Bu,Kredo qəzetidir!Kredo-20.

    Bu,Kredo qəzetidir!Kredo-20.


    1999-cu ilin oktyabrın 12-si.Artıq Əli Rza Xələflinin yaradıcılığında yeni və ən parlaq dövr,jurnalistika dövrü başlayır. O,jurnalistikaya təzə başlamırdı,təzədən başlayırdı.Bu dəfə özü yaratmışdı qəzeti.Başqa redaksiyada işləmirdi.Fəxredici olan da budur.Kredonun yaradıcısı Əli Rza Xələfli artıq Kredonu bitirmək istəmirdi ilk sayını əlinə aldıqdan sonra.Çünki,Kredosuna çatmışdı və Kredosuna yaxşı başlamışdı.Əli Rza Xələflinin 1999-cu ilin oktyabr ayında 2 ad günü var idi.1 oktyabr və 12 oktyabr.1 oktyabr özünün,12 oktyabr Kredosunun,Amalının ad günü idi.Bəli,Kredo dünyaya gəlmişdi 1999-cu ildə,jurnalistika dünyasına.

    Bu,Kredo qəzetidir.Kredo dünyaya gələndə,Əli Rza Xələflinin ilk cümləsi bu olmuşdu.Sadə sözdür,həm də mürəkkəbdir.Kredo hər şeyi ifadə edir.Kredo qəzetidir bu qəzet. Bu sözdən sonra Kredo 20 illik əbədi və ədəbi yol keçdi.Yolda çətinliklər oldu,lakin,yorulmadı Kredo.Tək istəyi amalına çatmaq idi Kredonun.Yüksəklərə çıxması idi.Kredo Kredosuna sığa bilmir,enerjisi bir halda qalır,haldan-hala keçmir.Bu Kredo öz Kredosuna çatmaq üçün bəzən gündəlik qəzet olur.Gündəlik 16 səhifəlik.Bunun özü böyük enerjidən xəbər verir.Bəlkə də,Xudafərin qəzetində Əli Rza Xələfli bundan daha enerjili idi,ya deyildi,bilmirəm,lakin,fəxr hissi,qürur hissi ona qüvvət verirdi.Qüvvət elmdədir,o da ədəbi və əbədi yolun alimidir.Qüvvət ona enerji verir.Enerji ilham verir.İlhamı mələk vəhylə verir və dünyaya təzədən gəlir hər həftə,hər gün Kredo.

    Nəyə görə?.

    Çünki,bu Kredo qəzetidir.Bu qəzet tanınmalıdır,özü də tanıtmalıdır həm özünü,həm redaktorunu,həm yolunu,həm maarifçiliyi,ədəbiyyatı və jurnalistikanı.Bu qəzet tanınmaq istəyir və elə tanınıb da.Dediyim kimi,Kredo bütün günü çalışdı.

    Nəyə görə?.

    Çünki,Azərbaycan jurnalistikasını Azərbaycana tanıtmaq üçün.Kredonun var olduğunu hamının bilməsi üçün.

    Son zamanlar mən bəzi qəzetlər oxuyuram.İdmana aid,siyasətə aid,ədəbi yola aid,qarışıq xəbərlərə aid.Mağıl idman bir az oxunur.Siyasət bir az oxunur.Lakin,elə bil ədəbi yola maraq elə də çox deyil.Çoxu oxumur.Çoxu da yazmır.Çoxu yaza bilər,lakin,yaxşı yazmaq ayrı şeydir.Qarışıq xəbərlərin olduğu qəzetlər isə lap çox oxunur,çünki,orada kiminsə şəxsi həyatından bəhs edirlər.Bəyəm,Zərdabi camaatın şəxsi həyatına görəmi Əkinçi qəzetini min bir əziyyətlə çıxardı?.Əkinçidə maqazin vardımı?.Yox.

    Lakin,işin yaxşı tərəfinə baxın.İşin yaxşı tərəfi odur ki,Kredo bunlardan sınmır,incimir,oxunaqlı ədəbi mövzular seçir,yeni oxucu ordusu toplamağa çalışır və bacarır da.Kredo qəzetini bir sinifə(öz sinifimə)belə yaya bildimsə,nə xoş mənə.

