Leylanın ölümü ilə bağlı ekspertiza rəyi açıqlandı : “Həkim günahsızdır”

    Leylanın ölümü ilə bağlı ekspertiza rəyi açıqlandı : “Həkim günahsızdır”


    Plastik əməliyyatdan sonra dünyasını dəyişən 22 yaşlı model Leyla Oruclunun ölümündə təqsirləndirilən plastik-cərrah Sirus Qoçqani media nümayəndələri ilə görüşüb.
    Musavat.com-un məlumatına görə, tədbirdə ilk olaraq həkimin vəkili Türkər Süleymanlı çıxış edib. T.Süleymanlı Qoçqaninin modelin ölümündə heç bir günahı olmadığını deyib:
    "Bir ildir Sirus Qoçqanı barəsində müxtəlif məlumatlar yayıldı. Onun adı cinayət işində hallandırıldı. Bütün bunlar Leyla adlı gənc modelin vaxtsız ölümündən qaynaqlanıb. Bu ölüm xronoloji olaraq əməliyyat bitdikdən bir qədər sonra baş verib. Lakin bəzi insanlar bundan Sirus Qoçqaniyə qarşı "qara piar" kimi istifadə etdilər. Leylanın anası Sevinc Alfmanlı və onun atalığı şikayət etdilər. Bəziləri Sirusun hansısa məqsədlə gəlib, Leylanı əməliyyat etdiyini deyir. Həkim uzun müddətdir Azərbaycanda yaşayır və fəaliyyət göstərir. Sirus həkimin fəaliyyətində indiyə kimi bir problem olmayıb. Hər bir plastik-cərrahla xəstə arasında razılaşma olub. Əməliyyat zamanı nələrsə dəyişə bilər. İnsan orqanizmidir, hər şey ola bilər. Amma peşəkar həkim qanuna əsasən iş görməlidir. Sirus Qoçqani də daim belə işləyib işini görüb. Leylanın yaxınlarının acısını başa düşürük. Amma buna görə onların başqasına qara yaxmaq haqqı yoxdur. Bundan başqa, iddia olunur ki, həkim farsdır, azərbaycanlı deyil. Bunlar yanlış fikirlərdir. Sirus Qoçqanı əslən cənubi azərbaycanlıdır".
     
    Sirus Qoçqani fəalliyəti haqda məlumat verib:
    "İlk ali təhsilimi İranın Tehran şəhərində yerləşən Tibb Universitetində almışam. Daha sonra Almaniyada ixtisas artırma kurslarında iştirak etmişəm. 2002-2008-ci illərdə İranda iki klinikam olub, orada çalışırdım. 2007-ci ildə fəalliyyətimi Azərbaycanda davam etdirməklə bağlı təklif gəldi. 2007-ci ildə Bakıdakı klinikaların birində baş həkim kimi fəaliyyətə başladım. 8 il ərzində tam yeni estetik əməliyyatları yerinə yetirmişəm. Klinika ilə birgə Azərbaycana bir çox avadanlıqlar gətirmişik. 2002–ci ildə İranda lazer aparatlarını ilk mən tanıtdırdım. 100-ə yaxın plastik-dermatoloqa işi öyrətmişəm. Mənim pasientlərimin 20 faizi xaricdəndir".
    S.Qoçqani modelin ölümündə günahsız olduğunu bildirib:
    "Mən xidmətlərimi qabartmıram, göstərmirəm. Fəxr edirəm ki, Azərbaycanda işləyirəm. Bu bədbəxt hadisə idi. Mənim günahım olmayıb. Xəstə əməliyyatdan sonra ayıldı, palataya keçdi. 2-3 saatdan sonra vəziyyəti pisləşdiyi üçün reanimasiyaya yerləşdirildi. Ekspertizadan da məlum oldu ki, mənim günahım yoxdur. Çox təəssüf edirəm ki, bu hadisə yaşandı”.
