Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək?

    Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək?


    İqtisadçı ekspertə görə, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır

    Ölkədə unun son bir neçə ayda davam edən tədricən bahalaşması prosesi  artıq çörək istehsalçılarını, o cümlədən əhalini narahat etməyə başlayıb. Belə ki, son aylarda 50 kiloqramlıq kisələrin qiymətində unun  növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb. Ötən ay isə 1 manat bahalaşma olub. İstehlakçılar isə bu səbəbdən çörəyin çəkisində müəyyən azalmaların olduğunu bildirirlər.

    Unun qiymətinin  artmasını "Yeni Müsavat”a danışan çörək istehsalçıları da təsdiqləyiblər.

    Təndir çörəyi satışı ilə məşğul olan kiçik sahibkar bir ay öncə  27 manata aldığı un kisəsini indi 28.50 manata aldığını bildirdi: "50 kiloqramlıq ”Mehriban" unu  27 manatdan 28.50 manata qalxdı, "Sarı Sünbül” ununun 50 kiloqramlıq kisəsi əvvəl 26 manat idi, sonra 26.50-yə qalxdı, indi də 27.50 manatdır. "Karmen” unu 25.40 manatdan 27 manata qalxdı. Öncəki aylarda 30-40 qəpiklik cüzi artım baş verirdisə, son bir ayda 1 manat bahalaşma oldu".

    "Yeni Müsavat”a açıqlama verən "Gilan Holdinq №1" çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov  da təsdiqlədi ki, unun qiymətində son aylar bahalaşma var: ”Bu da bizim işimizə birbaşa  təsir edir, unun qiyməti qalxırsa, çörəyin maya dəyəri də artır. Hələ ki çörəyin çəkisini azaltmamışıq. Hazırda ziyanla işləyirik. Unun qiymətinin tənzimlənməyini istəyirik. Son 6 ayda unun qiyməti orta hesabla 40 faizə qədər qalxıb. Əvvəllər kiloqramını 39 qəpiyə alırdıq, indi isə 53-55 qəpiyə qalxıb. Fikrimcə, səbəb xarici amillərlə bağlıdır. Biz unu, buğdanı xaricdən idxal edirik. Rusiyada məhsul az olub, qıtlıq olduğu üçün qiymətin qalxdığını düşünürük".

    Ramin Qədirov ile ilgili görsel sonucu

    Ekspertlər isə unun bahalaşmasına səbəb kimi dünya bazarında baş verən qiymət artımı göstərirlər. Çünki Azərbaycana ərzaq buğdası xaricdən idxal olunur. Unun qiyməti ilə bağlı market və mağazalarda apardığımız müşahidə zamanı bahalaşmanın şahidi olduq. Çəki ilə satılan unun qiymətində 4-5 qəpik, bəzi kağız bağlamalardakı unun qiymətində isə 10 qəpik civarında artım var.

    İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, dünya bazarında taxılın qiymətində baş verən dəyişikliyə daxili bazarın reaksiyasıdır: "Bu daha çox informativ təsirlərdir. Ticarətlə məşğul olan insanlar hər fürsətdən məharətlə istifadə edirlər. Bundan öncə baş verən qiymət artımlarında da biz bunun şahidi olduq. Qiymət artımında hazırda əsas faktor manatın məzənnəsi ola bilərdi ki, o  da hələ ki sabitdir və yaxın zamanlarda dəyişəcəyi gözlənilmir”.

    Fikrət Yusifov ile ilgili görsel sonucu

    İqtisadçı onu da vurğuladı ki, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır: "Azərbaycanın taxılla bağlı əsas problemlərindən biri də budur ki, əlavə növ taxıl buğdasını xaricdən idxal edirik. Yüksək keyfiyyətli un üçün lazım olan taxılı istehsal edə bilmirik. Ona görə də bizim taxılın keyfiyyəti o səviyyədə deyil ki, bazarın tələbatı onunla ödənilsin. Gərək məhsulun əkininin strukturunda müəyyən dəyişikliklər edilsin. Mən bu mövzuda mütəxəssislərlə də söhbət eləmişəm. Yerli şəraitin də müəyyən təsirləri var. Ancaq bunu  təkcə şəraitlə bağlamaq düzgün deyil. İndi müasir texnologiyalar imkan verir ki, hətta şoran torpaqda belə istədiyiniz məhsulu əldə edəsiniz. Bu mərhələni adlamaq mümkündür. Hazırda bazarlarda satılan yüksək keyfiyyətli unun taxılı xaricdən gətirilir. Ona görə də buğda idxalı çox böyük rəqəmlərlə ifadə olunur. Əsasən Rusiya və Qazaxıstandan idxal olunur”.

