralar almışıq. Həmin odun içindən çıxmışıq. Çox təəssüf olsun ki, hazırda vacib mediada olan insanların çoxu bu mövzudan xəbəri yoxdur. ANS kanalının da olmadığı bir dövrdə təhlükə var ki, bu mövzu yavaş-yavaş unudulsun. Biz İrəvan xanlığını, Zəngəzuru itirdik. Belə davam etsə, ANS kimi kanal, bu müharibəni görən və torpaqlarımızın uğrunda vuruşan adamlardan ibarət hansısa media qurumu olmasa, böyük bir ehtimalla illərlə yavaş-yavaş Qarabağ da mövzu olaraq gündəmdən çıxa bilər”.

    V.Mustafayev son olaraq əlavə edib ki, nə qədər mətbuatdadır, Qarabağ mövzusunu daim işıqlandıracaq:

    "Mən nə qədər sağam, qoymaram ki, Qarabağ mövzu olaraq gündəmdən silinsin. ANS kanalı olmasa da, biz varıq. Əllərimiz işləyir, ürəyimiz döyünür. Düşmənlə də hər an vuruşmağa hazırıq. Televiziya olmasın, başqa bir şey olsun. Qarabağ və torpaqlarımızın geri qaytarılması mövzusunu daim işləyəcəyik. Bu televiziya, yaxud radio ilə olacaq, dəqiq deyə bilmərəm. Əsas odur ki, televiziyanı, radionu tutan əllər olsun, döyünən isti ürəklər olsun. Bu, bizdə var”.


