Ombudsman dünyaya çağırış etdi

    Ombudsman dünyaya çağırış etdi


    Bəzi erməni saytlarında qondarma “Dağlıq Qarabağ respublikası”nın “ombudsmanı” Ruben Məlikyanın 2016-cı ilin aprel döyüşləri zamanı guya Azərbaycan tərəfindən erməni mülki əhalisinə qarşı qırğınlar və erməni əsgərlərinin cəsədləri üzərində işgəncələr törədilməsi haqqında hesabat verəcəyi barədə xəbərlər yayılıb.

    Axar.az-ın məlumatına görə, Azərbaycanın Ombudsman təsisatı bununla bağlı açıqlamasında bildirib ki, bu səpkidə məlumatların ermənilər tərəfindən mütəmadi olaraq media vasitəsilə yayılması heç də təəccüblü deyil. Onlar saxtalaşdırılmış məlumatları ilə dünya gündəmini məşğul etməyə vərdiş ediblər. Lakin dünya ictimaiyyəti bu cür məlumatların saxta olduğunu dərk etsə də, buna hələ hüquqi qiymət verilməyib.

    Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşları demək olar ki, iştirak etdikləri bütün beynəlxalq tədbirlərdə Ermənistan hərbçiləri tərəfindən Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğal edilməsi, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, onların hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə hər zaman çatdırıb. Azərbaycan ombudsmanının bəyanatları nüfuzlu beynəlxalq təşkilatlara və xarici ombudsmanlara göndərilib, hazırda da bu fəaliyyət davam etdirilir və bu bəyanatlar həmin nüfuzlu qurumlar tərəfindən qeydiyyata alınır, rəsmi internet səhifələrində yerləşdirilir.

    Bu ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə əlaqədar Azərbaycan ombudsmanı BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, qurumun insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarımıza bəyanat göndərib.

    Həmin bəyanatda vurğulanıb ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən və Ermənistan ərazilərindən erməni silahlı qüvvələri tərəfindən aprelin 2-dən başlayaraq qəflətən Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olub və ağır yaralanıblar. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub.

    Aprelin 3-də Azərbaycanın Silahlı Qüvvələri cavab tədbirlərini birtərəfli olaraq dayandırmasına baxmayaraq, Ermənistan ordusu daha da şiddətli hücum əməliyyatları keçirib və dinc əhalimizin yaşayış məntəqələrini intensiv atəşə tutub. Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatların dayandırılması elan olunsa da, növbəti günlərdə də təmas xətti boyu Azərbaycan mövqeləri və mülki əhalinin yaşadığı yaşayış məntəqələri artilleriya daxil olmaqla ağır silahlardan atəşə tutulub və bütün bu hallar ölkəmizə səfər edən xarici jurnalistlər tərəfindən də müşahidə edilib.

    Bu faktlar Azərbaycan ombudsmanının, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin və xarici jurnalistlərin cəbhə bölgəsinə səfərləri zamanı da müşahidə olunub və daha sonra beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.

    Erməni tərəfi öz işğalçılıq siyasətini və hərbi cinayətlərini ört-basdır etmək məqsədilə təhriflərə və saxtakarlığa əl atır, özlərinin törətdikləri qeyri-insani əməlləri Azərbaycan tərəfinin törətdiyi kimi qələmə verərək dünya ictimaiyyətini çaşdırmağa çalışır. Halbuki Azərbaycan Ordusu erməni təxribatlarına cavab olaraq və öz torpaqlarını müdafiə etmək məqsədilə öz ərazisində hərbi əməliyyatlar keçirib.

    1994-cü ildə Azərbaycan tərəfinin təşəbbüsü ilə atəşkəs haqqında ikitərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistan tərəfindən bu razılığa əməl olunmur, atəşkəs rejimi müntəzəm olaraq pozulur, nəticədə Azərbaycan tərəfindən hərbi qulluqçular, həm də mülki şəxslər qətlə yetirilir, əsir və girov götürülür.

    İşğal edilmiş Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir.

    Eyni zamanda, Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı rəyi əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Ermənistan da öz üzərinə münaqişəni yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı güc tətbiqi ilə hər hansı hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürüb. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

    Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 2013-cü il 23 oktyabr tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunub və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilib. Təəssüf ki, bununla bağlı da heç bir tədbir görülməyib və Azərbaycanın zəbt olunmuş əzəli torpaqları hələ də işğal altında saxlanılır.

    Aprel hadisələri ilə bağlı AŞPA-nın sədri, Avropa İttifaqına üzv dövlətlərdən bəzi deputatlar Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq işğal altındakı Azərbaycan torpaqlarından çıxmağa və işğalçılıq siyasətinə son qoymağa çağırıb, bu prosesin çox gecikdirildiyi ilə bağlı fikirlər söyləyiblər. Eyni zamanda, bir müddət əvvəl oktyabr ayında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan torpaqlarının azad edilməli olduğunu vurğulayıb.

    Beynəlxalq ictimaiyyət ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalıdır. Azərbaycan xalqı da sülh şəraitində yaşamağı və pozulmuş hüquqlarının bərpa olunmasını istəyir.

