"Qızlar oğlanlara nisbətən daha məntiqlidir!-Müsahibə


    Qızlar oğlanlara nisbətən daha məntiqlidir.

     

    Uzun müddətdir ki, ətrafımda olan insanlarla, dost-tanışla məktəblərlə, liseylərlə, kurslarla bağlı sorğular aparıram. Kim uşağını hansı məktəbə qoyub? Niyə o məktəbi seçib? Rus yaxud azərbaycan bölməsində oxutdurur və s. Həqiqətən də çox fərqli cavablar almışam. Respublika ərazisində fəaliyyət göstərən məktəblərdəki təhsilin, proqramin kəskin fərqliliyi diqqətimdən yayınmayıb. Bu üzdən də qarşıma yaxşı müəllim, yaxşı təhsil ocagı çıxanda çalışıram onların da fikrini öyrənim. Bu dəfəki müsahibim "Kruqazor” kurslarının müəllimi Elnarə Əlizadədir.

    -Sizi tanıyaq Elnarə xanım

    -Mən Bakıda dögulmuşam, 2 saylı orta məktəbi bitirmişəm. Daha sonra 1992-ci ildə indiki Slavyan, o zamankı Pedaqoji İnstituta qəbul olunmuşam. Sonra institutdan belə bir tələb irəli sürülmüşdü ki, mütləq şəkildə işlədiyiniz yerdən arayış gətirməlisiniz. Və bu yer məktəb olmalıdır. Buna görə də mən Xırdalanda yerləşən 1 saylı məktəbdə işə düzəldim. 5,6,7-ci siniflrə dərs dedim. Sonra işə ara verməli oldum, çünki ailə qurdum, uşaqlar oldu. Uzun zaman sonra burda- Kruqazor kurslarında işə başladım.

    -Niyə məhz müəllim oldunuz?

    -Əslində mən həkim olmağı düşünürdüm. Baxmayaraq ki, birinci sinifdə oxuduğum zamanlarda müəllim olmaq istəmişdim. Lakin ailə, uşaqlar başımı elə qatdı, zamanım elə azaldı ki, təbii ki, hazırlaşıb Tibb Universitetinə qəbul ola bilmədim. Bizim ailədə müəllim olmayıb. Həkim olub, mühasib olub, digər sahələr olub, amma müəllim, bizim ailədə mən təkəm. Bir az təsadüf olsa da, bəzən mən düşünürəm ki, bu iş mənlikdir.

    -Siz rus bölməsində dərs dediyiniz üçün biz elə rus bölməsi haqqında söhbət edək. Mənə maraqlıdır, hazırkı ibtidai siniflərdə uşaqların bilik səviyyəsindən razısınız?

    -Baxır uşaq hansı məktəbdə oxuyur. Məsələn elə usaqlar var ki, 4-cü sinifi bitirməyinə baxmayaraq adi yazını çox pis oxuyur. Məsələn azərbaycan bölməsinin uşaqları kitabı yaxşı oxuyur, amma rus bölməsinə gedən uşaqların bir qismi üzündən oxumağı belə bacarmır. Uşaqlar sərbəst şəkildə verilən tapşırıqları eləyə bilmirlər. Ona görə yox ki, istəmirlər, bacarmırlar. Ona görə ki, onlar nə etməli olduqlarını bilmirlər. Çünki, bizdə məktəblərdə proqram çox qarışıqdır. Bir az ordan, bir az burdan. Uşaqlar başa düşmür ki, bu proqramı tərtib edənlərin uşaqlardan tələb etdiyi nədir. Əgər uşaq ancaq məktəbə gedib evə gəlirsə, əlavə hazırlıq kursunda, müəllim yanında tapşırıqlarını eləmirsə, onda o uşaqların səviyyəsi 5 ballıq sistemdə orta hesabla götürsək 3+ yaxud 4 olur.

    -Bu, həmin uşaqların intellekt səviyyəsinin aşağı olması ilə bağlı deyil məncə. Ola bilsin ki, rus dilində söz ehtiyatları zəif olduğu üçündür.