    Düzdür,mən Kredo qəzetində yazıldığım və yazdığım sayların nüsxələrindən bir neçəsini 24 nəfərlik sinif yoldaşıma verdim.İndi 24 nəfərlik sinif yoldaşlarımın əlində Kredo qəzeti var.

    Kredo bəzən başqa xəbərlər də yayımlayıb.Yəni,təkcə,ədəbi yolla çalışmır Kredo.Kredonun 23 may 2000-ci il tarixli 30-cu sayının 7-ci səhifəsi bütün idman xəbərləridir.Məsələn,’’Şəmkirin uğuru təsadüfi deyil’’,’’Rolan Qarros turniri başlayır’’,’’Türkiyədə mövsüm bitdi’’,’’Qalatasaray mübahisəyə səbəb olub’’,’’Batistuta Romaya keçir’’,’’Dinamo dağılır,Torpedo isə çempiondur’’ kimi idman xəbərləri də yer almışdır.

    Kredo qəzetinin 11 may 2000-ci il tarixli 28-ci sayından 2002-ci ilə qədər Əli Rza Xələfli Hüseynbala Mirələmov ilə birlikdə 10 hissəlik Həqiqət publisistik məqalələri yer almışdır.Həqiqət publisistik məqalələri Ulu Öndərimiz Heydər Əliyevin haqqında yazılmışdır.Özü də hər sayda Kredo qəzetinin adı qırmızı hərflə yazılır,onun altında isə 1-ci Həqiqət publisistik məqalələri yer alır.

    Mən Əli Rza Xələfliyə yazdığım məqaləmdə Xələflinin Həkim Qəni ilə əlaqəsindən,ona yazdığı şeirdən də bəhs etmişdim.İndi ondan yenə bəhs edirəm.Həkim Qəni mövzusu bu qəzetdə də aydınlanıb.

    8 fevral 2000-ci il saylı nömrənin 4 və 5-ci səhifəsində şair haqqında böyük müsahibə yer alıb.Müsahib isə Əli Rza Xələfli idi.5-ci səhifədə bir şeir də verilib, onun bir bəndini yazıram:

    Mey deyil sən içdiyin şərbət,Qəni,peymanədən,

    Qövlü-bəhsi bir kəsin fərq etmədi əfsanədən,

    Umdu zahid Kəbədən məqsudu,rind xumxanədən,

    Ayrı  bilmişsən,Füzuli,məscidi meyxanədən,

    Səhv imiş ol kim,səni biz əhli-ürfan bilmişiz.

    Bu müsahibədə Həkim Qəninin əsl adının Hüseynov Qəni olduğunu öyrəndim.Həkim Qəni meyxanaçılıqdan əlavə,bir az tərcüməçilik də edib.O,Füzulinin qəzəllərini rus dilinə tərcümə edib.Dörd beyt verilib ki,bunu ruscaya tərcümə edən Həkim Qəni  olub.

    Azərbaycanca:

    Günəş lohi deyil göydə,şüa üstündə zərrin xətt,

    Fələk almış əlinə bir vərəq hüsnün kitabından.

    Rusca:

    To ne solntse,çto v zenite zolotisto sverkaet,

    Ta stranitsa kniqi lika tvoey,rok vozveşayet!

    Azərbaycanca:

    Süni-memarı yapan saətdə gördün məxzənin,

    Dudi-ahım çıxmağa açmış kəvakib rövzənin.

    Rusca:

    Te ne zvezdı,vsemoquşiy çem ukrasil nebosvod

    Dımu oqnenneqo sertsa moeqo sozdal otvod.

    Qeyd edim ki,Vahidin doktoru bu sayın dərc olunduğundan 8 il sonra,10 iyun 2008-ci ildə 90 yaşında vəfat edib.

    Kredo qəzetində bəzi musiqilər də yer almışdır.Musiqilərin əksərinin bəstəkarı Rəşid Şəfəqdir.

    Bilirsiniz,bu qəzetdə təkcə mənim şeir yazan uşaq olduğumu öyrənmədim və bunun da paxıllığını çəkmədim.Bəlkə də,o,indi 25-i haqlayıb,lakin,uşaq yaşında yazdığına görə bunu yazmalıyam.Binəqədi qəsəbəsi 179 saylı məktəbin 2-ci sinif şagirdi Arzu Əsədzadənin 10 noyabr 2001-ci il sayında 4 şeiri dərc olunub.Şeirlər qısa olsa damaraqlıdır.

