"İçimdə lal həsrət, evimdə sükut"-Fuad Biləsuvarlının şeir çələngi


    İcxeberler.info Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, nəğməkar şair-yazar Fuad Biləsuvarlının şeirlərini təqdim edir


    Biləsuvarım!

     

    İgid Mübarizi yetirən torpaq!
    Nəzərdən, gözlərdən olasan uzaq!
    Kim gəlib hamıya açmısan qucaq,
    Ululardan ulu Biləsuvarım

    Cənub zonasında başqadı yerin,
    Qələmmirzə kimi vardı bir pirin!
    Qoy səni beləcə füsunkar görüm,
    Ululardan ulu Biləsuvarım!

    Unuda bilmərəm Əzim kişini,
    Ellər unutmadı hər bir işini.
    Dostları görmədi pis vərdişini,
    Ululardan ulu Biləsuvarım!

     

    Asif, Malik, Mirzə sözü sədəfdi,
    Nə yazsa kiməsə billəm hədəfdi.
    Şair Firudinə hamı həsəddi,
    Ululardan ulu Biləsuvarım!

     

    Əlbala, Şakirlər söz ziyamızdı,
    Sabaha müjdəmiz, xoş xülyamızdı.
    Uca dağımızdı, gur çayımızdı,
    Ululardan ulu Biləsuvarım!

     

    Ramiz Novruz adı hamıya bəlli,
    Qurub qəlbimizdə sənət heykəli.
    Fuadam, sayəndə getdim irəli,
    Ululardan ulu Biləsuvarım!
    Bu haqda mən dedim heç şair deməz,
    Ağayar Şükürov sənəti ölməz.
    Dünyaya o şəxsdən bir daha gəlməz,
    Ululardan ulu Biləsuvarım!

     

    Mirəhməd, Mirmahmud, Mirtofiq ağa,
    Mirsultan, Mirhəbib dönüb ocağa.
    Qaldırıb nə qədər xəstə ayağa,
    Ululardan ulu Biləsuvarım!

    Adını özümə soyad götürdüm,
    Mən də hörmətini belə gətirdim.
    Şeri tamamladım, burda bitirdim,
    Ululardan ulu Biləsuvarım!..

     

    Bu qadın...

     

    Yorğundu çöhrəsi, qəmlidi üzü,
    Bezir bu həyatdan, bezir bu qadın!
    Öyrəşib dərdini tənha çəkməyə,
    Dərdiylə özünü əzir bu qadın!

     

    Qaranlıq gecədən çıxa bilmir o,
    Sevib, bir ürəyə axa bilmir o.
    Həyatın üzünə baxa bilmir o...
    Havalı-havalı gəzir bu qadın!

     

    Dərdini Allaha deyibdi... yazıq!
    Özünü içindən yeyibdi... yazıq!
    Qayğılar qəddini əyibdi... yazıq!
    Düşüb taleyinə əsir bu qadın!


     

    İçimdə lal həsrət, evimdə sükut,
    Fikrim göylərdədi, özüm yerdəyəm.
    Xəyalım dumandır, gözlərim - bulud,
    Xeyir məndən uzaq, gülüm, şərdəyəm.

     

     

    Gəl ki, bu təkliyi, sükutu öldür,
    Şaqraq gülüşünlə bəzə evimi.
    Sevirəm söyləyib sevgini bildir,
    Aç yenə, gözəlim, mənim kefimi.

     

    Haçandı divardan asılıb qalan
    Şəklini yuyacaq axan göz yaşım.
    Çoxdurmu bizitək sevib ayrılan?...
    Qayıt gəl ömrümə, bitsin təlaşım!


    Dözüm

     

    Yenə də həsrətlə qol-boyunam mən,
    Dözüm ürəyimin qəminə, dözüm.
    Həyat dedikləri elə budursa,
    Dözüm dünyanın bu gününə, dözüm.

     

     

    Salıb sinəm üstə ağır daşını,
    Mənə yaşadırlar ömrün qışını,
    İblislər alıbdı böyür-başımı,
    Gərək şeytanına, cininə dözüm.

     

    İblisə, xainə, xəsis, paxıla,
    Özünü çox sevən, səfeh ağıla.
    Dözəcəm lap belə dünya dağıla,
    Yüzünə dözmüşəm, mininə dözüm.

     

    Qədəhim boş olur, amma dolu yox,
    Eşqimin qanadı, nə də qolu yox.
    İynə ucu boyda çıxış yolu yox,
    Ömrün dumanına, çəninə dözüm.

