İcxeberler.info FHN-ə istinadən xəbər verir ki, F. Hüseynzadə və S. Qurbanovun meyitləri sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin "Orion" gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.

İcxeberler.info FHN-ə istinadən xəbər verir ki, itkin düşmüş digər şəxsin axtarışları davam etdirilir.

Axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış 2 balıqçının axtarışı davam edir.

İcxeberler.info FHN-ə istinadən xəbər verir ki, axtarışa Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, ötən gün səhər saatlarında Bakının Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxımış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlu geri qayıtmayıblar.