Xurma kənddə 20 qəpiyə, Bakıda 1 manat 50 qəpiyə: yeddiqat fərq kimlərin cibinə gedir...

    Xurma kənddə 20 qəpiyə, Bakıda 1 manat 50 qəpiyə: yeddiqat fərq kimlərin cibinə gedir...


    Şimal rayonlarında kəndlilər bağlarında yetişdirdikləri xurmanı birbaşa bazara çıxara bilmirlər. Virtualaz.org xəbər verir ki, böyük əziyyət bahasına başa gələn bu məhsul bağçılardan kiloqramı 20 qəpiyə alınır. Şabran bağçılarının sözlərinə görə, çətinliklə əkib-becərdikləri meyvəni yerində dəyər-dəyməzinə satmaq məcburiyyətində qalırlar.

    Bakı bazarlarında isə bu meyvənin kiloqramı 1-1,5 manatdan aşağı satılmır. Başqa sözlə, xurmanın kənddən alış qiyməti ilə Bakı bazarlarındakı satış qiyməti arasında 5-7 dəfə fərq var. Yəni paytaxt alıcısının xurmanın hər kiloqramına ödədiyi 1 manat 50 qəpiyin cəmi 20 qəpiyi onu yetişdirən kəndliyə çatır. Bəs qalan pullar kimlərin cibinə gedir?

    Rayonunun Pirəmsən kənd sakinlərinin sözlərinə görə, onlara alverçilər tərəfindən məhsulu toplamaq üçün bir neçə həftə əvvəldən yeşiklər paylanıb. Lakin sakinlər bu məbləğin heç meyvənin ağacdan toplamaq haqqı olmamasından şikayətlənirlər.

    "İki-üç həftə olar ki, alverçilər gətirib camaata yeşiklər paylayıblar. Bizdən adi xurmanın yeşiyini 2 manata, xüsusi sort "şişburun” xurmasının yeşiyini isə 4 manata alırlar. Bu ağacı əkib-becərib meyvəni ərsəyə gətirmək bir yana qalsın, kiloqramına verilən 20 qəpik heç onu ağacdan toplamağın haqqı deyil. Bir ağacda da xüsusi qulluq edilsə, ən yaxşı halda 80-100 kq meyvə ola bilər. Bu pulu əncirin təkcə bir yığımından qazanmaq olar. Belə getsə, bir qəpik xeyir gətirməyən xurma bağlarını tamamilə kəsməli olacağıq”, - kəndin Əsgər adlı sakini deyir.

    Kəndlilər deyirlər ki, əksəriyyət xurmanı 20 qəpiyə satmaqdansa, onu ağacdan dərməməyə üstünlük verirlər. Nəticədə tonlarla xurma elə ağacda qalıb qarğalara yem olur.

    Bağçılar bildirirlər ki, məhsullarını heç cür iri şəhərlərin bazarlarına çıxara bilmirlər. Hətta bazara gedib çıxsalar belə onlara məhsul satmağa imkan verilmir. Bölgələrdə yığılıb qalmış məhsulların paytaxta və digər şəhərlərə çatdırılması üçün mövcud əngəllərin aradan qaldırılması məqsədilə yarmarkalar yaradılsa da, kəndlilər məhsulu yarmarkada satmağı da sərfəli hesab etmirlər. Çünki məhsulun yarmarkaya daşınması, yer pulu, digər xərclər üst-üstə gələndə xurmanı yerində 20 qəpiyə satmaq daha münasib görünür.

    Sakinlər deyirlər ki, yük maşını ilə meyvə-tərəvəz daşımaq üçün lisenziya almaq tələb olunur. Üstəlik, Bakıya qədər polis, yol mühafizəçiləri, departament əməkdaşlarına artıq yük, maşının üstündəki baqajın "qanunsuz” olmasını, yola ziyan və sair məsələlərə görə xərc çəkməli olurlar. Bazarlarda isə yerlər çoxdan alverçilər tərəfindən tutulub. Kəndlilər məhsullarını "Meyvəli” bazarına təhvil verə bilərlər ki, burada da elə alış qiyməti xurmanın kənddən Bakıya daşınmasını sərfəsiz edir.

    Şabran rayonunun digər kəndlərində isə vəziyyət daha acınacaqlıdır. Rayonun Ərəblər kəndindən olan bağçılar bildirirlər ki, onlardan xurmanı heç 20 qəpiyə də alan yoxdur: "Xurma ağaclarda qalıb çürüyür. Dərib hara tökək? Heç 20 qəpiyə də sata bilmirik...”

    Şabran kəndlərindən xurmanı yeşiklərlə alıb Rusiyaya aparan alverçilər də gileylənir.