    Mən hələ Kredonun ilk sayını təhlil etməyəcəyəm,çünki,bunu axırda yazmaq istəyirəm.Onu deyə bilərəm ki,adi günlərdən başqa 1 yanvara düşən saylar rəngli dərc olunur.

    Qəzetdə Rəhmətlik Ulu Öndərimiz Heydər Əliyevin Prezidentliyi vaxtı sərəncamları da dərc olunub.

    Əli Rza Xələflinin bir xasiyyəti var.Mən bu xasiyyəti yüksək dəyərləndirirəm.

    Kitab çap etmək istəyərkən onu əvvəlcə,hissə-hissə Kredoda dərc edir.Sonra isə məqalə olur kitab.Bunu elə Xələfli özü də yazıb.Özünün kitabı olan ‘’Söz və qan’’ın hissələrində və ön sözündə yazılıb ki,bu kitabın adı əslində ‘’Şairin əmisi oğlu’’olmalı imiş.Hissə-hissə bu adla Kredoda dərc olunan məqalələrin kitab olması qərarına gəlinəndə Xələfli onun adını dəyişdirir və ‘’Şairin əmisi oğlu’’ olur ‘’Söz və qan’’.

    Məni düşündürən "Aylanayın” sözünə bir də rast gəldim.1 yanvar 2000-ci ildə rəngli dərc olunmuş sayda şair Şahmar Əkbərzadənin böyük qırğız yazıçısı Çingiz Aytmatovun 70 illik yubileyindəki çıxışı da dərc olunub.Yəqin ki,Şahmar Əkbərzadənin Manas və Çingizistan barədə fikirləri elə bu çıxışdan doğub.Burada qırğız ədəbiyyatının Çingiz Aytmatovdan yox,Manasdan başladığı fikrini irəli sürüb.Bu doğulan fikirdən də Əli Rza Xələflinin "Bir bayatı çağırdım” kitabından bayatı doğulub:

    Sinəsi dağlı dağlar,

    Qarası bağlı dağlar,

    Şahmarı nakam getdi,

    Nəfəsi ahlı dağlar...

    Çıxışda bir gülüş oyandıran söz də var:Görünür,Dünya ədəbiyyatının qan dövranını təzələmək üçün bir zootexnikə ehtiyac var imiş,özü də qırğız zootexnikinə!

    Mənim bu çıxışdan seçdiyim sözlər bunlardır:Sənə Batır Manasın dilincə min-min ‘’Aylanayın’’düşür.Lakin,Batır Manasın qoruduğu  bu müqəddəs torpağı və səni yer üzündə Çingizcə tanıdan və şöhrətləndirən ikinci bir övladını tanımıram.Elə buna görə də doğma Qırğızıstanımıza Çingizistan deməyə mənəvi haqqımız var.

    Çıxış Şahmar Əkbərzadənin qırğızca şeiri ilə bitir:

    Jurektöşter bolsun bir jan,

    Munu aytat Azerbayjan!

    Aylanayın,Kırqızıstan,

    Aylanayın,Manasstan,

    Aylanayın,Çınqızıstan!

    Təhlükənin böyüyünün qapıda olduğunu kim bilsin...Bəşər Əsədin prezident olacağını yazan qəzetlərdən biri də Kredo idi.Əsədin nə edəcəyi bilinmirdi,lakin,təkcə referandumun onun xeyrinə olacağını bilinirdi.Və oldu da...Sayın dərc olunduğu vaxtdan,29 iyundan 18 gün sonra,17 iyul 2000-ci ildə Bəşər Əsəd Suriyanın prezidenti oldu və hələ də əzazilliyini etməkdədir.

    Çox maraqlıdır ki,Əli Rza Xələflinin "Bir bayatı çağırdım” kitabında Şahmar Əkbərzadəyə yazdığı bayatılar çap olunmazdan 13 il əvvəl,1 sentyabr 2000-ci ildə yazılıb və o da 1 yanvar 2001-ci ildə Kredoda, "Şahmara ağılar” adı ilə dərc edilib.Deməli,kitabın hissələrini dərc etmək ənənəsi elə bu saydan başlayıb.Mənə bir şey də maraqlıdır ki,nəyə görə ağı 13 il sonra çap edilib?