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 258


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Azərbaycanda kolbasa “poroşok”dan hazırlanır? - İDDİA Bakı merinin qardaşına yüksək VƏZİFƏ VERİLDİ Bakıda yağış, rayonlarda qar yağacaq - SABAHIN HAVASI “Qarabağ Qaziləri” Amputant Futbol Federasiyası Fəxri Xiyabanda olub-VİDEO İKİ ƏSRİN ŞAİRİ:Nizami Muradoğlu “Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir Ümummilli lider Heydər Əliyevin anım günüdür Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO Fransada “insan haqları”: aksiyaçılara divan tutulur… Prezident rektorlarla bağlı fərman verdi Bakıda məşhur parkdakı obyektlər sökülür - Eldar Əzizov əmr verdi - FOTOLAR Azərbaycanda vəzifəli şəxslər barəsində cinayət işi başlanıb "Bu münaqişənin həlli mümkün olmayacaq" - Paşinyan (VİDEO) “Nar” gənclərə karyera qurmaqda dəstək olur Fazil Məmmədov ölümdən döndü 4 uşaq anası dəm qazından boğularaq ölüb Leyla Əliyeva beynəlxalq forumda - Fotolar Heydər Əliyev atası ilə Rusiya lideri Vladimir Putinin birgə fotosunu paylaşıb. Ucarda ev yanıb Tofiq Musayev növbəti döyüşünə hazırlaşır Avropada etirazlar səngimir: Hollandiyada da başlandı - FOTO Yaxın gələcəkdə məhv olması ehtimal olunan ölkələr - SİYAHI Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi Deputatdan etiraz: Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır Azərbaycanda bu kommunal xidmətin qiyməti 5 dəfə artırıla bilər Keçmiş deputatın oğluna cinayət işi açıldı - biznesini idarə edir... Samir Şərifovdan manat AÇIQLAMASI: "İndi bunu başqa cür yozurlarsa..." (VİDEO) Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu - FOTO Xırdalan sakinlərinin nəzərinə! Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR Şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı Deputat özəl telekanalların bağlanmasını təklif etdi Orduxanla bağlı cinayət işi açıldı - Axtarış elan olundu Nazirdən Fəxrəddin Manafovun teatrdan getmə xəbərinə reaksiya — Araşdırma aparılır + VİDEO Azərbaycan və Rusiya arasında müzakirə: Hərbi sənayedə... “Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi "Azərbaycanda heç bir devalvasiya gözlənilmir" — Deputatdan Samir Şərifovun fikirlərinə REAKSİYA Nazirdən Fəxrəddin Manafovla bağlı ciddi - Tapşırıq Natiq Məmmədov Aparat rəhbəri təyin olunacaq Bakıda şirkət əməkdaşına silahlı hücum edildi “Nar”-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər Ermənistanın hərbi təyyarəsi yoxa çıxdı – Təcili Bakıda havanı çirkləndirən şəxs 2500 manat cərimələndi Politoloq: “Gürcüstandakı mitinqlərdən inqilab qoxusu gəlmir” Bakıda binanın eyvanı uçdu - FOTO Kələmin qızıldan qiymətli faydaları... Ucarda iki maşın toqquşdu, biri yandı Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…” Türkmənistandan Xəzərin statusu ilə bağlı – Qərar Sadəcə pıçıldayıram: ayıb olsun! - Amaşov “Nar”“BakuTel-2018” sərgisində iştirak edəcək Zakir Qaralovdan YENİ TƏYİNAT Bakıda yerüstü metro tikiləcək Bakı metrosundan qızların davasına MÜNASİBƏT (VİDEO-YENİLƏNİB) Geomaqnit qasırğası olacaq – Xəbərdarlıq Ziya Məmmədovun zavodunda bülletenə çıxan rəis işindən kənarlaşdırıldı - VİDEO Azərbaycanlı tələbənin Qarabağ sualına Sərkisyanın cavabı “Nar”-daneşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək “Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı Azərbaycanda vəzifəli şəxs həbs olundu Bərdədə 140 nəfərin baltalı davası: qıza görə... - Təfərrüat Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı - VİDEO Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib "Təhsil sahəsində neqativ hallar var" - Əli Əhmədov “Əgər Paşinyan münaqişənin həllində maraqlı olsaydı...” - XİN-dən AÇIQLAMA Elmar Vəliyevin oğluna yüksək VƏZİFƏ VERİLDİ Milli Məclisin deputatları İrəvana getdilər Azərbaycanda TV və radio yayımı dayandırılacaq Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ - Əməliyyat edilən xəstə iflic oldu Bakıda yaşayış evi partladı: iki nəfər… Tanınmış təhsil eksperti vəfat etdi Talıbov Gömrük sədrini vəzifədən azad etdi - Fərman AMEA-nın müxbir üzvü vəfat etdi Bakıda DƏHŞƏT: Qayın yeznəsini 7 yerindən bıçaqladı Paşinyan Belarusdan imtina etdi - Qalmaqal “Nar”-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti Şabranda ikimərtəbəli ev yandı Azərbaycanda polis kapitanı balta ilə vuruldu İcma əsaslı social reabilitasiya mərkəzi Samux rayonunda sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərir. Sürücülüyü öyrənmək istəyirsinizsə, peşəkara müraciət edin-MÜSAHİBƏ Şahin Tatlısəsdən növbəti ifa: "Yaralı kalbim..." Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək - ÖZƏL Azərbaycanda bu xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında... - Video “Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu BDU-nun tələbəsi itkin düşüb - FOTO Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? - XİN-dən AÇIQLAMA 27 yaşlı gənc itkin düşüb-Foto “Nar-ın sərfəli internet qiymətlərimüştəriloyallığıindeksiniartırır “Azərbaycan-Türkiyə” Dil və Mədəni Əlaqələri Beynəlxalq Simpoziumu başladı-Fotolar Lənkəranda çaqqallar kəndə hücum etdi: 4 nəfər... – Foto Nazir bu gənclərin taleyindən danışdı Sabah güclü külək əsəcək, QAR YAĞACAQ - XƏBƏRDARLIQ “Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal xanımlar ilə Qarabağdan danışıb Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO Pensiyalarla bağlı yeniliklərin detalları açıqlandı - VİDEO 160 saylı avtobusun başı bəlada: yenə toqquşdu - Video Fazil Məmmədov yenidən xəstəxanaya yerləşdirildi Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir
    File engine/metagen.php not found.