Leyla Əliyeva Tofiq Quliyevin yubiley gecəsində - Foto

    Leyla Əliyeva Tofiq Quliyevin yubiley gecəsində - Foto


    Noyabrın 7-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubiley gecəsi keçirilib.

    Kult.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yubiley gecəsində iştirak edib.

    Tədbir Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.

    Mərasimdən əvvəl Xalq Artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə Tofiq Quliyevin Azərbaycan musiqi mədəniyyətinə töhfələri barədə fikirlərini jurnalistlərlə bölüşüblər. Vurğulanıb ki, Tofiq Quliyevin mahnıları hər gün səslənir və onları eşidəndə, adama elə gəlir ki, bəstəkarla söhbət edirik. Onun əsərləri həm Rəşid Behbudov, Şövkət Ələkbərova kimi korifey sənətkarların, həm də bu gün gənc müğənnilərin ifasında gözəl səslənir. Nə qədər ki, Azərbaycan var, Tofiq Quliyevin əsərləri də bir o qədər yaşayacaq.

    Qeyd edək ki, Heydər Əliyev Fondu yubileylə əlaqədar Xalq Artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunan "Musiqidə döyünən ürək” adlı multimedia toplusu hazırlayıb.

    Yubiley gecəsindən əvvəl Heydər Əliyev Mərkəzinin foyesində multimedia toplusunun təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov topluda Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyevin yaradıcılığının geniş təhlil edildiyini və bəstəkar haqqında görkəmli şəxsiyyətlərin fikirlərinin, xatirələrinin yer aldığını bildirib. "Biz artıq iki ilə yaxındır ki, Tofiq Quliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşırdıq və nəticə etibarilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə çox gözəl bir layihə ərsəyə gəldi”, - deyən Anar Ələkbərov layihənin reallaşması üçün böyük işçi qrupunun yaradıldığını diqqətə çatdırıb.

    Layihənin rəhbəri A.Ələkbərov göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

    Təqdimat mərasimində məlumat verilib ki, şəxsi və dövlət arxivlərinin materialları əsasında hazırlanan toplu Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında kitab-albomdan, bəstəkarın bədii filmlər üçün mahnıları, fortepiano üçün əsərləri, indiyədək səslənməmiş simfonik orkestr üçün əsərlərindən ibarət dörd cildlik not kitabları, 212 əsəri özündə cəmləşdirən fleş-kart dəstindən ibarətdir.Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan, milli musiqi tariximizdə xüsusi yer tutan bəstəkar, Azərbaycan estrada və cazının klassiki, Xalq Artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Heydər Əliyev Fondu tərəfindən çoxsaylı işlər görülüb. İlk növbədə, Bakı şəhərinin bütün arxivlərindən və bəstəkarın şəxsi arxivindən bütün not əlyazmaları toplanıb, köhnə babin lentlərdəki musiqi yazılarının elektron versiyası hazırlanıb və ilk dəfə olaraq toplu şəkildə buraxılıb. Multimedia toplusuna bəstəkarın müxtəlif dövrlərdə və müxtəlif mövzularda bəstələdiyi mahnılar, simfonik orkestr, fortepiano üçün əsərləri, kinofilmlərə yazdığı mahnılar, o cümlədən bəstəkarın ifasında müəllif əsərləri daxil edilib. Topluda Tofiq Quliyevin həyat və yaradıcılığının müxtəlif mərhələlərinə aid fotolar, görkəmli şəxsiyyətlərin, tanınmış söz adamlarının bəstəkar haqqında söylədiyi fikirlər, xatirələr, habelə ilk dəfə olaraq, onun indiyədək səslənməmiş, simfonik orkestr və kamera-instrumental əsərləri, bu günədək nota alınmamış 30-dan çox mahnısının audioyazısı yer alıb. Eləcə də kinofilmlərdə olan mahnıların not yazıları da topluda öz əksini tapıb. Elektron daşıyıcılarda Tofiq Quliyevin müxtəlif əsərləri 10 tematik mövzu üzrə qruplaşdırılıb. Bu sıraya Vətən, məhəbbət haqqında mahnılar, həmçinin kinofilmlərə yazılmış mahnılar, instrumental əsərlər, caz improvizasiyaları, bəstəkarın royalda olan ifaları və estrada miniatürləri, rəqs ritmləri və s. daxildir.

