Səlim Müslümova daha bir zərbə - korrupsiya ittihamı rəsmiləşdi

    Səlim Müslümova daha bir zərbə - korrupsiya ittihamı rəsmiləşdi


    Hesablama Palatası sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin nəzarət etdiyi Pensiya Fondunda ciddi qanunsuzluqlar aşkarlayıb; ölmüş şəxslərə pul "ödənib”, bir adam 2 rayondan pensiya alıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində ciddi qüsurlar aşkarlanıb. Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabatında məlumat verilib.  Sənəddə qeyd olunur ki, 2016-cı ildə ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 milyon 612,2 min manat və ya 6,7 faiz artaraq 342 milyon 877,2 min manat təşkil edib(APA).

    Hesabatda bildirilib ki, 2016-cı ili əhatə edən auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin eyni zamanda fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

    2016-cı ildə fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1092,6 min manat təşkil edib.

    Sığortaolunanların sanatot riya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662,7 min manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb, qanunvericilikdə fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, fond və nazirlik tərəfindən konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

    DSMF ile ilgili görsel sonucu

    Hesablama Palatasının bu hesabatı DSMF sistemindəki ciddi maxinasiya mexanizminin açıqlanması deməkdir. Ölmüş şəxslərin adına pensiya ödənməsi, bir nəfərə 2 rayondan pensiya ödənməsi kimi hallar fondun bütün rayonlarında mövcud olan mənimsəmə mexanizminin tərkib hissələridir.

    Xatırladaq ki, "Yeni Müsavat” bir müddət öncə DSMF sistemindən uzun illər ərzində 2-2,5 milyard manat vəsaitin yoxa çıxmasına dair məlumat yaymışdı. Hesablama Palatasının bu hesabatı göstərir ki, fond sistemində oturuşmuş korrupsiya sxemi yaradılıb. İşəgötürənlərin işçi sayını, əmək haqqını az göstərmələri, son illərdə isə kütləvi şəkildə işçiləri əmək müqaviləsindən xidməti müqaviləyə keçirmələri kimi neqativ halların çox geniş vüsət almasında bu korrupsiya sxemi ciddi rol oynayıb. 

    İddialara görə, korrupsiya mexanizmi bir neçə ay əvvəl fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb. Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir. Xatırladaq ki, DSMF-yə 2002-ci ildən bəri S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-cı illər arasında qısamüddətli dövrdə fondun sədri Elman Mehdiyev olub. 2006-cı ildən fond yenidən S.Müslümovun nəzarətinə keçib - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib.

    DSMF ile ilgili görsel sonucu

    İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin fikrincə, DSMF-nin fəaliyyətindəki qeyri-şəffaflıq və yumşaq desək, nöqsanlar onun bir neçə funksiyanı eyni vaxtda icra etməsindən qaynaqlanır: "Sosial Müdafiə Fondu həm sosial ödənişlərin dərəcələri ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edir, həm sosial ödənişləri toplayır, həm də onların xərclənməsini həyata keçirir. Bu isə əvvəla, normal praktikada yolverilməzdir. İkinci bir tərəfdən, bu halda maraqlar toqquşması deyilən prosesi tənzimləmək mümkün olmur. Elə bir sistem qurulmalıdır ki, bu funksiyaları icra edən qurumların bir-birinə nəzarət imkanı yaransın. Ümumiyyətlə, Azərbaycanda bütün fiskal yığımların bir quruma verilməsi daha düzgün olardı. Məsələn, Vergilər Nazirliyi  bütün vergi və sosial ödənişlərin toplanmasını təmin edə bilər. Daha sonra müvafiq qurumlar onun xərclənməsini həyata keçirər. Bu halda fondun da fəaliyyətində şəffaflığı təmin etmək mümkündür. Əks halda, indiki vəziyyət davam edəcək. Hansı ki, bu vəziyyət toplanan vəsaitlərin gizlədilməsinə, işəgötürənlərlə gizli razılaşmalara gedilməsinə əlverişli imkanlar yaradır. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda qeyri-rəsmi məşğulluq çox yüksək səviyyədədir, işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilələrin imzalanması, real əmək haqqının gizlədilməsi halları geniş yayılıb”.

