Uzun ömürlülüyün sirri bu iki yağdadır...

    Uzun ömürlülüyün sirri bu iki yağdadır...


    Azərbaycan mətbəxində müxtəlif növ yağlardan istifadə edilir. Bu yağların bəzilərinin faydası olsa da, bəziləri səhhətimiz üçün ziyanlı sayılır. Məsələn, kərə yağları barədə diyetoloqlar, həkimlər qeyd edirlər ki, onu az miqdarda çiy halda yemək lazımdır. Ancaq çoxlarımız hətta kərə yağını əridib yeməklərin bişirilməsindən ondan istifadə edirik.

    Musavat.com xəbər verir ki, əslində isə bununla yeməklərimizə müəyyən qədər dad qatsaq da, səhhətimizə ziyan vurmuş oluruq. Ümumiyyətlə, son vaxtlar kərə yağlarının qiymətinin bahalaşması və satışda saxta kərə yağlarının olması insanları bu yağlardan müəyyən qədər uzaqlaşdırıb. Bu cür yağlarla yanaşı, əksəriyyətimizin uzaq durduğu, adı gələndə hətta ağız büzdüyü bir yağ var ki, o keçmişdə nənə-babalarımızın uzun ömürlük resepti olub. Söhbət quyruq yağlarından gedir. Quyruq yağı heyvan mənşəli yağların içində ən təbii və ziyansızıdır. Bərkdir, şəffafdır, tutumludur. Yağ turşuları ilə zəngindir. Qoyun piyi və quyruq yağı asan həzm olunur. Həzm sisteminə, qana və qaraciyərə ağırlıq vermir. Əridilmiş quyruq yağı həm də dərini cavanlaşdırır. Yüksək kalorili qidadır, hətta az miqdar qəbulu belə orqanizmin enerji təminatını ödəyir və toxluq hissi yaradır. Quyruq yağının tərkibindəki A və B1 vitamini beyin hüceyrələrini aktivləşdirir, yaddaşı, görməni gücləndirir, immuniteti möhkəmlədir.

    Buradan anlamaq mümkündür ki, keçmişdə nənə-babalarımız nəyə görə bu qədər uzunömürlü və sağlam olublar. Müasir dövrümüzdə nəinki 60-70, hətta 35-40 yaşlarından artıq insanlarda qocalma prosesi gedir, müəyyən bir yaşa çatdıqda isə müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Bu cür vaxtsız qocalmanın və xəstəliklərə düçar olmanın səbəbi isə yaşam tərzi ilə yanaşı, həm də qidalardır.

    Qeyd edək ki, 100 qram quyruq yağında 50 faiz yağ turşusu, omeqa-9 var. Bu da hüceyrə membranı üçün həyat enerjisi deməkdir. Bundan başqa, quyruq yağı soyuqdəyməyə, yanıqlara, bronxitə, kürək bel ağrılarına da faydalıdır. Keçmişdə nənələrimiz soyuqdəyməsi olan insanların kürəyinə quyruq yağı çəkib masaj etməyi tövsiyə edirdilər. Hazırda bu yağdan kəndlərdə çox istifadə edilir. Quyruq yağı ilə qızartmaların daha dadlı alındığı qeyd edilir.

    Digər faydalı yağ isə ta qədimlərdən bu günümüzə qədər gəlib çıxan nehrə yağıdır. Nehrə yağının hazırlanması xüsusi bacarıq tələb edir ki, indinin özündə də kəndlərdə nənələr bu sənəti miras kimi öz nəvələrinə, gəlinlərinə öyrədirlər. Düzdür, nehrə yağının qiyməti də heç də hər kəsin cibinə uyğun olmaya bilər. Ancaq faydasını düşündükdə bu pulu verməyə dəyər. Nehrə yağının hazırlanma mərhələsinə gəlincə isə, bu yağı əldə etmək üçün əvvəlcə təzə süddən qatıq mayalanır. Daha sonra qatıq eyni miqdarda ilıq su ilə bərabər nehrəyə boşaldılır. Nehrə təxminən bir saat çalxalandıqdan sonra yağ ayrılır. Bir nehrəyə 10-15 kiloqram qatıq tökülür ki, bundan da təxminən 600-700 qram yağ əldə olunur. Yağın miqdarı qatıq hazırlanan südün yağlılığından asılıdır. Yağ alındıqdan sonra nehrədə qalan ayran isə yemək zamanı süfrəyə verilir.