    Qəzetdə mənim marağımı çəkən məqalə "Anarın Azərbaycançılıq haqqında düşüncələri” məqaləsi oldu.Nəyə görə marağımı çəkdi? Çünki,bu məqaləni yazan məşhur yazıçı,filmləri ilə bütün postsovetdə tanınan yazıçı Anar idi.Anar da artıq Kredoçu olmuşdu.Bu da Kredonun hələ birinci ilindən daha da tanındığını göstərir.

    Məqalə 1999-cu ilin,milenniumun qurtaracağında-dekabrında yazılıb və Kredoda 11 may 2000-ci ildən 25 may 2000-ci ilə qədər dərc olunub.Məqalə ilk dəfə dərc olunarkən Anarın razılığı ilə şairə Bahar Bərdəlinin təqdim etdiyi də yazılmışdır.Məqalə oxunaqlı dildə yazılıb.Çoxdur,amma cəlbedicidir.

    Məqalədə xronologiya da var.ermənilərin Azərbaycançılıq adının məhv edilməsi üçün əlindən gələni etdiyinin xronologiyası.

    Yəni,uzun sözün qısası,məqalənin bir çox hissəsi ermənilərin təcavüzündən bəhs edir.

    Əli Rza Xələfli dediyim kimi,Kredo qəzetində özünün çoxlu şeirlərini dərc edib.Bəlkə də,kitabdan oxunan şeir və ya yazılar elə ən birinci Kredodan oxunub.15 iyun 2000-ci ildə dərc olunan bir sayın 4 və 5-ci səhifələri Əli Rza Xələflinin şeirləri "Poeziya yarpaqları” sərlövhəsi ilə  dolmuşdur.Həmin şeirlər 1999-2000-ci illərdə yazılıb.Bəlkə də,bu şeirlər işıq üzü görüb ya yox,onu bilirəm ki,Əli Rza Xələflinin kitabları Kredo sərhədindən keçdikdən sonra kitab olur.

    Şahmar Əkbərzadənin dünyadan köçməmişdən 7 ay əvvəl,18 yanvar 2000-ci ildə Kredoda onun dünya şöhrətli futbolçu Peleyə yazdığı şeir də dərc olunub.

    Düşdü krallıqdan,Peleliyindən,

    Ancaq sübut etdi-kim dana bilər,

    İnsan bir ömürdə ayağıyla da,

    Dünyada dahilik qazana bilər.

    Şeir isə 2000-ci ildə dərc edilməsinə baxmayaraq,1974-cü ildə Şahmar Əkbərzadə tərəfindən yazılıb.

    Artıq yavaş-yavaş eramızdan əvvəlin xətti ilə getməyə başlayıram.2000-ci ildən 2001-ci ilə getmək əvəzinə,artıq 1999-cu ilə yönəlirəm.Çünki,Kredonun ilk saylarını məqaləmin sonunda yazmağı vacib bildim.Lakin,elə bilməyin ki,Kredonun 1-ci sayından danışıb məqaləni bitirəcəm,hələ bir neçə material da var yazmalı.

    Mən Əzizə Cəfərzadənin Kredosundan da danışmaq istərdim.Kredonun ilk saylarında məqalələri dərc olunan əvəzsiz tarixçi yazarımız Əzizə Cəfərzadənin Kredosundan...

    Əzizə Cəfərzadə Kredodakı fəaliyyətinə Kredonun 3-cü sayından,2 noyabr 1999-cu ildən başlayıb.Bu məqalə deyil,müsahibədir.Sahib Çələbi Abdullayevin müsahib olduğu bir müsahibə.Müsahibə dərc olan zaman onu bir məktubla da dərc ediblər.Bu məktubu Əzizə Cəfərzadə Kredo qəzetinə yazıb.Hələ təzə dərc olunduğu zaman ona dəstək olan ilk şəxslərdən biri olub.

    ‘’Hörmətli redaksiya heyəti!Nəşrinə başladığınız ‘’Kredo’’ qəzetinin birinci nömrəsi təsadüfən əlimizə keçdi.Oxudum.Materiallarınız maraqlı,rəngarəngdir.Sizi təbrik edirəm,arzu edirəm ki,qəzetinizin ömrü uzun olsun,oxucu sarıdan,maddi imkanlar sarıdan korluq çəkməyəsiniz!Uğurlar diləyirəm!Əzizə Cəfərzadə,Bakı,22.10.1999.’’