    Vəkil deyib ki, mərhum modelin anası Sevinc Alpman Qoçqaniyə qarşı "qara piar"a başlayıb:
    "Leyla gənc, gözəl, perspektivli qız idi. Hazırda onun anası Sevinc Alpman həkimə böhtan atır. Yayır ki, guya Siruz Qoçqani cins dəyişdirmə əməliyyatları aparır. Başqa klinikalarda da bir neçə xəstənin ölümü ilə nəticələnən əməliyyat edib. Leylanın ölümünü hamı eşitdi. Bundan əvvəl belə bir əməliyyat olsaydı, hamı eşidərdi. Estetik əməliyyatlar heç vaxt tibbi göstəriş əsasında olmur. Estetik əməliyyat etdirənlər öz istəyi ilə həkimə müraciət edirlər. Heç bir həkim xəstəni gözəllik üçün bıçaq altına yatmağa məcbur etmir. Özündə qüsur görən insan, hər hansı bir yerini bəyənməyən könüllü olaraq həkimə müraciət edir. Alpman deyir ki, Siruz insanlara sosial şəbəkədə təzyiq göstərir, onları əməliyyat olmağa məcbur edir. Bunlar yalan fikirlərdir. Leylanın anası və yaxınları klinikaya gəlib, orada da səs-küy salıblar. Qızın anası deyir ki, mən ancaq qızım öləndən sonra əməliyyat barədə xəbər tutmuşam, gərək mənə öncədən deyərdilər. Həkim onların ailə münasibətlərini haradan bilə bilər?
     
    Əgər sizin qızınızla probleminiz varsa, o əməliyyata gedəndə sizə xəbər vermirsə, burada həkimin nə günahı var? İkincisi, deyirlər ki, əməliyyatdan öncə niyə yaxınlarından icazə almayıblar? Ailə və yaxınlardan o zaman icazə alırlar ki, xəstə huşsuz vəziyyətdə olur və özü qərar verə bilmir. Həm də Leyla Orucova yetkinlik yaşına çatmış xanım olub. Onun əməliyyatı üçün kimdənsə razılıq almağa ehtiyac yoxdur. Leylanı həkim əməliyyat etmək istəməyib, onunla danışıqlar aparıb. O isə israrla bildirib ki, əməliyyat etməsə, başqa yerə müraciət edəcək. Liposaksiya bizdə qadağan olunmayıb, qeyri-adi əməliyyat deyil. Sevinc Alpman hansı haqla deyir ki, həkimin diplomu yoxdur? Azərbaycanda diplomsuz heç kəs əməliyyat edə bilməz. Bundan əlavə, Leyla əməliyyata yalnız gəlməyib.  Xəstəxanaya da sevgilisi ilə birgə müraciət edib".
    Vəkil bildirib ki, S.Qoçqaninin həbs olunma xəbərləri yayılıb:
    "Qoçqaniyə rəqib olan bəzi plastik-cərrahlar bu vəziyyətdən istifadə edirlər. Internetdə, televiziyada Sirus Qoçqaninin həbs olunması ilə bağlı xəbərlər yayılıb. Cəmiyyətə bu qədər ağ yalan vermək olmaz. Hazırda Qoçqani ilə bağlı qaralama kampaniyası aparılır. Sevinc Alpman özü dili ilə deyir ki, qızım qan köçürüləndən sonra ölüb. Estetik əməliyyat edən həkim qan köçürmür axı. Leylanın ölümünə səbəb piy emboliyası göstərilir, bu da ekspertiza tərəfindən təsdiq olunub.   Doktorun günahı ancaq o zaman olardı ki, əməliyyat zamanı xəstənin halı qəflətən pisləşərdi.
    Əgər həkimin günahı olsaydı hüquq mühafizə orqanları bu işi buraxmazdılar. Biz də hüquq-mühafizə orqanlarına müraciət etmişik. Böhtanların qarşısını almaq istəyirik. Leyla bundan əvvəl də Sirus bəyin yanında əməliyyat olunmuşdu. Narazı qalsaydı, ikinci dəfə gəlməzdi. Sevinc xanım araşdırmadan həkimi günahlandırır. guya, xəstəxanada hamı günahkardı”.
