Apteklərdə ciddi böhran yaşanır: Dərmanlar həm bahalaşır, həm də yoxa çıxır REPORTAJ, FOTOLAR

    Apteklərdə ciddi böhran yaşanır: Dərmanlar həm bahalaşır, həm də yoxa çıxır REPORTAJ, FOTOLAR


    Valyuta bazarında yaşanan gərginlik, bankların dollar satmaqdan imtina etməsi, sahibkarların maliyyə durumunun pisləşməsi əczaçılıq sahəsində ciddi problemlərə yol açıb ki, bu da əhalinin sağlamlığını təhdid edir. 

    Problemlərdən biri müxtəlif adda dərmanların apteklərdən yoxa çıxmasıdır. Əczaçılar bunun səbəbini aptek sahibinin maliyyə vəziyyətinin pisləşməsi ilə izah edirlər: "Bu sahədə inhisarçılıq yaranıb. Bəzi inhisarçı şirkətlər öz apteklərinə dərmanı ucuz, digərlərinə isə baha verirlər. Beləcə daha çox alıcı cəlb edirlər. Bu da bizim gəlirlərimizə təsir edir. Pul olmayanda isə yeni dərmanlar gətirmək çətinləşir. Alınan hər partiya dərmanın qiyməti öncəkindən ciddi şəkildə fərqlənir. Bahalaşma aptekləri sıradan çıxara bilər".

    Bu sözləri "Zeytun" aptekdə çalışan, adının çəkilməsini istəməyən əczaçı deyir. 

    Başqa bir əczaçı isə dərman qıtlığının səbəbini bankların dollar satmaması ilə əlaqələndirir. Xaricdən dərman gətirənlər indi onu almağa pul tapa bilmir. Hansı dərmanlar anbarlarda varsa, onları gətirib satırıq. ancaq elə dərman var ki, bitib və idxalçı şirkətlər də onları gətirə bilmirlər. Bu səbəbdən alıcılar bizdən narazı gedir. Bir dəfə gəlib reseptdəki dərmanların hamısını bizdə tapa bilməyən alıcı ikinci dəfə başqa yerə üz tutur".

    "Avromed" aptekdə çalışan əczaçı isə bildirdi ki, dərmanla təmin olunma baxımından onların apteki daha üstündür: "İndi əksər apteklərdə dərmanların hamısını tapmaq olmur. Bunun səbəbini mən izah edə bilmərəm. Ancaq biz şirkətin apteki olduğumuz üçün bütün dərmanlar anbardan birbaşa gətirilir. Həm də qiymətlər, ucuz dərmanlarda 30-40 qəpik, bahalı dərmanlarda 3-5 manat arasında fərq edir. Bizdə daha ucuz olur. Bahalaşmaya gəlincə, bunu gizlətmək mümkün deyil. Gündəlik olaraq qəpik-qəpik artım davam edir. 3 ay öncə ilə müqayisədə 20 manatdan yuxarı bütün dərmanlarda 30 faizə yaxın bahalaşma olub".

    Alıcılar isə birmənalı olaraq bahalaşmadan qan ağlayır: "Sağlamlığımız üçün baha-ucuz demədən məcbur olub alırıq. Mütəmadi istifadə etdiyimzi dərmanları hər həftə ayrı qiymətdə görürük. Təəssüf ki, imkanı olmayanlar ala bilmir. Bu da insanların sağlamlığına təhlükə deməkdir. Apteklərin qiymət siyasətinə nəzarət olmalıdır. Dövlət dəstək olmalıdır ki, qiymətlər çox artmasın. Çünki insanların çoxunun bahalı dərmanları almağa ehtiyac yoxdur". 

    Qeyd edək ki, bazarda dərman qıtlığının yaranacağı barədə ekspertlər də xəbərdarlıq edir. Onlar bunu valyuta bazarında dolların satılmaması və qara bazarın ləğv olunması ilə əlaqələndirirlər. 

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, bu gedişlə bir çox apteklər sıradan çıxa bilər: "Böyük dərman distibüterləri əhaliyə lazım olan dərmanları öz aptek şəbəkələrinə verirlər, alıb-satan distibüterlərə isə vermirlər. Bundan öncə isə belə idi ki, böyük dərman distibüterləri öz apteklərinə daha ucuz, digərlərinə isə baha verirdilər və onlar da baha satmağa məcbur olurdular. Bu da digər apteklərin sıradan çıxmasına gətirib çıxaracaq". 


