Keyfiyyətli məktəbli geyimlərini haradan alaq – BTE-dən reportaj

    Keyfiyyətli məktəbli geyimlərini haradan alaq – BTE-dən reportaj


    Etibar Əzimov: "Çində BTE-nin məktəbli geyimlərinin oxşarını tikdirib, kilo ilə alıb ölkəyə gətirirlər”

    Yeni dərs ilinin başlamasına cəmi iki həftə qalır. Artıq valideynlər məktəb ləvazimatlarının alış-verişinə start verilib. Bazarlığın əsas komponenti isə məktəbli geyimidir. Valideynlərin bu barədə marağını nəzərə alaraq yolumuzu Bakı Tikiş Evindən (BTE) saldıq.

    Müəssisə 1937-ci ildə "Volodarski” adına tikiş fabriki olaraq fəaliyyətə başlayıb. 1999-cu ildə özəlləşdirilərək "Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyəti olub. 1991-ci ildə əsgər və zabitləri müxtəlif çeşidlərdə geyimlərlə təmin edən müəssisə 2010-cu ildən bəri məktəbli geyimləri də tikir.

    Ziyarətimiz günün axşam saatlarına təsadüf etdiyindən BTE-də adam az idi. İki-üç alıcı vardı ki, onlar da ödəniş edib çıxdılar. Sakitliyi fürsət bilib BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimovla məktəbli geyimlərinin qiymətləri və keyfiyyəti haqda soruşuruq: "8 ildir ki, məktəbli geyimləri tikirik. Bundan əvvəl də ciddi hazırlıq prosesi keçmişik. 50-dən çox ölkənin məktəbli geyimi modellərini götürmüşük, onların əsasında Azərbaycan məktəbliləri üçün yeni modellər müəyyən etmişik. Valideyn-Müəllim Assosiasiyasının, məktəb direktorlarının, şagirdlərin, KİV-lərin iştirakı ilə 4 model - 1-6-cı siniflər üçün, aşağı siniflər üçün oğlan-qız və 7-11-ci siniflər üçün oğlan-qız geyimlərinin istehsalı bizə tövsiyə olunub. Məhsullarımız, istifadə etdiyimiz parçalar çox keyfiyyətlidir. Parçalarımız Avstriyanın müstəqil laboratoriyasında yoxlanılıb, uyğunluq və keyfiyyət sertifikatları var. Bu parçalar uşaqların bədəninə yararlıdır, heç bir mənfi təsiri yoxdur. Valideynlər bizə deyir ki, böyük uşağın paltarını sonra balaca qardaşı da geyinir. Bizim geyimlərin rəngi solmur, paltaryuyan maşında yun rejimində 40 dərəcə temperaturda yuyursan və ütüləyirsən, olur təptəzə. Parçalarımızı Türkiyənin ”Sabançı" fabrikindən alırıq".

    bakı tikiş evi Etibar Əzimov ile ilgili görsel sonucu

    Qiymətlər isə dəyişməz qalır. 1-6-cı siniflər üçün 26-44 ölçülü kostyumlar (oğlan/qız) 40 manat, 7-11-cı siniflər üçün 32-54 ölçülü kostyumlar (oğlan/qız) isə 46 manatdır. Müsahibim deyir ki, bir zamanlar məktəbli formalarını dəst halında satışlarmış: "Pencək az geyilir, şalvar çox. Ona görə də pencək təzə qalır, şalvar ona nisbətən daha tez dağılır. Valideynlər narazılıq edirdilər ki, bizə pencək lazım deyil, ancaq şalvar istəyirəm, yaxud ətək. Ona görə də biz bu dəst söhbətini yığışdırdıq. Hamısına ayrı-ayrılıqda qiymət yazdıq”.

