Nazirlər Kabineti Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddini təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədovimzalayıb.
Qərara əsasən Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi 126 vahid təsdiq edilib. Əqli Mülkiyyət Agentliyinə və Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.