Leyla Əliyeva “İmmolatio”nun premyerasında - Foto

    Leyla Əliyeva “İmmolatio”nun premyerasında - Foto


    Sentyabrın 29-da Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində şair Leyla Bəyim və kinorejissor Yefim Avramovun müəllifi olduğu "İmmolatio” ("Qurbanvermə") tamaşasının premyerası olub.

    Kult.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.

    Pyes eyni ildə doğulmuş, eyni vaxtda dünyanın müxtəlif nöqtələrində - Şərqdə və Qərbdə, Azərbaycanda və Çexiyada yaşamış iki böyük mütəfəkkirə həsr edilib. İmadəddin Nəsimi (1369-1417) və Yan Qus (1369-1415) oxşar baxışlara, ideyalara, doğma dilin qorunması və inkişafına bənzər münasibətlərə sahib olublar.

    Pyesdə Şərq və Qərb dünyasında mədəniyyətlərin və baxışların oxşarlığından bəhs olunur. Bu əsər imkan verir ki, tamaşaçı iki böyük mütəfəkkirin o dövrdə baş verən tarixi hadisələrə münasibəti ilə tanış olsun.

    Əsər keçmişimizdən, qan yaddaşımızdan bu günə qədər yaşadığımız böyük bir dövrü əhatə edir. Pyesdə belə bir ideya var ki, istər Nəsimi, istərsə də Yan Qus gələcək nəsillərə ərməğan qoyub gediblər. Böyük axtarışlardan sonra hər kəs tam əmin olur ki, bu iki mütəfəkkirin qoyub getdiyi ərməğan əqidələri uğrunda apardıqları mübarizədir. Öz xalqlarına olan sonsuz sevgi, məhəbbət, əqidə uğrunda mübarizə, heç nəyin qarşısında sınmamaq... Onlar bütün bu yüksək ali keyfiyyətləri özlərindən sonra gələnlərə örnək olaraq qoyub gediblər. Əsərin əsas qayəsi də insanın öz əqidəsi uğrunda mübarizə aparmağa, öz xalqını sevməyə çağırışdır.

    Nəsimi və Yan Qusa həsr olunmuş tamaşada sanki Şərq və Qərb arasında paralellər aparılır. Tamaşanın maraqlı tərəflərindən biri də odur ki, səhnə əsəri bütün binanı əhatə edir. Daha dəqiq desək, tamaşaçılar aktyorların ardınca bir otaqdan digərinə keçməklə ayrı-ayrı hekayələrin şahidi olurlar.

    Pyesin süjetinə görə, Praqa Universitetindən olan gənclər Nəsimi və Yan Qus yaradıcılığını araşdırırlar. Onlar hesab edirlər ki, Şərq və Qərb mədəniyyətinə aid olan bu iki dahi insan gələcək nəsillərə hansısa müraciət ünvanlayıblar. Pyesin əsasında da XV və XXI əsrləri birləşdirən bu müraciətin axtarışları dayanır.

    Azərbaycan və rus dillərində təqdim edilən dördpərdəli tamaşada paytaxtın müxtəlif aparıcı teatrlarının aktyorları rol alıb.

     

    Qərbdə və Şərqdə yaşayan iki dahi mütəfəkkir- Nəsimi ilə Yan Qusa həsr olunmuş səhnə əsəri maraqla qarşılanıb.

    Xatırladaq ki, pyes rus dilində şeir formasında yazılıb, Azərbaycan və ingilis dillərinə tərcümə edilib.

    Sonda tamaşanın yaradıcı heyəti ilə xatirə şəkli çəkdirən Leyla Əliyeva onlarla səmimi söhbət edib, premyeranın uğurlu keçməsi münasibətilə təbriklərini çatdırıb, kollektivin gələcək planları ilə maraqlanıb və onlara işlərində uğurlar arzulayıb.

    Tamaşa üzərində iki ildir iş apardıqlarını söyləyən quruluşçu rejissor, Azərbaycanın Xalq artisti Vaqif Əsədov bildirib ki, bu ideya təsadüfdən ortalığa atılsa da sonradan ciddi işə çevrildi.

    Sənətkar deyib ki, dahi mütəfəkkir və filosof Nəsimiyə həsr edilmiş festivalın təşkili təkcə ölkənin mədəni həyatı üçün yox, ümumilikdə bütün ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir. "Bu əsərdə, doğurdan da, Nəsimi ilə çex filosofu, mütəfəkkiri Yan Qusun talelərinin oxşarlığından və ideya, əqidə baxımından onların çox yaxın, doğma olduqlarından bəhs edilir. Sözsüz ki, bunu teatrlarda tamaşa kimi hazırlamağı da düşünürük. Əsərdəki hadisələr iki dövrdə baş verir - XV və XXI əsrlərdə. Biz burada ancaq XV əsrdə baş vermiş epizodlardan istifadə edirik", - deyə rejissor vurğulayıb.

