Körpə uşaqlar niyə gec danışır?

    Körpə uşaqlar niyə gec danışır?


    Uşağım niyə danışmır? Bu sualla bir çox valideynlər üz-üzə qalır. Xüsusilə erkən yaşlarda nitq inkişafının ləngiməsi narahatlığa səbəb olur. Bəs uşaqların gec dil açması nə ilə əlaqəlidir?
     
    Araşdırma zamanı məlum olur ki, burada bir neçə nüans var. İlk növbədə uşağın anadangəlmə fizioloji durumuna diqqət etmək lazımdır. Uzman pediatr Əli Quliyev bildirib ki, nitq geriliyi eşitmə qüsuru ilə bağlı ola bilər. Bunu müəyyən etmək üçün uşaq anadan olandan sonra xüsusi eşitmə testindən istifadə olunmalıdır. 2-ci ən çox yayılmış səbəb autizmdir. Pediatrın sözlərinə görə, əgər əvvəllər 70-80 insandan birində autizm var idisə, indi hər 7-8 nəfər bu halla üzləşir: "Danışığı gecikən uşaqlarda autizm önəmli səbəbdir. Adətən, şikayətlər bu şəkildə olur: uşaq danışmağa başlamışdı? lakin birdən danışmadı. Ətrafla ünsiyyət qurmayan, göz təmasından yayınan, hərəkətləri təkrarlayan uşaqlara diqqət etmək lazımdır. Bu uşaqlarla bağlı yekun qərarı uşaq psixiatrı verir. Əgər rəylər üst-üstə düşürsə, reabilitasiya kurslarına yönləndirilir”.
     
    Zob da nitq geriliyinə səbəb olan faktorlardan biridir. Üstəlik, zobu olan uşaqlar həm əqli, həm də danışıq baxımından geri qalırlar: "İnsan orqanizmində ən mühüm hormonlar insulin və zob hormonlarıdır.  Əgər zob zəif inkişaf edirsə, bütün orqanlar inkişafdan geri qalır. Bunun qarşısını almaq üçün uşaq anadan olan kimi topuq qanı alınır. Topuq qanı vasitəsilə 30-a yaxın xəstəliyə baxılır. Bununla bərabər, zoba da baxılır. Əqli gerilik hiss olunanda, danışıqda da gecikmə varsa, sonradan qarşısını almaq çətin olur”.
     
    Ana bətnində oksigen çatışmazlığı, doğuş zamanı boğulma və yaxud ciddi travma da nitq geriliyə səbəb ola bilər. Bu halda nevropatoloqa müraciət etmək lazımdır. Yalnız nevropatoloq dəqiq diaqnoz qoyduqdan sonra ehtiyac olarsa, reabilitasiya müddəti müəyyənləşdirilir. "Nitq geriliyi müşahidə olunan uşaqları hər hansı dərman preparatları, siroplar, yaxud iynələr vasitəsilə müalicə etmək düzgün deyil. Bunun heç bir tibbi əsası yoxdur” deyən pediatr qeyd edib ki, əgər ciddi psixi və ya fiziki problem yoxdursa, o zaman uşaqların, sadəcə, sosial mühitə adaptasiya olunmasını təmin etmək lazımdır. Bunun üçün ən optimal variant uşağı bağçaya qoymaqdır. Necə deyərlər, "uşağı uşaq danışdırar”. Həmyaşıdları ilə bol ünsiyyət onun dil açmasına kömək edəcək.   
     
    Pediatr və nevropatoloqdan sonra köməyə psixoloqlar gəlir. Çünki uşağın gec dil açması psixi durumla da bağlı olar bilər. Psixoloq Aidə Nəbiyeva bildirib ki, uşaqların nitqi mərhələli şəkildə inkişaf edir. 9 ayına qədər uşaqlar hecaları, səsləri çıxarmalı, 9-12 aylarında ən azı 10 söz deməlidirlər. Tədricən söz ehtiyatı artır. Yaş yarımlıq uşaq çox sadə cümləni qurmağı bacarmalıdır. Ümumiyyətlə, 3 yaşına qədər müəyyən bir inkişaf dövrü keçilmiş olmalıdır: "3 yaşına qədər uşaq fikrini sərbəst ifadə etməyi bacarmalıdır. Yəni gördükləri haqqında danışmağı bacarmalı, getdiyi yerlər haqqında məlumat verməlidir. Bu dövrdə söz ehtiyatı 300-ə çata bilər. Mürəkkəb cümlələr qurur, bağlayıcıdan istifadə edirlər. Hətta xırda nağıllar belə danışa bilərlər”.
     