    F.Yusifovun sözlərinə görə, dövlət başçısının aqrar sektorun inkişafı ilə bağlı çıxışlarında bu məsələ çox ciddi şəkildə qoyulub: "Kənd Təsərrüfatı Nazirliyinin qarşısında tələb qoyulub ki, taxıl balansında olan vəziyyəti düzəltmək üçün tədbirlər görülsün. Ancaq o proqramların reallaşması nə zaman baş verəcək, bunu  demək çətindir. Digər bir məsələ isə odur ki, çox ciddi investisiya tələb edən bu sahədə iş adamlarının vəsaiti sığortalanmır. Çünki aqrar sığorta məsələsi tam reallaşmayıb. Məsələyə kompleks yanaşmaq lazımdır. Bu işi görən sahibkar öz yatırımını sığortalamaq istəyir. Biz bu sahənin problemlərini həll edib idxaldan asılılığımızı azaltmaq istəyiriksə yüksək keyfiyyətli taxıl əkini üçün hər şəraiti yaratmalıyıq”.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında yer alan son statistik məlumata əsasən, ötən ilin 11 ayında  ölkəmizə 992 353.87  ton buğda idxal olunub və bunun üçün 187 milyon 540 min 920 min ABŞ dolları vəsait xərclənib. Bu rəqəmləri nəzərə alsaq, deyə bilərik ki, bir ton ərzaq buğdası 188 dollara, yəni təxminən 320 manata başa gəlir.

    Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, 2017-ci ilin 11 ayında  1 milyon 120 min 804.47 ton buğda idxal edilib və bunun üçün  200 milyon 631min 780 ABŞ dolları vəsait xərclənib.  Belə olan halda, buğdanın 1 tonu 179 dollara başa gəlib və bu da manat ifadəsində 304 manata bərabərdir. Buğdanın hər tonuna görə 16 manatlıq bahalaşma sonda unun qiymətində də öz əksini tapır.

    Artımın səbəbi ötən il dünyada taxıl istehsalının aşağı düşməsidir. Belə ki, Beynəlxalq Taxıl Şurasının məlumatına görə, ötən il avqustun 2-dək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Ötən ilin eyni dövründə istehsal 758 milyon ton idi.  Əsas taxıl ixracatçılarından olan Rusiyada da taxıl istehsalında geriləmənin olduğu bildirilir. Bütün bunlar həm birbaşa, həm də informativ olaraq unun qiymətinə təsir göstərir. Bunun çörəyin qiymətinə və ya çəkisinə necə təsir göstərəcəyini isə qarşıdakı dövrdə görə biləcəyik.