    İmmersiv tamaşanın ideyasının ona məxsus olduğunu bildirən Mərkəzin direktoru Anna İbrahimbəyova deyib: "Bizim Mərkəzə bu tamaşanı səhnələşdirmək təklif olundu. Amma Mərkəz teatr deyil, onun tamaşa üçün xüsusi səhnəsi yoxdur. Ona görə də düşündüm ki, bu pyesin səhnələşdirilməsi zamanı Mərkəzin bütün binasından istifadə edilə bilər. Mən bu ideyanı təklif etdim, həm rejissor, həm də müəllif tərəfindən bəyənildi. Tamaşanın təqdimatı təkcə bir günlə məhdudlaşmır, növbəti günlərdə də tamaşaçılar, festivalın qonaqları bu səhnə əsərini izləyə biləcəklər. İnanırıq ki, bu səhnə əsəri çox seviləcək. Belə bir ideya da yaranıb ki, Mərkəzdə axşam tamaşalarının səhnələşdirilməsi həyata keçirilsin”.

    Belə maraqlı tamaşanın Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində təqdim edilməsini yüksək qiymətləndirən Leyla Bəyim deyib: "Maqsud İbrahimbəyov nəhəng dramaturq idi. Belə bir simvolik yerdə iki böyük mütəfəkkirə həsr olunan pyesin oynanılmasının enerjisi bir başqadır. Əsər üzərində işləyərkən öyrəndim ki, Nəsimi ilə Yan Qus oxşar taleli insanlardır. Onlar eyni ideyaların daşıyıcılarıdır. Bu dahilərin hətta ölümləri də eynilik təşkil edir. Bütün bunlar pyesdə dolğunluğu ilə əksini tapıb”.

    Qeyd edək ki, Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı sentyabrın 30-dək davam edəcək.