    Nehrə yağından gündəlik yeməklərin bişirilməsində istifadə olunur. Bu yağ xüsusilə səhər yeməyi zamanı əvəzolunmaz nemət sayılır. Nehrə yağı min bir dərdin dərmanı hesab edilir. Düzdür, hazırda satışda saxta nehrə yağları da var. Ona görə də bu yağları alarkən diqqətli olmaq lazımdır. Saxta nehrə yağı əldə etmək üçün onun içinə marqarin qatırlar ki, bunu da iyindən və dadından asanlıqla duymaq mümkündür.

    Doktor Seyfəddin Əsəd bütün dünyanın nehrə və quyruq yağlarının faydalı olmasını qəbul etdiyini bildirdi: "Kərə yağı adı ilə satılan yağlar heç vaxt nehrə və quyruq yağı ola bilməz. Satışdakı kərə yağlarının tam saflığından danışmaq mümkün deyil. O cümlədən bitki yağları da bura daxildir. Zeytun yağı ilə günəbaxan və ya qarğıdalı yağını müqayisə etmək olmaz. Bitki yağlarının şahı təmiz zeytun yağıdır. Nehrə yağının tərkibi xolesterini qaldırmır. Yağ tam sovrulur və insan orqanizmi üçün olduqca vacibdir. Quyruq yağı nehrə yağından bir az aşağı səviyyədədir. Ancaq o da insan səhhəti üçün faydalıdır. Bunu min illərlə 100 yaşa qədər yaşayan nənə babalarımız yeyiblər və salam bir ömür sürüblər. Bu gün quyruq və nehrə yağının faydalı olduğu artıq bütün dünyada qəbul olunub. Əvvəllər bütün dünya ən faydalı yağın bitki yağı olduğunu deyirdi”.

