Asiya Fakt İnformasiya Agentliyinin "Etibarlı Əllər" və "Sizi Tanıyaq" layihəsinin "1 iyun- Beynəlxalq uşaqlar günü"nə həsr edilmiş konsert tədbiri keçirildi.
Ayla şadlıq sarayının təşkilatı dəstəyi, Vüsalə Qələndərlinin aparıcılığı ilə baş tutan tədbirdə sənətçilər, iş adamları, jurnalistlər, müəllimlər, valideynlər və məktəblilər iştirak etdi.
Musiqili tədbirdə məktəblilər maraqlı şeir, səhnəcik, rəqs nömrələri ilə çıxış etdi. Sonda qonaqlar və məktəblilər diplomla təltif olundu, uşaqlara hədiyyələr verildi.
"Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın uşaqlar üçün təşkil etdiyi hədiyyələr(müxtəlif yaş qrupları üçün qış və yay geyimləri) onların sevincinə sevinc qatdı.
