    Ä°lgili resim

    A.Mehtiyev deyir ki, DSMF-nin fəaliyyəti ilə bağlı sistemli və detallı məlumatlar açıqlanmır: "Məlumatlar sistemsiz və qeyri-müntəzəm açıqlanır, detallı olmur. Fondun gəlir və xərclərinə dair illik məlumatlar çox ümumi, normal təhlillərin aparılmasına imkan verməyən formadadır. Belə şəraitdə qanunsuzluqların, mənimsəmələrin olması qeyri-adi görünmür”.

    Qeyd edək ki,  son aylarda mətbuatda Sosial Müdafiə Fondunun bir neçə şöbəsində Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlamalar aparıldığına dair məlumatlar da yer alıb.


    "Yeni Müsavat”


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 280


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    4 uşaq anası dəm qazından boğularaq ölüb Leyla Əliyeva beynəlxalq forumda - Fotolar Heydər Əliyev atası ilə Rusiya lideri Vladimir Putinin birgə fotosunu paylaşıb. Ucarda ev yanıb Tofiq Musayev növbəti döyüşünə hazırlaşır Avropada etirazlar səngimir: Hollandiyada da başlandı - FOTO Yaxın gələcəkdə məhv olması ehtimal olunan ölkələr - SİYAHI Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi Deputatdan etiraz: Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır Azərbaycanda bu kommunal xidmətin qiyməti 5 dəfə artırıla bilər Keçmiş deputatın oğluna cinayət işi açıldı - biznesini idarə edir... Samir Şərifovdan manat AÇIQLAMASI: "İndi bunu başqa cür yozurlarsa..." (VİDEO) Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu - FOTO Xırdalan sakinlərinin nəzərinə! Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR Şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı Deputat özəl telekanalların bağlanmasını təklif etdi Orduxanla bağlı cinayət işi açıldı - Axtarış elan olundu Nazirdən Fəxrəddin Manafovun teatrdan getmə xəbərinə reaksiya — Araşdırma aparılır + VİDEO Azərbaycan və Rusiya arasında müzakirə: Hərbi sənayedə... “Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi "Azərbaycanda heç bir devalvasiya gözlənilmir" — Deputatdan Samir Şərifovun fikirlərinə REAKSİYA Nazirdən Fəxrəddin Manafovla bağlı ciddi - Tapşırıq Natiq Məmmədov Aparat rəhbəri təyin olunacaq Bakıda şirkət əməkdaşına silahlı hücum edildi “Nar”-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər Ermənistanın hərbi təyyarəsi yoxa çıxdı – Təcili Bakıda havanı çirkləndirən şəxs 2500 manat cərimələndi Politoloq: “Gürcüstandakı mitinqlərdən inqilab qoxusu gəlmir” Bakıda binanın eyvanı uçdu - FOTO Kələmin qızıldan qiymətli faydaları... Ucarda iki maşın toqquşdu, biri yandı Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…” Türkmənistandan Xəzərin statusu ilə bağlı – Qərar Sadəcə pıçıldayıram: ayıb olsun! - Amaşov “Nar”“BakuTel-2018” sərgisində iştirak edəcək Zakir Qaralovdan YENİ TƏYİNAT Bakıda yerüstü metro tikiləcək Bakı metrosundan qızların davasına MÜNASİBƏT (VİDEO-YENİLƏNİB) Geomaqnit qasırğası olacaq – Xəbərdarlıq Ziya Məmmədovun zavodunda bülletenə çıxan rəis işindən kənarlaşdırıldı - VİDEO Azərbaycanlı tələbənin Qarabağ sualına Sərkisyanın cavabı “Nar”-daneşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək “Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı Azərbaycanda vəzifəli şəxs həbs olundu Bərdədə 140 nəfərin baltalı davası: qıza