    • Facebook 
    •  
    •  
    •  

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 317


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sabah da 40 dərəcə isti olacaq Saatlıda narkotik yetişdirən qohumlar saxlanılıb “Nar”dan eşitmə məhdudiyyətli insanlara təlim Döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib “Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir Bakıda küçənin ortasında dava - “Beş bıçaq vurdu” + Video Pensiyalar yenə artacaq - Nazir tarixi açıqladı Şamaxıda 18 yaşlı qız xlor içib Azərbaycan neftinin qiyməti enib –0,86 dollar/barel Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub-Fotolar Nigeriyada silsilə partlayışlarda 17 nəfər ölüb Bakıda peyda olan sirli dondurma satanlar – Onlar haqqında hər şey niyə gizli tutulur? REPORTAJ Mehriban Əliyeva Elçibəyin xanımının yas mərasimi xərclərini öz üzərinə götürdü Bu gün Qurtuluş günüdür "Son zəng"i qeyd edən məzunlar qəzaya düşdü “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir həyata keçirəcək. İCTİMAİ KANALDA "YADİGARLAR"VERİLİŞİNİN 5 İLLİK YUBİLEYİ QEYD ETDİLƏR-Fotolar Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib Bakıda yanğın - 1 yaşlı körpə öldü “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR Bakı-Quba yolu dağılıb - “Səhvə yol verilib” + Video Ruslan Yusubov itkin düşdü - yanacaqdoldurma məntəqəsinin qarşısından “Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil Energetika Nazirliyində energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib Bakıda qadın küçənin ortasında bıçaqlandı - özünü tanımadığı həyətə salıb, can verdi 3 yaşlı Zəhra tapıldı-Foto+Video Yardımsevərlər fiziki məhdudiyyətli insanlar üçün möhtəşəm tədbir təşkil etdi-Fotolar Ucar rayonunda yoxsul ailələrə bayram sovqatı paylanıldı. "Darıxıram Sənsiz.."-Mehrim Məmmədovadan yeni bəstələr Şirvan sakinindən narkotik maddə götürülüb “Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək Q.Paşayeva gənc alimlərə çağırış səsləndirib Azərbaycanda Respublika Günüdür - Cümhuriyyətin 101 ili Leyla Əliyeva “Tarixin şah əsərləri” ilə tanış oldu - FOTO “Nar”“Youth Speak” Forumunda iştirak edib Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Qobustandan olan Aprel şəhidlərinin ailələri ilə görüş keçirilib Leyla Əliyeva cizgi filminin təqdimatında - Fotolar “Nar”aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatı keçirilib "28 May Respublika günü"-nə həsr olunmuş " Vətən" Kikboksinq klubunun açıq brinciliyi keçirilib. - FOTO MƏNASIZ SÖZ DAVASI BARƏDƏ SADƏ BİR MÜHAKİMƏ Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri Lənkəranda tibbi aksiya keçirəcək “Nar TV” istifadəçilərinin sayı 117% artıb "Qızlar oğlanlara nisbətən daha məntiqlidir!-Müsahibə 17 mayda gözlənilən hava şəraiti Gəncədə 15 yaşlı oğlanı maşın vurdu "Sizi Tanıyaq" layihəsinin 1 illik hesabat konsert tədbiri keçirildi-Video “Nar”“Facebook”səhifəsinə daxil olmuş müraciətləri 100% cavablandırıb Millət vəkilinin dəstəyi ilə Tovuz Gənclər Evində möhtəşəm təqdimat Millət vəkili Q. Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib 15 mayda gözlənilən hava şəraiti Şəkəri yüksələn sürücünün avtomobili körpüdən aşdı 5-ci sinif şagirdi Ulu Öndərə şeir həsr etdi Millət vəkili Q.Paşayeva və Türkiyənin təsəvvüf araşdırmaçısı-yazar Camalnur Sarqut seminar verib Faşizm üzərində qələbənin 74-cü ili tamam olur Yaralılar Dəniz Vağzalına gətirildi: 3 nəfərin vəziyyəti ağırdır...(YENİLƏNİB -1) QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsinin icrasına başlayıb 3 vacib sənəd itib-Elan “Nar”dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinədən keçirilib Almaniyada şirlər heyvanat parkının işçisinə hücum edib Sürücülərin NƏZƏRİNƏ: Bu yollar bağlanır Rusiyada Leyla Əliyevanın təşəbbüsü ilə marafon keçirildi Həbsxana rəisi işdən çıxarıldı Millət vəkili Q.Paşayeva “Döyüşə qızlar gedir” filmin təqdimatında döyüşçü qadınlarımızı gənclərin daha yaxından tanıması üçün KİV-lərə çağırış edib “Maddi dünya uğur deyil, həyatda ən vacib olan...” - Leyla Əliyeva “Qarabağ” komandası 2018-2019-cu il mövsümünün qalibi olub- VIDEO+fOTO Millət vəkili Q.Paşayeva IV Buktreyler Festivalında çıxış edərək gənclər arasında mütaliənin gücləndirilməsi üçün qurumlara və ictimaiyyətə çağırış edib Ucarda 11 yaşlı oğlanı it dişləyib II qrup əlildən prezidentə: “Karvan”ın haqsızlığına susmayın” – Video ““Azəriqaz” insanlara problemlər yaradır” - Prezident Qazın yeni limiti belə hesablanacaq “100 yaşlı Tovuz futbolu” kitabının təqdimatı və Tovuz futbolunun 100 illiyi ilə bağlı tədbir keçirilib Kərəm Həsənov jurnalistin probleminin həlli üçün göstəriş verdi Manatın bugünkü məzənnəsi Limit ləğv edilməlidir -DEPUTAT DANIŞDI Prezident xanımı ilə “Formula 1” yarışlarını izləyir Əli Həsənov “feyk” məlumat yayanlardan yazdı - “Cəhdləri iflasa uğradı” “Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. Azərbaycanlı ana və qızı Moskvada birincilik qazandı-Video Deputat qaz limitinin ləğvinə qarşı çıxdı “Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada qanvermə aksiyası keçirilib Həbsxanadan kütləvi qaçış: silahlar ələ keçirildi Azərbaycanın yeni iqtisadi modeli hazırlanır - Əli Həsənov Leyla Əliyeva Elinaya şeir həsr etdi Bərdədə əməliyyat zamanı xəstənin qarnında yad cisim unuduldu - FOTO/VİDEO Elinanın ölümü haqda ŞOK: Qanını yuyub, direktorun otağına aparıblar (AUDİO) “Kim nə deyir desin, biz elə bizik” – “Acı həqiqət” serialı Əli Həsənov Prezidentin qələbə qazanmasının səbəbini AÇIQLADI Breyn Rinq” izlə, “Nar”-dan hədiyyə qazan! Qənirə Paşayeva: "Bizim ölkələr Avropa qitəsinin enerji təhlükəsizliyinə bundan başqa hansı töhfə verə bilərlər?" Zakir Qaralov Ucarda sakinlərlə görüşəcək Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə yayıldı – “Nəticələri ləğv olunacaq” Rusiya və Çin ABŞ-ı vurmağa hazırlaşır
    File engine/metagen.php not found.