Albaniyada 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri ölkənin paytaxtı Tirana şəhərindən 38 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ "UTC" vaxtı ilə saat 15:38-də qeydə alınıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.(trend)