    Artıq valideynlər övladları üçün məktəbli geyimləri tək-tək də ala bilərlər. 1-6-cı siniflər üçün 26-44 ölçülü şalvarlar və ətəklər - 15, köynəklər  8, pencəklər isə 25 manatdır. 7-11-cı siniflər üçün 32-54 ölçülü şalvarlar və ətəklər 18, köynəklər 8, pencəklər isə 26 manatdır. Jiletlərə gəlincə, bu, təsdiq olunmuş məktəbli forması deyil. Əvvəl BTE kooperasiya yolu ilə ayrı fabrikdən alırdı. Bu ildən etibarən isə almır. Jilet toxunma olduğundan tikiş fabriki ilə uyğun gəlmir. Satışda olanlar ötən ildən qalmadır.

    bakı tikiş evi Etibar Əzimov ile ilgili görsel sonucu

    Etibar Əzimov

     

    E.Əzimovun otağında içi saxta məktəbli geyimləri ilə dolub-daşan bir şkaf var. Deyir, işbazlar Çinin geridə qalmış Urumçi vilayətində zirzəmi şəraitində BTE-nin məktəbli geyimlərini oxşarını tikdirib, kilo ilə alırlar: "Bakıda üstündə BTE-nin etiketini yapışdırıb satırlar. Parçaları keyfiyyətsiz olur. Camaatın uşağını bədbəxt edirlər. O materialın min bir fəsadı var. Valideynlər də keyfiyyətə yox, kəmiyyətə üstünlük verir. Onlar bizdən ucuz satırlar. 5 manata görə keyfiyyətsiz mal alırlar. O geyim bir dəfə yuyulanda rəngi qızarır, tiftiklənir, pis günə düşür. Biz geyimlərimizə bir illik zəmanət veririk, amma uşaq iki il geyinir. Üçüncü il də geyinə bilər, əgər ölçüdən çıxmasa. BTE-nin etiketi olan məktəbli formaları 40 manatdan ucuz satılırsa, demək saxtadır”.

    Sonra şkafdan bir neçə nümunə çıxarıb göstərir. Bir dəstin ilgəkləri açılmayıb, o birisinin astarında Çin sözləri yazılıb, digəri xırda ölçü olsa da, üstündə təxminən 90 kiloqram çəkisi olan adamın ölçüsü (54) yazılıb və s. Hamısının da üstündə BTE-nin etiketi vurulub.

    BTE-nin satış üzrə rəsmisi şkafdan növbəti nümunəni götürür: "Baxın, astarında ”Uluxanlı" yazılıb, etiketində BTE. BTE bizim brendimizdir. Müəllif hüququ bizə məxsusdur. "Binə” Ticarət Mərkəzinə gedin, minlərlə BTE etiketi ilə saxta məktəbli geyimləri var"...

    Buradan paltar alan Sənubər xanımın üç övladı var. Bu il son beşiyi də məktəbli olacaq. Ötən ilki təcrübəsi, daha doğrusu təcrübəsizliyi ona dərs olub. Sitat: "Keçən il uşaqlara məktəbli geyimini Binədən almışdım. Bir-iki ay geyməmiş rəngləri axıb getdi, yuyulan kimi pencəyin ”ağzı-burnu" əyildi. Əslində etiketinə baxıb almışdım. BTE-nin mallarının keyfiyyətli olduğunu bilirdim, sadəcə səhv yerdən, saxta mal almışdım. Başqa valideynlərdən öyrəndim, dedilər, öz mağazaları var. Bu il buradan alacağıq".

    BTE-nə gəlmişkən, istehsal müəssisəsi olan BTF-nə də baş çəkirik. Fabrikin sex rəisi Məmmədhəsən Qasımov bildirir ki, əvvəlki illərə nisbətən bu il fabrikada tikişlərin sayı azalıb: "Əvvəlki illərdə 30-40 min tikiş olsa da, bu il 10 minə yaxın olub. getdikcə say azalır. Çünki bazara müxtəlif yollarla ucuz və keyfiyyətsiz məhsullar var. Bizim hüquqlarımız tapdalanır. Ayrı-ayrı işbazlar Çindən tikilmiş və yarım fabrikat məktəbli geyimləri gətirirlər. Onların da tərkibi bizimkilərdən qat-qat keyfiyyətsiz, qiyməti də nisbətən ucuz. Bu da alıcıların cibinə uyğun gəldiyi üçün alırlar. Amma 1-2 aydan sonra o geyimlərin rəngi qızarır, bozarır. O mallarla bağlı şikayətçilər də bizim üstümüzə gəlir. Biz onlara izah edə bilmirik ki, bu bizim mal deyil, saxtadır. Bizim geyimlər ancaq BTE-nin satış mərkəzlərində satılır”.