    Bəzi hallarda uşaqların gec dil açması valideynləri o qədər də narahat etmir. Burada müəyyən genetik faktorlar əsas gətirilir. Məsələn, əgər qohumlar arasında nitq inkişafının ləngiməsi ilə qarşılaşan olubsa, bu, valideynlər üçün nümunə olur. Psixoloq qeyd edib ki, genetik faktoru danmaq olmaz, amma uşağın psixi inkişafını diqqətdə saxlamaq lazımdır: "Əgər uşaq verilən komandanı dəqiqliklə yerinə yetirir, göstərilən əşyanı göstərə bilir, amma danışa bilmirsə, bu halda narahat olmağa dəyməz. Adətən, bu tip uşaqlar gec dil açsa da, birdən və səlis danışırlar. Lakin psixi inkişafında problem olan uşaqlar danışmağa başlayanda problemlər bilinir. Həm sözləri düzgün demirlər, həm cümləni düzgün qurmurlar, həm də fikirlərini ifadə edə bilmirlər. Çünki psixi ləngimə nitqi də ləngidir”.
     
    Uşağın həm əqli, həm də psixi durumunu yoxlamaq üçün xüsusi inkişaf testlərindən istifadə olunur. Bunu həm pediatrlar, həm də psixoloqlar edə bilər. Psixoloq həmçinin innovativ vasitələrin zərərini də vurğulayıb. Uşaq ağlayanda ona telefon, planşet kimi vasitələr vermək zamanla onun özünə qapanmasına səbəb ola bilər. Nitq geriliyi olan uşaqlarda bu hal müşahidə olunur. Psixoloqun sözlərinə görə, nitqin inkişafı üçün diqqət artıran, puzzle tipli, piramida şəkilli oyuncaqlardan istifadə etmək olar. Aidə Nəbiyeva əlavə edib ki, əgər yaş yarımlıq uşaq sadəcə hecalarla danışırsa, bu zaman hərəkətə keçmək lazımdır.
     
    4-5 yaşında nitq geriliyi ilə mübarizə aparmaq bir qədər çətinlik yaradır. Defektoloq-loqoped Qönçə Ağayeva isə hesab edir ki, 2-3 yaşına qədər loqoped müdaxiləsi düzgün deyil: "3 yaşa qədər loqopedik müdaxilə olmamalıdır. Çünki 3 yaşa qədər nitqin inkişaf dövrüdür. Artikulyasiya orqanları da tam inkişaf etmiş olmalıdır. 3 yaşa qədər bu formalaşmır. İstənilən effekti almaq üçün mütləq bu dövr başa vurulmalıdır”.
     
    Uşağın bioloji yaşı ilə zəka yaşı paralel inkişaf edirmi? Nitq geriliyi zamanı bu sual ilk sırada dayanır. Məhz bunun üçün loqopedlərlə psixoloqlar paralel işləyir. Öncə müəyyən testlər vasitəsilə uşağın inkişafı yoxlanır, daha sonra proqram təyin olunur: "3 yaşında uşağın zəka yaşını müəyyən etmək olar. Əgər geriləmə varsa, zəka yaşı müəyyən edildikdən sonra loqoped və psixoloq ayrı-ayrılıqda proqramı təyin edir. Loqoped isə 6 yaşa qədər həftədə 3 dəfə yarım saatlıq seans edir. Əgər uşağın inkişafında ciddi problem yoxdursa, həftədə bir dəfə də kifayət edə bilər”.
     
    İlk növbədə düzgün nəfəs alma çalışmaları edilir. Paralel olaraq dil, çənə, yanaqların aktivləşdirilməsi üçün gimnastika edilir. Artikulyar  masaj da proqramın tərkib hissəsidir. Valideynlərin rolu isə böyükdür. Onlar prosesdə iştirak edir və lazım olan məşğələləri ev şəraitində tətbiq etməyi öyrənirlər.
     
