Könlünün gözü ilə görənlər...

    Könlünün gözü ilə görənlər...


    Onların arasında istedadlıları çoxdur

     

    Deyirlər ki, göz könlün aynasıdır, duyğuların ifadəsi isə hisslərdən öncə baxışlarla ifadə edilir. Bu, əlbəttə, təkcə poetik dünyada deyil, bizi əhatə edən aləmdə də belədir. Gözün insan həyatında daşıdığı funksiyanı nə poeziya, nə də fəlsəfi fikir olduğu kimi ifadə edə bilib. Gözün gərəkliliyini görmə qabiliyyəti zəif olanlar daha gözəl anlayır desək, səhv etmərik. Yəqin, buna görədir ki, duyğularla, könlünün gözü ilə görənlər daha həssas olurlar...
    13 noyabr tarixinin Beynəlxalq Gözdən Əlillər Gününün qeyd olunması isə heç də təsadüfi deyil. Bu, ilk növbədə fransız pedaqoqu Valentin Qayuininin adı ilə bağlıdır. 1745-ci il noyabrın 13-də anadan olan V.Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə şəxsi evində "Görmə qüsuru olan işçilərin emalatxanası” adlı məktəb açan Qayuin ixtira etdiyi şriftlərlə onlara təlim keçib.
    Ölkəmizdə bu kimi problemlərlə yaşayan insanlara həssas yanaşılır və onların cəmiyyətə inteqrasiyası üçün müxtəlif növ tədbirlər həyata keçirilir. Bir sıra ictimai təşkilatların və cəmiyyətlərin bu istiqamətdə fəaliyyət göstərmələri heç də təsadüfi deyil. Belə təşkilatlardan biri də Azərbaycan Gözdən Əlillər Cəmiyyətidir ki, 2002-ci ildən fəaliyyət göstərir. Lakin bu cəmiyyətin funksiyasını daşıyan bir qurum 1931-ci ildə yaradılıb. Həmin cəmiyyətin tabeliyindəki Mərkəzi Respublika Korlar Kitabxanası isə 1981-ci ildən indiyədək neçə-neçə gözdən əlil gəncin həyata inteqrasiyasına səbəb olub. Bu gün öz funksiyasını daha geniş şəbəkədə yerinə yetirən kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana-informasiya xidməti göstərməkdir. Tam fiziki imkansız olanlara isə səyyar kitabxana xidməti göstərilir.
    Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən, dünya əhalisinin 160 milyonu gözdən əlildir. Ölkəmizdə isə bu rəqəm 50 mindir. Təəssüf ki, onların 8 minə yaxını uşaqlardır. Mütəxəssislərin rəyincə, vaxtında müayinə və müalicə olunarsa, onların 80 faizinin görmə fəaliyyətini bərpa etmək mümkündür.
    Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev söhbət əsnasında Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il oktyabr ayında tədbirlərin keçirilməsinə xüsusi diqqət çəkdi. Həmsöhbətimiz bildirdi ki, gözdən əlilliyi olan insanlar üçün xüsusi dövlət proqramları fəaliyyət göstərir və qarşıya çıxan sosial və tibbi problemlər aradan qaldırılır: "Cəmiyyətin oktyabr ayında keçirilən XVII qurultayında da bu barədə ətraflı çıxışlar oldu. Son dövrlər əsaslı inkişaf yolu keçmiş ölkəmizdə dövlətin həyata keçirdiyi sosial, iqtisadi, mədəni siyasətin prioritetləri sırasında məhdud fiziki imkanlı şəxslərə qayğı mühüm yer tutur. Cəmiyyətimizin 20 min nəfər üzvü var. 3 regional mərkəzi fəaliyyət göstərir. İndiyədək 250 nəfər gözdən əlil mənzillə təmin edilib. Yaxın zamanlarda mənzilə ehtiyacı olanların sayı azalacaq, çünki dövlət və hökumət tərəfindən göstərilən diqqət və qayğı, Heydər Əliyev Fondu ilə cəmiyyətimizin əməkdaşlığı bunu söyləməyə əsas verir. 1 saylı Tibb Kollecində gözdən əlillər üçün xüsusi masaj ixtisası açılıb. Artıq həmin ixtisasa yiyələnən məzunların sayı 13 nəfərdir ki, onların işlə təmin olunmalarında da problem yaşanmır. Bunlardan başqa, xüsusi internat və musiqi məktəblərində oxuyan şagirdlərimizin arasında hətta Prezident təqaüdçüləri də var. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə sıx əməkdaşlığımız fəaliyyətimizin əsas istiqamətlərindəndir. Birgə layihələrimiz öz bəhrəsini verdikcə onlarda həyata nikbinlik daha da artır. Bu isə olduqca vacib şərtlərdəndir”.
    Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva dünya əhalisinin təxminən 300 milyonunun görmə zəifliyi ilə üzləşdiyi faktına onu da əlavə etdi ki, xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamininin çatışmazlığı daxildir: "Dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar göz nurunun itirilməsi daha geniş yayılıb. Belə ki, görmə problemindən əziyyət çəkənlərin əksəriyyətini yaşı 50 və daha yuxarı olanlar təşkil edir. Dünyada 2020-ci ilə qədər görmə problemi ilə üzləşənlərin sayının minimuma endirilməsi və korluğun qarşısını 80 faiz azaltmaq uğrunda mübarizə aparılır. Görmə problemləri ilə əlaqədar ölkəmizdə qəbul edilən proqramlar da əhalinin bu sahədə sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib.