     

    Mənimlə aylarla danışmayanın,
    Səbəbsiz inciyib barışmayanın,
    Yanımda olmağa çalışmayanın -
    Fuadam, bir qızın kininə dözüm!

     

    Ana!

     

    Siması işıqlı,
    Üzü nurlu,
    Dağlar kimi vüqarlı,
    Bala dərdindən saçları qarlı,
    Əhdə düz,
    Namuslu, arlı,
    Vicdanlı, düz ilqarlı -
    Ana!
    Ərsiz,
    Ər kimi yaşayan,
    Zərif,
    Çiynində dünyanı daşıyan,
    Övlad üçün lap ölüm şərbəti içən,
    Canından keçən,
    Kipriylə od götürməyə hazır olan,
    Vaxtsız yaşa dolan
    Ana!
    Ana!
    Ana!

     


    Həsrətindədi...

     

    Mənəm həyatında süsün, naxışın,
    Susamış qəlbinə yağan yağışın.
    Bəzən soyuq olur, gülüm, baxışın,
    Ürəyim hələ də həsrətindədi.

     

    Bilirəm onsuz da dönməyəcəksən,
    Bir daha sevirəm deməyəcəksən,
    Bu bağlı qapımı döyməyəcəksən...
    Ürəyim hələ də həsrətindədi.

     

    Bəxtimin nə yaman rüzgarı varmış,
    Yolumda həsrətin divarı varmış.
    Sənsiz ömrün-günün nə karı varmış?..
    Ürəyim hələ də həsrətindədi.

     

    Ürəyin daş olub, daşlaşmısan sən,
    Yaman soyuqlaşıb qışlaşmısan sən.
    Görən indi kimə alışmısan sən,
    Ürəyim hələ də həsrətindədi...


    Qalırsan

     

    Nəyə əl atırsan quruya çıxır,
    Hər şeyin sonucu paraya çıxır.
    Bilmirsən ki, yolun haraya çıxır -
    Getdiyin yerlərdə azıb qalırsan.

     

    Nizam-intizamla qurduğun işi,
    Bənnatək daşlara yonduğun işi,
    Elə təzə başa vurduğun işi
    Özün öz əlinlə pozub qalırsan.

     

    Baş aça bilmirsən bəzən özündən,
    Çoxu rişxənd edir, baxaraq gendən.
    Elə bezikirsən ömürdən-gündən
    Özün öz qəbrini qazıb qalırsan.

     

    Fuad, bədxahların uyma felinə,
    Salma öz eşqini elin dilinə.
    Deyirlər, yetmirsən yarın əlinə
    Şəklini divardan asıb qalırsan?!


    Qazax torpağı...

     

    Torpağı qızıldı, suyu şirindi,
    Şairlər böyüdüb, yetişdiribdi.
    Hər budaq min - bəhər bar gətiribdi,
    Vətənin yaz çağı- Qazax torpağı.

     

    Vurğunu, Nüsrəti, Vaqifi vardı,
    Şıxlıdan Afaqı, Arifi vardı.
    Aşıq Ədaləti, Rafiqi vardı,
    Şeir, söz qaynağı- Qazax torpağı.

     

    İsmayıl Şıxlıdan yazmamaq olmaz,
    O böyük dahini unutmaq olmaz.
    O elə düha ki, heç yaddan çıxmaz,
    Dühalar oylağı- Qazax torpağı.

     

    Eldarın, Sahibin o şirin səsi,
    Çağlayır könlümün yazmaq həvəsi.
    Göyəzən şeirimin ilham zirvəsi,
    Könlümün yaylağı -Qazax torpağı.

     

    Osmandan, Yusifdən yazamasam əgər,
    Müqəddəs ruhları məndən inciyər.
    Dünyaya bəxş etdi nadir incilər,
    Sənətin bayrağı- Qazax torpağı.

     

    Mirvarid ananın qızıl qələmi,
    Dünyaya səs salıb şeir aləmi.
    Orda unudursan dərdi, ələmi,
    Cənnətdi hər bağı- Qazax torpağı.

     

    Burda şəfa tapar xəstə könüllər,
    Arzuya, diləyə çatar ürəklər.
    Çoxu burda sevər, burda sevilər,
    Məhəbbət torpağı-Qazax torpağı.

     

    Əzəldən valehəm mən bu torpağa,
    Mənə yer verələr orda qalmağa.
    Süfrəsi açıqdı gələn qonağa,
    Qızıldır hər tağı- Qazax torpağı.