    Bu toplu Tofiq Quliyevin zəngin irsinin öyrənilməsi, milli mədəni dəyərlərimizin qorunub saxlanması, təbliği və gələcək nəsillərə ötürülməsi işinə töhfə olacaq.

    Daha sonra Heydər Əliyev Mərkəzinin Auditorium zalında təntənəli mərasim başlayıb. Əvvəlcə bəstəkarın oğlu, kinorejissor və ssenarist, Xalq Artisti Eldar Quliyev və qızı, yubiley konsertinin bədii rəhbəri Lalə Quliyeva çıxış edib.

    Eldar Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tədbirin təşkilinə görə minnətdarlığını bildirib. O, ulu öndər Heydər Əliyevin Tofiq Quliyevin yaradıcılıq gecəsində söylədiyi "Biz hamımız gedəcəyik, heç kəs qalmayacaq. Lakin illər keçəcək, yüzillər keçəcək, Tofiq Quliyevin musiqisi yaşayacaq” sözlərini xatırladıb.

    Lalə Quliyeva layihənin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edərək deyib: "Layihə Heydər Əliyev Fondunun dəqiq və savadlı işi nəticəsində möhtəşəm alınıb”. O, həmçinin layihənin rəhbəri Anar Ələkbərova ideya yaranandan başlayaraq son məşqlərə qədər bütün işlərə diqqətlə yanaşmasına görə təşəkkürünü bildirib.

    Çıxışlardan sonra Xalq Artisti Tofiq Quliyevin ömür yolundan və yaradıcılığından bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib.

    Filmdə Tofiq Quliyevin Azərbaycan musiqisindəki əvəzolunmaz rolundan, 200-dən çox bir-birindən gözəl və yaddaqalan mahnıların müəllifi olmasından, 40-dan çox kinofilmə musiqi bəstələməsindən bəhs edilir. Onun geniş yaradıcılığının yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmadığı, eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan estrada və caz musiqisinin banilərindən biri olduğu qeyd edilir. Sənədli filmdə ümummilli lider Heydər Əliyevin, bəstəkarın sənət dostlarının, görkəmli musiqiçilərin Tofiq Quliyev haqqında fikirləri yer alıb.

    Konsert proqramında bəstəkarın müəllifi olduğu mahnılar, kinofimlərə yazdığı instrumental musiqilər, caz musiqiləri, simfonik orkestr üçün əsərləri ifa olunub. Yubiley gecəsində Tofiq Quliyevin məşhur, dillər əzbəri olan mahnıları ilə yanaşı, uzun müddətdir səslənməyən kompozisiyaları da təqdim edilib.

    Konsertdə Xalq artistləri Fidan və Xuraman Qasımovalar, Azər Zeynalov, Samir Cəfərov, Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Əməkdar artistlər Aygün Bəylər, Azərin, Tünzalə Ağayeva, Sərxan Sərxan, İlqar Muradov, Emil Əfrasiyab, Elçin Əzizov, İsfar Sarabski, rusiyalı vokalçı Yana Melikayeva, tarzənlər – Əməkdar Artist Sahib Paşazadə, Şəhriyar İmanov, nağara ifaçısı Emin Cəbrayılov, skripkaçılar Elvin Qəniyev, Ceyla Seyidova, həmçinin Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, "Qaya” ansamblı, "Natiq” ritm qrupu və "Qaytağı” qrupu çıxış ediblər.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bəstəkarın oğlu, Xalq Artisti Eldar Quliyev və qızı Lalə Quliyeva ilə görüşdü. Leyla Əliyeva yubiley gecəsinin yüksək səviyyədə təşkil edildiyini, gecədə səslənən əsərlərin Tofiq Quliyevin yaradıcılığının parlaq nümunələri olduğunu, bu əsərlərin hamı tərəfindən sevildiyini dedi. Leyla Əliyeva bildirdi ki, yubiley gecəsindəki ab-havadan həm babası, ulu öndər Heydər Əliyev, həm də bəstəkarın özü məmnun qalardı. Tofiq Quliyevin övladları yubiley gecəsinin təşkilində Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyini yüksək qiymətləndirdilər və minnətdarlıqlarını ifadə etdilər.