    Ən diqqətçəkən məqamlardan biri Azərbaycan dövlətinin bu kateqoriyalı vətəndaşlarının problemlərinin həllinə xüsusi qayğı göstərməsidir. Məhz həmin diqqət və qayğının təzahürüdür ki, hər cür müasir tibbi avadanlıqlarla təchiz edilən, Qafqazda ən böyük oftalmoloji müəssisə ölkəmizdədir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bu sahədə apardığı məqsədyönlü işlər və gördüyü tədbirlərdən söz açarkən qeyd edilməlidir ki, 2005-ci ildən burada yaradılan səyyar klinikada 22 min nəfərə yaxın xəstə müayinədən keçirilib ki, onlardan 2500 nəfərinin üzərində uğurlu əməliyyatlar aparılıb. Bu klinikanın əməkdaşları həm paytaxt Bakıdakı bağça və məktəblərdə, həm də bölgələrdə, xüsusilə ucqar yaşayış məntəqələrində müayinələr aparırlar”.
    Mərkəzin həkim heyəti Bakının Nərimanov rayonunda fəaliyyət göstərən 5 nömrəli sağlamlıq imkanları məhdud uşaqların internat məktəbində olub. Orada təhsil alan gözdən əlil uşaqlar müayinədən keçirilib. Aşkar edilən müxtəlif patologiyalarla əlaqədar məsləhət və tövsiyələr verilib.
    Mərkəzin həkimləri paytaxtla yanaşı, respublikanın müxtəlif regionlarında, o cümlədən Gəncə şəhərində, Şəmkir, Tovuz və Masallı rayonlarında da analoji müayinələr təşkil etməklə əhalinin maarifləndirilməsi istiqamətində təbliğat işlərini həyata keçirirlər.
    Həkim söhbət zamanı onu da vurğuladı ki, Şəmkir rayonunda əhaliyə göstərilən tibbi yardımın təşkilatçılıq işlərinə orada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi xüsusi dəstək verib: "Mərkəzin 12 nəfərdən ibarət həkim və tibb işçisinin iştirak etdiyi aksiya çərçivəsində Şəmkirdə 200-dən çox pasiyent müayinə olunub və 20 cərrahiyyə əməliyyatı aparılıb. Ümumiyyətlə, 2005-ci ildən indiyədək mərkəzin səyyar klinikası respublikanın 87 rayon və şəhərlərində 122 aksiya keçirib. Bu zaman 21645 nəfər xəstə müayinə və müalicə olunub. 2465 xəstə isə cərrahi əməliyyat edilib”.
    Respublikamızda gözdən əlil və fiziki qüsurlu məktəbyaşlılar üçün xüsusi orta və hətta musiqi məktəbləri də fəaliyyət göstərir. Gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbinin direktoru Əsab Əliyev söhbətə bir qədər nikbin notlarla başladı: "Məktəbimizdə musiqi təhsili alan 191 şagirdin arasında xüsusi istedada malik olanlar az deyil. Onlar nəinki ölkə əhəmiyyətli tədbirlərdə iştirak edirlər, hətta beynəlxalq musiqi festivallarının diplomçuları və laureatlarıdırlar. Hər il Türkiyənin İstanbul şəhərində ənənəvi şəkildə keçirilən "Cocuq biləndər” beynəlxalq festivalında iştirak edən şagirdlərimiz həmişə diplomlara layiq görülüblər. Bu il oktyabr ayının 14-də Moskvada 30 yaşadək əlillər arasında təşkil edilən "Belaya trost” ("Ağ çəlik”)” festivalının qalibləri sırasında şagirdlərimiz də olub. Festival laureatlarından olan Soltan Səmədli Prezident təqaüdçüsüdür. Məhəmməd Abışov, Ağaməli Niftəlizadə, Gülnar Talıbova, Nurlan Əhmədov kimi qabiliyyətləri ilə seçilən istedadlılarımız var. Daha ürəkaçan faktlarımızdan biri də builki məzunlarımızdan Xatirə Hacıyevanın, Aysel Əlizadə ilə Rövşən Manafovun Milli Konservatoriyanın tələbəsi adını qazanmalarıdır. Öz peşə və ixtisasını kamil bilən və sevimli şagirdlərinə öyrədən müəllimlərdən Aliyə Zeynalova dövlət başçısının imzaladığı sərəncamla "Əməkdar müəllim” fəxri adına layiq görülüb. Ümumiyyətlə isə məktəbimizdə Ramiz Əzizov, Vüsal Qəhrəmanov, Vahid İsmayılov və İmaməli İmaməliyev kimi müəllimlərimiz qabiliyyət və peşəkarlıqları ilə nəinki şagirdlərin, həm də onların valideynlərinin rəğbətini qazanıblar”.
    ...Onlar görürlər, həm də çoxlarımızdan fərqli: könüllərinin, duyğularının, hislərinin həssaslıqları ilə. Çalışaq ki, "ağ çəlik”lilərin həssas qəlblərinin həyat eşqi azalmasın...