    -Bəli, məncə də. Bir də mən düşünürəm ki, ola bilsin ki, hazırkı rus bölmələrinin kitabları azərbaycan dilindən olan tərcmələrdir. Bu üzdən də ola bilər. Ancaq məncə problemin kökündə dayanan odur ki, uşaqları sərbəst işləməyə qoymurlar, sadəcə döğru cavabı tapmağını istəyirlər.

    -Sizcə niyə rus bölməsində uşaq oxutdurmaq dəbdədir?

    -Səbəblər fərqli ola bilər. Bir neçə il əvvəl valideynlər ingilis dilli məktəblərə üstünlük verirdilər. İndi Formula yarışları ilə əlaqəlidir yoxsa hansı səbəblədir bilmirəm. Hazırda rus bölməsinin bazası Sovet pedaqoqikasına söykənir. Dərsliklərin çoxu rus, ukrain, belarus pedaqoqikasına, təhsilinə söykənir. Deyə bilərəm ki, belarus təhsil sistemində ibtidai təhsil çox maraqlıdır,çox rəngarəngdir. Azərbaycan dilinə bu dərsliklərin tərcüməsi çox azdır. Ola bilsin bu üzdəndir ki, valideynlər də uşaqları üçün daha genişmiqyaslı, daha rəngarəng proqramı olan rus bölməsini seçirlər.

    -Rus və azərbaycan bölməsinin eyni yaşlı uşaqları arasında hansı düşüncə, savad fərqləri görünür?

    -Əgər eyni məktəbdirsə, heç bir fərq. Yox əgər biri məktəb, digəri liseydirsə, o zaman böyük fərqlər görünür. Çünki liseylərdə tamamlanmış proqram, əhatəli dərsliklərdir, məktəblərdə isə çox zaman konkret dərsliklərdir başqa heç bir vəsait. Qəribədir ki, əvvəlllər uşaqlar məktəblərə sevə-sevə gedərdilər, indi elə bil ki, məcburiyyətdən gedirlər, həvəssiz gedirlər. Çünki uşağa tapşırıq verilir ki, bunu elə. Amma onun daha əyləncəli, daha maraqlı, daha əhatəli həlli yolu başa salınmır. Uşaq da anlamır ki, nə etməlidir.

    -Məktəb və liseylərin proqramlarının bu qədər kəskin fərqli olmasınin qarşısını almaq olmazmı? Məsələn liseylərdəki rəngarəngliyi məktəblərə də daşımaq kimi.

    -Bu haqda bir söz deyə bilmərəm. Ancaq bir fakt var ki, liseylərdə həddindən artıq yarışlar, konkurslar, olimpiadalar, müxtəlif tədbirlər keçirilir. Bunlar da uşaqların həm dünyagörüşünü artırır, həm də intellekt səviyyəsini. Məktəblərdə isə barmaqla sayıla bilən standart tədbirlər keçirilir.

    -Belə bir imkanınız olsaydı nə kimi dəyişikliklər edərdiniz məktəb proqramlarına?

    -Ən əsası, istərdim ki, məktəblərdə Azərbaycan dili dərsi həftədə 2 dəfə deyil, hər gün tədris olunsun. Çünki, biz Azərbaycanda yaşayırıq. Və bu dili mükəmməl bilməliyik.

    -Sizcə ibtidai siniflərin dərs yükü cox deyil ki? Məsələn çoxları deyir ki, usaqların uşaqlığını əlindən alırıq.

    -Məncə xeyr. Çünki biz uşağa məntiqli sualı ona görə vermirik ki, ondan standart cavab alaq. Biz o sualı verəndə uşağın bu barədə nə bilib bilmədiyini aydınlaşdırırırq. Əgər uşaq məlumatlıdırsa, onda rahat bir şəkildə fikrini çatdıracaq. Biz onlardan böyüklərin verəcəyi cavabları gözləmirik. Öz anladığı şəkildə izahat gözləyirik. Bir də qeyd edim ki, qızlar oğlanlardan daha yaxşı hazırlıqlı və məntiqlidir.