    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 136


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Bakıda xəstəxananın adında gülünc yanlışlıq - Foto Abşeronda 20 yanvar hadisələri 29 cu il dönümü qeyd olunub-Video Çilidə güclü zəlzələ olub — 6,8 bal Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin 20 Yanvar faciəsindən 29 il ötür İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək Q.Paşayeva MM-in Səhiyyə komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib Çarukyan deputatları təhdid etdi: Hər şeyi açıb-tökərəm! “Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır Nazir 2 rəisi işdən çıxartdı, 7 rəisin yerini dəyişdi – Rəsmi “Kitabların oxunması məcburiləşdirilməlidir” - Əflatun Amaşov ŞİRVANDA OĞURLUQ EDƏN ŞƏXSLƏR SAXLANILIB “Nar” paytaxtda yeni rəsmi mağazasını təqdim etdi “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır İctimai kanalın prodüsseri Türkiyədə xəstəxanadadır-Foto "Heç bir informasiyanı rəsmi mənbəyə istinad olmadan ortaya çıxarmıram"-Ekspertdən direktora cavab! Leyla Əliyevanın məşhur şeiri hamını kövrəltdi - VİDEO Qubada ağır qəza: ölənlərin sayı artdı Vergilər Nazirliyi SOCAR-ı niyə yoxlayır? - Rəsmən aydınlıq gətirildi Paşinyanı çətin günlər gözləyir - Rusiyadan müharibə xəbərdarlığı Dilqəm Əsgərovun oğlu bütün Azərbaycana SƏSLƏNDİ: "Atamdan xəbər yoxdu..." Suriyadan çəkilmə qərarı alan ABŞ-dan yeni açıqlama: Trampın qərarı qətidir! Güclü küləklə bağlı xəbərdarlıq - Bu axşamdan başlayır... Şəhriyar Məmmədyarov 50 min dollar qazandı Nazir 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tapşırıq verdi “Kimi işdən çıxarırsan, deyir, prezidentə məktub yazacaq” - Kamal Abdulla Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək? Bu tarixdən pensiyalar artacaq - Nazir açıqladı Millət vəkili Q.Paşayeva Afrikanın fəal qadınları ilə Qarabağdan danışıb Bakıda BASQIN: Ev almaq adı ilə müştəri kimi gəldilər və ... Çaylarda sululuq səviyyəsi dəyişib 294 min 480 suriyalı ölkəsinə qayıtdı Bu qidalar orqanizmi zəhərləyir - Dünya Səhiyyə Təşkilatından XƏBƏRDARLIQ İlin ilk Günəş tutulması baş verib Sərhəddə güclü zəlzələ olub - 7.2 bal Minlərlə insan hakimiyyətə qarşı etiraza qalxdı - Serbiyada Ucarda qazanxana yandı Yeni bahalaşma dalğası gəlir - Həyəcan təbili Azərbaycanlı aparıcı dünyasını dəyişdi: Xərçəngdən əziyyət çəkirdi “Nar”-ın dəstək olduğu “Breyn Rinq” bilik yarışının qalibi məlum oldu “Bayram ərəfəsində qiymətlərin qaldırılması tendensiyası illərdir ki, davam edir...” "Türk ordusu hücuma keçir, biz təcili çıxmalıyıq" -Polkovnik Ofisiant, bərbər və dərzilər sabit vergi ödəyəcəklər Dünya Yeni ili belə qarşıladı - FOTO Rusiyada yaşayış binasının bir hissəsi çökdü - 8 ölü+Video “Qəlbimizin səsinə qulaq asıb xeyirxah işlər görək” - Leyla Əliyeva+Foto Ziya Bünyadov Şeyxülislamın yazdığı kitaba hansı rəyi verib? Ucarda qəza: avtomobildən 1 nəfərin meyti çıxarılıb, şəxsiyyəti dəqiqləşdirilir Çaylarda sululuq səviyyəsi dəyişib Əsəd Qüvvələri Münbiçə girdiyini iddia etdi - Dünyanın gözü Suriyada Bankda qorxulu olay: müştərilər girov götürüldü 29 dekabrda gözlənilən hava şəraiti Manatın bugünkü MƏZƏNNƏSİ Bakıda 22 yaşlı qız itkin düşdü Həbsdə olan iş adamı azadlığa çıxdı: O, Vergilər Nazirliyinə 1 milyon manatlıq borcunu ödədi Prezident Böyük Şor gölünü bölən yolun açılışını etdi - Foto Zavodda güclü partlayış oldu - VIDEO “Port Baku”da yanğın olub Novruz Məmmədov nazirləri bir araya yığdı - Fotolar Mübariz Mənsimov yeni gəmisinə Rəsulzadənin adını verdi - FOTO Bakıda dəhşət: Qadın özünü tunelin üzərindən atmaq istədi - VİDEO Yəməndəki qətliamda Amerikanın barmaq izləri var Tramadol tamamilə qadağan olunur Bakı yeni il səyahətləri üçün MDB-nin ən yaxşı şəhərləri sırasında yer alıb Ziya Məmmədovun “keçid biznesi” fırıldağı Azərbaycan Turizm Şurası ləğv edilib KİVDF 112 jurnalisti mükafatlandırdı Mehmana cinayət işi açıldı - Həbsdə leytenantı yaralayıb Fədayə Laçına - HÖKM OXUNDU + YENİLƏNİB Türkiyə Paşinyanın təklifinə sərt cavab verdi Əbülfəs Qarayev özünə yeni köməkçi təyin etdi Qızı Ramiz Əzizbəyli haqqında acı həqiqəti etiraf etdi - "Narkozdan ayılmaya bilər" Özünüməşğulluq proqramına qoşulan kəndlilər aldadıllır? - Nazirlik ittihamlara CAVAB VERDİ “Nar”-dan Yeni il ilə əlaqədar xüsusi kampaniya! İlham Əliyev Polis Akademiyasının yeni tədris binasının açılışında iştirak etdi Novruz Məmmədov sahibkarlarla bağlı qərar imzaladı - 4 kateqoriyaya bölündülər Azərbaycanlı boksçu ermənini belə məğlub etdi – Video Ucar Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq-Şikayət Maşın aşdı, 5 nəfər xəsarət aldı İctimai Televiziyanın produsseri Minarə Əskərova təcili beyin əməliyatı olunmalıdır-FOTO İşdən qovulan müəllim birbaşa efirdə hansı faktları açdı - "Pul istəyir..." (VİDEO) Bakının mərkəzində tələbələr arasında QANLI OLAY: ÖLƏN VAR Lənkəranda AĞIR QƏZA: Ölən və yaralanan var Prezident İlham Əliyevin ad günüdür. “Vətənim Azərbaycan” İntellektual Oyunu layihəsinin seçim turuna Lənkərandan start verildi. Tanınmış azərbaycanlı aktyorun toyu oldu. Arzu Əliyeva “Miras”ın təqdimat mərasimində Ramil Usubovun 70 yaşı oldu - VİDEO Moskvada onlarla uçuş təxirə salınıb- Bu səbəbdən Azərbaycana qış gəldi - Böyük çillə başladı Neft UCUZLAŞIR Bu gün ölkədə ən uzun gecə müşahidə ediləcək Adi göz damcısının xərçəngi müalicə edə biləcəyi bəlli oldu... Peşə məktəblərində təhsil müddətləri dəyişdirildi Gəncədə avtomobil tələbələri vurdu - ADLAR “Nar” Azərbaycanda keçirilən boks üzrə yarışa dəstək oldu İşıqpulu borcu olanlara XƏBƏRDARLIQ: “Dekabrın 25-dən elektrik enerjisi dayandırılacaq” “JEK”lər mənzil pulu yığa bilməyəcəklər Azərbaycanda görünməmiş hadisə: vəhşi heyvanlar evə soxulub kişini parça-parça etdi DİQQƏT! Heyvan gəzdirən şəxslər cərimələnəcəklər — VİDEO
    File engine/metagen.php not found.