Alpinistlərin axtarışından nəticə yoxdur - 17 gün keçdi...

    Alpinistlərin axtarışından nəticə yoxdur - 17 gün keçdi...


    Alpinistlərin dostları təklif irəli sürürlər ki, xaricdən cihazlar gətirilsin və axtarışlar bu cihazlar vasitəsilə aparılsın

    Dekabrın 25-dən Tufandağda itkin düşmüş gənc alpinistlər - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışları artıq  yarım aydır ki, nəticə vermir. Gənc alpinistlərin sağ qalma ehtimalları sıfıra enib. Ancaq heç bir izə rast gəlinmədiyi üçün hələ ki bu barədə konkret fikir söylənilmir.

    Axtarış qrupunda iştirak edən peşəkar alpinistlərlə söhbətimiz zamanı onlar bildiriblər ki, itkin düşən gənclərin qar uçqunu altında qalmaları mümkündür. Çünki həmin günü Tufandağda hava şəraiti sərt və küləkli olub. Alpinistlərin çadırlarının dayaqlarının sərt küləyə dayanıqlı olmadığını nəzərə aldıqda, onların çadırın altında və ya  qar uçqununda qalma ehtimalları böyükdür.  Mütəxəssislər bildirirlər ki, alpinistlərin buz çatlarına düşməsi faktoru real görünmür. Çünki Azərbaycan dağlarında elə böyük buz çatları yoxdur.

    Hazırda Azərbaycanda hava şəraiti kəskinləşib. Buna görə də alpinistlərin axtarışları da çətinləşib. Bu barədə məlumat yayan "Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı bildirib ki, yanvarın 10-da alpinistlərin axtarışı hava şəraitinin pis olması səbəbindən zəif aparılıb. Lakin axtarış prosesləri tamamilə dayandırılmayıb. Məlumat üçün onu da qeyd edək ki, yanvarın 10-da Quba-Xınalıq ərazisinə 10 santimetr qar yağıb.

    İtkin düşən alpinistlərin dostları axtarış prosesləri ilə bağlı yenidən müvafiq qurumlara müraciət ünvanlayıblar. "Yeni Müsavat”a göndərilən müraciətdə alpinistlərin dostları öz təkliflərini də irəli sürüblər. Bildirilir ki, itkin düşən gənclərin yerlərinin müəyyənləşdirilməsi üçün onların istifadəsində olan mobil telefonlardan alınan son siqnallarla hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, abunəçiləri olduqları mobil rabitə operatorlarından və alpinistlərdən birinin üzərində olan telefonun istehsalçısı "Apple” şirkətindən ən son siqnalların, antenn məlumatlarının alındığı koordinatlar müəyyənləşdirilsin. Bundan başqa, dünyanın müxtəlif ölkələrində xilasetmə işlərində istifadə edilən "Ground Penetrating System” əsasında çalışan müasir texnikaların alınaraq ölkəmizə gətirilməsini təklif edirlər: "Belə avadanlıqlar sırasında 15-20 metr dərinlikdəki qar və buz altında axtarışların aparılması, qar uçqunu altında qalan qurbanların yerlərinin müəyyənləşdirilməsi üçün istifadə edilən, Kanadanın ”Sensors&Software" şirkətinin istehsalı olan  SnowScan Rescue Radar,  İsrailin "Camero-Tech” şirkətinin istehsalı olan və "Sense-through-the-wall” təsvir texnologiyası ilə çalışan avadanlıq,  70 metr dərinliyə kimi metal əşyaları təyin edən detektor - MF 9700 QUINARY,  NASA-nın  istifadə etdiyi  ‘FINDER’ (FINDER Search and Rescue Technology) cihazı , -20 (mənfi iyirmi) dərəcəyə qədər termohəssaslıqla göstərən Termographic kameralar və digər avadanlıqlardan istifadə olunsun. Bu sahədə peşəkar təcrübəsi olan, qardaş Türkiyədə ixtisaslaşmış  TDF (Türkiye Dağcılık Federasyonu) və 2668 əməliyyat keçirərək 2593 nəfəri xilas edən AKUT  (Arama Kurtarm Derneği) təmsilçilərinin Azərbaycana gəlmək üçün hazırdırlar. Lakin hələ də müvafiq rəsmi icazəni gözlədiklərini bildirirlər. Dövlət qurumlarından xahiş edirik ki, TDF və AKUT xilasediciləri də axtarış-xilasetmə prosesinə cəlb olunsun".

    Türkiyə ilə bərabər Rusiyada da bu sahə üzrə xeyli peşəkarlar var. Rusiyanın relyefi baxımından da orada olan mütəxəssislərin axtarışlara cəlb olunması uğurla nəticələnə bilərdi. Bəs nə üçün axtarışlara rusiyalı mütəxəssislər cəlb olunmur?