    -Müəllim necə olmalıdır?

    -Hər bir uşaq fərqli xarakterlə doğulur. Təssüf ki, bəzən elə müəllimlər olur ki, uşaqları "sındırmağa” çalışırlar. Amma bu çox yanlışdır, hər uşağa individual yanaşmaq lazımdır. Məncə uşaqlar müəllimi həm sevməli həm də bir az çəkinməlidir. Müəllim uşagı sabaha hazırlamalı, onun içindəki istedadı üzə çıxarmalıdır. Vacib deyil ki, hamı ofis işçisi olsun, biri gözəl dərzi, digəri qabiliyyətli aşbaz, o biri saç ustası və s. Ola bilər. Sadəcə uşaq da bunu anlamalıdır ki, əsas olan pul qazanmaq deyil, özünü tapmaqdır. Bax, əsl müəllim usağa özünü tapmağa kömək etməlidir.

    -Işlədiyiniz müddətcə ən yaddaqalan uşaq kim olub?

    -Uşaqların demək olar ki, hamısı yadımdadır. Amma keçən il bura bir uşaq gəlmişdi. Ona kosmos haqqında sual düşmüşdü. Sizi inandırım ki, 5 yaşlı o uşaq elə cavablar verdi, elə izahatlar elədi ki, biz bütün müəllimlər təəccüblə onu dinlədik. Uşaq standart məlumatlar deyil də, tam geniş şəkildə informasiya verirdi. Bilinirdi ki, uşağın üzərində işlənilir. Bundan başqa da bir uşağımız da vardı- Rauf. Indi ikinci sinifdə oxuyur. Hazırlığa gəlirdi. Solaxay idi. Dərslərə yaxşı cavablar verirdi, tapşırığını edirdi. Elə ki, yoruldu, gəlib başını mənə söykəyər, qucaqlayar xumarlanardı. Bəlkə də bir doğmalıq hiss edirdi ya nədən idisə.. Bəzən də olur ki, uşaqlar gəlir, mənə müraciət forması "siz” olur. Bir neçə müddət keçəndən sonra isə uşaqlar qeyri ixtiyarı "sən” deyə müraciət etməyə başlayırlar. Məncə bu doğmalıqdan irəli gəlməyə başlayır. Uşaqlar müəllimi anası, böyük bacısı yerinə qoyur.

     

    -Elnarə xanım niyə məktəbəqədər hazirlıqda uşaqlara birinci sinifdə keçilməli olan proqram keçirilir? Oxumağı, hesablamağı, yazmağı bilən uşaq məktəbə gedib nə öyrənəcək?

    -Baxır uşaq hansı səviyyədə hazırlıq keçib. Məsələn sadə hazırlıqlarda yüngülvarı keçirilir. Hərf öyrədirlər, rəqəmləri öyrədirlər. Hesablamaq, oxumaq qalır məktəbə. Ancaq güclü hazırlıqlarda, adətən bu hazırlıqlar liseylərə olur, uşaqlar oxumağı öyrənir, hesablamağı öyrənir, rus bölməsidirsə Azərbaycan dilini, Azərbaycan bölməsidirsə, rus dilini öyrənir, ingilis dili öyrənir. Ancaq təbii ki, dərindən deyil də, bir az məlumatlı olur. Bizim kursumuza gələn uşaqlar verdiyimiz tapşırıqları eləməkdə çətinlik çəkmirlər. Onlar məsələnin mahiyyətini anlayırlar. Buna görə də mən düşünürəm ki, uşaqlarla düzgün işlənilsə, düzgün qrafiki olsa, verilən proqram onlar üçün cətin olmaz.

    -Hazırda işlədiyiniz Kruqozor kursu haqqında danışın bir az...