    Bakı Tikiş Evinin paytaxtın müxtəlif rayonlarında 10 satış mərkəzi var. Tikiş Evi məhsullarına bir il zəmanət verir. Məhsulların sertifikatı olduğundan keyfiyyətinə əmindirlər. Bazarda isə çoxlu sayda saxta geyimlər var. Saxta geyimlər əsasən Çindən gətirilir. Parçaları və tikişləri olduqca keyfiyyətsizdir. Bu səbəbdən də BTE valideynlərə tövsiyə edir ki, məktəbli forması alarkən düzgün seçim etsinlər, aldanmasınlar. Aldanmamağın da iki yolu var: Geyimləri BTE-nin satış mərkəzlərindən almaq. Yox, əgər başqa yerdən alırsınızsa, mütləq aldığınız məhsulun keyfiyyət sertifikatını tələb edin.

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 308


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Nar” gənclərə karyera qurmaqda dəstək olur Fazil Məmmədov ölümdən döndü 4 uşaq anası dəm qazından boğularaq ölüb Leyla Əliyeva beynəlxalq forumda - Fotolar Heydər Əliyev atası ilə Rusiya lideri Vladimir Putinin birgə fotosunu paylaşıb. Ucarda ev yanıb Tofiq Musayev növbəti döyüşünə hazırlaşır Avropada etirazlar səngimir: Hollandiyada da başlandı - FOTO Yaxın gələcəkdə məhv olması ehtimal olunan ölkələr - SİYAHI Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi Deputatdan etiraz: Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır Azərbaycanda bu kommunal xidmətin qiyməti 5 dəfə artırıla bilər Keçmiş deputatın oğluna cinayət işi açıldı - biznesini idarə edir... Samir Şərifovdan manat AÇIQLAMASI: "İndi bunu başqa cür yozurlarsa..." (VİDEO) Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu - FOTO Xırdalan sakinlərinin nəzərinə! Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR Şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı Deputat özəl telekanalların bağlanmasını təklif etdi Orduxanla bağlı cinayət işi açıldı - Axtarış elan olundu Nazirdən Fəxrəddin Manafovun teatrdan getmə xəbərinə reaksiya — Araşdırma aparılır + VİDEO Azərbaycan və Rusiya arasında müzakirə: Hərbi sənayedə... “Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi "Azərbaycanda heç bir devalvasiya gözlənilmir" — Deputatdan Samir Şərifovun fikirlərinə REAKSİYA Nazirdən Fəxrəddin Manafovla bağlı ciddi - Tapşırıq Natiq Məmmədov Aparat rəhbəri təyin olunacaq Bakıda şirkət əməkdaşına silahlı hücum edildi “Nar”-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər Ermənistanın hərbi təyyarəsi yoxa çıxdı – Təcili Bakıda havanı çirkləndirən şəxs 2500 manat cərimələndi Politoloq: “Gürcüstandakı mitinqlərdən inqilab qoxusu gəlmir” Bakıda binanın eyvanı uçdu - FOTO Kələmin qızıldan qiymətli faydaları... Ucarda iki maşın toqquşdu, biri yandı Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…” Türkmənistandan Xəzərin statusu ilə bağlı – Qərar Sadəcə pıçıldayıram: ayıb olsun! - Amaşov “Nar”“BakuTel-2018” sərgisində iştirak edəcək Zakir Qaralovdan YENİ TƏYİNAT Bakıda yerüstü metro tikiləcək Bakı metrosundan qızların davasına MÜNASİBƏT (VİDEO-YENİLƏNİB) Geomaqnit qasırğası olacaq – Xəbərdarlıq Ziya Məmmədovun zavodunda bülletenə çıxan rəis işindən kənarlaşdırıldı - VİDEO Azərbaycanlı tələbənin Qarabağ sualına Sərkisyanın cavabı “Nar”-daneşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək “Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı Azərbaycanda vəzifəli şəxs həbs olundu Bərdədə 140 nəfərin baltalı davası: qıza görə... - Təfərrüat Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı - VİDEO Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib "Təhsil sahəsində neqativ hallar var" - Əli Əhmədov “Əgər Paşinyan münaqişənin həllində maraqlı olsaydı...” - XİN-dən AÇIQLAMA Elmar Vəliyevin oğluna yüksək VƏZİFƏ VERİLDİ Milli Məclisin deputatları İrəvana getdilər Azərbaycanda TV və radio yayımı dayandırılacaq Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ - Əməliyyat edilən xəstə iflic oldu Bakıda yaşayış evi partladı: iki nəfər… Tanınmış təhsil eksperti vəfat etdi Talıbov Gömrük sədrini vəzifədən azad etdi - Fərman AMEA-nın müxbir üzvü vəfat etdi Bakıda DƏHŞƏT: Qayın yeznəsini 7 yerindən bıçaqladı Paşinyan Belarusdan imtina etdi - Qalmaqal “Nar”-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti Şabranda ikimərtəbəli ev yandı Azərbaycanda polis kapitanı balta ilə vuruldu İcma əsaslı social reabilitasiya mərkəzi Samux rayonunda sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərir. Sürücülüyü öyrənmək istəyirsinizsə, peşəkara müraciət edin-MÜSAHİBƏ Şahin Tatlısəsdən növbəti ifa: "Yaralı kalbim..." Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək - ÖZƏL Azərbaycanda bu xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında... - Video “Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu BDU-nun tələbəsi itkin düşüb - FOTO Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? - XİN-dən AÇIQLAMA 27 yaşlı gənc itkin düşüb-Foto “Nar-ın sərfəli internet qiymətlərimüştəriloyallığıindeksiniartırır “Azərbaycan-Türkiyə” Dil və Mədəni Əlaqələri Beynəlxalq Simpoziumu başladı-Fotolar Lənkəranda çaqqallar kəndə hücum etdi: 4 nəfər... – Foto Nazir bu gənclərin taleyindən danışdı Sabah güclü külək əsəcək, QAR YAĞACAQ - XƏBƏRDARLIQ “Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal xanımlar ilə Qarabağdan danışıb Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO Pensiyalarla bağlı yeniliklərin detalları açıqlandı - VİDEO 160 saylı avtobusun başı bəlada: yenə toqquşdu - Video Fazil Məmmədov yenidən xəstəxanaya yerləşdirildi Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir Lakı asetonsuz necə təmizləmək olar? - Bu üsullar sağlamlığa ziyan vermir Lakı asetonsuz necə təmizləmək olar? - Bu üsullar sağlamlığa ziyan vermir Azərbaycanda DƏHŞƏT: Ana körpəsinin göbəyini qayçı ilə... Magistral su kəmərində qəza baş verdi - Bakının bu ərazisi... Nazir gəncləri nazirliyə işə çağırdı “Söz” müstəqil ədəbi-publisistik jurnalının 25 illiyi qeyd edilib “Gəncə hadisələrinə görə 5 nəfər məhv edilib” - Mədət Quliyev “Real”ın yeni baş məşqçisi təsdiqləndi “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi "9 NOYABR- DÖVLƏT BAYRAĞI GÜNÜ"NDƏ AZƏRBAYCAN BAYRAĞI POLŞADA YÜKSƏLDİ “Nar”-danADA Universitetinin Təqaüd Proqramına dəstək Q.Paşayeva MM-də 2019-cu il büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb Arzu Bağırova Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində mükafata layiq görülüb
    File engine/metagen.php not found.