Arıqlamaq üçün dərmanlar hansı fəsadlar törədir?

    Arıqlamaq üçün dərmanlar hansı fəsadlar törədir?


    Artıq çəkidən azad olmaq və həmişə formada qalmaq hər bir qadının arzusudur. İndi xanımlar arıqlamaq üçün müxtəlif üsullardan istifadə edir. İdmanla məşğul olmağa və pəhriz saxlamağa tənbəllik edən qadınlar isə daha asan üsullara əl atır. Bu, arıqlama dərmanlarıdır. Hər gün televiziya ekranlarında və müxtəlif lövhələrdə reklamları ilə rastlaşdığımız bu dərmanlar apteklərdə reseptsiz satılır. Əczaxanalarda satışda arıqlama vasitələri - müxtəlif adlarda bitki çayları, kofelər və həblər var.

    Gözəl görünmək xətrinə arıqlama həblərindən istifadə edənlərdə fəsadların yaranması və ya bu tip dərmanların onların ölümünə səbəb olacağı dəfələrlə mütəxəssislər tərəfindən bildirilib.
    Arıqlama dərmanları vasitəsilə çəki atmaq məsləhət deyil. Çünki, həmin dərmanların istifadəsi bir sıra fəsadlar törədə bilər: dərmanı qəbul edəndən sonra mədədə parçalanır və mərkəzi sinir sisteminə toxluq siqnalı gedir, amma əslində insan özü ac olur. Bu dərmanlar əsasən on beş gün, ya da bir ay qəbul edilir, həmin müddət ərzində adam özünü tox hiss edir, yemək yemir və arıqlayır, amma dərmanın qəbulu bitəndən sonra yenə aclıq hissi yaranır və insan yenə əvvəlki kimi yeyir, nəticədə kiçilmiş mədə yenidən böyüyür.
    Arıqlama dərmanları təyin olunmuş miqdardan artıq istifadə olunduqda insan səhhətində müəyyən problemlər yaradır: bu preparatlar sinir sistemində müəyyən pozuntular, mədə və bağırsaqda problemlər yarada bilər. Bu dərmanlardan istifadə qadınlarda ginekoloji xəstəliklərə, sonsuzluğa, hətta xərçəngə də səbəb ola bilər. Onlardan istifadə edənlər arasında daha çox sinir sistemi pozulmalarına və mədədə yara hallarına rast gəlinir.
    Dietoloqlar məsləhət edirlər ki, arıqlamaq üçün iradəni gücləndirmək, düzgün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmaq daha məsləhətlidir.
    Artıq kilolardan azad olmaq istəyən qadınlara bəzi tövsiyələr: orqanizmdə toxluq hissi yaratmaq üçün yeməkdən əvvəl ilıq su içmək məsləhətdir. Bu, mədədə toxluq hissi yaradır və insan az yeməyə meyllənir. Səhər yeməyindən imtina da yanlış fikirdir, səhər yeməyi çox vacibdir. Naharda da istənilən yeməyi qəbul etmək olar, amma axşamlar çalışmaq lazımdır ki, yemək az yeyilsin və daha çox meyvə, tərəvəzə üstünlük verilsin.
    Arıqlama dərmanlarının çoxunun təlimatlarında onların istifadəsi ilə bağlı məlumatlar yoxdur və yaxud qeyri-dəqiqliyə yol verilir. Bu cür dərmanları qəbul etmək təhlükəlidir. Həmin dərmanın mahiyyəti barədə heç bir ətraflı məlumat verilmir. Vətəndaşlar sadəcə reklamlara baxır, onların əsasında alıb istifadə edirlər. Nəticədə fəsadlar yaranır.
    Arıqlama üçün istifadə edilən dərmanlar öz təsir mexanizmləri ilə təsnif olunur. Onlardan bəziləri piylərin həddən artıq yanmasına, toxluq hissi yaratmağa, iştahın azalmasına xidmət edir. Bəziləri isə süni surətdə bədəndə katabolizmi gücləndirir, orqanizmdə maddələr mübadiləsini sürətləndirdiyindən, daha çox yağlar sərf olunur, qida maddələrinin sorulmasına təsir göstərir. Bu vasitələrin bəziləri isə oyandırıcı təsirə malikdir: bu dərmanlar orqanizmdə duz mübadiləsini pozur, uzun müddət ishal yaradır, bağırsaqdan sorulmanın qarşısını alır. Qidalanma düzgün olmadıqda orqanizmdə əvəz olunmayan amin və yağ turşusunun konsentrasiyası aşağı düşür. Bədəndə əvəz olunmayan amin turşuları, yağlar var ki, onlar qəbul edilməyəndə maddələr mübadiləsi pozulur. Bu zaman psixi təsirlər də baş verir və onların çoxu bərpa olunmur.
    Bədən çəkisinin 30 faiz itirilməsi hətta insanlarda bərpası mümkün olmayan psixiki dəyişikliklərlə müşahidə olunur: arıqlama zamanı orqanizmdə çox ciddi proseslər gedir. Orqanizm çəki itirdikcə, ilk olaraq depolaşmış piyləri sərf olunur. Bununla yanaşı, bədəndə zülal istehsalı azalır, amin turşuların, zülalların kənardan daxil olmaması zülal tərkibini azaldır və orqanizmdə distrofik proseslər baş verir, bu proseslərin çoxu geridönməz hal alır, nəticədə orqanizm çox ciddi bir duruma məruz qalır, sonradan bunları bərpa etmək çətinləşir. Bu proseslər nəticəsində bədəndə distrofik proseslər, daxili orqanların sallanması halları baş verir. Ona görə də bu kimi dərmanların özbaşına qəbul edilməsi yolverilməzdir. Nəzərə alsaq ki, bu gün apteklərdə arıqlama dərmanlarının təsir istiqamətləri müxtəlifdir. Bunlardan bəziləri bağırsaqdan sorulma prosesini qarşısını alır, ona görə də həmin insanlarda diareya yaranır, bu da maddələr mübadiləsinin düzgün getməməsi nəticəsində yaranır. Elə preparatlar var ki, onlar piylərin yanmasına kömək edirlər, lakin, bu preparatların özləri də nəzarət altında istifadə olunmalıdır. Ona görə də arıqlama prosesi həkim nəzarəti altında olmalıdır.
    Arıqlama dərmanı ya mədə-bağırsaq sistemini, ya da iştahı pozur. İştahı pozursa, deməli lazımlı qidalar orqanizmə daxil olmur. Daxil olmayandan sonra immunitet düşür, gərginlik yaradır. İshal olursa, bağırsaqların işi pozulur. Bağırsağın işi pozulur, bir müddət sonra öyrəşmə əmələ gəlir. Daha sonra həmin şəxs o dərmanı içməsə, bədən tələb edir. Arıqlama dərmanları ishal yaradır, amma içməyəndə qəbizlik olur. Bu da zamanla yoğun bağırsağın xərçənginə gətirib çıxara bilər. Yaxud da ishala görə qida bədənə sorulmadan xaric olunur. Mədənin, bağırsaqların işini, orqanizmin balansını pozur. Orqanizmə normal vitaminlər daxil olmayanda isə, başqa orqanların işi də pozulur.
    Bu dərmanların əks-təsiri - bu dərmanların iştahbağlama və bağırsaqişlədici kimi iki funksiyası var: əsas istifadə olunan fenilpropanolamin və kofein tərkibli preparatlardır ki, onlar da insanda hipertenziya yaradır, yəni qan təzyiqini yüksəldir. Kofein və efedrin tərkibli olanlar astma, allergik rinitlərdə istifadə olunur, bunların qəbulu isə asılılıq yaradır.

