Layihələri AXC-ni dünyanın ən güclülərindən birinə çevirəcəkdi - Cümhuriyyətin ən kasıb naziri

    Layihələri AXC-ni dünyanın ən güclülərindən  birinə çevirəcəkdi -  Cümhuriyyətin ən kasıb naziri


    Artıq bir neçə aydan sonra Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi tamam olacaq. Modern.az bu şanlı tarixlə bağlı hazırladığı "AXC-100” yazılar, araşdırmalar silsiləsini davam etdirir.

    Bu dəfə Cümhuriyyətin ən uzunömürlü, belə deyək, Cümhuriyyət yaranandan devrildiyi günə qədər nazir postunda qalan yeganə dövlət xadimi Xudadat bəy Məlikaslanovdan danışacağıq:

     

    İxtiraçı nazir 

     

    Xudadat bəy Ağa bəy oğlu 1879-cu  ildə Şuşada  anadan olub. Elə ilk təhsilini də oradakı  real məktəbində (Şuşa Real Gimnaziyasında) alıb.

     

    Xudadat bəy dövlət xadimi olmaqla yanaşı, həm də ixtiraçı-mühəndis və inşaat sahəsində ilk elm xadimlərindən biri olub. O, 1912-1917-ci illərdə Peterburq  elmi jurnallarında dəmir yollarının sonrakı perspektiv texniki inkişafı yolları haqqında bir sıra məqalələrlə çıxış edib.

     

    1918-ci ildə Zaqafqaziya dəmir yolu tarixindən kitab nəşr etdirir.

    Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra, hökumətin birinci kabinetində dəmir yol, teleqraf və poçt naziri olur. İkinci, üçüncü, dördüncü kabinetlərdə dəmir yolu naziri, beşinci kabinetdə dəmir yolu eyni zamanda sənaye və ticarət naziri və həm də hökumətin birinci müavini olur. Eyni zamanda  Azərbaycan parlamentinin üzvü seçilib.

     

    1919-cu ildə bilavasitə Məlik-Aslanovun iştirakı ilə dəmir yolunu kadrlarla təmin etmək üçün Bakıda dəmir yolu texnikumu açılır.

    Sovet hakimiyyətinin ilk günlərində Məlik-Aslanov əvvəlcə tikinti komitəsində şöbə müdiri, sonra komitənin sədri olur. 1923-1933-cü illərdə Xalq Təsərrüfatı Şurasında, Dövlət Plan komissiyasında, işləmiş Politexnik İnstitutunda dekan olub. SSRİ-nin və Azərbaycanın müxtəlif elmi texniki cəmiyyətləri və komissiyalarının üzvü olur. İki monoqrafiya bir sıra elmi məqalələr nəşr etdirir.

    Azərbaycanda dəmir yollarının inkişafında əvəzsiz xidmətlər göstərməyinə baxmayaraq, 1934-cü ildə əsassız ittihamlarla ikinci dəfə həbs olunur və 1935-ci ildə düşərgədə həlak olur. 

     

    Bir həsir, bir Məmmədnəsir

     

    Təqdim edəcəyimiz yazıda da əsasən, Məlikaslanovun həbsi və o ərəfədəki həyatı barəsində məlumat verəcəyik. Çünki ən stajlı nazir olmasına baxmayaraq, Məlikaslanovun necə ədalətli və sadə insan olması ən çox elə onun həbsi zamanı üzə çıxır. Çünki onu həbs edərkən, evində araşdırma aparırlar və görürlər ki…

    Araşdırmaçı Lətif Şüküroğlunun arxivdən əldə etdiyi sənədə istinad edərək, araşdırma zamanı evindən nə tapıldığından xəbər tutaq:

    Xudadat bəyin həbsi ilə bağlı arxivdəki 109 saylı anketdə qeyd olunub: "Xudadat bəy Ağa oğlu Məlikaslanov. Anadan olduğu yer Gəncə quberniyasının Şuşa qəzası, 1879-cu il təvəllüdlü, milliyyəti azərbaycanlı, türk, 42 yaş, Peterburqda yol mühəndisliyi institutunu bitirib, qohumları - anası Minə, Bakıda yaşayır, arvadı Mariya, Bakıda yaşayır, musiqi ilə məşğul olur, heç bir partiyanın üzvü olmayıb, iş yeri Zaqafqaziya dəmiryolu, sahə rəisi. Məlikaslanov 01.03.1917-ci ildən dəmiryolu sahəsində komissar vəzifəsində və sonra nazir işləyib, heç bir əmlakı olmayıb, məsuliyyətə cəlb edilməyib, hərbi xidmətə çağrılmayıb, 30 oktyabr 1920-ci ildə, xüsusi şöbənin orderi ilə İrəvan küçəsi ev 5-də həbs edilib. 11-ci ordunun komendantı Uvarov”.