    -Biz 3 yaşdan beşinci sinifə qədər olan uşaqlarla məşğul oluruq. Kursumuzda dərsdən sonra uşaqların hazırlıqları ilə məşğul oluruq. Adətən dərslər 1.5-2 saatdan az olmur. Amma bu, yenə də uşağın neçənci sinifdə oxumasına bağlıdır.. Əgər dərslər çoxdursa, deməli daha çox məşğul olacağıq. Uşaqların dərs hazırlıqları, dil hazırlıqları, sınaq testləri həyata keçiririk. Bizim kursun məzunu olan uşaqların əksəriyyəti respublikanın ən öndəgedən məktəb və liseylərinə rahatlıqla qəbul olunublar. Kursumuzun müəllim pedaqoqları Aynur xanım, Gülbəniz xanım, Mənsurə xanımın və mənim siniflərində oxuyan uşaqlar müxtəlif bilik yarışlarının da qalibləridirlər. Bundan əlavə biz uşaqların burada keçən zamanını dolu-dolu etməyə çalşırıq. Məsələn motorika dediyimiz dərsimizdə uşaqlara əl işləri öyrədilir.hər bir fiquru, səkili onlar özləri rəngləyir, müxtəlif vasitələrlə tamamlayırlar. Bu da uşaqların fantaziyasını, intellektini inkişaf elətdirməyə kömək edir.

    -Elnarə xanım, validenlərə sözünüz nə olardı?

    -Əvvəla onu deyim ki, qadınlar ərlərini əllərində saxlasın deyə, ailə qurubsa uşaq da olmalıdır deyə uşaq dünyaya gətirməsinlər. Mən çox ürək agrısı ilə valideyn diqqətindən kənar qalmış uşaqlar görürəm. Istərdim ki, valideynlər vətəndaş yetişdirsinlər. Mən fikrimi məşhur bir alimin- Natalya Petrova Bextiyevanın sözü ilə bitirmək istəyirəm: "Anam mənim əlimdən tutub baletə aparırdı. Mən çox xoşbəxt idim baletə getdiyim üçün. Ancaq anam deyirdi. Nataşa, düzdür mən səni baletə aparıram, ancaq sənin məqsədin böyük alim olmaqdır. Və mən alim oldum”

    Yəni valideynlərdən çox şey asılıdır. Uşaq dünyaya gətirirsinizsə, onları sevin və onlara zaman ayırın.

    Vəfa Sərdar Səfərova
    İcxeberler.info
    "Qızlar oğlanlara nisbətən daha məntiqlidir!-Müsahibə
    "Qızlar oğlanlara nisbətən daha məntiqlidir!-Müsahibə
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 311