görə... - Təfərrüat Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı - VİDEO Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib "Təhsil sahəsində neqativ hallar var" - Əli Əhmədov “Əgər Paşinyan münaqişənin həllində maraqlı olsaydı...” - XİN-dən AÇIQLAMA Elmar Vəliyevin oğluna yüksək VƏZİFƏ VERİLDİ Milli Məclisin deputatları İrəvana getdilər Azərbaycanda TV və radio yayımı dayandırılacaq Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ - Əməliyyat edilən xəstə iflic oldu Bakıda yaşayış evi partladı: iki nəfər… Tanınmış təhsil eksperti vəfat etdi Talıbov Gömrük sədrini vəzifədən azad etdi - Fərman AMEA-nın müxbir üzvü vəfat etdi Bakıda DƏHŞƏT: Qayın yeznəsini 7 yerindən bıçaqladı Paşinyan Belarusdan imtina etdi - Qalmaqal “Nar”-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti Şabranda ikimərtəbəli ev yandı Azərbaycanda polis kapitanı balta ilə vuruldu İcma əsaslı social reabilitasiya mərkəzi Samux rayonunda sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərir. Sürücülüyü öyrənmək istəyirsinizsə, peşəkara müraciət edin-MÜSAHİBƏ Şahin Tatlısəsdən növbəti ifa: "Yaralı kalbim..." Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək - ÖZƏL Azərbaycanda bu xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında... - Video “Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu BDU-nun tələbəsi itkin düşüb - FOTO Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? - XİN-dən AÇIQLAMA 27 yaşlı gənc itkin düşüb-Foto “Nar-ın sərfəli internet qiymətlərimüştəriloyallığıindeksiniartırır “Azərbaycan-Türkiyə” Dil və Mədəni Əlaqələri Beynəlxalq Simpoziumu başladı-Fotolar Lənkəranda çaqqallar kəndə hücum etdi: 4 nəfər... – Foto Nazir bu gənclərin taleyindən danışdı Sabah güclü külək əsəcək, QAR YAĞACAQ - XƏBƏRDARLIQ “Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal xanımlar ilə Qarabağdan danışıb Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO Pensiyalarla bağlı yeniliklərin detalları açıqlandı - VİDEO 160 saylı avtobusun başı bəlada: yenə toqquşdu - Video Fazil Məmmədov yenidən xəstəxanaya yerləşdirildi Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir Lakı asetonsuz necə təmizləmək olar? - Bu üsullar sağlamlığa ziyan vermir Lakı asetonsuz necə təmizləmək olar? - Bu üsullar sağlamlığa ziyan vermir Azərbaycanda DƏHŞƏT: Ana körpəsinin göbəyini qayçı ilə... Magistral su kəmərində qəza baş verdi - Bakının bu ərazisi... Nazir gəncləri nazirliyə işə çağırdı “Söz” müstəqil ədəbi-publisistik jurnalının 25 illiyi qeyd edilib “Gəncə hadisələrinə görə 5 nəfər məhv edilib” - Mədət Quliyev “Real”ın yeni baş məşqçisi təsdiqləndi “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi "9 NOYABR- DÖVLƏT BAYRAĞI GÜNÜ"NDƏ AZƏRBAYCAN BAYRAĞI POLŞADA YÜKSƏLDİ “Nar”-danADA Universitetinin Təqaüd Proqramına dəstək Q.Paşayeva MM-də 2019-cu il büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb Arzu Bağırova Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində mükafata layiq görülüb Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Gözdən Əlillər Cəmiyyətində tibbi aksiya və seminar keçirəcək. Gənclər bayrağımızın 100 illiyi münasibətilə maraqlı layihə hazırlayıb
    File engine/metagen.php not found.