Baş infeksionistdən “donuz qripi” ilə bağlı xəbərdarlıq

    Baş infeksionistdən “donuz qripi” ilə bağlı xəbərdarlıq


    Cəlal İsayev: "Qonşu ölkədə bu qrip varsa, bizə də gəlib çıxa bilər”

    Məlum olduğu kimi, bugünlərdə qonşu ölkə Gürcüstanda "donuz qripi” aşkarlanıb. Məlumata görə, Tiflisdə və Batumidə biri azyaşlı olmaqla, iki nəfər H1N1 virusuna yoluxub. İranda isə "donuz qripi” sentyabr ayından bu günə 81 nəfərin həyatına son qoyub.

    Təbii ki, Azərbaycanla sərhəd olan ölkələrdə öldürücü virusun yayılması ölkəmizdə də narahatlıqla qarşılanıb. Ekspertlər bildirir ki, yaxın sərhəd ölkələrində bu virusun mövcud olması ölkəmiz üçün də qaçılmaz ola bilər.

    Mövzu ilə bağlı Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev "Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, qonşu ölkədə bu qrip varsa, Azərbaycana da yayılma ehtimalı var: "Hər il soyuqların başlanması ilə bağlı virusların yayılması ehtimalı dəfələrlə yüksəlir. Eləcə də istər ”donuz qripi", istərsə də "quş qripi” kimi viruslar yayıla  bilir. Əgər qonşu sərhədlərdə bu cür qriplər varsa, bizim ölkəyə də gəlib çıxa bilər. Bundan qorunmağa gəldikdə isə bu, özümüzdən çox asılıdır. Həm özümüz, həm də ətrafımızdakıları qorumalıyıq. Məsələn, dəfələrlə şahidi oluruq ki, kimsə xəstələnəndə o vəziyyətdə işə gedir və sairə. Həmçinin xəstə uşaqlar məktəbə, bağçaya göndərilir. Bu zaman ətrafdakı insanların hamısı virusa yoluxur. Ona görə də həm özümüz, həm ətrafdakılar virusun yayılmaması üçün çalışmalıyıq. Heç kəsin sığortası yoxdur ki, İrana və yaxud Gürcüstana getsin, amma virusa yoluxmasın. Və yaxud qonşu ölkələrdən gələn vətəndaş bu virusu aramızda yaya bilər.

    Qrip var deyə insanlar Gürcüstan səfərindən qala bilməzlər. Amma əvvəlcədən həkimlə məsləhətləşmək, dərman preparatlarından istifadə etmək lazımdır. Bununla bağlı bir sirop var, onu suya qatıb, gün ərzində 5 dəfə buruna damcı ilə tökmək lazımdır. Bu müəyyən qədər insanı virusdan qoruya bilər. Əgər bu günə qədər qrip əleyhinə peyvənd vurulmayıbsa, bundan sonra vurulmasını məqsədəuyğun hesab etmirəm. Çünki bu peyvənd xəstəliyin yayılma mövsümündən 2-3 ay əvvəl vurulmalıdır ki, mövsümə qədər immunitet hazırlansın.

    Beləliklə, respublikamızda bu virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görməliyik, xəstə halda, müalicə almadan ictimaiyyətə çıxan insanlar bu cür virusa yoluxma və yoluxduqdan sonra da ağırlaşma ehtimalı çoxdur".