    Plastik-cərrah Leylanın bir neçə dəfə ona əməliyyat üçün müraciət etdiyini söyləyib:
    "Xəstənin anasına dedim ki, istəsəniz cəsədin yardırıb, dəqiq öyrənin. Anası dedi ki, yox qızımın yarılmasını istəmirəm. Mənə çox əziyyət edirlər, şər atırlar. Mənim yanıma gəlməzdən əvvəl Leyla başqa həkimə gedib. Amma narkoz verilən zaman əməliyyat masasından durub qaçıb. Bunu da anası bilməyib? Mən nə edim, ana bilməliydi.
    Leyla dedi ki, "Modeləm, İnstaqramda lağ edirlər. Yazırlar ki, ombam hamardı, belimdə piy var. İş tapa bilmirəm kömək edin". Yalandan dedilər ki, guya əməliyyata girəndə çəkisi 49 kiloqram olub. Leyla 64 kiloqram idi, bədənində yetərincə piy var idi. Biz belindən piyi çəkib ombasına vurduq. Qız yalvarırdı və narahat idi. Mən də əməliyyata götürdüm. Həmin vaxt əməliyyat çox idi, vaxt tapa bilmirdim. Məcbur ona vaxt ayırdım”.
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 597


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Gəncə hadisələrinə görə 5 nəfər məhv edilib” - Mədət Quliyev “Real”ın yeni baş məşqçisi təsdiqləndi “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi "9 NOYABR- DÖVLƏT BAYRAĞI GÜNÜ"NDƏ AZƏRBAYCAN BAYRAĞI POLŞADA YÜKSƏLDİ “Nar”-danADA Universitetinin Təqaüd Proqramına dəstək Q.Paşayeva MM-də 2019-cu il büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb Arzu Bağırova Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində mükafata layiq görülüb Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Gözdən Əlillər Cəmiyyətində tibbi aksiya və seminar keçirəcək. Gənclər bayrağımızın 100 illiyi münasibətilə maraqlı layihə hazırlayıb Q.Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülünə” layiq görülüb Azərbaycanda Konstitusiya günüdür İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Almaniyadakı erməni mafiyası bütün ölkə boyu səpələnib - MDR televiziyası Altı nəfər ruhi xəstəni döyərək öldürdü - Şabranda dəhşət Beynəlxalq Mətbuat Mərkəzində Tanınmış müğənni Rza Zamanın "Gəl Ayrılaq" adlı klip təqdimatı keçirildi. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili”layihəsi çərçivəsində tədbir keçriləcək Bakıda qadının evindən tüfəng və patron tapıldı Azərbaycanlı biznesmen 80 min lirəni taksidə unutdu, sürücü pulu ... Ağdam İdman Klubunun Şəhidlərimizin xatirəsinə turnir keçiriləcək. Etibarlı Əllər Layihəsi «Bayrağımız – qürur mənbəyimizdir» adlı ədəbi-bədii tədbir keçirdi “Nar” Bayraq Günü ilə bağlı abunəçilərinə hədiyyə vəd edir Prezident Leyla Əliyevanı Şuraya üzv təyin etdi - Sərəncam Amaliya Pənahova vəfat etdi Turində dramatik oyun, Mançester və Plzendə darmadağın - YENİLƏNİB + VİDEO Bakıda qəza - Mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı+ Fotolar "Qazınızdan bir az alın, yarı yolda qalmamaq və bir də ..."-Vəfa Sərdar yazır Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar Bizimkilər - “Pəncərə”ni aparan oğlan: “Atam məni dünya çempionatından məhrum etdi” - MÜSAHİBƏ Yol polisindən kuryerlərə XƏBƏRDARLIQ - VİDEO “Nar” Göyçayda keçirilən festivalda aktiv iştirak etdi “Toxunmasınlar!” - Bəstəkarlar İttifaqının sədrindən himn məsələsinə reaksiya Himn müzakirəsində “başyarma”… - Fazil Mustafa Canlı təhlükə-Sahibsiz itlər insanlara qənim kəsilib Ucarda yaşayış binasında yanğın Aldadilmadan keyfiyyətli eynək hardan ala bilərsiniz?-Foto Azərbaycan nefti ucuzlaşıb- Qiymət Vəfa Sərdar Səfərova redaktor təyin edildi. “Heç kimin qoltuğunda deyiləm” - “Kobramedia”dan açıqlama Sərnişin qatarı yük avtomobili ilə toqquşdu: 20-dək adam... Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi Ərdoğandan Qaşıqçının qətli ilə bağlı önəmli açıqlama Telefon şüası hansı xəstəliklərə səbəb olur? - Alimlərdən qorxunc xəbərdarlıq Qazaxda gənc oğlan bıçaqlandı İradə Əlilinin Tükiyədə kitablarının təqdimatı oldu-Foto “Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir Ukraynada keçirilən Kyokşin karate Çempionatlnda Azərbaycan komanda hesabı ilə birinci olub. Tanınmış Aktyor Sirac Agayevin özəl günüdür. Daha bir sənətkarımız dünyasını dəyişdi "Bizim psixoloqlara çox ciddi ehtiyacımız var" — Deputat “Nar”abunəçilərinə Göyçayda keçiriləcək Nar bayramında iştirak şansı verir Prezident nazirə iki müavin təyin etdi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Avropa çempionatının gümüş medalını qazanmışdır Abşeronlu şagirdlər DTX-nin H.Əliyev adına Akademiyasında olublar Braziliyalı futbolçu qətlə yetirildi “Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır Azərbaycanlı idmançı 4-cü Avrasiya oyunlarının qalibi olub Bakıda şirkətdə güclü YANĞIN: Çilingər faciəvi şəkildə öldü İlham Əliyev Şəkidə - YENİLƏNİB Q.Paşayevanın Kırıkkaledə Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifini bələdiyyə başqanı dəstəkləyib Çaylarda suyun səviyyəsi dəyişdi Yağış, qar, duman... - Bu günün havası Bakının bu əraziləri susuz qalacaq... Jurnalist rektorun köməkçisi təyin olundu Deputatlar bahalı hədiyyələri Milli Məclisə təhvil verəcək Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin polisə aparıldı Ucarda maşın yol kənarındakı dirəyə dəydi - Ölənlər var “Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” adlı layihənin icrasını davam etdirir. Deputat: Enerji içkisi adlansa da, heç bir enerji vermir “Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax “Dilçilik İnstitutunda oturanların qüsurlarını taparıq” - Müğənnilərdən REAKSİYA “Azəriqaz” sayğacların qiymətini qaldırdı Leyla Əliyeva gənclər sərgisində - FOTO MTN generallarının bəraət istədikləri məhkəmədə hakim kimdir -DOSYE "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı - MÜHÜM QƏRAR Ticarət mərkəzində qadın ac akulalarla dolu hovuza düşdü - VİDEO Minik və yük maşını toqquşdu - Xəsarət alan var “Myshops” şirkəti öz mağazasında “Apple” şirkətin yeni məhsullarını təqdim edib İradə Əlili Turkiyənin Tokat şəhərinə 2 ci kitab festivalına dəvət aldı Türkiyədən gəlmiş aydınlar: "“Hər zaman Azərbaycanın yanındayıq!” " Q. Paşayeva: "Birliyimizi gücləndirməliyik!" Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində Müstəqəllik Gününə həsr edilmiş tədbir keçirildi. Rəsul Məmmədov: "Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik" Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI - BU SƏBƏBƏ GÖRƏ (ÖZƏL) Baş redaktorun doğum günüdür Fiziki aktivlik sağlam həyatın əsasıdır – ŞAMAXIDA MÜZAKİRƏ Roza Əliqızı:- Əsir və girovlarımız azad olunmalıdır Bakıda daha bir ərazidə sürüşmə: divar uçdu Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı - Video Nəğmə dolu bir ürək. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tibbi aksiya keçirəcək Sərkisyan Paşinyanın istefasını qəbul etdi - Yeniləndi Q.Paşayeva MM-də "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış edib “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! Qarabağ qazisi Etimad Əsədov vəfat etdi Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR
    File engine/metagen.php not found.