     

     

    Fuadam, yazmaqla bitəsi deyil,
    Ürəyim bu yurddan gedəsi deyil.
    Qazaxın şöhrəti itəsi deyil,
    Azəri çırağı- Qazax torpağı...



    Məndə...

     

    Aparma başqa bir könülə pənah,
    Bilirsən, qəlbinin açarı məndə.
    Məni tərk eləsən - edərsən günah,
    Məhəbbət dağının vüqarı məndə.

     

     

    Qorxmaram boşalsa solum, sağım da,
    Bilirəm, sən varsan çətin çağımda.
    Sanki bir meyvəsən sevda bağımda,
    Hələ dərməmişəm, nübarı məndə.

     

     

    Əzəldən inandım düz ilqarına,
    Sənin ismətinə, sənin abrına.
    Bir zərrə söz olmaz tövrü-tavrına,
    Sevginin peymanı, ilqarı məndə.

     

     

    Bu Fuad ölmədi, onunçün sağdı,
    Eşqi də təmizdi, bəyazdı, ağdı.
    Güvənə bilərəm, arxamda dağdı-
    Dünyanın vəfalı dildarı məndə!

     


    Mehriban xanıma.

     

    Zəfərlər bəxş etdin Azərbaycana,
    Muğamı sevdirdin böyük cahana.
    Oldun xalqımıza ən əziz ana!
    Səni var olasan əziz Mehriban!
    Səninlə öyünür can Azərbaycan!

     

     

    Dağların vüqarı, qüdrəti səndə,
    Atanın, ananın şöhrəti səndə.
    Nigarın, Həcərin isməti səndə,
    Səni var olasan əziz Mehriban!
    Səninlə öyünür can Azərbaycan!

     

     

    İlhamla baş-başa verib vətənin,
    Çəkdiniz üstündən dumanı, çəni.
    Xalqımız da deyir, lap mən deyəni,
    Səni var olasan əziz Mehriban!
    Səninlə öyünür can Azərbaycan!

     

     

    Göz bəbəyi  kimi Azərbaycanı,
    Qoruyub, artırdın şöhrətin, şanın.
    Qazandın sevgisin hər bir ananın,
    Səni var olasan əziz Mehriban!
    Səninlə öyünür can Azərbaycan!

     