    Cəlal İsayev: ile ilgili görsel sonucu

    Baş infeksionist "donuz qripi”nin əlamətləri, təhlükəsi haqda da danışıb: "Qeyd edim ki, ”donuz qripi" adi qripdir və buna görə ajiotaj yaratmaq lazım deyil. Doğrudur, ümumiyyətlə, insanların qripdən ölmə ehtimalı var. Bütün qrip xəstəliklərinin ümumi bir əlamətləri olur. Belə ki, xəstəlik kəskin başlayır, üşütmə, temperatur artması müşahidə olunur. Bir-iki gündən sonra əlamətlər daha da kəskinləşir, iştahsızlıq, halsızlıq, sümük ağrıları baş verir. Qeyd edim ki, qrip insanı bir gündə yatağa sala bilir. Erkən dövrdə quru öskürəklə müşahidə oluna, daha sonra kəskinləşə bilir. Bu əlamətlər başqa xəstəliyin aktivləşməsi də ola bilər. Buna mütləq müayinədən sonra dəqiq diaqnoz vermək olar. Amma bütün qrip virusları ilə bağlı profilaktika, müalicə tədbirləri eyni istiqamətdə aparılır. Əgər qrip geniş, kütləvi hal alarsa, məktəblərin tətilə göndərilməsi zərurəti yaranır, dövlət ciddi tədbirlər görməyə başlayır. Qripi ağır keçirən əhali qrupu var, bunlar körpə uşaqlar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar, yaşlı insanlardır. Onlar xəstəliyi ağır keçirirlər, çünki immun sistemi digər insanlarla müqayisədə çox zəif olur. İmmuniteti kifayət qədər yüksək olan, qidalanmasına diqqət edən, düzgün həyat tərzi keçirən insanlarda bu virus təhlükə törətmir və vaxtında qarşısını almaq olur.

    Xəstəlikdən qorunmağın digər yollarından biri əhalinin çox sıx toplaşdığı ictimai yerlərdən uzaq olmaqdır. Təbii ki, insanların sıx olduğu yerdə mütləq ən azı bir nəfər xəstə olur.

    Bəzən xəstəxanaya müraciət olunur ki, "qripəm”. Təbii ki, bu qrip olmasa da, 200-dən çox yoluxucu virus var, insanlar mövsümlə əlaqədar olaraq bu viruslara yoluxa bilirlər. Bir daha qeyd edirəm ki, bunlardan qorunmaq üçün lüzum gəlmədikcə ictimai yerlərə gedilməsin. Hətta gedəsi olsaq belə özümüzdə virus varsa, xəstəyiksə mütləq maskalardan istifadə etməliyik.

    O cümlədən gigiyenik qaydalara əməl etməyimiz vacib şərtlərdən biridir. Mütləq gün ərzində bir neçə dəfə əllərimizi sabunla yumalıyıq.

    Zərərli  vərdişlərdən uzaq olmalıyıq ki, orqanizmimiz zəifləməsin. Məsələn, həddindən artıq alkoqol qəbul etmək, narkotiklərdən istifadə etmək, siqaret çəkmək və sairə. Bütün bunlar immuniteti zəiflədir. Həmçinin ərzaq əlavələri, o cümlədən energetik içkilər immun sistemini zəiflədir. Bütün bunlardan kənar olsaq orqanizmimizin immun sistemi güclü olar, xəstələnsək belə ağırlaşma ehtimalı az olar. Hələlik qriplə bağlı xəstəxanalara müraciət edənlərin sayı azdır. Amma artıq qış mövsümüdür və müraciət edənlərin sayında artım olacağı gözlənilir".

    Cəlal İsayev onu da vurğuladı ki, keyfiyyətli qidalanma viruslara qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir:

    "Aktiv vitaminlərlə zəngin olan meyvə-tərəvəzdən çox istifadə etməliyik. Təbii çaylardan istifadə etsinlər. Həmçinin  sarımsaq, soğan, zəncəfildən də çox istifadə olunmalıdır. Beləliklə, nə qədər meyvə və tərəvəzdən nə qədər çox istifadə edəriksə, vitamin bazamız bir o qədər çox olar və orqanizm də viruslara qarşı davamlı olar.

    Ümumiyyətlə, bütün xəstəliklərdən qorunmaq üçün müəyyən faktorlar var. Həmin faktorlar bunlardır - düzgün yuxu rejimimiz olmalıdır, oturaq həyat tərzindən uzaq olmalı, gün ərzində aktiv, fəal olmalıyıq, kompüter, televiziya qarşısında az zaman keçirməliyik, əsəb sistemimizi qorumalıyıq və qidamız kifayət qədər keyfiyyətli olmalıdır".