    Onların sözlərinə görə, kənddən yeşiyi 4 manata alınan xurma Rusiya bazarlarına gedib çıxanacan maya dəyəri 16-17 manata qədər artır. Rusiya bazarlarında xurmanın yeşiklə topdansatışı isə Azərbaycan valyutası ilə götürəndə 20 manatdan çox deyil. Nəticədə alverçilər kəndlilərə xurmaya görə daha artıq ödəmək imkanında olmadıqlarını deyirlər.

    Kənd təsərrüfatı məhsullarının bazarlarda kəndlilərdən alış qiymətindən bir neçə dəfə baha satılmasını ekspertlər bazarda normal-qayda qanunun yaradılmaması ilə əlaqələndirirlər. İqtisadçı ekspert Qadir İbrahimli deyir ki, kənd təsərrüfatı məhsullarının öz maya dəyərindən bir neçə dəfə baha satılması halları uzun müddətdir ki, aktualdır: "Azərbaycanda kənd təsərrüfatı məhsullarının satış bazarında normal qaydalar müəyyənləşdirilmədiyindən kəndli özü öz məhsulunu gətirib birbaşa bazara çıxara bilmir. Burada satış bazarları çox iri şirkətlərin, böyük pullu insanların nəzarətindədir. Onlar da məhsulu kəndlidən çox ucuz qiymətə alıb baha qiymətə bazarlara təhvil verirlər. Həm də öz marjalarını məhsulun üstünə əlavə edib satışa çıxarırlar. Burada qazanan nə paytaxtdakı marketlər, dükanlar, nə də kəndlilərdir. Qazanan istehsalçı ilə son satıcı arasında vasitəçilik edən qrupdur. Bu da təbii ki, çox anormal haldır”, - deyə Q. İbrahimli bildirir.

    Ekspert deyir ki, hələ ki, bu problemin tənzimlənməsi üçün mexanizmlər tapılmayıb: "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu problemləri aradan qaldırmalıdır. Bazarın tənzimlənməsi, rəqabət mühitinin yaradılması, həm istehsalçıların, həm də istehlakçıların hüquqlarının təmin edilməsi bu departamentə aiddir. Onlar hansısa işlək mexanizm yaratmalıdırlar ki, həm istehlakçı, həm də istehsalçı qazansın, hansısa qrup vasitəçilik edib böyük pullar qazana bilməsin”, - deyə ekspert qeyd edir.