    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 402


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi Ordumuzun təlimləri: döyüşə hazırlıq... - Video Fikrət Qocanın oğlunun qatili ilə bağlı – Son qərar Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına da daxil olur NATO-dan Azərbaycanla bağlı açıqlama Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT Ülviyyə Namazova: "Afət Fərmanqızı, səndə onun tayısan!"-QALMAQAL! Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb Sumqayıtda avtobus "Kamaz"la toqquşdu - Yeniləndi Heydər Əliyev hərbi xidmətdə: bu gün and içdi FOTOLAR Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir- VİDEO Əgər təlimat verilsə, Rusiya belə bir helikopter istehsal edəcək Türkiyədə Bakının azad edilməsinin 100 illiyinə videoçarx hazırlandı - VİDEO ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı Bu, Ərdoğan və Əliyevin birgə mesajıdır Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü+ Fotolar+ Yenilənib Bu gün Almaz balanın doğum günüdür Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi ölkəmizdədir Azərbaycanlı politoloqdan Ermənistan hərbi rəhbərliyinə məsləhət... Ərdoğan və Əliyevin iştirakı ilə bu gün... - Türkiyə XİN “Nar” 15 sentyabr– Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar”-dan 10 qəpiyəgünlük internet paketitəklifi Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib Bəbəlidə yanğın baş verib Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı Kaliforniyada atışma nəticəsində 6 nəfər ölüb Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib “Orta əsr təfəkkürü Paşinyana baha başa gələcək”-Aydın Mirzəzadə “Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi 12 sentyabrda gözlənilən hava şəraiti Zəvvarları daşıyan avtobus aşdı - 50 nəfər öldü Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi Azərbaycanda bu analizin qiyməti 3 minə yaxındır Kağızdan hazırlanmış qeyri-adi sənət əsərləri - Fotolar İranın "Şiə qurşağı"na ağır zərbə - Şərh Qurban Qurbanov Malta uğursuzluğundan danışdı Q.Paşayeva Yeni Dərs İli öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşüb Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb Bakıda tarixi parada hazırlıq – Video Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi təsdiqlənib Avstriyada baş verən qəzada 13 qadın xəsarət alıb Yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə ədəbi –bədii tədbir keçirilib - Foto “Nar”-dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri Paşinyan bu gün Moskvada “məşhər ayağına” çəkiləcək ""Addım- addım"ın repertuarımda xüsusi yer tutacağına əminəm"-Aygün Aydın Gənc Kikboksçu qadın Günay Sun Moon Haciyeva niyə qəzəbləndi? Tamerlan Qarayev kim idi ki, onun əmri ilə vertolyot vurulsun? - ETİRAZ... Prezident böyrəyi səhvən götürülmüş uşağa ev bağışladı Yevlaxda baba 3 yaşlı nəvəsini öldürdü Azərbaycanda dünya çempionu HƏBS EDİLDİ - QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ (ÖZƏL-FOTO) Quzusunu xilas etmək istəyən fədakar çoban həyatından oldu -FOTO İranda 5,5 bal gücündə zəlzələ olub 08 sentyabrda gözlənilən hava şəraiti Türkiyə Prezidenti İranda səfərdədir Yevlaxda sürücü avtomobili aşırıb, sərnişin ölüb “Biz, bir millət iki dövlətik!”devizi altında ədəbi-bədii tədbir keçirilib Q.Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib və insanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik deyib Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib Şimali Koreyada daşqınlar nəticəsində 76 nəfər ölüb, 800-dən çox bina dağılıb Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub Ukraynada uçot dərəcəsi artırılıb Lənkəranda gənc oğlan qayınatası tərəfindən bıçaqlanıb Son dəqiqə: Rusiya qırıcıları İdlibi vurdu – 4 milyona yaxın sakin təhlükədə Bu dərmanların istifadəsi QADAĞAN EDİLDİ - SİYAHI 11 mindən çox insanda bədxassəli şiş aşkarlandı - Azərbaycanda Şirkət aşağı qiymətə satılıb, araşdırma olacaq - Prokuror Qırmızı Körpüdə qəzada Azərbaycan hərbçisi öldü - Rəsmi İsmayıllıda dağlıq ərazidə yanğın baş verib Azərbaycan gimnastı Bolqarıstanda bürünc medal qazanıb İşədüzəlmə şirkətlərinə nəzarət başlayır Ucarda traktor velosipedçini vurub Rusiyada ilk qar yağdı 04 sentyabrda gözlənilən hava şəraiti Manafdan üzr istəyən şəxs efirdə başqa şeylər dedi: “Yalan danışıb, əlimdə faktlar var…” – VİDEO "İsti ocağımın soyuq küləyi"- Qocalar evindən son məktub 4 otaqlı ev yandı Qazaxda sürücü aşan kranın altında qaldı “Nar” korporativ müştərilər üçün yeni imkanlar açır TANINMIŞ PRODÜSSER MİNARƏ ƏSKƏROVA: "MƏNİ İKİNCİ DƏFƏ HƏYATA QAYTARDI". Deputata və oğluna şər atdılar - 90 min xərcə düşdülər Millət vəkili yeni dərs ili öncəsi məktəbləri ziyarət edib, müəllimlərlə görüşdü Müğənnidən jurnalistə: "Saytlar reklam olar ki, mənim adım onların saytlarında hallansın" Afət Fərmanqızı Meyxanaçının musiqisini oğurladı -QALMAQAL! Azərbaycan neftinin qiyməti 79 dolları keçib Gündə 3 fincan qəhvə içmək bu xəstəliklərdən qoruyur Keyfiyyətli məktəbli geyimlərini haradan alaq – BTE-dən reportaj Manat və dolların bugünkü MƏZƏNNƏSİ ABŞ-da təyyarə qəzası - 4 ölü Lənkəranda 300 ev zəlzələdən zərər gördü Ziya Babayev bu şirkətə rəhbər təyin olundu İTV KANALINDA BİZİMLƏ ADDIM ADDIM "Film Media" ilə İCTİMAİ TELEVİZİYADA-fOTOLAR Samux rayonunda icma əsaslı reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 3 klubun adı müəyyənləşib Azərbaycanda qızıl və gümüş yenə bahalaşıb Ağcabədidə yol qəzası olub, yaralılar var Liviya bombalandı Tovuz sakini döyülüb Millət vəkili gəncləri sosial şəbəkələrdə Azərbaycan əlehinə yalanlara qarşı fəal mübarizəyə çağırıb. “Nar” 4G istifadəçilərinin sayı 24% artdı
    File engine/metagen.php not found.