    Bütün arıqlama əleyhinə dərmanlar psixozlar, asılılıq, baş ağrıları, aritmiya (nəbzin qeyri-müntəzəmliyi), hətta ürək tutmalarına və infarkta da gətirib çıxara bilər. Qəbul olunan qidanın həzminə imkan verməyən və bağırsaqişlədici kimi istifadə olunan preparatlar isə bədəndə çox su itkisinə səbəb olur: bu dərmanlar hətta böyrək çatışmazlığı kimi ağır xəstəliklərə səbəb ola bilər. Bədənimizdə suyun itkisi elektrolit pozğunluğuna gətirib çıxarır. Bu dərmanlar insanlarda depressiya da yaradır.

    Ekspertlər qeyd edir ki, tez bir zamanda arıqlama istəyi insan orqanizmində ciddi fəsadlar törədə, hətta psixi dəyişikliklər yarada bilir: ümumiyyətlə, arıqlamaq üçün nəzərdə tutulan dərman preparatları hər an həkim nəzarəti altında tətbiq olunmalıdır. Bunları peşəkar həkim orqanizmin xüsusiyyətindən, kökəlmənin növündən, başqa yanaşı xəstəliklərin olmasından asılı olaraq təyin edir. Təəssüflər olsun ki, insanlar bir çox hallarda özləri dərman alıb istifadə edirlər. Doğrudur, xaricdə bu cür dərmanlar reseptlə buraxılır, az hallarda sərbəst şəkildə olur. Bizdə də isə hamısı sərbəst şəkildə satışa buraxılır. Bizdə bunun nəticələri ilə bağlı xeyli problemlər yaşanır, lakin onun statistikası verilmir. Nəzarət olmadan, məsləhətləşmədən tanınmayan dərmanı qəbul etmək tamamilə məqsədəuyğun deyil.