    • Facebook 
    •  
    •  
    •  

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 74


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Azərbaycanda yeni qurum yaradıldı Bərdədə diri-diri yanan 6 yaşlı qızın anası da öldü Yol polisi ilə dalaşan şəxs özünü belə yandırdı - ŞOK VİDEO Q. Paşayeva Avstraliya, Kanada və İsveçrənin tanınmış qadın təşkilat rəhbərləri ilə Qarabağdan danışıb Biznesmen qızının toyundan möhtəşəm görüntülər-3 milyonluq tort-VİDEO DƏHŞƏT - Yediyimiz toyuğun içinə nə doldurulur? - VİDEO Buz bağlayan yollarda qəza oldu - 5 nəfər xəsarət aldı Yol polisində 37 vakant yer var –İşləmək istəyənlər üçün şərtlər açıqlandı Ata ilə oğlu efirdə qarşı-qarşıya gəldi - Xəlil Rzaya görə Rafael İsgəndərov əməliyyat olundu - Video Ziya Məmmədovu həbsə göndərmək istəyirlər – keçmiş ortağından şok açıqlamalar Gənc ana iki uşağını ataraq evdən qaçdı - Video Nazirliyin aparat rəhbəri rayon şöbəsinin müdürinə hələdə "krışalıq" edir-Prezidentə müraciət! Bakıdakı dəbdəbəli toyun sahibi kimdir? - Yenilənib “İntiharlara səbəb metrodursa, bağlayaq” - Hadisə baş verən yerdən video İnsan alveri qurbanlarının sayı açıqlandı - İclas Q.Paşayeva Argentina və Perunun tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb Mirşahin yeni televiziya açır - ANS-çilər orda Ağır cinayətlərin artması ölüm hökmünü labüd edir? - ekspert rəyləri Valideynlərə xəbərdarlıq: Bu epidemiya sürətlə yayılır - Video Türk ordusu hazırdır: Haubitsalar Rasulaynı vura bilər Azərbaycanlı biznesmen Murat Boza 400 min dollar verdi - Toya gəlməsi üçün ... Təranə Muradova keçmiş ərini polisə verdi - MÜLK DAVASI “MEN KLOUNAM” filmi 2-gündən sonra 16 Yanvar 2018-ci il tarixundə "İmax da " QALA gecəsi olacaq. “Bordo Bereli” əsgərlərin xüsusi təlim görüntüləri yayıldı - VİDEO Saatlıda faciə: kişinin qolu pambıqtəmizləyən qurğuda qaldı Rusiya Fələstinlə bağlı bəyanat yaydı Bakıda sərnişinlər üçün mühüm yenilik Erməni silahlı bölmələri Ağdamın kəndini atəşə tutub Xaçmazda 7 otaqlı evdə yanğın olub Azərbaycan tarixi yenidən yazılır Paytaxtda "VAZ" yol kənarına aşıb, yaralanan var Fazil Məmmədovun nazir müavini qudası rəsmən işdən çıxarıldı - Sərəncamı verildi Kürəkən qayınanasını boğaraq öldürdü - Bakıda "Qanlı göl"də... Sirkdə xoşagəlməz hadisə: fil tamaşaçıların üzərinə yıxıldı - VİDEO Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyasında humanitar aksiya keçirib. Astanada siçanlar bankomata soxularaq pulları yeyiblər - Video Q.Paşayeva təşkilat rəhbərləri ilə görüşdə Qarabağdan danışıb “Sağlam və həmrəy azərbaycanlılar!” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar Venesuelada üç günlük matəm elan olunub Ermənilər atəşkəs rejimini 128 dəfə pozublar İlham Əliyev bu nazirliyin strukturunu dəyişdirdi Səhiyyə Nazirliyi adına saxta internet saytı yaradaraq... Dərman reklam edirlər Bakıda avtobus zolağını ödənişli dayanacağa çevirdilər - Video “İlin Könüllüsü 2017” mükafatına ərizə qəbulu davam edir. Q.Paşayeva Malayziya, Yeni Zelandiya və Avstraliyanın tanınmış təşkilat rəhbərləri ilə görüşdə beynəlxalq təşkilatları ikili standartlarda ittiham edib. Ordumuz sınaq atışlarına başladı - Foto Lənkəranda mikroavtobus aşıb, 10 sərnişin xəsarət alıb - SİYAHI - YENİLƏNİB-2 - FOTO DİQQƏT: bu şəxslərin maaşları artırıldı Bakıda silahlı şəxs