“Bank of Baku” bağlanır

    “Bank of Baku” bağlanır


    Türkiyədə İran əsilli azərbaycanlı qızıl taciri Rza Zərraba qarşı "casusluq” ittihamı ilə qaldırılmış cinayət işi çərçivəsində "NAB Holding”in icraçı direktoru Omid Orominin aktivlərinə həbs qoyulub. XALQ.AZ Virtualaz.org isitinadən xəbər verir ki, bu barədə Türkiyənin "Sözçü” qəzeti yazır. "NAB Holding” Azərbaycanda "Bank of Baku”nun əsas səhmdarıdır.

    Rza Zərrab ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunur. Lakin o, istintaqla anlaşaraq Türkiyənin dövlət bankı "Halkbank”ın idarə heyətinin sədr müavini, iş üzrə ABŞ-da həbs edilmiş Hakan Atillanın əleyhinə ifadə verməyə razılaşıb. Habelə İran pullarını yumaq üçün Türkiyə rəhbərliyi ilə rüşvət qarşılığında anlaşdığını bildirib.

    Nəticədə Türkiyə hüquq-mühafizə orqanları Rza Zərrabın barəsində cinayət işi qaldıraraq onun aktivlərinə həbs qoyub, habelə 17 nəfəri həbs edib. Həmin cinayət işi çərçivəsində Rza Zərrabla bağlılığı olan cəmi 23 nəfərin aktivlərinə həbs qoyulduğu bildirilir. Onlardan biri də "NAB Holding”in kiçik səhmdarı, holdinqin icraçı direktoru Omid Oromidir. Həmin holdinq Rza Zərrabın bacısının əri Bəhram Orominin ailə şirkətidir.

    Qəzet yazır ki, ötən həftə sonu polisə Oromi ailəsinə məxsus "NAB Holding”in İstanbul Sarıyer Kireçburnudakı mərkəzi ofisində sənədlərin yandırıldığı haqda məlumat daxil olub. Bu məlumatla bağlı ofisdə axtarış aparılıb və şirkətin mühasibi tutulub.

    Aktivləri dondurulan Omid Oromi isə baş verənlərdən narahatlıq ifadə edir: "Mənim və şirkətimizin Rza Zərrabla heç bir əlaqəsi, münasibəti yoxdur. Onunla ötən on ildə cəmi bir-iki dəfə görüşmüşəm. Bu görüşlər hansısa ziyafətlərdə təsadüfi qarşılaşmalar şəklində olub. Onunla nə münasibətimiz, nə səmimiyyətimiz yoxdur”.

    "NAB Holding”in idarə heyətinin rəhbəri Omid Orominin əmisi Bəhram Oromidir. Bəhram Oromi isə Rza Zərrabın bacısı Şeyda ilə evlidir. Omid Oromi holdingin qurucusu və idarə heyətinin üzvü Nadir Orominin oğludur. Habelə holdinqin kiçik səhmdarıdır, idarə heyətinin üzvüdür. Şirkətin əsas səhmdarı Bəhram Oromidir. Oromi ailəsinə məxsus olan "NAB Holding” Azərbaycanın ən iri banklarından olan "Bank of Baku”nun əsas səhmdarıdır, bankın səhmlərinin 40 faizi bu holdinqə məxsusdur. Holdinqin saytında maliyyə sahəsində fəaliyyət olaraq "Bank of Baku” barədə məlumata yer verilib.

    Omid Orominin digər əmiri Şəhram Oromi Rza Zərrabla əlaqələri olduğu haqda məlumatlardan sonra holdinqin idarə heyətini tərk etmişdi.

    Rza Zərrabın bacısı Şeyda Oromi qardaşı ilə birlikdə bir neçə il əvvəl Türkiyədə turizm və otel biznesinə başlayıb, "Arkla Otelçilik və Turizm AŞ” şirkətini qurub. Zərrabın yatırımları ilə kapitalı 135 milyon dollara çatan şirkət daha sonra Şeydanın idarəçiliyinə keçib. Rza Zərrab Amerikaya getməzdən əvvəl şirkəti qardaşı Can Zarraba təhvil verib.

    Xatırladaq ki, İran əsilli azərbaycanlılar olan Oromi qardaşlarının Azərbaycandakı biznesinə dair vaxtilə "Wikileaks” saytında yayılan Amerika məxfi diplomatik teleqramlarında bəhs edilmişdi.