    Məhəmməd NƏRİMANOĞLU,
    "Azərbaycan”

     





    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 145


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Ermənistandakı Rusiya aviasiyası döyüşə hazır vəziyyətə gətirildi Saçyoldu olayı baş verən məktəbin direktoru işdən AYRILDI “Nar”-ın dəstəyilə “Brain Ring” yarışları start götürdü "Xətai" metrosu bağlanır - 1 illik Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi Ordumuzun təlimləri: döyüşə hazırlıq... - Video Fikrət Qocanın oğlunun qatili ilə bağlı – Son qərar Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına da daxil olur NATO-dan Azərbaycanla bağlı açıqlama Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT Ülviyyə Namazova: "Afət Fərmanqızı, səndə onun tayısan!"-QALMAQAL! Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb Sumqayıtda avtobus "Kamaz"la toqquşdu - Yeniləndi Heydər Əliyev hərbi xidmətdə: bu gün and içdi FOTOLAR Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir- VİDEO Əgər təlimat verilsə, Rusiya belə bir helikopter istehsal edəcək Türkiyədə Bakının azad edilməsinin 100 illiyinə videoçarx hazırlandı - VİDEO ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı Bu, Ərdoğan və Əliyevin birgə mesajıdır Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü+ Fotolar+ Yenilənib Bu gün Almaz balanın doğum günüdür Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi ölkəmizdədir Azərbaycanlı politoloqdan Ermənistan hərbi rəhbərliyinə məsləhət... Ərdoğan və Əliyevin iştirakı ilə bu gün... - Türkiyə XİN “Nar” 15 sentyabr– Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar”-dan 10 qəpiyəgünlük internet paketitəklifi Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib Bəbəlidə yanğın baş verib Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı Kaliforniyada atışma nəticəsində 6 nəfər ölüb Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib “Orta əsr təfəkkürü Paşinyana baha başa gələcək”-Aydın Mirzəzadə “Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi 12 sentyabrda gözlənilən hava şəraiti Zəvvarları daşıyan avtobus aşdı - 50 nəfər öldü Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi Azərbaycanda bu analizin qiyməti 3 minə yaxındır Kağızdan hazırlanmış qeyri-adi sənət əsərləri - Fotolar İranın "Şiə qurşağı"na ağır zərbə - Şərh Qurban Qurbanov Malta uğursuzluğundan danışdı Q.Paşayeva Yeni Dərs İli öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşüb Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb Bakıda tarixi parada hazırlıq – Video Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi təsdiqlənib Avstriyada baş verən qəzada 13 qadın xəsarət alıb Yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə ədəbi –bədii tədbir keçirilib - Foto “Nar”-dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri Paşinyan bu gün Moskvada “məşhər ayağına” çəkiləcək ""Addım- addım"ın repertuarımda xüsusi