    Araşdırma zamanı həm psixoloq, həm pediatr, həm də loqopedin eyni nüansı vurğulaması diqqəti cəlb edir. Müasir dövrdə uşaqlar televizor qarşısında çox otururlar. Telefon, planşet və digər vasitələr nitq geriliyinə səbəb olan və təəssüf ki, geniş yayılmış faktorlardan biridir. Məsələ burasındadır ki, bu cihazlar uşağın beyninin həddən artıq yüklənməsinə səbəb olur. İnformasiyanın normadan artıq qəbulu onun ətraf mühitlə əlaqəsinə təsir edir, dolayısı ilə uşaq ünsiyyət qurmağa çəkinir. Odur ki, mütəxəssislərin məsləhətini dinləməkdə fayda var. Övladlarınızla bol zaman keçirməyə çalışın. Onlara nağıl oxuyun, birlikdə oyun oynayın ki, övladlarınızın nitqi normal inkişaf etsin.



    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 816


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Bakıda xəstəxananın adında gülünc yanlışlıq - Foto Abşeronda 20 yanvar hadisələri 29 cu il dönümü qeyd olunub-Video Çilidə güclü zəlzələ olub — 6,8 bal Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin 20 Yanvar faciəsindən 29 il ötür İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək Q.Paşayeva MM-in Səhiyyə komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib Çarukyan deputatları təhdid etdi: Hər şeyi açıb-tökərəm! “Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır Nazir 2 rəisi işdən çıxartdı, 7 rəisin yerini dəyişdi – Rəsmi “Kitabların oxunması məcburiləşdirilməlidir” - Əflatun Amaşov ŞİRVANDA OĞURLUQ EDƏN ŞƏXSLƏR SAXLANILIB “Nar” paytaxtda yeni rəsmi mağazasını təqdim etdi “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır İctimai kanalın prodüsseri Türkiyədə xəstəxanadadır-Foto "Heç bir informasiyanı rəsmi mənbəyə istinad olmadan ortaya çıxarmıram"-Ekspertdən direktora cavab! Leyla Əliyevanın məşhur şeiri hamını kövrəltdi - VİDEO Qubada ağır qəza: ölənlərin sayı artdı Vergilər Nazirliyi SOCAR-ı niyə yoxlayır? - Rəsmən aydınlıq gətirildi Paşinyanı çətin günlər gözləyir - Rusiyadan müharibə xəbərdarlığı Dilqəm Əsgərovun oğlu bütün Azərbaycana SƏSLƏNDİ: "Atamdan xəbər yoxdu..." Suriyadan çəkilmə qərarı alan ABŞ-dan yeni açıqlama: Trampın qərarı qətidir! Güclü küləklə bağlı xəbərdarlıq - Bu axşamdan başlayır... Şəhriyar Məmmədyarov 50 min dollar qazandı Nazir 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tapşırıq verdi “Kimi işdən çıxarırsan, deyir, prezidentə məktub yazacaq” - Kamal Abdulla Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək? Bu tarixdən pensiyalar artacaq - Nazir açıqladı Millət vəkili Q.Paşayeva Afrikanın fəal qadınları ilə Qarabağdan danışıb Bakıda BASQIN: Ev almaq adı ilə müştəri kimi gəldilər və ... Çaylarda sululuq səviyyəsi dəyişib 294 min 480 suriyalı ölkəsinə qayıtdı Bu qidalar orqanizmi zəhərləyir - Dünya Səhiyyə Təşkilatından XƏBƏRDARLIQ İlin ilk Günəş tutulması baş verib Sərhəddə güclü zəlzələ olub - 7.2 bal Minlərlə insan hakimiyyətə qarşı etiraza qalxdı - Serbiyada Ucarda qazanxana yandı Yeni bahalaşma dalğası gəlir - Həyəcan təbili Azərbaycanlı aparıcı dünyasını dəyişdi: Xərçəngdən əziyyət çəkirdi “Nar”-ın dəstək olduğu “Breyn Rinq” bilik yarışının qalibi məlum oldu “Bayram ərəfəsində qiymətlərin qaldırılması tendensiyası illərdir ki, davam edir...” "Türk ordusu hücuma keçir, biz təcili çıxmalıyıq" -Polkovnik