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 294


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    MMA üzrə bir çox qələbələrə imza atan idmançılarımızdan qürur verici xəbər gəldi Millət vəkili Q.Paşayeva Ərkivan qəsəbəsində “Gənclər zərərli vərdişlərə YOX deyir” tədbirində gənclərə çağırış edib. Qənirə Paşayeva, Yazgül Abdıyeva və Arzu Bağırova xanım jurnalistləri təbrik etdi "Kim nə deyir desin biz elə bizik" Rəşad Kəsəmənlidən gözəl rəsm əsəri-Foto Bahalaşan və ucuzlaşan məhsulların - Siyahısı Adnan Oktarın evindən çıxanlar - Video Millət vəkili Qənirə Paşayeva Masallıda Kitab Günündə çıxış edərək gənclərə çağırış edib-Fotolar Təbiətə ziyan vuranlar Baş Prokurorluğa verildi Metro tikintisi Bakıda yolu çökdürdü - FOTO Adnan Oktarın villasına basqın anı - Video Ömrün sonuncu günəşi- əbədi işıq... Q.Paşayeva Ağdamda qəhrəman şəhidimiz Raquf Orucovun xatirəsinə həsr olunmuş anım tədbirində çıxış edib Goranboyda traktor aşdı - 4 yaralı Adnan Oktarın aylıq qazancı nə qədər olub? Android istifadəçilərinə təhlükəli virus hücum edib İsti havada buz kimi su içmək çox təhlükəlidir - bunu mütləq bilin! Fərəc Quliyev: “Onların kökünü birdəfəlik kəsmək lazımdır” Gədəbəydə tibbi aksiya keçirildi-Fotolar “Dövlətimiz əmin əllərdədir” İstirahət günlərində 7 yol qəzası olub - 4 ölü, 11 yaralı Neft bahalaşıb Gəncə sakini bıçaqlanıb Qarabağ icması Ağdərə ilə bağlı bəyanat yaydı Ermənilərdən növbəti təxribat: Yanğın “Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alqışlarla qarşılandı Gəncədə açılan güllələr? İŞİD İZİ “Nar”Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi KİTAB DA İNSAN KİMİDİR... Ərdoğan Azərbaycana gəlir Q.Paşayeva AŞPA-da Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib və Ermənistan heyətinə sərt cavab verib. “Nar” korporativ müştərilərlə görüş keçirib Azərbaycan Ordusunun ilk hərbi operatoru vəfat etdi Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsini Ermənistanın törətdiyi vandalism aktlarına seyriçi qalmamağa çağırıb “Türk Ulduzları” Bakı səmasında uçuşlar edib Hərbi parad başladı - Zakir Həsənov Ali Baş Komandana raport verdi (YENİLƏNİB) “Ərdoğanın digər özəlliyi odur ki, terrorçuları dəstəkləyən qüvvələrin üzərinə gedir” Ramin Quluzadə Qusarda vətəndaşlarla görüşəcək Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı açıqlama: "Ağır xəstənin kiçik arzusunu yerinə yetirmək savabdı.." Ərdoğan 52.6 faiz səs toplayıb - Yekun nəticə açıqlandı Daşkəsəndə təbii fəlakət - Evlər, körpülər dağıldı Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfərə gələcək Böyük skandal : İngilis mediası seçki günü müxalifəti Ərdoğanı devirməyə çağırdı – “Ərdoğan dünya üçün təhdiddir, onu devirin” Ərdoğan nəvələri ilə birlikdə səs verdi - Video Millət vəkili Q.Paşayeva Braziliya, Çin və İndoneziyanın fəal qadınları ilə Qarabağdan danışıb “Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın! "Düşməni hədəfə alaq, hərəmiz bir güllə ataq" devizi altında kiçik çaplı odlu silahdan təlim atışları təşkil edildi Ukraynada "Azərbaycan Ticarət Evi" açılıb Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq” Xaçmazda yeni gömrük-keçid məntəqəsi inşa olunacaq Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur Nazir: "Pambıqçılıqla məşğul olan fermerlər təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər” Qanunsuz süni balıq gölləri yaradan şəxslər 85 min manat cərimə edilib AMB-nin valyuta məzənnələri Gömrükçülər ölkəyə xeyli sayda qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclası keçirilib Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib Millət vəkili Q.Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət edib. İcra başçısından tarlada zəhərlənənlərlə bağlı - Açıqlama Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb Abşeron rayonunda reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir Dünya birjalarında neft ucuzlaşıb Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək Qızıl 26 dollardan çox ucuzlaşıb Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib - EKSKLÜZİV Azərbaycan neftinin qiyməti azalıb. İcxeberler.info saytının rəhbərinə üzucü xəbər "BizimTV" -nin əməkdaşı üçün özəl gün-Təsisçidən ad günü təbriki Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür Bu il Azərbaycanda qızıl istehsalı 19% artıb Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək Hərbi əməliyyatlar başladı: 4 hərbçi HƏLAK OLDU “Nar”-dan Naxçıvan üçün xüsusi təklif Uşağı döydüyü üçün həbs edilən tərbiyəçi danışdı Gənc müğənni Aygün Surəzənin Ad günü partisi keçirildi. Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək Gədəbəyin dağlarından-Fotosessiya Dövlət Dəniz Agentliyinə direktor təyin edilib Bakının Nəsimi rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq AMB-nin valyuta məzənnələri Sabah TANAP-ın açılış mərasimi keçiriləcək ”Azərbaycan İnciləri” adı altında birləşib-Muğamı gələcək nəsillərə sevdirməliyik Millət vəkili: Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın azadlığına aparan yoldur Bu gün sonuncu sınaq imtahanı keçiriləcək Mövqelərimiz pulemyotlardan atəşə tutulub Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünya birjalarında qızıl bahalaşıb ELNARƏ RZAYEVA ÖZÜNÜ MEDİA QARŞISINDA OLDUĞU KİMİ TANITDI "REAL FAKTLAR AŞKAR OLUNDU" "Düşünən insan" jurnalı Ramazan ayı münasibətilə tədbir keçirib (FOTO) Buğdanın laboratoloji analizləri pulsuz aparılacaq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq AMB-nin valyuta məzənnələri Tovuzda strateji əhəmiyyətə malik bir neçə yol yenidən qurulur Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb Təbriz küçəsində təmir işləri yekunlaşıb Şəmkir-Samux-Goranboy suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 km-lik hissəsinin açılışı olub
    File engine/metagen.php not found.