    "Yeni Müsavat”a danışan  "Vertical group” dağ və sənaye alpinizm şirkətinin rəhbəri Emil Vəliyev bildirib ki, onlar könüllü olaraq axtarışlara qatılmağa hər zaman hazırdırlar: "Biz köhnə Alpinizm Federasiyasının  idmançılar olaraq ilk gündə gedib kömək etmişiksə, yenə də  kömək edə bilərik. Xaricdən yalnız cihaz gətirə bilərlər. Bu, çox gözəl fikirdir. Bir-iki nəfər gəlib cihazla yeri təyin etdikdən sonra da qazıntıları hər kəs apara bilər. Qarın altını göstərən cihazlar mövcuddur. Bizim alpinistlərin geyimlərində dəmir, alüminium maddələr var ki, onları da cihaz təyin edə bilər. Axtarışlar hazırda da aparılır və məndə olan məlumata görə, indi də əraziyə giriş var. Ümumiyyətlə, ora elə bir yerdir ki, xırda bir səhv onlarla adamımızı məhv edə bilər. Birdən-birə 30-40 nəfəri əraziyə salıb işlətmək çox təhlükəlidir. Bunu orada iş aparan qurumlar da yaxşı bilirlər. Qarı da partladıb aşağı salsalar, bu dəfə də yerdə olan qarın hündürlüyü artacaq. Nəticədə bütün işlər gecikəcək. Sadəcə olaraq, gözləyirlər ki, qar bərkisin və uçqun təhlükəsi azalsın. Rusiyadan və digər yerlərdən kimsə gələcəksə, o da elə eyni işi görəcək. Yəni hər bir alpinist onsuz da eyni işi aparır. Ancaq cihazın gətirilməsi başqa effekt verə bilər. Bu, çox yaxşı olar. Telefona gəlincə isə hər birimiz dağa gedən zaman telefon götürürük. Ancaq orada şəbəkə vasitəsilə onların hara getdiyini təyin etmək mümkün deyil. Çünki orada cəmi bir ötürücü var. Şəbəkəni tapmaq üçün üç ötürücü qurğu olmalıdır ki, ortaq nöqtə tapılsın. Tək olanda isə bu, 1 kilometrlik ərazini göstərir. Təklifim odur ki, elan edib, peşəkar alpinistləri işə cəlb edə bilərlər. Alpinistlərin yüksəklikdə işləməsi problem yaratmır. Onlar daha aktiv işlər apara bilərlər. Fövqəladə Hallar Nazirliyi də əlindən gələni edir. Elan verilsə, yenə də könüllü alpinistlər ortaya çıxacaq. Söhbət peşəkar alpinistdən gedir. Peşəkar dedikdə ən azı təchizatı olan və 4-5 minlik dağlarda olan, qış dağçılığını bilən alpinistlər nəzərdə tutulur. Bizdə dağçıların böyük əksəriyyəti qış dağçılığını bilmir. İnsanlar oranı ciddi qəbul etməsələr də əslində ora çox qorxulu dərədir. Fövqəladə Hallar Nazirliyinə, sadəcə olaraq, hava şəraiti mane olur. Yoxsa axtarışlar çoxdan nəticə vermişdi”.