    Bununla bağlı ombudsman dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlarına müraciət edərək Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına, eyni zamanda, davamlı olaraq dünya ictimaiyyətini çaşdıran bu kimi saxtakarlıqlara son qoyulması məqsədilə qətiyyətli səylər göstərməyə və Azərbaycanın haqq işinə dəstək verməyə, beynəlxalq qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgəyaşayışın bərpa edilməsi məqsədilə müvafiq dinləmələr keçirməyə və bu istiqamətdə konkret tədbirlər görməyə çağırıb.

    Habelə bu ilin aprelində Azərbaycan ombudsmanı üzvü olduğu Avropa Ombudsmanlar İnstitutunun (AOİ) saytında ölkəmizlə bağlı qərəzli və böhtan dolu məlumatların yerləşdirilməsi ilə əlaqədar həmin qurumun baş katibinə etiraz məktubu göndərərək, Dağlıq Qarabağdakı mülki əhaliyə qarşı Azərbaycan tərəfindən hər hansı hücumun olmadığını, əksinə, erməni hərbi qüvvələrinin atəşkəsi mütəmadi olaraq pozduğunu, azərbaycanlı mülki əhalinin qətlə yetirildiyini və bunların çoxsaylı faktlarla təsdiq edildiyini diqqətə çatdırıb.

    Eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nın “ombudsmanı”nın “2016-cı il aprelin 2-5-də Azərbaycan hərbi qüvvələri tərəfindən “Dağlıq Qarabağ respublikası”nın mülki əhalisinə və “Dağlıq Qarabağ ordusu”nun hərbi qulluqçularına qarşı törədilən vəhşiliklər” adlı saxta hesabatının AOİ-nin saytında yerləşdirilməsinə etiraz olaraq ombudsman E.Süleymanova bu kimi saxtalaşdırılmış məlumatların yayılmasının dayandırılması məqsədilə həmin məruzənin bu saytdan götürülməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini tələb edib. Ombudsman AOİ-nin Baş Assambleyasında çıxışı zamanı “Dağlıq Qarabağ respublikası” adlı bir dövlətin mövcud olmadığını və həmin torpaqların Azərbaycan Respublikasının ərazisi olduğunu sübut edib. AOİ-nin institusional üzvləri sırasında göstərilmiş “Dağlıq Qarabağ respublikası”nın “ombudsmanı”nın həmin beynəlxalq təşkilatın üzvlüyündən çıxarılması tələb edilib və nəticədə “Dağlıq Qarabağ respublikası”nın “ombudsmanı” institusional üzv kimi həmin təşkilatdan çıxarılıb.

    Bu günlərdə Xorvatiyanın Zaqreb şəhərində Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsi Baş Assambleyasının ikinci iclası keçirilib. Azərbaycan Ombudsman Aparatının beynəlxalq əlaqələr sektorunun müdirinin iştirak etdiyi həmin tədbir çərçivəsində keçirilən sessiyaların birində Ermənistan ombudsmanı tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası”nda fəaliyyət göstərən “insan hüquqları müdafiəçiləri”nin də Milli İnsan Hüquqları Təsisatının Avropa Ombudsmanları Şəbəkəsinin işinə cəlb olunmasına dair etdiyi absurd çıxışa ciddi etiraz edərək Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və yeddi ətraf rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, işğal nəticəsində sözügedən ərazilərdə yaşayan azərbaycanlıların öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldıqları, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın hüquqlarının pozulduğu, Ermənistanın işğalçı siyasətinin nəticəsi olaraq Azərbaycan ombudsmanının hələ də öz mandatından irəli gələn funksiyaları həmin ərazilərdə icra edə bilməməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

    Azərbaycan Ordusu heç zaman dinc əhaliyə qarşı hücumlar etməyib və belə məlumatların yayılması tamamilə saxtakarlıqdır.

    Açıqlamanın sonunda deyilir: “Azərbaycan Ombudsman təsisatı olaraq ümid edirik ki, bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində səylər göstərəcəklər. Ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaq. Hər kəsin hər hansı zəmində ayrı-seçkiliyə yol verilmədən ümumbəşəri miqyasda tanınmış fundamental hüquq və azadlıqlarının təmin olunması üçün real imkanlar yaranacaq”.
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 468