Ofisiant, bərbər və dərzilər sabit vergi ödəyəcəklər Dünya Yeni ili belə qarşıladı - FOTO Rusiyada yaşayış binasının bir hissəsi çökdü - 8 ölü+Video “Qəlbimizin səsinə qulaq asıb xeyirxah işlər görək” - Leyla Əliyeva+Foto Ziya Bünyadov Şeyxülislamın yazdığı kitaba hansı rəyi verib? Ucarda qəza: avtomobildən 1 nəfərin meyti çıxarılıb, şəxsiyyəti dəqiqləşdirilir Çaylarda sululuq səviyyəsi dəyişib Əsəd Qüvvələri Münbiçə girdiyini iddia etdi - Dünyanın gözü Suriyada Bankda qorxulu olay: müştərilər girov götürüldü 29 dekabrda gözlənilən hava şəraiti Manatın bugünkü MƏZƏNNƏSİ Bakıda 22 yaşlı qız itkin düşdü Həbsdə olan iş adamı azadlığa çıxdı: O, Vergilər Nazirliyinə 1 milyon manatlıq borcunu ödədi Prezident Böyük Şor gölünü bölən yolun açılışını etdi - Foto Zavodda güclü partlayış oldu - VIDEO “Port Baku”da yanğın olub Novruz Məmmədov nazirləri bir araya yığdı - Fotolar Mübariz Mənsimov yeni gəmisinə Rəsulzadənin adını verdi - FOTO Bakıda dəhşət: Qadın özünü tunelin üzərindən atmaq istədi - VİDEO Yəməndəki qətliamda Amerikanın barmaq izləri var Tramadol tamamilə qadağan olunur Bakı yeni il səyahətləri üçün MDB-nin ən yaxşı şəhərləri sırasında yer alıb Ziya Məmmədovun “keçid biznesi” fırıldağı Azərbaycan Turizm Şurası ləğv edilib KİVDF 112 jurnalisti mükafatlandırdı Mehmana cinayət işi açıldı - Həbsdə leytenantı yaralayıb Fədayə Laçına - HÖKM OXUNDU + YENİLƏNİB Türkiyə Paşinyanın təklifinə sərt cavab verdi Əbülfəs Qarayev özünə yeni köməkçi təyin etdi Qızı Ramiz Əzizbəyli haqqında acı həqiqəti etiraf etdi - "Narkozdan ayılmaya bilər" Özünüməşğulluq proqramına qoşulan kəndlilər aldadıllır? - Nazirlik ittihamlara CAVAB VERDİ “Nar”-dan Yeni il ilə əlaqədar xüsusi kampaniya! İlham Əliyev Polis Akademiyasının yeni tədris binasının açılışında iştirak etdi Novruz Məmmədov sahibkarlarla bağlı qərar imzaladı - 4 kateqoriyaya bölündülər Azərbaycanlı boksçu ermənini belə məğlub etdi – Video Ucar Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq-Şikayət Maşın aşdı, 5 nəfər xəsarət aldı İctimai Televiziyanın produsseri Minarə Əskərova təcili beyin əməliyatı olunmalıdır-FOTO İşdən qovulan müəllim birbaşa efirdə hansı faktları açdı - "Pul istəyir..." (VİDEO) Bakının mərkəzində tələbələr arasında QANLI OLAY: ÖLƏN VAR Lənkəranda AĞIR QƏZA: Ölən və yaralanan var Prezident İlham Əliyevin ad günüdür. “Vətənim Azərbaycan” İntellektual Oyunu layihəsinin seçim turuna Lənkərandan start verildi. Tanınmış azərbaycanlı aktyorun toyu oldu. Arzu Əliyeva “Miras”ın təqdimat mərasimində Ramil Usubovun 70 yaşı oldu - VİDEO Moskvada onlarla uçuş təxirə salınıb- Bu səbəbdən Azərbaycana qış gəldi - Böyük çillə başladı Neft UCUZLAŞIR Bu gün ölkədə ən uzun gecə müşahidə ediləcək Adi göz damcısının xərçəngi müalicə edə biləcəyi bəlli oldu... Peşə məktəblərində təhsil müddətləri dəyişdirildi Gəncədə avtomobil tələbələri vurdu - ADLAR “Nar” Azərbaycanda keçirilən boks üzrə yarışa dəstək oldu İşıqpulu borcu olanlara XƏBƏRDARLIQ: “Dekabrın 25-dən elektrik enerjisi dayandırılacaq” “JEK”lər mənzil pulu yığa bilməyəcəklər Azərbaycanda görünməmiş hadisə: vəhşi heyvanlar evə soxulub kişini parça-parça etdi DİQQƏT! Heyvan gəzdirən şəxslər cərimələnəcəklər — VİDEO
    File engine/metagen.php not found.