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sumqayıtda iki qrup arasında kütləvi DAVA Evi təmir etmək istədi, elektrik cərəyanı vurdu 98 yaşlı qadın yıxılaraq xəstəxanalıq oldu Türkiyədə 30 nəfər qidadan zəhərlənib Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır... BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT Gəncədə 75 yaşlı qadın hovuzda boğulub Putin İlham Əliyevi parada dəvət etdi Azərbaycanda 4 bal zəlzələ olub Bakıda ilk: Akrobatika üzrə dünya çempionatı keçiriləcək Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib Nazirlikdən "İşsizin DOSTU" proqramı ilə bağlı AÇIQLAMA ATƏT: XİN başçıları həmsədrlərin himayəsi altında yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib Bakıda “Range Rover” parka belə girdi - VİDEO ABŞ-dan Çinə qarşı sərt - Bəyanat “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş” Faciə!-Uşağı vurub qaçdı, başqası xəstəxanaya apararkən qəzaya düşdü - İkisi də öldü İsrail ordusu yanlışlıqla öz təyyarəsinə atəş açdı “İnanırdıq ki, Rəşad qayıdacaq” - Həyat yoldaşı+Foto Yer kürəsi boyda yeni planet tapıldı Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal təşkilatları, QHT və KİV rəhbərləri ilə Azərbaycan həqiqətlərindən danışıb Pilotumuz son mənzilə belə yola salındı - FOTOLAR Leyla Əliyeva müalicə olunan uşaqlarla görüşdü - Foto Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb Azərbaycanlı aktyor beyin insultu keçirdi Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib "Sizi Tanıyaq" layihəsinin Sezon Final çəkilişi baş tutdu-Video İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək Ürək xəstəliklərinin səbəbi bəlli oldu Daha bir ölkədə milyonlarla müsəlman üçün həbs düşərgələri qurulacaq- SOS!..-FOTOLAR “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi Şirvanda binanın eyvanı uçub, 1 nəfər xəsarət alıb - FOTO Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - YENİLƏNİB + FOTO\VİDEO Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə Daha bir sex bağlandı: təbii adı ilə quru süddən istifadə edirdilər - FOTO Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VİDEO Göyçay, Ucar və Zərdabda qaz olmayacaq Otel yandı – AZI 8 NƏFƏR ÖLDÜ… – FOTO 10 yaşlı uşaq ailəsinin gözü qabağında parçalandı - DƏHŞƏT VİDEO Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb. Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO “Bavariya” qalib gələ bilmədi Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır" “Nar”-ınsürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda! Manatın bugünkü məzənnəsi... Xətaidə 2 avtomobil toqquşub - yaralılar var Sevindik Nəsiboğlu-10 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır Leyla Əliyevanın təşəbbüsü ilə daha iki ictimai çimərlik yaradıldı - FOTOLAR “Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya düşdü - Video 4 yaşlı uşaq binadan yıxılıb, vəziyyəti ağırdı Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO Güləşçimiz erməniyə qalib gələrək medal qazandı Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi Ermənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydı İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ! İngiltərədə cütlük akvariumdan zəhərlənib 28 türkiyəli zəvvar vəfat edib Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alan var Erməni vandalları təbiətimizə böyük ziyan vurur - Video Nardaran çimərliyində bacı-qardaş və iki bacı batıb Bərdədə “Opel”lə VAZ toqquşdu: bir nəfər öldü Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib Paşinyanın Xankəndi ritorikası: regionu faciəyə sürükləmək riski Yataqxana binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB Güləşçimiz erməni dünya çempionunu məğlub etdi və... İsmayıllıda ağır qəza: ölən var Yenidən güclü külək əsəcək - Nazirlik İlham Əliyev Azərbaycan xalqını təbrik etdi Yaponiyada güclü zəlzələ: 6.2 bal 11 yaşlı şairin şeirləri mütəxəssis tərəfindən təhlil olundu Şəxsiyyət vəsiqəsi itib-Elan Bölgədə gərginliyin yeganə səbəbi işğalçı Ermənistandır - XİN-dən açıqlama Millət vəkili onları sərt etiraza çağırdı-Qarabağ, Xocalı soyqırımı... İdmançımız dünya çempionatının finalına yüksəldi İlham Əliyev sərəncam imzaladı Gürcüstan parlamentinin sədri Marneulidə azərbaycanlılarla görüşdü Göyçayda yük maşını qoyun sürüsünü vuraraq tələf edib - FOTO Millət vəkili çinli xanım fəallarla görüşdü - Foto Qənirə Paşayeva Kanadanın tanınmış təşkilat rəhbərləri ilə görüşdü - FOTOLAR 9 abituriyentin qiymətində dəyişiklik edildi İşçilərin sayını və maaşını gizlədənlərə - XƏBƏRDARLIQ Zakir Həsənov əməliyyatla bağlı təcili qərargaha getdi Polisdən XƏBƏRDARLIQ: Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı İki uşaq atası xalqımızdan kömək istəyir Habil Şınıxlının rəhbərliyi ilə incəsənətlə bağlı kurslar təşkil olunub “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib” Bir qrup tanınmış media nümayəndələri ilə görüş keçirilib. ABŞ-ın yeni silahı: İlk dəfə İrana qarşı tətbiq edildi
    File engine/metagen.php not found.