yer tutacağına əminəm"-Aygün Aydın Gənc Kikboksçu qadın Günay Sun Moon Haciyeva niyə qəzəbləndi? Tamerlan Qarayev kim idi ki, onun əmri ilə vertolyot vurulsun? - ETİRAZ... Prezident böyrəyi səhvən götürülmüş uşağa ev bağışladı Yevlaxda baba 3 yaşlı nəvəsini öldürdü Azərbaycanda dünya çempionu HƏBS EDİLDİ - QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ (ÖZƏL-FOTO) Quzusunu xilas etmək istəyən fədakar çoban həyatından oldu -FOTO İranda 5,5 bal gücündə zəlzələ olub 08 sentyabrda gözlənilən hava şəraiti Türkiyə Prezidenti İranda səfərdədir Yevlaxda sürücü avtomobili aşırıb, sərnişin ölüb “Biz, bir millət iki dövlətik!”devizi altında ədəbi-bədii tədbir keçirilib Q.Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib və insanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik deyib Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib Şimali Koreyada daşqınlar nəticəsində 76 nəfər ölüb, 800-dən çox bina dağılıb Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub Ukraynada uçot dərəcəsi artırılıb Lənkəranda gənc oğlan qayınatası tərəfindən bıçaqlanıb Son dəqiqə: Rusiya qırıcıları İdlibi vurdu – 4 milyona yaxın sakin təhlükədə Bu dərmanların istifadəsi QADAĞAN EDİLDİ - SİYAHI 11 mindən çox insanda bədxassəli şiş aşkarlandı - Azərbaycanda Şirkət aşağı qiymətə satılıb, araşdırma olacaq - Prokuror Qırmızı Körpüdə qəzada Azərbaycan hərbçisi öldü - Rəsmi İsmayıllıda dağlıq ərazidə yanğın baş verib Azərbaycan gimnastı Bolqarıstanda bürünc medal qazanıb İşədüzəlmə şirkətlərinə nəzarət başlayır Ucarda traktor velosipedçini vurub Rusiyada ilk qar yağdı 04 sentyabrda gözlənilən hava şəraiti Manafdan üzr istəyən şəxs efirdə başqa şeylər dedi: “Yalan danışıb, əlimdə faktlar var…” – VİDEO "İsti ocağımın soyuq küləyi"- Qocalar evindən son məktub 4 otaqlı ev yandı Qazaxda sürücü aşan kranın altında qaldı “Nar” korporativ müştərilər üçün yeni imkanlar açır TANINMIŞ PRODÜSSER MİNARƏ ƏSKƏROVA: "MƏNİ İKİNCİ DƏFƏ HƏYATA QAYTARDI". Deputata və oğluna şər atdılar - 90 min xərcə düşdülər Millət vəkili yeni dərs ili öncəsi məktəbləri ziyarət edib, müəllimlərlə görüşdü Müğənnidən jurnalistə: "Saytlar reklam olar ki, mənim adım onların saytlarında hallansın" Afət Fərmanqızı Meyxanaçının musiqisini oğurladı -QALMAQAL! Azərbaycan neftinin qiyməti 79 dolları keçib Gündə 3 fincan qəhvə içmək bu xəstəliklərdən qoruyur Keyfiyyətli məktəbli geyimlərini haradan alaq – BTE-dən reportaj Manat və dolların bugünkü MƏZƏNNƏSİ ABŞ-da təyyarə qəzası - 4 ölü Lənkəranda 300 ev zəlzələdən zərər gördü Ziya Babayev bu şirkətə rəhbər təyin olundu İTV KANALINDA BİZİMLƏ ADDIM ADDIM "Film Media" ilə İCTİMAİ TELEVİZİYADA-fOTOLAR Samux rayonunda icma əsaslı reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 3 klubun adı müəyyənləşib Azərbaycanda qızıl və gümüş yenə bahalaşıb Ağcabədidə yol qəzası olub, yaralılar var
    File engine/metagen.php not found.