tutuldu - Foto Bakı metrosunda DƏHŞƏT: Yaşlı kişi özünü qatarın altına atdı Xırdalanda yataqxana yanır Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-təqdimat verilib. Alpinistlərin axtarışından nəticə yoxdur - 17 gün keçdi... Baş nazirdən orta ixtisas təhsili ilə bağlı – Dəyişiklik ResTv yeni ilə yeniliklərlə addım atdı-Video ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb Atəşkəs rejimi 125 dəfə pozulub ABŞ səfirliyinin müvəqqəti işlər vəkili də Türkiyə XİN-ə çağırıldı Astana aeroportu güclü qar səbəbindən bağlanıb Zaqatalada keçmiş polis əməkdaşı qəzaya düşdü Uşağınızın qızdırması var? - DİQQƏT! Bunu bilməlisiniz... Azərbaycan böyük dövlətlərin yolunu gedir - Ekspert Cümhuriyyət nazirinin Nərimanovun həbsi barəsində sərəncamı - Arxiv faktı Aysel Mamedovanın ekskluziv foto və video görüntülərini VETENPERVERLER.AZ təqdim edir. Aprel şəhidinin atası Rayon İcra Hakimiyyətinin Başçısı Lütfəli Babayevdən şikayətçidir. Qorxaqlığın və ondan da o yananın pik nöqtəsi... Azərbaycan və Avropa kardioloqlar Asosasiyasının uzvü, ilin gənc kardioloqu Dr. Nurlana Əliyeva: Biz gənclər, Dövlət başçımız və Mübariz Mənsimov kimi xalqını sevən igidləri ilə fəxr edirik Q.Paşayeva Hindistan, Banqladeş və Nepalın tanınmış təşkilat rəhbərləri ilə görüşdə Qarabağdan danışıb Azərbaycanda 9 şirkət bu departamenti məhkəməyə verdi Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı ilk səfirinin vəfatı ilə əlaqədar başsağlığı verib Millət vəkili Q.Paşayeva Hindistan, Banqladeş və Nepalın tanınmış təşkilat rəhbərləri ilə görüşüb Pakistan ABŞ-la əlaqələri dayandırır: Kəşfiyyat Qəbul imtahanlarının vaxtı gələn həftə məlum olacaq Tanınmış aşıq vəfat etdi Ermənistanın müdafiə naziri istefaya göndərilir İlham Əliyev 2018-ci ili“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi Bir qrup jurnalist alpinistlər üçün Xınalığa yollandı Azərbaycanda məşhur iş adamı dələduzluqda ittiham edilir Qənirə Paşayeva Mavritaniyanın prezidenti Ameenah Gurib ilə görüşüb İntihar edən şairin dəhşətli statusları... - 1 saat əvvəl dənizdən şəkil paylaşdı Bazarlarda saxta nehrə yağı satılır? - DİQQƏTLİ OLUN (VİDEO) Yaşlı kişi ikinci mərtəbədən yerə yıxıldı Ölməyə deyil, yaşamağa səbəb axtarın. Layihələri AXC-ni dünyanın ən güclülərindən birinə çevirəcəkdi - Cümhuriyyətin ən kasıb naziri Mərdlik,səxavət hər imkanlı insana xas olan dəyər deyil-Q.Paşayeva Q.Paşayeva Mərakeş,Bəhreyn,Livan və Misirin tanınmış təşkilat rəhbərləri ilə görüşdə Qarabağdan danışıb Orta məktəb mühafizəçisi iş yerində ölü tapıldı Kadırov Gədəbəydə tapılan qadınla bağlı tapşırıq verdi - “Vacib deyil hardandır” “Məleykə Əsədovanın iddiası təmin edilmədi” - Ramiz Məlik 300 manata satılan ayaqqabı, endirimlə 370 manata - "Hotiç"də şok "endirim" Kimyəvi maddə içərək özünü öldürdü - Şabranda faciə Azərbaycanlılar üçün Türkiyədə iş tapan fırıldaqçılar 250 min pul yığdı Fazil Məmmədovun 200-dən çox istixanası üzə çıxdı- Siyahıda daha nələr-nələr var FOTOLAR 4 dövlət müəssisəsi hərraca çıxarılacaq “Hər nöqsanın öz cəriməsi olacaq” - Deputat Qida Təhlükəsizliyi Agentliyinin işindən DANIŞDI Vahid Əhmədov: “Maliyyə nəzarəti haqqında” qanunun qəbulu ləngidilir SOS: Oksigen azalır, milyonlarla insan öləcək İsrail 20 beynəlxalq qurum təmsilçisinə qadağa qoydu
    File engine/metagen.php not found.