    Əvəzsiz tarixçi-yazarımız Əzizə Cəfərzadə bəs niyə bu qəzeti oxuya bildi,niyə bu qəzeti bəyənə bildi?Çünki,bu qəzetdə estetik-etik dəyərlər var,mənəvi dəyərlər var,tariximiz var.Əzizə Cəfərzadə bunu hələ ilk saydan oxumuşdu.Deməli,Kredo həmişə uğurla başlayır saylarına.Elə bayaq adını çəkdiyim bu dəyərlərə görə.

    Hələ müsahibə bitmir,yaddaş karvanı bitmir,Kredonun 4-cü sayında,9 noyabr 1999-cu ildə davam edir,dərc edilir.Bu hissədə Əzizə Cəfərzadənin "Bacı bayatıları” adlı bayatıları da verilib.

    Əzizim adı qardaş,

    Ağzımın dadı qardaş,

    Məndən üz çevirsən də,

    Tutmaram yadı qardaş.

                                                      Əzizə Cəfərzadə,Bakı.oktyabr 1999.

    Belədir ki,Əzizə Cəfərzadə özü üçün yazmırdı,gələcək üçün,maarif üçün yazırdı.Onun əməli yazdıqlarından ibarət deyildi.Məsələn,”Bakı-1501”-in müəllifinin evində Şah İsmayıl Xətainin portretinin olması buna sübut ola bilər.

    Qeyd edim ki, Əzizə Cəfərzadə ilə müsahibə 3 hissəlidir,müsahibə 1999-cu ilin oktyabr-noyabr aylarında,Bakı şəhərində Binəqədidə aparılmışdır.

    Əzizə Cəfərzadənin 1999-cu il fəaliyyəti bununla bitmir.1999-cu ilin sonunda,dəqiq desək,21 dekabr 1999-cu ildə dərc olunan 10-cu sayda onun "Allah Sənə bir də Qərənfil yazmağı nəsib etməsin” başlıqlı qısa təbrik yer almışdır.Bu təbrik dahi şairimiz Məmməd Aslanın 60 illik yubileyi münasibətilə dərc olunub.Təbrik 21 dekabr 1999-cu ildə yazılıb.

    Adətən,çox vaxt kitabların təqdimatı olur.Mən belə görüb eşitmişəm.Lakin,Kredo öz doğulmağını təqdimat mərasimi ilə qeyd etdi.Əslində,Kredo özü kitab deyilmi?.Elə qarşımda duran da Kredonun ilk 100 sayının kitablaşmış halıdır.

    Mən Əli Rza Xələflinin mənə verdiyi, rəhmətlik Abbas Hacıyevin Əli Rza Xələfliyə yazmış olduğu"Sənətin işığında” kitabında mən bir şəkil gördüm.Bu şəkil 1999-cu ilin oktyabrında,Kredonun təqdimatında çəkilmişdi.Mən bu şəkili gördükdən sonra Kredonun təqdimatı ilə maraqlandım.Qəzetin 2-ci ,26 oktyabr 1999-cu il tarixli sayında Yusif Dirilinin "Kredonun təqdimat mərasimi keçirilib” adlı məqaləsi dərc edilib.Şəkillərdən də görünür ki,hamının Kredoya marağı var.Məşhur və gözəl səsli xanəndəmiz Canəli Əkbərovun şəkili də gözümdən yayınmadı.Maraqlıdır ki,bu təqdimat gününə Canəli Əkbərovun ailə həyatının 40 illiyi də təsadüf etdi.Bəziləri mərasimə gələnlərdən yazır,Yusif Dirili isə həm gələnləri,həm də gəlməyənləri yazır.Mərasimi ətraflı təsvir edir Yusif Dirili.O,bu təqdimat mərasiminə "Doğuluş” adını verir.Orada bir sual var ki,Kredo elmə mövzu verəcək?Kredo özü elm yolu ilə gedir,özü də məktəbdir,yeni-yeni publisistlər yetişdirir.Kredo elmə mövzu verir,elmdən danışır,publisistikadan danışır,hətta ingilis və rus dillərində də yazır.