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 448


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Qarabağ qazisi Etimad Əsədov vəfat etdi Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR Mehriban Əliyevadan müəllim və tələbələrə təbrik - Məktubu +Fotolar Hərbi hissədə ağacəkmə kampaniyası-Fotolar Sürüşmə anının - Videosu Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir - VİDEO Bakıda yeni dələduz peyda oldu - ''İnstagram''dan 35 nəfərə... (VİDEO) Tramp qızını bu vəzifəyə gətirmək istəyir On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi Minaya düşən sakinin vəziyyəti pisdir — Səhiyyə Nazirliyi Kolbasa və sosiska istehsal edən bəzi şirkətlərin fəaliyyətində nöqsanlar aşkarlandı Yenə leysan xəbərdarlığı edildi 11 oktyabr Beynəlxalq Qızlar günüdür Məmur oliqarxiyasının sonu yaxınlaşır - prezidentdən mühüm və sərt ismarışlar Restoran sahiblərinə sərt xəbərdarlıq Camal Qaşıqçının qaçırılma planını ABŞ kəşfiyyatı bilib - İddia Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində “Turetski xoru” qrupunun konsertini izləyib - FOTO Q.Paşayeva AŞPA-da Azad Demokratlar Qrupu adından çıxış edərək İslamafobiyanın artmasında Avropa ölkələrinin yanlış siyasətini tənqid edib. Şamaxı məktəb direktoru Gülnurə Babaşova : Təhsildə əldə edilmiş nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Rusiya Avropa Şurasından çıxarıla bilər Şəki sakinləri üçün oftalmolji müayinələr keçiriləcək Google istifadəçilərinə BƏD XƏBƏR - 2019-cu ildə bağlanacaq İçində miqrantların olduğu mikroavtobus yandı - Fotolar Bahar Muradovadan rusiyalı həmkarlarına çağırış "Neftçi İdman Klubu”nun cüdoçusu Vüqar Talıbov tarixi uğura imza atıb. “Nar” gənclərə fürsət yaratdı Eks-nazir Azərbaycana qayıda bilmir - SƏBƏB Bakı metrosunda həyəcan: Qatarlar boşaldıldı Qənirə Paşayeva Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə cavab verib "Mən qələt eləmişəm" - Qızını erməniyə verən diaspor sədri (VİDEO-FOTO) Hansı qida mədəmizdə nə qədər müddətə həzm olunur - SİYAHI “Savaşçı” serialının Azərbaycan bayrağı ilə başlaması bəyənildi – VİDEO Berluskoni Qara dəniz haqqında "yalan"ı BELƏ İFŞA ETDİ (FOTO) Nurməhəmmədov-Makqreqor döyüşünün və döyüşdən sonrakı davanın TAM VİDEOSU 19 yaşlı qızın cəsədi kanaldan tapıldı Nazirdən açıqlama: Neftin qiyməti və sanksiyalar... Sumqayıt təhsilini uçruma aparan yol-ARAŞDIRMA Aeroport yolunda növbəti qəza-Video+Foto ABŞ Konqresi Trampın namizədini Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib –Səsvermə zamanı qalmaqal baş verib Sumqayıtda direktor müavini dayəni döyüb xəstəxanalıq etdi - Fotolar 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var - VİDEO+FOTOLAR İTV KANALIN YENİ UĞURLU LAYİHƏSI Sağ-salamat doğulan körpə 2 gündən sonra xəstəxanada öldü - Azərbaycanda Göygöldə yük maşını aşdı - 2 nəfər öldü, 2 yaralı Hacıbala Abutalıbova yeni vəzifə tapşırıldı Bakıda özəl klinikada pasiyent öldü - Açıqlama Qənirə Paşayeva müəllimləri təbrik edib Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb 2018-ci il üzrə Nobel sülh mükafatının qalibləri məlum olub Bakı sakini bacısının körpəsini 350 manata satıb Sabah hava belə olacaq – PROQNOZ Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi Qatarla toqquşub, 2 nəfərin ölümünə səbəb olan avtobus sürücüsünün FOTOSU YAYILDI Çingiz Abdullayev: “Bunlar əclafdırlar!” - TƏXRİBAT Rusiya rəsmən dollardan imtina edir Mehdiyev göstəriş verdi, məsələ həllini tapdı “Biləsuvar cəngavərləri” kitabının təqdimat mərasimi keçirildi Pentaqonun başçısını da zəhərləmək istədilər “Nar”dan autizmli uşaqlara dəstək - FOTOLAR Xocavənd rayonunun işğalından 26 il ötür Rusiya Qarabağa görə Beynəlxalq Məhkəməyə verilə bilər! Q.Paşayeva MM-də qardaş Türk dövlət və toplumlarından gənclərin Azərbaycanda təhsili ilə bağlı təkliflərlə çıxış edib “Nar” yarımilin hesabatını və yenilənmiş brendinitəqdim etdi Leyla Əliyeva “İmmolatio”nun premyerasında - Foto İnsanda siçan virusu aşkarlandı – İlk dəfə İlham Əliyev Paşinyanla Qarabağdan danışdı - Rəsmi Qubada yük avtomobili dərəyə aşdı, sürücü yaralandı Azərbaycan nefti bahalaşıb Zibilə düşən it: İtin başı görün harda qaldı… - VİDEO Azərbaycanın qızıl-gümüş bazarı həftəni ucuzlaşma ilə başa vurdu Hindistanla Rusiya arasında 5,43 milyard dollarlıq razılaşma XəbərAl.az saytının 4 yaşı tamam oldu “Nar” yeni loqosunu təqdim etdi - Foto Təyyarə 36 sərnişinlə okeana düşdü - Foto “Altı nəfər vəzifədən azad olunub, 5-i isə...” - Zakir Qaralov “Nar” korporativmüştərilərlə növbəti görüşkeçirib Bakıda dəbdəbəli hind toyu - 4 gün davam etdi Qlobal cəmiyyətdə gender bərabərliyinə Azərbaycan telemekanından baxış. Səbail Rayon İcra Hakimiyyətindən açıqlama gəldi - 5 gündür küçələrdə gecələyən ailə ilə bağlı Baş nazir küçədə zibil yığdı -FOTOLAR Paşinyanın adamı Yerevan meri seçildi - Nəticələr məlum oldu Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında Bakıda bəzi yollarda sürət həddi endirildi –Yağışa görə Bazarlarda qiymətlər necədir? - VİDEO Bakıya aylıq normadan artıq yağıntı düşüb Tovuzda gənc oğlan ağacdan yıxılaraq ayağını qırıb İndoneziyada zəlzələ oldu “Yağışın yaratdığı fəsadlar aradan qaldırılır” - “Azərişıq” Təbiət bir gecəyə Bakı üzrə “aylıq plan”ı doldurdu Bu gün Paşinyanla Sərkisyanın pərdəarxası döyüşü olacaq "Kamal Abdullanın bu addımı sözün yaxşı mənasında bir "ilk" oldu" İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - Foto Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq Qatil: “Etimad İsmayılovdan cəld tərpəndim”- Milyon dollarlıq mübahisə, AVM səhmləri, “Glock” tapançası... Məktəbli avtobusu qəzaya uğradı – Ölənlər var  İrandakı paradda terakt anı - Video/Foto
    File engine/metagen.php not found.