    Gülnar Əliyeva

    Virtualaz.org


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 323


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Fransa səfirliyinin müşavirləri Bakı Avrasiya Universitetində “Fransız dili Mərkəzi”nin açılışında iştirak edblər. Bərzanini dəstəkləyən məmur işdən çıxarıldı “Yeni doğulan uşağa görə 45 manat, buzova isə...” Britaniya nəhəng iqtisadi güclərin reytinqində gerilədi - Beşlikdən çıxdı Bakıda güclü külək fəsad törətdi - Məktəbin damını evlərin üstünə aşırdı Putindən Rus Şirkətlərə Göstəriş: "Müharibəyə Hazır Olun" Azərbaycanda bu tanınmış jurnalistlər vəfat edib - Yol qəzası, qəfil ölüm... / FOTOLAR Çox böyük və ağır itkidir... Milli Məclisin büdcəsi açıqlandı “Natiq bu yaxınlarda ata olacaqdı...” Q.Paşayeva: "Hakimlər "Qarabağ"ın uduzması üçün əllərindən nə gəlirdisə etdilər". Millət vəkili Q.Paşayeva banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb “Saytlara 1 milyon ayrılsın” - Əflatun Amaşovdan təklif "Dərs vaxtı nə təmir?! Burada nəsə fırıldaq var" - FAKT İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək Telman İsmayılov Fransadan sığınacaq istədi Bakıda yeni “Tarqovı” salınacaq Milli Şuranın sədri ordenlə təltif olunub ADTGT erkən nikahlarla bağlı regionlarda növbəti tədbirini Şamaxıda keçirdi Q.Paşayeva: "Şəhid ailələri və Qarabağ qazilərinə onlara verilməli olan sığorta pulunun nə zaman ödəniləcəyi ilə bağlı nə cavab verək? Dünyanın ən zəngin iş adamlarından biri saxlanıldı - 6,3 milyard dolları var 37 yaşında 38 uşağı var - Foto Q.Paşayeva MM-də ön cəbhə rayonu olan Tovuzun ciddi problemlərini qaldırıb "Bəzi səfirliklər bağlansın" - deputatdan tələb 35 milyard dollara inşa edilən avtomobilsiz şəhər - FOTOLAR "Dəmirbank"a depozit qoyanların milyonları mənimsənilib - MƏHKƏMƏ “Gecəqondular” özəlləşdirilsin - Deputatdan sənədsiz evlərlə bağlı TƏKLİF Rusiya azərbaycanlı iş adamına qarşı basqıları artırır - FTX "Palmali" barəsində araşdırmalara başlayıb Üç milyon mənimsəyən xanım bankirin məhkəməsi oldu Türkiyə-Rusiya-iran Sammiti Öncəsi Əsəd, Putin ilə Görüşüb Dünya Gözəli Seçilən Hindli Modelin Təbii Halını Görən "Tacını Alın" Deyir Sulu qar, qar yağacaq - SABAH Bəstəkarlar İttifaqında millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib Milli Məclisdə büdcə müzakirələri başlayır Abşeronda doğuş faciəsi: əkizlər də, ana da öldü - Video Həkimdən çağırış: Apteklərdən bunu almayın Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətindən - ŞİKAYƏT “Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama Bakıda istiliyin olmamasının səbəbi bilindi - Açıqlama “Riyad” daha olmayacaq: ad dəyişdi Bakıda zavodda partlayış - Ölən var + Foto Azərbaycanın qeyri-neft ixracı 1,219 milyard dollara çatıb "Yeni il"in bayram günləri açıqlandı - 5 gün istirahət Putinin “ağır topu” Bakıda - Kremlin iki hədəfi Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb Elməddin Səfərovun 3 mərasimi keçirilib WhatsApp-ın səsli ismarıc funksiyasına çoxdan gözlənilən yenilik gəlir “Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq Diqqətli olun: Bakıda insanları ölümə aparan çörək satılır – FOTO Rusiya təcavüzə hazırlaşır: Nazirdən xəbərdarlıq "Gabala Open "beynəlxalg turnirin ikinci günündə 2 saylı "Gömrükçü" idman klubunun idmançısı ugurlu çıxış etdi. Oğuzda təbiətə ziyan vurduğuna görə 51 nəfərə qarşı inzibati protokol tərtib olunub Qaxda mağaza yanıb Azərbaycan gimnastı dünya çempionu oldu — VİDEO Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi Q.Paşayeva MM-də ağır xəstə olan kəşfiyyatçının məsələsini qaldırıb və şəhid analarının çağırışını səsləndirib. Bakı sakinini teplovoz vurdu Hədəf Ərdoğan yox, Türkiyədir – NATO qalmaqalı Bakıda 50 yaşlı kişi damarlarını kəsərək intihar edib Şəmkirdə saxta pul hazırlayan şəxs tutulub Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək Çində güclü zəlzələ AFFA-dan geri addım: komitələr ləğv edilir Ağstafada 42 yaşlı kişi döyülüb Azərbaycan nefti yenidən bahalaşıb İstirahət günü Azərbaycanda hava yağmursuz olacaq Ucarda piyadanı maşın vurub Türkiyədə ağır qəza - Ölən və yaralananlar var + Foto Millət vəkili Q.Paşayeva Mərakeşin tanınmış təşkilat rəhbərlərinə Xocalı soyqırımından danışıb ABŞ Rusiyaya qarşı hərəkətə keçir: KREMLİN layihəsi Rza Zərraba sui-qəsd edilib - Yeni iddia “Putinlə Qarabağ məsələsini müzakirə etdik” - Ərdoğan Azərbaycanda Milli Dirçəliş günüdür Q. Paşayeva Pan-Afrika Parlamentinin Birinci prezidenti Gertrude Mongella ilə köçkün qadınlardan danışıb Tramp 12 günlük səfərindən danışdı Uzun ömürlülüyün sirri bu iki yağdadır... Yeni Azərbaycan çempionları “Araz”dan 16 cavabsız qol Tanınmış jurnalistin köməyə ehtiyacı var “Qremmi” mükafatı laureatı Patti Ostin Heydər Əliyev Mərkəzində çıxış edib - Foto Özbəkistanın müdafiə naziri Azərbaycana gəlib Avro cüzi ucuzlaşdı, dollar isə... Sosial yardım proqramı dayandırılarsa... – Sosioloq İranda ardıcıl iki zəlzələ olub “Nar” Xırdalanda yeni mağazasını təqdim etdi Nazirdən Qocanı öldürən polislərlə bağlı - Əmr Uçsaydıq, bu zəhrimar Koroğlunu görməzdik Məktəbdə OLAY: Şagirdləri ayırmaq istəyən xadimə təpikdən ölüb, yoxsa əməliyyatdan? (YENİLƏNİB) Region gəncləri arasında çövkən-at yarışları təşkil olunub Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Dünya Demokratiya Forumundaiştirak edib. Pakistan heyəti millət vəkili Q.Paşayeva ilə görüşdə Xocalı soyqırımının daha geniş tanıdılması üçün Azərbaycanın yanındayıq deyiblər Prezident girov götürüldü: Ordu həbslərə başladı Məni namərdlikdə ittiham etmək... - Deputatların qalmaqalı Sabahdan payız tətili başlayır Mehriban Əliyeva: "BMT qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır" ABŞ-da məktəbə hücum etdilər - Ölənlər var... Bakının bu ərazilərində su olmayacaq Quru əncirin MÖCÜZƏVİ FAYDALARI DÇ-2018: 30 iştirakçı bəllidi
    File engine/metagen.php not found.