    Tətbiq edilən pəhrizlər də orqanizmdən asılı olaraq seçilməlidir: şəkərli diabet, xərçəng xəstəlikləri var ki, onların hamısı ona universal deyil. İlk növbədə pəhrizin əsas məqsədi orqanizmdə toplaşsan, əlavə yük yaradan maddələrin orqanizminə daxil olmasının qarşısını almaqdır. Yəni çalışılmalıdır ki, artıq kalorilər və həmin maddələr rasionda olmasın və yaxud müəyyən qədər olsun. İkinci bir məsələ, bəzən rasionda hansısa bir maddənin çatışmaması orqanizmi məcbur edir ki, onun bədənində depolaşmış piyləri həmin maddəyə çevirsin. Yəni, pəhrizlərin bir xüsusiyyəti passiv yolla depolaşan həmin maddələrin miqdarını azaltmaq, digər rolu isə orqanizmi prosesə qoşaraq onun bədənində olan piyləri təkrar istehsala, zülal və digər maddələrin istehsalı üçün xammala çevirməkdən ibarətdir ki, bu da arıqlama ilə müşahidə olunur. Ona görə də bunların hamısı həkim nəzarəti altında olmalıdır.

    Yazgül Abdıyeva- Tibb Üzrə Fəlsəfə Doktoru, 
    "Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri 
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 199