     

     

    Yəqin ki, anketdəki bir cümlə sizi də çox cəlb etdi - "Heç bir əmlakı olmayıb”.

     

    Qeyd edək ki, o, ömrünün 4 ilə yaxın bir dövrünü yüksək vəzifələrdə keçirib və bütün bunlara rəğmən, hətta düşmənlər də belə onun heç bir əmlakı olmadığını yazmağa məcbur qalıblar.  

     

    İstintaq-arxiv işində saxlanılan başqa bir sənədə  də nəzər yetirək:

    "Həbs olunduğu 30 oktyabr 1920-ci ildə Xudadat bəy Ağa oğlu Məlikaslanovun mənzilində axtarış aparılır və heç nə tapılmır. Axtarışda İ.İsayevlə bərabər, Klenjevskaya Klavdiya və İvan İqnatyev iştirak ediblər. Xudadat bəy Ağa oğlu Məlikaslanovun 11-ci ordu yanında İnqilabi Hərbi Şuranın xüsusi şöbəsinin açdığı PS 20219 saylı istintaq işinin üstündə belə bir qeyd var: "Y.Mudrak, xüsusi şöbə, order №308”.

    (mənbə: Lətif Şüküroğlu "Cümhuriyyət hökuməti repressiya məngənəsində”)

     

    Bir danosun dedikləri

     

    Biz Məlikaslanov haqqında, onun fəaliyyəti barəsində çox şeylər yaza bilərdik. Amma Xudadat bəyi ən yaxşı təqdim edəcək sənəd isə Cümhuriyyətin bir başqa naziri M.Hacınskinin həbsdə olan zaman onun əleyhinə verdiyi ifadədir. O ifadə Məlikaslanovun əleyhinə deyilsə də, biz orada Cümhuriyyət fədaisinin necə mükəmməl bir şəxsiyyət olduğunu görürük.

     

    Məmmədhəsən Hacınski 29 dekabr 1930-cu ildə verdiyi ifadədə aşağıdakıları bildirirdi:

    "Məlikaslanovu Müsavat hökuməti dövründən tanıyıram. Qatı millətçidir, 1919-cu və 1920-ci illərdə bolşeviklərlə saziş əleyhinə mübarizə aparıb və 28 apreldə bolşeviklərə qarşı silahlı müqavimət göstərmək tərəfdarı olub. Mən Dövlət Plan komitəsinə gələndə o, sənaye və nəqliyyat bölməsinin sədri idi. Bundan əlavə o, Zaqafqaziya dəmiryolunun idarə heyətinin üzvü, ASSR-in əksər müəssisələrində məsləhətçi idi, ASSR ali müəssisələrində böyük nüfuzu vardı və etibar edilirdi...

     

     