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Şirvanda binanın eyvanı uçub, 1 nəfər xəsarət alıb - FOTO Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - YENİLƏNİB + FOTO\VİDEO Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə Daha bir sex bağlandı: təbii adı ilə quru süddən istifadə edirdilər - FOTO Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VİDEO Göyçay, Ucar və Zərdabda qaz olmayacaq Otel yandı – AZI 8 NƏFƏR ÖLDÜ… – FOTO 10 yaşlı uşaq ailəsinin gözü qabağında parçalandı - DƏHŞƏT VİDEO Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb. Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO “Bavariya” qalib gələ bilmədi Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır" “Nar”-ınsürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda! Manatın bugünkü məzənnəsi... Xətaidə 2 avtomobil toqquşub - yaralılar var Sevindik Nəsiboğlu-10 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır Leyla Əliyevanın təşəbbüsü ilə daha iki ictimai çimərlik yaradıldı - FOTOLAR “Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya düşdü - Video 4 yaşlı uşaq binadan yıxılıb, vəziyyəti ağırdı Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO Güləşçimiz erməniyə qalib gələrək medal qazandı Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi Ermənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydı İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ! İngiltərədə cütlük akvariumdan zəhərlənib 28 türkiyəli zəvvar vəfat edib Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alan var Erməni vandalları təbiətimizə böyük ziyan vurur - Video Nardaran çimərliyində bacı-qardaş və iki bacı batıb Bərdədə “Opel”lə VAZ toqquşdu: bir nəfər öldü Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib Paşinyanın Xankəndi ritorikası: regionu faciəyə sürükləmək riski Yataqxana binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB Güləşçimiz erməni dünya çempionunu məğlub etdi və... İsmayıllıda ağır qəza: ölən var Yenidən güclü külək əsəcək - Nazirlik İlham Əliyev Azərbaycan xalqını təbrik etdi Yaponiyada güclü zəlzələ: 6.2 bal 11 yaşlı şairin şeirləri mütəxəssis tərəfindən təhlil olundu Şəxsiyyət vəsiqəsi itib-Elan Bölgədə gərginliyin yeganə səbəbi işğalçı Ermənistandır - XİN-dən açıqlama Millət vəkili onları sərt etiraza çağırdı-Qarabağ, Xocalı soyqırımı... İdmançımız dünya çempionatının finalına yüksəldi İlham Əliyev sərəncam imzaladı Gürcüstan parlamentinin sədri Marneulidə azərbaycanlılarla görüşdü Göyçayda yük maşını qoyun sürüsünü vuraraq tələf edib - FOTO Millət vəkili çinli xanım fəallarla görüşdü - Foto Qənirə Paşayeva Kanadanın tanınmış təşkilat rəhbərləri ilə görüşdü - FOTOLAR 9 abituriyentin qiymətində dəyişiklik edildi İşçilərin sayını və maaşını gizlədənlərə - XƏBƏRDARLIQ Zakir Həsənov əməliyyatla bağlı təcili qərargaha getdi Polisdən XƏBƏRDARLIQ: Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı İki uşaq atası xalqımızdan kömək istəyir Habil Şınıxlının rəhbərliyi ilə incəsənətlə bağlı kurslar təşkil olunub “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib” Bir qrup tanınmış media nümayəndələri ilə görüş keçirilib. ABŞ-ın yeni silahı: İlk dəfə İrana qarşı tətbiq edildi İlham Əliyev 3 ölkənin səfiri ilə görüşdü Yeddi maşının toqquşduğu qəzada yaralananlardan üçünün kimliyi bəlli oldu - YENİLƏNİB + VİDEO Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır “Nar”Milli Mətbuat Günündə media nümayəndələrini intellektual yarışda bir araya topladı Güləşçilərimiz Olimpiya Festivalına qələbə ilə başlayıblar Ermənistan sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub Bakıda yol qəzasında işıq dirəyi aşdı, benzin yolla bir oldu - FOTO - VİDEO Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır Hacıqabulda baş vermiş qəzada ər və arvad yaralandılar İlham Əliyev krala məktub göndərdi Müdafiə naziri Zakir Həsənov xidməti müşavirə keçirib FƏXRƏDDİN CƏBRAYILOVA YALNIZ “AYIB OLSUN” DEMƏK QALIR... Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək ABŞ atom bombalarını altı bazada saxlayır: “İncirlik”də də var - SİYAHI Şəkidə xəsarət alanların son vəziyyəti - Nazirlik Polis veteranları iş başında: 2600 cinayət açıldı Bakı Avrasiya Universiteti yeni korpuslarını yaxın vaxtlarda istifadəyə verəcək Sabunçuda it Özbəkistan vətəndaşını dişlədi Deputatdan bahalaşma ilə bağlı iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə MÜRACİƏT Qardaşı arvadının başını kəsən qayın intihar etdi Balaca Səidəfəndi Mehriban Əliyevadan kömək istəyir “Ağ çiçəyim” mağazası yanıb kül oldu - YENİLƏNİB + FOTO Bakıda dənizdə batan gənc belə xilas edildi — Video Türkiyədə zavodda güclü partlayış baş verdi Hacı Nuran Hüseynov səfir seçilib. Qəzəbli sürücü ona cərimə yazan polisi yaraladı - QORXUNC... + VİDEO İki hərbçimiz həlak oldu - Hərbi hissədə bədbəxt hadisə QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsini davam etdirir Azərbaycan daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat oldu “Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu Hacı Mazan təcili olaraq DTX-nın hospitalına köçürüldü Leyla Əliyeva körpələr evində — FOTO Deputatlar Orduya pul köçürdülər “Nar” gənc şahmatçılara dəstək olur Azərbaycanda QANLI OLAY: Qardaş qardaşını güllələdi Bakıda qırmızı işıqda keçən avtomobil qəzaya səbəb olub - FOTO - VİDEO Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü - ŞOK VİDEO
    File engine/metagen.php not found.