Marketlərdə bahalaşma başladı - Yumurta 15-24 qəpik

    Marketlərdə bahalaşma başladı - Yumurta 15-24 qəpik


    Paytaxtdakı market və mağazalarda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərində bahalaşma davam edir. 

    Bu haqda xəbəri "Yeni Müsavat” yayıb. Xəbərdə bildirilir ki, yağın bahalaşması ilə bağlı yaşanan ictimai narazılıqdan sonra qiymət artımları daha səssiz şəkildə həyata keçirilir və demək olar ki, hər gün 1-3 qəpik artım olur. Artıq yağın, digər süd məhsullarının, yumurtanın, təmizlik vasitələrinin, digər konservləşdirilmiş ərzaq məhsullarının qiymətində bahalaşma özünü göstərir.

    Qəzetin əməkdaşı qiymətlərlə bağlı durumu öyrənmək üçün marketlərə baş çəkib.  Bəlli olub ki, kərə yağının qiymətində gözlənilən ucuzlaşma hələ də reallaşmayıb. Hökumət tərəfindən gömrük rüsumunun  3 dəfə azaldılması ilə bağlı qərar hələ qüvvəyə minmədiyindən qiymətlərdə ciddi bir dəyişiklik müşahidə olunmur. Əksinə, ayrı-ayrı marketlərdə bir neçə faiz bahalaşma nəzərə çarpır. Bununla yanaşı, bazarlara Ukrayna istehsalı olan yağlar ayaq açıb. Kiloqramı 11-12 manata satılan bu yağlar artıq alıcılar arasında populyarlıq qazanıb. Bahalı Zellandiya və Almaniya istehsalı olan kərə yağlarını ala bilməyən vətəndaşlar tələbatlarını nisbətən ucuz olan Ukrayna istehsalı kərə yağları ilə ödəməyə çalışırlar.

    Digər bahalaşan məhsul yumurtadır. Hazırda fabrik  yumurtasının 1 ədədi 15 qəpik, kənd yumurtası adı ilə satılan məhsulun 1 ədədi isə 24 qəpikdir. 

    Məlum olduğu kimi hər il Yeni il ərəfəsində əhalinin artan tələbatını nəzərə alan iş adamları qiymətləri "ceyran belinə” qaldırırlar.

    Marketdə ən çox qiymət artımı xaricdən idxal olunan şirniyyatların qiymətində özünü göstərir. Bunun önəmli səbəblərindən biri də xaricdə kərə yağının qiymətinin qalxması ilə əlaqədar şirniyyat məhsullarının da bahalaşmasıdır. 

    Qiymət artımı əhalinin ən çox tələbatı olan gündəlik məhsullarda hiss olunur. Tələbatın az olduğu məhsullarda artım yoxdur. Xüsusən xaricdən idxal olunan zeytun yağında, günəbaxan və qarğıdalı yağında 5-10 qəpik arası artım var. Siqaretin qiyməti isə market və mağazalarda fərqlidir, bəzi mağazalar arasında 10-20 qəpik fərq var. 

    Qiymətlərlə bağlı durumu dəyərləndirən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki,inflyasiyanın bu qədər yüksəlməsinin əsas səbəbi ərzaq məhsullarının bahalaşmasıdır: "Son dövrdə gündəlik tələbat məhsullarındakı  bahalaşma prosesini təhlil etdikdə görərik ki, burada hər hansı bayramın, hər hansı hadisənin heç də əhəmiyyətli rol oynamadığını görə bilərik”. 

    İqtisadçı onu da diqqətə çatdırıb ki, ərzaq məhsulları sahəsində bütün dünyada bahalaşma gedir: "Bu faktorun özü  Azərbaycanın daxili bazarına ciddi şəkildə təsir edir. Gömrük rüsumlarının yüksək olması, monopoliyanın olması kimi subyektiv amillər də üstünə gələndə, həmin idxal inflyasiyası öz təsir gücünü birə-beş artırır”.

    Yeni il öncəsi bahalaşmanın olacağı ilə bağlı proqnozlara gəlincə, iqtisadçı Pərviz Heydərov bildirib ki, ciddi bahalaşma gözlənilmir: "Çünki manatın dəyəri sabitləşib, ölkənin tədiyyə balansının müsbət istiqamətdə dəyişməsi ilə əlaqədar, neftin qiymətinin əlverişli həddə olması ilə əlaqədar manatın məzənnəsi müəyyən qədər stabilləşib. Manat hətta dollar qarşısında 1.70-dən də aşağı meyllənmək istəyir, ancaq Mərkəzi Bank buna imkan vermir. Odur ki, manatın sabitləşməsi ilə bağlı ölkədə ərzaq məhsullarının və gündəlik istehlak mallarının qiymətinin bahalaşması üçün heç bir zəmin yoxdur. İkincisi, inflyasiyanın 14 faiz təşkil etməsində, ərzaq məhsullarının bahalaşmasında ötən ilin sonunda qazın, elektrik enerjisinin tariflərinə edilən dəyişikliklərin, o cümlədən bu ilin yayında Aİ 93 markalı benzinin qiymətinin artırılmasının da rolu  var. Bu da qiymətlərdə özünü göstərdi.  Yaxın gələcəkdə, kommunal xidmətlərin yox, ancaq bəzi yanacaq növlərinin qiymətinin artması gözlənilir. Əgər bu baş versə, bazarda kifayət qədər bahalaşma müşahidə edə bilərik. Ancaq Yeni ilin gəlişi ilə bağlı müəyyən məhsulların qiymətin artım olacağı istisna deyil. Bütövlükdə isə ilin sonuna kimi  inflyasiyanın 14 faizdən də yüksəyə qalxacağı gözlənilmir”.