    1926-cı ildə ASSR Xalq Komissarları Şurası məni Azərbaycan Dövlət Plan komitəsinə sədr təyin etdi, ancaq mən razılaşmadım və S.Orconikidzenin vasitəsi ilə qəranın dəyişdirilməsinə nail oldum. İmtinanın səbəblərindən biri bu idi ki, mən gərək Məlikaslanovu kənarlaşdıra idim. Onu dəmir yol və şosse yollarının tikintisi, elektrikləşdirmə və su təsərrüfatı maraqlandırırdı. O çox inadcıl və səbatlı adam idi, çoxları ilə məsləhətləşməyi sevirdi, ancaq həmişə özü bildiyi kimi edirdi. Onun bütün xalq təsərrüfatı məsələlərinə yanaşması dar milli məhdudiyyət dairəsində qalmırdı, hər bir addımı, hər bir tədbiri gələcək müstəqil Azərbaycanın mənafeyi naminə qiymətləndirirdi. Bu onun tərəfindən deyilirdi, yaxud fəaliyyətindən görünürdü, o, bu barədə məndən çox irəli getmişdi. Bir sıra faktları mən əvvəl göstərmişəm. 1928-ci ildə Kislovodskda mənimlə Volqa-Don kanalının layihəsi barədə danışarkən, o, dedi ki, bu kanalın Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyəti var. Bu kanal neft məhsullarını xarici bazara çıxarmaqda bizi Gürcüstanın asılılığından xilas edir. Belə bir söhbəti də xatırlayıram. Mən qatı rus millətçisi kimi tanıdığım professor Vasilyevə və onun əməkdaşlarına çox şübhəli yanaşırdım. Onun Muğanın və Milin suvarılması ilə bağlı işləri məndə ora rusların köçürülməsi ilə bağlı ciddi narahatlıq yaradırdı. Mən bu barədə Məlikaslanova dedim. Məlikaslanov Vasileyevə çox yaxşı münasibət göstərirdi. O dedi ki, layihə heç kimə mane olmur və gələcəkdə bu hazır bir sistemdir. Şabanov da bu cür fikirləşirdi. Bu da Azərbaycanın gələcəyi ilə bağlı idi ki, Məlikaslanov bir neçə dəfə mənimlə söhbətində bizim siyasi dostlarımız olduqlan üçün Gürcüstan ziyalıları ilə yaxın əlaqələr qurulması zərurətindən danışmışdı. Milli məqamlar Məlikaslanov üçün başlıca stimul idi. Culfa-Bakı dəmir yolunun tikintisi də yadımdadır, o, bu işi Müsavat hökuməti dövründən başlamışdı. Sovetləşmə dövründə bir müddət o ancaq bu işlə məşğul idi. Sonrakı dövrdə də, sonadək bu işin əsl ilhamçısı və vətənpərvəri idi. O, həmişə deyirdi: bu yolun tikintisinin vacib milli məqamı təkcə ondan ibarət deyil ki, bu dəmir yolu Azərbaycanın ucqar əyalətlərinə getmək imkanı verəcək, həmçinin, Naxçıvanı Azərbaycanla yaxınlaşdırıb, birləşdirəcək. Bu baxışlarla bütün ziyalılar, o cümlədən mən də şərik idim”.