     
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 426


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Azərbaycanlı ana və qızı Moskvada birincilik qazandı-Video Deputat qaz limitinin ləğvinə qarşı çıxdı “Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada qanvermə aksiyası keçirilib Həbsxanadan kütləvi qaçış: silahlar ələ keçirildi Azərbaycanın yeni iqtisadi modeli hazırlanır - Əli Həsənov Leyla Əliyeva Elinaya şeir həsr etdi Bərdədə əməliyyat zamanı xəstənin qarnında yad cisim unuduldu - FOTO/VİDEO Elinanın ölümü haqda ŞOK: Qanını yuyub, direktorun otağına aparıblar (AUDİO) “Kim nə deyir desin, biz elə bizik” – “Acı həqiqət” serialı Əli Həsənov Prezidentin qələbə qazanmasının səbəbini AÇIQLADI Breyn Rinq” izlə, “Nar”-dan hədiyyə qazan! Qənirə Paşayeva: "Bizim ölkələr Avropa qitəsinin enerji təhlükəsizliyinə bundan başqa hansı töhfə verə bilərlər?" Zakir Qaralov Ucarda sakinlərlə görüşəcək Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə yayıldı – “Nəticələri ləğv olunacaq” Rusiya və Çin ABŞ-ı vurmağa hazırlaşır ABŞ Ali Məhkəməsi müsəlman və buddist məhkuma münasibətdə ikiüzlülük göstərdi... Ərdoğan Kremldə bu addımı ilə ABŞ-ı qızışdırdı Leyla Əliyevadan qızı Əminəyə ad günü təbriki - Fotolar Cəbrayıl Həsənov: Bu yarışda yenidən çempion olmağı çox arzulayırdım Efir nəzarətsiz qalanda belə fəsadlar yaşanır - Professor Hesabalama Palatası ən çox nöqsanı 3 nazirlikdə AŞKARLADI "20 il qüsursuz xidmət etmiş hərbi qulluqculara mənzillərin verilməsindən məhrum olmuşuq!"-Şikayət "Ermənistan rəhbərliyi Azərbaycanın girovluqda olan mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir"-Millət vəkili AŞPA-da çağırış etdi BEŞQAT DÜNYA ÇEMPİONU FUAD ZEYNALOVUN DEDİKLƏRİ Millət vəkili Q.Paşayeva Türk Dünyasından gəlmiş sənətçi, ziyalılar və təşkilat rəhbərləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb "Bir oyuncaq da sən ver!" adlı layihə fəaliyyətə başlayır Gəncədə 44 yaşlı kişi bıçaqlanıb Parisdə güclü yanğın olub, xəsarət alanlar var Hamı qəhrəman ola bilməz. Ancaq hamının bir qəhrəmanı vardır. Azərbaycan nefti bahalaşdı Sabah yağış yağacaq, külək əsəcək Millət vəkili Q.Paşayeva İsraildə Qarabağ, Xocalı soyqırımı həqiqətlərindən danışıb 316 Nömrəli Tam Orta məktəbdə Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib-Video+Foto İçindən qum çıxan uşaq qidasını ölkəyə “Veysəloğlu” gətirib - AÇIQLAMA Millət vəkili Q.Paşayeva Aprel zəfərini bizə yaşadan qəhrəman şəhidlərimizdən Ə.Axundov haqqında film təqdimatında televiziyalara, məktəblərə, cəmiyyətə çağırış edib “Kazbek” meyxanasını oxuyanın CƏZASI BİLİNDİ Ərdoğan əleyhinə yeni partiya qurulur – Keçmiş nazirlərdən gözlənilməz həmlə “Nar” paytaxtda növbəti rəsmi mağazasını təqdim etdi - FOTO MŞ-dən əxlaqsız video ilə bağlı - Bəyanat Azərbaycanlı iş adamının Türkiyədə keçirilmiş seçkilərlə bağlı maraqlı jesti-VİDEO Yeni ayın ilk gününə olan - Hava proqnozu Solomon adalarında 5.4 bal gücündə zəlzələ qeydə alınıb Azərbaycanlılara qarşı soyqırımdan 101 il ötür Bakıda kafedə yanğın oldu “Danışıqlar prosesi nəticəyə yönəldilməlidir” - Prezidentin TASS-a müsahibəsi Bu məlhəm ciyərləri bəlğəmdən təmizləyir - RESEPT Prezidenti İlham Əliyev Avstriyanın Federal Kansleri ilə görüşüb - FOTO TANINMIŞ PRODÜSER-REJİSSOR MİNARƏ ƏSKƏROVA ƏMƏLİYYATDAN SONRA ... -MÜSAHİBƏ-VİDEO Q.Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb Vüqar Bağırov:: "Bu turnirlər bizim üçün təcrübədir və vacibdir" Şirvanda narkotiklə saxlanilan şəxslərin oğurluq etdikləri də məlum olub Uşaqlara qazlı su içirtməyin! Avtomobillər qar uçqunu altında qaldı Novruz tətilindən sonrakı ilk iş gününün hava PROQNOZU Diqqət! Yaddaş pozulması xərçəngin simptomu ola bilər Gəncədə intihar – Özünü asdı Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb Əli Həsənovun əsəri bu ölkədə nəşr edildi Balakən rayonunda güclü yanğın oldu Bakıda güclü yanğın: Helikopter havaya qaldırıldı - Video İmişlidə maşın aşdı - XƏSARƏT ALANLAR VAR Mart ayı üzrə sosial yardımlar tam ödənilib Sabahın hava proqnozu açıqlandı - Yağış, külək... Kürdəmirdə 28 yaşlı qadın intihar etdi Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər Yasamalda avtomobil yandı Putin Nazarbayevin istefasını əvvəldən bilirdi - Peskov DAHA BİR KORRUPSİYA LAYİHƏSİ SIRADAN ÇIXIR – Milyonları “əridən” əbədi mühərrik Hərbçilərimiz Pakistanda “Yaşasın Azərbaycan” şüarı ilə qarşılandı - Video Türk Dünyası Birinci Qurultayı işə başladı Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı... 100-ə yaxın insan can verdi: faciənin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO Cocuq Mərcanlıda Novruz şənliyi təşkil edildi-Fotolar Neftçalada yol qəzası olub, xəsarət alan var Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək” Samuxda ər arvadını bıçaqlayıb Azərbaycana yaz fəsli gəldi Göyçayda 7 yaşlı uşağı maşın vurub Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi Bakıda Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı xaricdən gəlmiş tanınmış insanların iştirakıyla maraqlı tədbir keçirib Bu şəxslərin maaşları artırılacaq - Qanunda dəyişiklik İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ Manat və dolların sabahkı MƏZƏNNƏSİ Martın 21-dən havanın temperaturu yüksələcək “Nar” nömrə ilə xaricdə Wi-Fi pulsuzdur Ceyranbatan qəsəbəsində "Opel" yanıb Yüksək təzyiqdən əziyyət çəkirsinizsə, bu meyvələri yeyin İstanbulda fabrik yanır 19 martda gözlənilən hava şəraiti Konqoda qatar aşıb, 24 nəfər ölüb, 31 nəfər yaralanıb Göyçayda maşın 7 yaşlı uşağı vurdu Orxan Nərimanlı: “Yerli məhsul bir çox dövlətlərin istehsalını geridə qoyur!”-Müsahibə 16 martda gözlənilən hava şəraiti Sumqayıtda ağır qəza - Ölənlər var Yaşamaq istəyirsinizsə broylerdən uzaq durun: Pediatrdan "ağ ölüm"lə bağlı qara xəbər... QOŞQAR TƏHMƏZLİ ELDAR MAHMUDOVUN ODİOZ BANDASI İMİCİNDƏ- DƏHŞƏTLİ İDDİALAR.. Millət vəkili Q.Paşayeva MM-də vərəm xəstələrinə və onların ailələrinə dəstəyin artırılması ilə bağlı təkliflərlə çıxış edib Ölkədə qızıl-gümüş bahalaşıb
    File engine/metagen.php not found.