     


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 50


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Binəqədinin bitməyən problemləri: Alternativ yol beləmi olur? – Reportaj – FOTOLAR Generalın oğluna hökm oxunacaq – Müşavirə Q. Paşayeva Belçika, Yunanıstan və Portuqaliyanın tanınmış qadın təşkilat rəhbərləri ilə Qarabağdan danışıb "Mən Klounam” filminin təqdimatı keçirilib 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşdü “Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb Azərbaycanda yeni qurum yaradıldı Bərdədə diri-diri yanan 6 yaşlı qızın anası da öldü Yol polisi ilə dalaşan şəxs özünü belə yandırdı - ŞOK VİDEO Q. Paşayeva Avstraliya, Kanada və İsveçrənin tanınmış qadın təşkilat rəhbərləri ilə Qarabağdan danışıb Biznesmen qızının toyundan möhtəşəm görüntülər-3 milyonluq tort-VİDEO DƏHŞƏT - Yediyimiz toyuğun içinə nə doldurulur? - VİDEO Buz bağlayan yollarda qəza oldu - 5 nəfər xəsarət aldı Yol polisində 37 vakant yer var –İşləmək istəyənlər üçün şərtlər açıqlandı Ata ilə oğlu efirdə qarşı-qarşıya gəldi - Xəlil Rzaya görə Rafael İsgəndərov əməliyyat olundu - Video Ziya Məmmədovu həbsə göndərmək istəyirlər – keçmiş ortağından şok açıqlamalar Gənc ana iki uşağını ataraq evdən qaçdı - Video Nazirliyin aparat rəhbəri rayon şöbəsinin müdürinə hələdə "krışalıq" edir-Prezidentə müraciət! Bakıdakı dəbdəbəli toyun sahibi kimdir? - Yenilənib “İntiharlara səbəb metrodursa, bağlayaq” - Hadisə baş verən yerdən video İnsan alveri qurbanlarının sayı açıqlandı - İclas Q.Paşayeva Argentina və Perunun tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb Mirşahin yeni televiziya açır - ANS-çilər orda Ağır cinayətlərin artması ölüm hökmünü labüd edir? - ekspert rəyləri Valideynlərə xəbərdarlıq: Bu epidemiya sürətlə yayılır - Video Türk ordusu hazırdır: Haubitsalar Rasulaynı vura bilər Azərbaycanlı biznesmen Murat Boza 400 min dollar verdi - Toya gəlməsi üçün ... Təranə Muradova keçmiş ərini polisə verdi - MÜLK DAVASI “MEN KLOUNAM” filmi 2-gündən sonra 16 Yanvar 2018-ci il tarixundə "İmax da " QALA gecəsi olacaq. “Bordo Bereli” əsgərlərin xüsusi təlim görüntüləri yayıldı - VİDEO Saatlıda faciə: kişinin qolu pambıqtəmizləyən qurğuda qaldı Rusiya Fələstinlə bağlı bəyanat yaydı Bakıda sərnişinlər üçün mühüm yenilik Erməni silahlı bölmələri Ağdamın kəndini atəşə tutub Xaçmazda 7 otaqlı evdə yanğın olub Azərbaycan tarixi yenidən yazılır Paytaxtda "VAZ" yol kənarına aşıb, yaralanan var Fazil Məmmədovun nazir müavini qudası rəsmən işdən çıxarıldı - Sərəncamı verildi Kürəkən qayınanasını boğaraq öldürdü - Bakıda "Qanlı göl"də... Sirkdə xoşagəlməz hadisə: fil tamaşaçıların üzərinə yıxıldı - VİDEO Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyasında humanitar aksiya keçirib. Astanada siçanlar bankomata soxularaq pulları yeyiblər - Video Q.Paşayeva təşkilat rəhbərləri ilə görüşdə Qarabağdan danışıb “Sağlam və həmrəy azərbaycanlılar!” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar Venesuelada üç günlük matəm elan olunub Ermənilər atəşkəs rejimini 128 dəfə pozublar İlham Əliyev bu nazirliyin strukturunu dəyişdirdi Səhiyyə Nazirliyi adına saxta internet saytı yaradaraq... Dərman reklam edirlər Bakıda avtobus zolağını ödənişli dayanacağa çevirdilər - Video “İlin Könüllüsü 2017” mükafatına ərizə qəbulu davam edir. Q.Paşayeva Malayziya, Yeni Zelandiya və Avstraliyanın tanınmış təşkilat rəhbərləri ilə görüşdə beynəlxalq təşkilatları ikili standartlarda ittiham edib. Ordumuz sınaq atışlarına başladı - Foto Lənkəranda mikroavtobus aşıb, 10 sərnişin xəsarət alıb - SİYAHI - YENİLƏNİB-2 - FOTO DİQQƏT: bu şəxslərin maaşları artırıldı Bakıda silahlı şəxs tutuldu - Foto Bakı metrosunda DƏHŞƏT: Yaşlı kişi özünü qatarın altına atdı Xırdalanda yataqxana yanır Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-təqdimat verilib. Alpinistlərin axtarışından nəticə yoxdur - 17 gün keçdi... Baş nazirdən orta ixtisas təhsili ilə bağlı – Dəyişiklik ResTv yeni ilə yeniliklərlə addım atdı-Video ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb Atəşkəs rejimi 125 dəfə pozulub ABŞ səfirliyinin müvəqqəti işlər vəkili də Türkiyə XİN-ə çağırıldı Astana aeroportu güclü qar səbəbindən bağlanıb Zaqatalada keçmiş polis əməkdaşı qəzaya düşdü Uşağınızın qızdırması var? - DİQQƏT! Bunu bilməlisiniz... Azərbaycan böyük dövlətlərin yolunu gedir - Ekspert Cümhuriyyət nazirinin Nərimanovun həbsi barəsində sərəncamı - Arxiv faktı Aysel Mamedovanın ekskluziv foto və video görüntülərini VETENPERVERLER.AZ təqdim edir. Aprel şəhidinin atası Rayon İcra Hakimiyyətinin Başçısı Lütfəli Babayevdən şikayətçidir. Qorxaqlığın və ondan da o yananın pik nöqtəsi... Azərbaycan və Avropa kardioloqlar Asosasiyasının uzvü, ilin gənc kardioloqu Dr. Nurlana Əliyeva: Biz gənclər, Dövlət başçımız və Mübariz Mənsimov kimi xalqını sevən igidləri ilə fəxr edirik Q.Paşayeva Hindistan, Banqladeş və Nepalın tanınmış təşkilat rəhbərləri ilə görüşdə Qarabağdan danışıb Azərbaycanda 9 şirkət bu departamenti məhkəməyə verdi Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı ilk səfirinin vəfatı ilə əlaqədar başsağlığı verib Millət vəkili Q.Paşayeva Hindistan, Banqladeş və Nepalın tanınmış təşkilat rəhbərləri ilə görüşüb Pakistan ABŞ-la əlaqələri dayandırır: Kəşfiyyat Qəbul imtahanlarının vaxtı gələn həftə məlum olacaq Tanınmış aşıq vəfat etdi Ermənistanın müdafiə naziri istefaya göndərilir İlham Əliyev 2018-ci ili“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi Bir qrup jurnalist alpinistlər üçün Xınalığa yollandı Azərbaycanda məşhur iş adamı dələduzluqda ittiham edilir Qənirə Paşayeva Mavritaniyanın prezidenti Ameenah Gurib ilə görüşüb İntihar edən şairin dəhşətli statusları... - 1 saat əvvəl dənizdən şəkil paylaşdı Bazarlarda saxta nehrə yağı satılır? - DİQQƏTLİ OLUN (VİDEO) Yaşlı kişi ikinci mərtəbədən yerə yıxıldı Ölməyə deyil, yaşamağa səbəb axtarın. Layihələri AXC-ni dünyanın ən güclülərindən birinə çevirəcəkdi - Cümhuriyyətin ən kasıb naziri Mərdlik,səxavət hər imkanlı insana xas olan dəyər deyil-Q.Paşayeva Q.Paşayeva Mərakeş,Bəhreyn,Livan və Misirin tanınmış təşkilat rəhbərləri ilə görüşdə Qarabağdan danışıb Orta məktəb mühafizəçisi iş yerində ölü tapıldı Kadırov Gədəbəydə tapılan qadınla bağlı tapşırıq verdi - “Vacib deyil hardandır” “Məleykə Əsədovanın iddiası təmin edilmədi” - Ramiz Məlik 300 manata satılan ayaqqabı, endirimlə 370 manata - "Hotiç"də şok "endirim" Kimyəvi maddə içərək özünü öldürdü - Şabranda faciə
    File engine/metagen.php not found.