    Kredonun 2-ci sayı baş redaktor və qəzeti təsis edən Əli Rza Xələflinin sevinci ilə başlayır.”İlk sayın sevincini yaşadıq” başlıqlı yazını oxudum.Çox maraqlı idi, oxunaqlı dildə yazılmışdı.Kredo XXI əsrin gözlənildiyi və günlərin barmaq ilə sayıldığı bir vaxtda doğulmuşdu.Nağılda olmasa da,40-cı qapının,Qarabağ qapısının açılacağı anı ümidlə gözlənildiyi vaxtda.Qarabağ həsrətinə təskinlik yalnız belə ola bilərdi.Kredonun doğulmasıyla.

    O vaxt baş redaktor demişkən,çox az redaksiya heyəti var idi.Lakin,indi o qədər tanınmışlar var ki...Hətta,Əli Rza Xələfli mənə də redaksiya heyətinin üzvü olmaq təklifi etdi,Dünyada ilk dəfə.Mən də qəbul etdim,böyük şərəf bildim bu qəzetə üzv olmağı.

    Qəzetin ilk sayı çap olunan kimi bir qonaq gəldi.Bu qonaq Əli Rza Xələfliyə sadə dildə yazmasını xahiş etdi.

    Əli Rza Xələfli sadə yazsaydı,özü də bəsit şair olardı.Bir önəmli hadisə olsaydı,onu kim sadə dildə,3-5 cümlə ilə yazardı?Əli Rza Xələfli üçün hər şey önəmlidir.Məqalənin və ya şeirin təsir gücü artmalıdır ki,hamının yadında qalsın.

    "İlk sayın təqdimat mərasimində çıxış edən ziyalıların qənaəti ilə bizim məqsədimiz üst-üstə düşdü.”
                                                               Əli Rza Xələfli,baş redaktor.

    Artıq məqalənin sonudur.Yəni,az qalıb.Mən 1-ci saydan danışmalıyam.Lakin,bundan qabaq bir suala cavab verəcəyəm:Mən bu materialları haradan tapdım?

    Bildiyiniz kimi,Kredoda ilk dəfə məqaləm çıxdıqdan sonra mən Azərbaycan nəşriyyatına,Kredonun ‘’evinə’’gəldim.Burada Əli Rza Xələflinin o qədər kitabı var idi ki...Kredonun o qədər sayları var idi ki...Mən qəzetin yeni sayını götürdüm və nömrəyə baxdım.950-ci-960-cı sayları idi.Mən gözlərimə inanmadım.Kredo 1000-ci sayına yaxınlaşırdı.Mən Əli Rza Xələflinin 950 saylıq və 43 kitablıq zəhmətini gördüm.Onun etdiklərini çoxları edə bilməzdi.Mən özümü Əli Rza Xələflinin yerinə qoydum.O vaxtdan Əli Rza Xələflinin zəhmətini daha yaxşı anladım.Mən bu qədər əziyyətə qatlaşa bilməzdim.Bu da xüsusi enerjidir.

    Aramızda belə bir dialoq oldu:

    "-Deməli,20 ildir Kredo dərc edilir.

    -Bəli,1000-ci sayımız yaxınlaşır.

    -Mən Kredonun 20 illiyinə geniş bir məqalə yazaram.

    -Yaxşı,yaz,biz də dərc edərik”.

    Əli Rza Xələfli həmin qəzetlərdən və öz kitablarından bir neçəsini mənə hədiyyə etdi.Mən fikirləşdim ki, "Karvan körpüdən keçir” kitabını oxuyacağam və onun haqqında da məqalə yazacağam.

    Mənim yay kitabxanamı Əli Rza Xələflinin qəzetləri və kitabları bəzədi.Avqust ayından sentyabrın 8-dək artıq Kredo haqqında yazmağa qərar verdim.Mən Əli  Rza Xələflinin Meyar kitabından istifadə edərək 1 səhifəlik bir məqalə yazdım.Məqalədə Meyar kitabındakı yazılardan istifadə olunmuşdu.Sonra bunların mənə bəs etmədiyini bildim və atamdan xahiş etdim.Dedim ki,Əli Rza müəllim Xələfliyə de ki,Sevindik Kredo haqqında yazır,ancaq məlumatlar ona bəs etmir.O,Kredo haqqında məqalənin yazılması üçün Kredonun ilk sayını istəyir.Əli Rza Xələfli 15 sentyabrda mənə Kredo qəzetinin ilk 100 sayını kitablaşdırılmış halda verdi.Mənə həmin saylar çox maraqlı idi.Mən Əli Rza Xələflinin etimadını daha yaxşı doğrultmaq haqda düşünürdüm. Bilirdim ki, Onun təkcə mənə yox,gələcəyə inamı var.