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 462


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım”-Q.Paşayeva Toydan qayıdan ailə qəzaya düşdü - yaralılar var Xətai rayonunda yerləşən marketdə Ermənistan istehsalı olan şokoladlar satılır 6 yaşlı Sübhanın köməyinizə ehtiyacı var Zakir Həsənov: “Ordumuzda olan silahlar qələbəni təmin etməyə imkan verir” Nərminin qatili barəsində həbs qərarı verildi Hacıqabul sakinindən silah götürülüb Gecə həlak olan tələbələrin FOTOLARI MSK rəhmətə gedənlərin seçkiyə dəvətinə aydınlıq GƏTİRDİ ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!- İbrahim MƏSİMOĞLU yazır.... Xanhüseyn Kazımlının qızı namizəd oldu Şəhid hərbçimiz dəfn edildi - (Foto+Video) Azərbaycan əsgəri şəhid oldu Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürüldü - FOTO Od içində olan Avstraliyaya “göylərin hədiyyəsi” - VİDEO Yandırılan 10 yaşlı qızın atası danışdı: “Meyiti yerindən tərpətməmişik” AVTOMOBİLDƏN VƏ ÜZƏRİLƏRİNDƏN NARKOTİK VASİTƏ AŞKAR OLUNDU Ucar rayon sakininin adına sosial yardım yazılıb, özünün xəbəri yoxdur- İDDİA "Unibank" kartlarından vəsaitlər silinir: nə baş verir? Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı - Yandırılıb Üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman öldü Ərdoğan: "Türkiyə ordusunu Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi fəlakətlərin qarşısını almaqdır" Sabah hava necə olacaq? Şəmkir sakini Gəncədə bıçaqlandı Trampdan Tehrana xəbərdarlıq: “Biz ən güclüyük, iki trilyonluq silahlarla...” “Dəmir yolları”ndan təcili yardımla qatarın toqquşması haqda - Açıqlama “Ürəklər Gülsün” adlı xeyriyyə konserti keçirilib Başıbəlalı Babək prospekti: Bu dəfə də işıqforlar işləmir - VİDEO Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik - VİDEO 125 deputat yerinə 125 qeydə alınmış namizəd var - MSK sədri Elçin Quliyevlə Məhərrəm Əliyev Ermənistanla sərhəddə - Fotolar "Pepsi" Azərbaycanda cərimələndi Xəbərdarlıq: Uşaqlara öskürək dərmanı verməyin! - Video Yeddi yaşlı qızı belə oğurladılar – VİDEO Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO Səhv yuxu rejiminin zərərləri açıqlanıb Yağış, qar yağacaq, duman olacaq — GÜNÜN HAVA PROQNOZU Broyler toyuqlarını kimyəvi maddələrdən bu yolla təmizləyin Mehriban Əliyeva bayram şənliyində - Video+Fotolar Respublika Humanitar Fənlər Gimnaziyasında Həmrəylik Günü münasibəti ilə tədbir keçirildi-Fotolar Lerikdə nə baş verir ? -İlqam Cəbiyev yazır Mərkəzi Bankdan manatın bahalaşma ehtimalı haqqında AÇIQLAMA “Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi Sabah avtobuslar gecə 1-ə kimi işləyəcək Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi – FOTO Məzahir Pənahov seçicilərə müraciət etdi - Video "İraq mətbuat tarixi" kitabı ictimaiyyətə təqdim edildi Arıqlamaq üçün dərmanlar hansı fəsadlar törədir? Həbs edilən icra başçısı vəzifəsindən azad edildi - SərəncamHəbs edilən icra başçısı vəzifəsindən azad edildi - Sərəncam QULDARLIQ DÖVRÜNÜ YAŞAYAN LERİK SAKİNLƏRİ QAN AĞLAYIR ! Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib Leyla Əliyeva klinikada müalicə alan uşaqları ziyarət etdi — FOTO "Azərbaycan mətbəxində Dolmalar : 381 çeşid" kitabı ictimaiyyətə geniş təqdim edilib. Şəhid atası: Leyla Əliyeva millət vəkili seçilərsə çox uğurlu layihələrə imza atacağına əminəm "Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur, senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır!"-Qənirə Paşayeva Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin möhtəşəm bağlanış tədbiri keçirilib. “Sizi Tanıyaq” Layihəsinin bir qrup istedadlı gəncləri Fəzail Ağamalı ilə görüş keçirdi- Video Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı - Fotolar+Video Bu, Ermənistan siyasətimizə də təsir edəcək – AKP 14 dekabrda gözlənilən hava şəraiti Qubada məktəb yandı Qırmızı işıqdan keçən xanım sürücü qəza törətdi, 1 nəfər xəsarət aldı Baş infeksionistdən “donuz qripi” ilə bağlı xəbərdarlıq Mehriban Əliyeva “instagram”da Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib “Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" adlı maarifləndirici sosial çarxın təqdimatı keçriilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə respublikamızda 650 min ağac əkilməsi çox gözəl və xeyirxah təşəbbüsdür. Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib “Gəlib dedilər ki, bərpa ediləsi deyil, sökək” - Video Polis bu meyitin yaxınlarını axtarır - FOTO Ukrayna XİN başçısı: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət edildi - 99 səslə qəbul Bakı məktəbində şok: direktor və müəllimlər yoxa çıxdı Çarəsiz ana ölkə başçısına müraciət etdi: "Məmurlar məni dinləmir cənab Prezident!" Ərdoğandan Ermənistanla bağlı ABŞ-da mühüm açıqlama - Video Zaqatalalı gənc daşlardan möhtəşəm əl işləri hazırlayır - FOTO Qadınla kişi maşında yanaraq öldü - Fotolar Vilayət Eyvazov Pərvinlə videosu yayılan polisi işdən qovdu - Foto+Video Yeni Ombudsman Milli Məclisdə and içib BMT dünya liderlərini Madridə toplayır – Səbəb “Nar” tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur Albaniyada zəlzələ qurbanlarının sayı 40-a çatdı Bu şəxslər avtobusdan pulsuz istifadə edəcək - ŞAD XƏBƏR Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi şurasının hər il bizə ayırdığı qrandla çoxsaylı layihələr işləyirik. BDU-nun daha bir tələbəsi qəfil öldü Əgər tədbir görülməsə, Bakıda böyük dağıntılar olacaq – XƏBƏRDARLIQ – VİDEO Baş prokurorluq 15 yaşlı qızla bağlı MƏLUMAT YAYDI Nazir mərkəz direktorunu işdən çıxardı Başıbəlalı “uşaq pulu” məsələsi: hökumət “yox” dedi, parlament israr etdi... “Başladılar hesablamağa ki, bunun 70 yaşı var, getməlidir” “Balu” şirniyyat sexinə satış qadağan edildi Erməni səfir Kiyevdə belə biabır edildi “Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində! ““Uşaq pulu” xalqın tələbidir” – Vahid Əhmədov Vüqar Rəhimzadə: "AXC-Müsavat cütlüyünün xalqımızın və dövlətimizin başına gətirdiyi bəlalar unudulmamalıdır" Vilayət Eyvazov yeni rəis təyin etdi Mixail Qusman: Mehriban Əliyevanın Rusiyaya səfəri misli görünməmiş səfər idi Bakıdakı sürüşmə zonasından - FOTOREPORTAJ Məhkəmə Rafael Cəbrayılovla bağlı qərar verdi - Evləri əlindən alındı Bakıda torpaq sürüşdü, maşın altında qaldı Mehriban Əliyeva Rusiya mediasına müsahibə verdi
    File engine/metagen.php not found.