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 104


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Dünya birjalarında neft ucuzlaşıb Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək Qızıl 26 dollardan çox ucuzlaşıb Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib - EKSKLÜZİV Azərbaycan neftinin qiyməti azalıb. İcxeberler.info saytının rəhbərinə üzucü xəbər "BizimTV" -nin əməkdaşı üçün özəl gün-Təsisçidən ad günü təbriki Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür Bu il Azərbaycanda qızıl istehsalı 19% artıb Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək Hərbi əməliyyatlar başladı: 4 hərbçi HƏLAK OLDU “Nar”-dan Naxçıvan üçün xüsusi təklif Uşağı döydüyü üçün həbs edilən tərbiyəçi danışdı Gənc müğənni Aygün Surəzənin Ad günü partisi keçirildi. Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək Gədəbəyin dağlarından-Fotosessiya Dövlət Dəniz Agentliyinə direktor təyin edilib Bakının Nəsimi rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq AMB-nin valyuta məzənnələri Sabah TANAP-ın açılış mərasimi keçiriləcək ”Azərbaycan İnciləri” adı altında birləşib-Muğamı gələcək nəsillərə sevdirməliyik Millət vəkili: Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın azadlığına aparan yoldur Bu gün sonuncu sınaq imtahanı keçiriləcək Mövqelərimiz pulemyotlardan atəşə tutulub Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünya birjalarında qızıl bahalaşıb ELNARƏ RZAYEVA ÖZÜNÜ MEDİA QARŞISINDA OLDUĞU KİMİ TANITDI "REAL FAKTLAR AŞKAR OLUNDU" "Düşünən insan" jurnalı Ramazan ayı münasibətilə tədbir keçirib (FOTO) Buğdanın laboratoloji analizləri pulsuz aparılacaq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq AMB-nin valyuta məzənnələri Tovuzda strateji əhəmiyyətə malik bir neçə yol yenidən qurulur Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb Təbriz küçəsində təmir işləri yekunlaşıb Şəmkir-Samux-Goranboy suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 km-lik hissəsinin açılışı olub Dövlət Gömrük Komitəsi elektron xidmətlərin sayını artıracaq Regionlarda növbəti startap turu Qubada keçiriləcək Bakıda neft hasilatı 1,4% artıb, qaz hasilatı 11% azalıb İqtisadiyyat nazirinə iki müavin təyin edilib Azərbaycanın Gürcüstandakı səfirliyi şəhid ailələri üçün iftar süfrəsi təşkil edib 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir kecirilib. Bütün sərvətini yoxsullara paylayan milyarder öldü Bu gün magistraturaya növbəti imtahan keçiriləcək Ucar-Zərdab körpüsü də çökür: sel hər saat 10 sm qalxır Göyçayda sel avtomobil körpüsünü sıradan çıxarıb, evlər uçma təhlükəsi ilə üzləşib - VİDEO Evlad acısı çəkən Ana fəryadı-" Allah xatirinə kömək əlinizi balamın üstündən əskik etməyin." Mehrim Məmmədova yeni mahnısını təqdim edib-“Adrinalin” - Video “Nar” Uşaqların beynəlxalq müdafiəsi günündə balacaları təbrik etdi "Etibarlı Əllər" və "Sizi tanıyaq" layihəsinin 1 İyun -Uşaqlar gününə həsr olunmuş konsert tədbiri keçirildi-Video+Fotolar Zaqatala-Balakən-Mazımçay yolunun bir hissəsi əsaslı şəkildə yenidən qurulur DGK 3 ölkənin gömrük xidməti ilə qarşılıqlı informasiya mübadiləsinə başlayıb Ağcabədidə mağaza yanıb Dünən yol qəzalarında 1 nəfər ölüb, 21 nəfər xəsarət aıb Qlobal istiləşmə dünyanın yaşamaq üçün daha əlverişli yer olmasına əngəldirmi? Məsumluğun- Fotosessiyası “Saxta əlillik təyinatlarının qarşısı alınmalıdır” - Nazir İtkin düşən müəlliməni qətlə yetirən həbs olundu BakuPress.Az saytına haker hücumu məqsədli olub QHT rəhbərləri milli geyimdə bayram yürüşü keçirib "Dəstək olaq" təşkilatı növbəti uğurlu tədbirinə imza atıb Aqil Acalov:"1918-ci illər Azərbaycan tarixində önəmli illərdən biri kimi yazılıb " “Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir İmkanlılar ehtiyacı olanlara şərait yaratsın - Prezident Məktəb direktoru: "Jurnalisti yıxıb, üstündə oturdum..." Olimpiada qaliblərinin imtahansız qəbulu... - Nazir Tramp Əliyevə məktub yazdı: “Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm” Millət vəkili işğalçı Ermənistanlın qətlə yetirdiyi körpələrdən danışıb. Kərə yağları ziyanlıdırmı? - Mütəxəssis açıqladı Çayrəsullu kəndinə sel ciddi ziyan vurub- Foto+Video Təyyarə təcili eniş etdi - 52 nəfər yaralandı “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi Polisdə döyüldüyünü deyən qadının iddialarına DİN-dən CAVAB: ''O, hay-küy salaraq qəfil DYPB-yə daxil olub' Göbələkdən kütləvi zəhərlənmə: 15 nəfər ölüb – YENİLƏNİB Jurnalist Ülviyyə Həsənaqızına dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib-foto Q.Paşayeva Avstraliya Xarici İşlər naziri ilə görüşdə Qarabağdan danışıb “Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı Q.Paşayeva Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath ilə görüşdə Qarabağdan danışıb Ermənistan XİN: “Münaqişənin sülh yolu ilə həlli vacibdir” Bakıda OĞURLUQ: Ödəmə aparatını kəsib, pulu apardılar - FOTO Valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara sürüklənir Ərdoğan: “İsrailin zülmünə razılıq verməyəcəyik” “Yeni nazirlər hər şeyi ələ alıb buynuz göstərəcəklər” Şamaxıda dəhşətli intihar - 13 yaşlı şagird özünü asdı Jirinovski Böyük Azərbaycan xəritəsi yaydı – bu, nəyin mesajıdır? “Normal adam deyə bilməz ki, şəhidlər bizə görə şəhid olmayıblar...” Q.Paşayeva Banqladeşin baş naziri ilə görüşdə Qarabağdan danışıb Gözlər Türkiyə və İranda: islam dünyası birləşəcək? Mərhum jurnalistin bacısına mənzil verildi Qaloş... Sabunçuda əməliyyat - Narkotacir saxlanıldı “Nar” yeni “Avropa” paketini təqdim etdi Bakıda lift şaxtaya düşüb, 4 nəfər ağır xəsarət alıb “Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri - sensasion faktlar Öd daşı nə zaman yaranır? İran üçün həyəcan təbili: İsraildən həlledici hücum Nazir üzr istədi, aksiyaya bir həftə fasilə verildi - Video Azərbaycanın “Qarabağ qaziləri” futbol komandası Gürcüstanın “Tblisi” komandasına qalib gəldi “Nar” mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirdi Q.Paşayevanın təklifini Sivas bələdiyyə başqanı dəstəkləyib
    File engine/metagen.php not found.