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    İran meyitləri Ukraynaya təhvil verdi Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik Q.Paşayeva Tovuzun ən böyük kəndi olan Əyyublu kəndini gəzərək seçicilərlə görüşüb və onlara təkrar sizə etimad göstərəcəyik sözlərinə görə təşəkkürünü bildirib. “Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım”-Q.Paşayeva Toydan qayıdan ailə qəzaya düşdü - yaralılar var Xətai rayonunda yerləşən marketdə Ermənistan istehsalı olan şokoladlar satılır 6 yaşlı Sübhanın köməyinizə ehtiyacı var Zakir Həsənov: “Ordumuzda olan silahlar qələbəni təmin etməyə imkan verir” Nərminin qatili barəsində həbs qərarı verildi Hacıqabul sakinindən silah götürülüb Gecə həlak olan tələbələrin FOTOLARI MSK rəhmətə gedənlərin seçkiyə dəvətinə aydınlıq GƏTİRDİ ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!- İbrahim MƏSİMOĞLU yazır.... Xanhüseyn Kazımlının qızı namizəd oldu Şəhid hərbçimiz dəfn edildi - (Foto+Video) Azərbaycan əsgəri şəhid oldu Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürüldü - FOTO Od içində olan Avstraliyaya “göylərin hədiyyəsi” - VİDEO Yandırılan 10 yaşlı qızın atası danışdı: “Meyiti yerindən tərpətməmişik” AVTOMOBİLDƏN VƏ ÜZƏRİLƏRİNDƏN NARKOTİK VASİTƏ AŞKAR OLUNDU Ucar rayon sakininin adına sosial yardım yazılıb, özünün xəbəri yoxdur- İDDİA "Unibank" kartlarından vəsaitlər silinir: nə baş verir? Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı - Yandırılıb Üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman öldü Ərdoğan: "Türkiyə ordusunu Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi fəlakətlərin qarşısını almaqdır" Sabah hava necə olacaq? Şəmkir sakini Gəncədə bıçaqlandı Trampdan Tehrana xəbərdarlıq: “Biz ən güclüyük, iki trilyonluq silahlarla...” “Dəmir yolları”ndan təcili yardımla qatarın toqquşması haqda - Açıqlama “Ürəklər Gülsün” adlı xeyriyyə konserti keçirilib Başıbəlalı Babək prospekti: Bu dəfə də işıqforlar işləmir - VİDEO Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik - VİDEO 125 deputat yerinə 125 qeydə alınmış namizəd var - MSK sədri Elçin Quliyevlə Məhərrəm Əliyev Ermənistanla sərhəddə - Fotolar "Pepsi" Azərbaycanda cərimələndi Xəbərdarlıq: Uşaqlara öskürək dərmanı verməyin! - Video Yeddi yaşlı qızı belə oğurladılar – VİDEO Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO Səhv yuxu rejiminin zərərləri açıqlanıb Yağış, qar yağacaq, duman olacaq — GÜNÜN HAVA PROQNOZU Broyler toyuqlarını kimyəvi maddələrdən bu yolla təmizləyin Mehriban Əliyeva bayram şənliyində - Video+Fotolar Respublika Humanitar Fənlər Gimnaziyasında Həmrəylik Günü münasibəti ilə tədbir keçirildi-Fotolar Lerikdə nə baş verir ? -İlqam Cəbiyev yazır Mərkəzi Bankdan manatın bahalaşma ehtimalı haqqında AÇIQLAMA “Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi Sabah avtobuslar gecə 1-ə kimi işləyəcək Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi – FOTO Məzahir Pənahov seçicilərə müraciət etdi - Video "İraq mətbuat tarixi" kitabı ictimaiyyətə təqdim edildi Arıqlamaq üçün dərmanlar hansı fəsadlar törədir? Həbs edilən icra başçısı vəzifəsindən azad edildi - SərəncamHəbs edilən icra başçısı vəzifəsindən azad edildi - Sərəncam QULDARLIQ DÖVRÜNÜ YAŞAYAN LERİK SAKİNLƏRİ QAN AĞLAYIR ! Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib Leyla Əliyeva klinikada müalicə alan uşaqları ziyarət etdi — FOTO "Azərbaycan mətbəxində Dolmalar : 381 çeşid" kitabı ictimaiyyətə geniş təqdim edilib. Şəhid atası: Leyla Əliyeva millət vəkili seçilərsə çox uğurlu layihələrə imza atacağına əminəm "Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur, senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır!"-Qənirə Paşayeva Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin möhtəşəm bağlanış tədbiri keçirilib. “Sizi Tanıyaq” Layihəsinin bir qrup istedadlı gəncləri Fəzail Ağamalı ilə görüş keçirdi- Video Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı - Fotolar+Video Bu, Ermənistan siyasətimizə də təsir edəcək – AKP 14 dekabrda gözlənilən hava şəraiti Qubada məktəb yandı Qırmızı işıqdan keçən xanım sürücü qəza törətdi, 1 nəfər xəsarət aldı Baş infeksionistdən “donuz qripi” ilə bağlı xəbərdarlıq Mehriban Əliyeva “instagram”da Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib “Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" adlı maarifləndirici sosial çarxın təqdimatı keçriilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə respublikamızda 650 min ağac əkilməsi çox gözəl və xeyirxah təşəbbüsdür. Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib “Gəlib dedilər ki, bərpa ediləsi deyil, sökək” - Video Polis bu meyitin yaxınlarını axtarır - FOTO Ukrayna XİN başçısı: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət edildi - 99 səslə qəbul Bakı məktəbində şok: direktor və müəllimlər yoxa çıxdı Çarəsiz ana ölkə başçısına müraciət etdi: "Məmurlar məni dinləmir cənab Prezident!" Ərdoğandan Ermənistanla bağlı ABŞ-da mühüm açıqlama - Video Zaqatalalı gənc daşlardan möhtəşəm əl işləri hazırlayır - FOTO Qadınla kişi maşında yanaraq öldü - Fotolar Vilayət Eyvazov Pərvinlə videosu yayılan polisi işdən qovdu - Foto+Video Yeni Ombudsman Milli Məclisdə and içib BMT dünya liderlərini Madridə toplayır – Səbəb “Nar” tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur Albaniyada zəlzələ qurbanlarının sayı 40-a çatdı Bu şəxslər avtobusdan pulsuz istifadə edəcək - ŞAD XƏBƏR Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi şurasının hər il bizə ayırdığı qrandla çoxsaylı layihələr işləyirik. BDU-nun daha bir tələbəsi qəfil öldü Əgər tədbir görülməsə, Bakıda böyük dağıntılar olacaq – XƏBƏRDARLIQ – VİDEO Baş prokurorluq 15 yaşlı qızla bağlı MƏLUMAT YAYDI Nazir mərkəz direktorunu işdən çıxardı Başıbəlalı “uşaq pulu” məsələsi: hökumət “yox” dedi, parlament israr etdi... “Başladılar hesablamağa ki, bunun 70 yaşı var, getməlidir” “Balu” şirniyyat sexinə satış qadağan edildi Erməni səfir Kiyevdə belə biabır edildi “Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində! ““Uşaq pulu” xalqın tələbidir” – Vahid Əhmədov Vüqar Rəhimzadə: "AXC-Müsavat cütlüyünün xalqımızın və dövlətimizin başına gətirdiyi bəlalar unudulmamalıdır" Vilayət Eyvazov yeni rəis təyin etdi Mixail Qusman: Mehriban Əliyevanın Rusiyaya səfəri misli görünməmiş səfər idi Bakıdakı sürüşmə zonasından - FOTOREPORTAJ
    File engine/metagen.php not found.