    Həmin günü mən heç vaxt unutmayacağam.Artıq Kredonun başlanğıcı haqqında çox məlumatım var.Lakin,1-ci say haqqında yazmayacağam.Bunu yazmağa ən çox baş redaktorun haqqı var.

    Sonda mənə də qəzetə və baş redaktora arzularımı diləmək düşür.Mən Əli Rza müəllim Xələfliyə başladığı bu çətin və şərəfli yolda uğurlar, sağlam can, bol enerji, Kredo qəzetinə isə 100 yaşını saysız nömrələrinin olmasını, oxucu kütləsinin isə sayının sonsuzluğa qədər çatmasını arzulayıram.

     

     

     Sevindik Nəsiboğlu.
       10.10.2019

     

     

     

     

    Xəbər lenti

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 310


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    İran meyitləri Ukraynaya təhvil verdi Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik Q.Paşayeva Tovuzun ən böyük kəndi olan Əyyublu kəndini gəzərək seçicilərlə görüşüb və onlara təkrar sizə etimad göstərəcəyik sözlərinə görə təşəkkürünü bildirib. “Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım”-Q.Paşayeva Toydan qayıdan ailə qəzaya düşdü - yaralılar var Xətai rayonunda yerləşən marketdə Ermənistan istehsalı olan şokoladlar satılır 6 yaşlı Sübhanın köməyinizə ehtiyacı var Zakir Həsənov: “Ordumuzda olan silahlar qələbəni təmin etməyə imkan verir” Nərminin qatili barəsində həbs qərarı verildi Hacıqabul sakinindən silah götürülüb Gecə həlak olan tələbələrin FOTOLARI MSK rəhmətə gedənlərin seçkiyə dəvətinə aydınlıq GƏTİRDİ ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!- İbrahim MƏSİMOĞLU yazır.... Xanhüseyn Kazımlının qızı namizəd oldu Şəhid hərbçimiz dəfn edildi - (Foto+Video) Azərbaycan əsgəri şəhid oldu Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürüldü - FOTO Od içində olan Avstraliyaya “göylərin hədiyyəsi” - VİDEO Yandırılan 10 yaşlı qızın atası danışdı: “Meyiti yerindən tərpətməmişik” AVTOMOBİLDƏN VƏ ÜZƏRİLƏRİNDƏN NARKOTİK VASİTƏ AŞKAR OLUNDU Ucar rayon sakininin adına sosial yardım yazılıb, özünün xəbəri yoxdur- İDDİA "Unibank" kartlarından vəsaitlər silinir: nə baş verir? Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı - Yandırılıb Üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman öldü Ərdoğan: "Türkiyə ordusunu Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi fəlakətlərin qarşısını almaqdır" Sabah hava necə olacaq? Şəmkir sakini Gəncədə bıçaqlandı Trampdan Tehrana xəbərdarlıq: “Biz ən güclüyük, iki trilyonluq silahlarla...” “Dəmir yolları”ndan təcili yardımla qatarın toqquşması haqda - Açıqlama “Ürəklər Gülsün” adlı xeyriyyə konserti keçirilib Başıbəlalı Babək prospekti: Bu dəfə də işıqforlar işləmir - VİDEO Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik - VİDEO 125 deputat yerinə 125 qeydə alınmış namizəd var - MSK sədri Elçin Quliyevlə Məhərrəm Əliyev Ermənistanla sərhəddə - Fotolar "Pepsi" Azərbaycanda cərimələndi Xəbərdarlıq: Uşaqlara öskürək dərmanı verməyin! - Video Yeddi yaşlı qızı belə oğurladılar – VİDEO Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO Səhv yuxu rejiminin zərərləri açıqlanıb Yağış, qar yağacaq, duman olacaq — GÜNÜN HAVA PROQNOZU Broyler toyuqlarını kimyəvi maddələrdən bu yolla təmizləyin Mehriban Əliyeva bayram şənliyində - Video+Fotolar Respublika Humanitar Fənlər Gimnaziyasında Həmrəylik Günü münasibəti ilə tədbir keçirildi-Fotolar Lerikdə nə baş verir ? -İlqam Cəbiyev yazır Mərkəzi Bankdan manatın bahalaşma ehtimalı haqqında AÇIQLAMA “Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi Sabah avtobuslar gecə 1-ə kimi işləyəcək Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi – FOTO Məzahir Pənahov seçicilərə müraciət etdi - Video "İraq mətbuat tarixi" kitabı ictimaiyyətə təqdim edildi Arıqlamaq üçün dərmanlar hansı fəsadlar törədir? Həbs edilən icra başçısı vəzifəsindən azad edildi - SərəncamHəbs edilən icra başçısı vəzifəsindən azad edildi - Sərəncam QULDARLIQ DÖVRÜNÜ YAŞAYAN LERİK SAKİNLƏRİ QAN AĞLAYIR ! Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib Leyla Əliyeva klinikada müalicə alan uşaqları ziyarət etdi — FOTO "Azərbaycan mətbəxində Dolmalar : 381 çeşid" kitabı ictimaiyyətə geniş təqdim edilib. Şəhid atası: Leyla Əliyeva millət vəkili seçilərsə çox uğurlu layihələrə imza atacağına əminəm "Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur, senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır!"-Qənirə Paşayeva Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin möhtəşəm bağlanış tədbiri keçirilib. “Sizi Tanıyaq” Layihəsinin bir qrup istedadlı gəncləri Fəzail Ağamalı ilə görüş keçirdi- Video Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı - Fotolar+Video Bu, Ermənistan siyasətimizə də təsir edəcək – AKP 14 dekabrda gözlənilən hava şəraiti Qubada məktəb yandı Qırmızı işıqdan keçən xanım sürücü qəza törətdi, 1 nəfər xəsarət aldı Baş infeksionistdən “donuz qripi” ilə bağlı xəbərdarlıq Mehriban Əliyeva “instagram”da Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib “Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" adlı maarifləndirici sosial çarxın təqdimatı keçriilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə respublikamızda 650 min ağac əkilməsi çox gözəl və xeyirxah təşəbbüsdür. Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib “Gəlib dedilər ki, bərpa ediləsi deyil, sökək” - Video Polis bu meyitin yaxınlarını axtarır - FOTO Ukrayna XİN başçısı: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət edildi - 99 səslə qəbul Bakı məktəbində şok: direktor və müəllimlər yoxa çıxdı Çarəsiz ana ölkə başçısına müraciət etdi: "Məmurlar məni dinləmir cənab Prezident!" Ərdoğandan Ermənistanla bağlı ABŞ-da mühüm açıqlama - Video Zaqatalalı gənc daşlardan möhtəşəm əl işləri hazırlayır - FOTO Qadınla kişi maşında yanaraq öldü - Fotolar Vilayət Eyvazov Pərvinlə videosu yayılan polisi işdən qovdu - Foto+Video Yeni Ombudsman Milli Məclisdə and içib BMT dünya liderlərini Madridə toplayır – Səbəb “Nar” tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur Albaniyada zəlzələ qurbanlarının sayı 40-a çatdı Bu şəxslər avtobusdan pulsuz istifadə edəcək - ŞAD XƏBƏR Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi şurasının hər il bizə ayırdığı qrandla çoxsaylı layihələr işləyirik. BDU-nun daha bir tələbəsi qəfil öldü Əgər tədbir görülməsə, Bakıda böyük dağıntılar olacaq – XƏBƏRDARLIQ – VİDEO Baş prokurorluq 15 yaşlı qızla bağlı MƏLUMAT YAYDI Nazir mərkəz direktorunu işdən çıxardı Başıbəlalı “uşaq pulu” məsələsi: hökumət “yox” dedi, parlament israr etdi... “Başladılar hesablamağa ki, bunun 70 yaşı var, getməlidir” “Balu” şirniyyat sexinə satış qadağan edildi Erməni səfir Kiyevdə belə biabır edildi “Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində! ““Uşaq pulu” xalqın tələbidir” – Vahid Əhmədov Vüqar Rəhimzadə: "AXC-Müsavat cütlüyünün xalqımızın və dövlətimizin başına gətirdiyi bəlalar unudulmamalıdır" Vilayət Eyvazov yeni rəis təyin etdi Mixail Qusman: Mehriban Əliyevanın Rusiyaya səfəri misli görünməmiş səfər idi Bakıdakı sürüşmə zonasından - FOTOREPORTAJ
    File engine/metagen.php not found.