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 119


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Dünya birjalarında neft ucuzlaşıb Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək Qızıl 26 dollardan çox ucuzlaşıb Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib - EKSKLÜZİV Azərbaycan neftinin qiyməti azalıb. İcxeberler.info saytının rəhbərinə üzucü xəbər "BizimTV" -nin əməkdaşı üçün özəl gün-Təsisçidən ad günü təbriki Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür Bu il Azərbaycanda qızıl istehsalı 19% artıb Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək Hərbi əməliyyatlar başladı: 4 hərbçi HƏLAK OLDU “Nar”-dan Naxçıvan üçün xüsusi təklif Uşağı döydüyü üçün həbs edilən tərbiyəçi danışdı Gənc müğənni Aygün Surəzənin Ad günü partisi keçirildi. Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək Gədəbəyin dağlarından-Fotosessiya Dövlət Dəniz Agentliyinə direktor təyin edilib Bakının Nəsimi rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq AMB-nin valyuta məzənnələri Sabah TANAP-ın açılış mərasimi keçiriləcək ”Azərbaycan İnciləri” adı altında birləşib-Muğamı gələcək nəsillərə sevdirməliyik Millət vəkili: Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın azadlığına aparan yoldur Bu gün sonuncu sınaq imtahanı keçiriləcək Mövqelərimiz pulemyotlardan atəşə tutulub Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünya birjalarında qızıl bahalaşıb ELNARƏ RZAYEVA ÖZÜNÜ MEDİA QARŞISINDA OLDUĞU KİMİ TANITDI "REAL FAKTLAR AŞKAR OLUNDU" "Düşünən insan" jurnalı Ramazan ayı münasibətilə tədbir keçirib (FOTO) Buğdanın laboratoloji analizləri pulsuz aparılacaq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq AMB-nin valyuta məzənnələri Tovuzda strateji əhəmiyyətə malik bir neçə yol yenidən qurulur Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb Təbriz küçəsində təmir işləri yekunlaşıb Şəmkir-Samux-Goranboy suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 km-lik hissəsinin açılışı olub Dövlət Gömrük Komitəsi elektron xidmətlərin sayını artıracaq Regionlarda növbəti startap turu Qubada keçiriləcək Bakıda neft hasilatı 1,4% artıb, qaz hasilatı 11% azalıb İqtisadiyyat nazirinə iki müavin təyin edilib Azərbaycanın Gürcüstandakı səfirliyi şəhid ailələri üçün iftar süfrəsi təşkil edib 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir kecirilib. Bütün sərvətini yoxsullara paylayan milyarder öldü Bu gün magistraturaya növbəti imtahan keçiriləcək Ucar-Zərdab körpüsü də çökür: sel hər saat 10 sm qalxır Göyçayda sel avtomobil körpüsünü sıradan çıxarıb, evlər uçma təhlükəsi ilə üzləşib - VİDEO Evlad acısı çəkən Ana fəryadı-" Allah xatirinə kömək əlinizi balamın üstündən əskik etməyin." Mehrim Məmmədova yeni mahnısını təqdim edib-“Adrinalin” - Video “Nar” Uşaqların beynəlxalq müdafiəsi günündə balacaları təbrik etdi "Etibarlı Əllər" və "Sizi tanıyaq" layihəsinin 1 İyun -Uşaqlar gününə həsr olunmuş konsert tədbiri keçirildi-Video+Fotolar Zaqatala-Balakən-Mazımçay yolunun bir hissəsi əsaslı şəkildə yenidən qurulur DGK 3 ölkənin gömrük xidməti ilə qarşılıqlı informasiya mübadiləsinə başlayıb Ağcabədidə mağaza yanıb Dünən yol qəzalarında 1 nəfər ölüb, 21 nəfər xəsarət aıb Qlobal istiləşmə dünyanın yaşamaq üçün daha əlverişli yer olmasına əngəldirmi? Məsumluğun- Fotosessiyası “Saxta əlillik təyinatlarının qarşısı alınmalıdır” - Nazir İtkin düşən müəlliməni qətlə yetirən həbs olundu BakuPress.Az saytına haker hücumu məqsədli olub QHT rəhbərləri milli geyimdə bayram yürüşü keçirib "Dəstək olaq" təşkilatı növbəti uğurlu tədbirinə imza atıb Aqil Acalov:"1918-ci illər Azərbaycan tarixində önəmli illərdən biri kimi yazılıb " “Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir İmkanlılar ehtiyacı olanlara şərait yaratsın - Prezident Məktəb direktoru: "Jurnalisti yıxıb, üstündə oturdum..." Olimpiada qaliblərinin imtahansız qəbulu... - Nazir Tramp Əliyevə məktub yazdı: “Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm” Millət vəkili işğalçı Ermənistanlın qətlə yetirdiyi körpələrdən danışıb. Kərə yağları ziyanlıdırmı? - Mütəxəssis açıqladı Çayrəsullu kəndinə sel ciddi ziyan vurub- Foto+Video Təyyarə təcili eniş etdi - 52 nəfər yaralandı “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi Polisdə döyüldüyünü deyən qadının iddialarına DİN-dən CAVAB: ''O, hay-küy salaraq qəfil DYPB-yə daxil olub' Göbələkdən kütləvi zəhərlənmə: 15 nəfər ölüb – YENİLƏNİB Jurnalist Ülviyyə Həsənaqızına dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib-foto Q.Paşayeva Avstraliya Xarici İşlər naziri ilə görüşdə Qarabağdan danışıb “Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı Q.Paşayeva Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath ilə görüşdə Qarabağdan danışıb Ermənistan XİN: “Münaqişənin sülh yolu ilə həlli vacibdir” Bakıda OĞURLUQ: Ödəmə aparatını kəsib, pulu apardılar - FOTO Valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara sürüklənir Ərdoğan: “İsrailin zülmünə razılıq verməyəcəyik” “Yeni nazirlər hər şeyi ələ alıb buynuz göstərəcəklər” Şamaxıda dəhşətli intihar - 13 yaşlı şagird özünü asdı Jirinovski Böyük Azərbaycan xəritəsi yaydı – bu, nəyin mesajıdır? “Normal adam deyə bilməz ki, şəhidlər bizə görə şəhid olmayıblar...” Q.Paşayeva Banqladeşin baş naziri ilə görüşdə Qarabağdan danışıb Gözlər Türkiyə və İranda: islam dünyası birləşəcək? Mərhum jurnalistin bacısına mənzil verildi Qaloş... Sabunçuda əməliyyat - Narkotacir saxlanıldı “Nar” yeni “Avropa” paketini təqdim etdi Bakıda lift şaxtaya düşüb, 4 nəfər ağır xəsarət alıb “Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri - sensasion faktlar Öd daşı nə zaman yaranır? İran üçün həyəcan təbili: İsraildən həlledici hücum Nazir üzr istədi, aksiyaya bir həftə fasilə verildi - Video Azərbaycanın “Qarabağ qaziləri” futbol komandası Gürcüstanın “Tblisi” komandasına qalib gəldi “Nar” mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirdi Q.Paşayevanın təklifini Sivas bələdiyyə başqanı dəstəkləyib
    File engine/metagen.php not found.