Alimdən şok iddia – Dünyada ilk məktəb Azərbaycanda yaradılıb

    Alimdən şok iddia – Dünyada ilk məktəb Azərbaycanda yaradılıb



    Qədim tarixə və zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən türk- islam dünyasının mərkəzində yerləşən Azərbaycan və bu yurdun sakinləri hələ qədim zaman­lar­dan yazı və oxu mədəniyyətinə sahib olub, dövrün, ictimai hə­yatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yaradıb, insanları in­kişafa, tərəqqiyə, yüksək əxlaqa səsləyən müdrik fikirlər söylə­yiblər. Zaman-zaman ölkəmizə edilən basqınlar üzündən ulu babaları­mızın yaratdıqları zəngin elmi, ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilib, böyük bir mənəvi xəzinə vətənimizdən çıxarılıb, başqa ölkələrə aparılıb

    Qobustan, Gəmiqaya, Oğ­lanqala, Kültəpə, Orxon kitabələri və daha bir çox qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib ol­ma­sından xəbər verir. Bunlar Azərbaycan xalqının hələ miladdan əvvəl mə­dəniyyətə, yazıya, oxuya, sistemli təlim-tərbiyə sahib ol­duğunu təsdiq edir.

    Naxçıvan dünyanın ən qədim şəhərlərindən və ən qədim insan məskənlərindən biridir. Naxçıvanın dünyanın ən qədim yaşayış məskəni olduğunu Dünya tufanı və Nuh peyğəmbərlə bağlı konkret faktlar və arxeoloji tapıntılar, habelə xalq yaddaşında qorunub saxlanılmış mifoloji materiallar da sübuta yetirir.

    Naxçıvanda Tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir.  Tədqiqatlardan məlum olur ki, Gəmiqayada 1500-ə yaxın yazı, rəsm daş və metal alətlərlə döymə, qazma, sürtmə yolu ilə həkk olun­ub.

    Tədqiqatçı alim Əjdər Fərzəli yazır ki, "Gəmiqayalıların 32 hərfdən ibarət əlifbaları olmuşdur. Onların 9-u sait, 23 -ü isə samit olmuşdur. Hərflər həm də  müstəqil şəkildə  müəyyən bir sözü də ifadə edir. Bu əlaməti Orxon Yenisey əlifbasında da görmək olur”.

    Gəmiqayadakı təsvirlər sübut edir ki, burada yüksək inkişaf etmiş mədəniyyət olub. Buradakı yazılar, işarələr, rəsmlər istedadlı rəssamlar və bilicilər tərəfindən çəkilmiş nadir sənət inciləridir. Onların hamısı sözlü işarələrdir və Tanrıçılıq – yaradılış inamını, yer-göy əlaqələrini, kosmik düşüncəni əks etdirir… Gəmiqaya yüksək inkişaf mədəniyyətinin bir göstəricisidir.

    Gəmiqayalılar müxtəlif təbiət hadisələrinə, çaya, ağaca, heyvana inanmış, onların təsvirlərini çək­miş, Günəşə sitayiş etmişlər. Gəmiqayada Günəşə sitayişi ifadə edən dairə ortasına nöqtə qoyulmuş rəsmlər vardır ki, bu da Günəşi, işığı, tərəqqini ifadə edir.

    Ümumiyyətlə Günəş, işıq, ziya insanların cahillikdən uzaqlaşıb tərəqqiyə, inkişafa yönəlməsini göstərən bir simvoldur.

    Qeyd  edək ki, Naxçıvan şəhəri haqqında ilk məlumat yunan filosofu  İosif Flaviyə (e.ə.I əsr) məxsusdur.  Sonra yunan coğrafiyaşünası Klavdi Ptolomeyin (b.e. II əsr) "Coğrafiya”  əsərində Naxçıvan şəhərinin adı "Naksuana” şəklində qeyd  edilib.

    Henrix İohann Hübşman Naxçıvan toponimini Nuh peyğəmbərlə bağlı "Dünya tufanı” hadisəsi ilə əlaqələndirir. Onun fikrincə "Naxçıvan” toponimi "törəyiş yeri” anlamını verməkdədir. Hübşmanın istinad etdiyi Nuh tufanı hadisəsinə görə "Naxçıvan” sözü üç hissədən – "Nax” (Nuh) və  türk dillərində isim düzəldən şəkilçi olan "-çı” şəkilçisi, sonra  da türk dilində yer, məkan bildirən "van” toponimindən  meydana gələrək "Nuhçuvan” – Nuhçuların (Nuh tərəfdarlarının) məskəni”, "Nuhun diyarı” deməkdir. Naxçıvanda tədqiqatlar aparmış böyük rus alimi Nikitin yazır ki, Nuh peyğəmbər Naxçıvan şəhərinin əsasını qoyub.

    Yunan alimi Klavdi Ptolomeyin bizim eranın ikinci əsrində tarixdə ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatması diyarın zəngin tarixi mədəniyyətinə Şərq kontekstindən əlavə, həm də dünya tarixinin mədəni prizmasından baxmağa əsas yaradır. Sonrakı dövrlərdə dünyanın fərqli ölkələrindən bura səfər etmiş səyyah və coğrafiyaşünasların xatirələrində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılır. Bu isə bəşəriyyətin ikinci yaranışının Naxçıvanla birbaşa əlaqəli olması faktını ortaya qoyur.

    Yerli sakinlər arasında dolaşan əfsanəyə görə, Nuh peyğəmbər daşqın çəkildikdən sonra burada ailəsi ilə – Ham, Sam, Yafəs adlı oğlanları ilə ömrünün sonuna qədər yaşayıb və bu torpaqda da vəfat edib.

    Naxçıvanda yaşamış uzunömürlü ağsaqqallar, o cümlədən 106 il ömür sürmüş "İstiqlal” ordenli, Əməkdar müəllim, dosent atam Lətif Hüseynzadə Nuh peyğəmbərin dəfn edildiyi yeri bilirmiş və o yerin müəyyənləşdirilməsi beynəlxalq komissiyasında iştirak edərək o qəbrin yerini dəqiq göstərmişdi. Qəbir yerin üstündə 1.5 metr hündürlükdə qırımızı daşlardan hörülmüş dairəvi şəkillidir.

    Bəhruz Kəngərli "Nuhun qəbri” ni 1919-1921-ci illərdə 3 dəfə çəkib. Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri Vasif Talıbovun "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa olunması haqqında”kı 28 iyun 2006- cı il tarixli sərəncamı ilə Nuhdaban deyilən yerdə Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa edilib.

    Pedaqoji mənbələrdə göstərilir ki, qədim Yunanıstanda quldar balalarını xüsusi təlim-tərbiyə müəssisəsinə aparıb-gətirən, onların təlim tərbiyəsi ilə məşğul olan adamlara "Peydaqoqos” deyilirdi. Qədim yunan dilində "Paydas” – "uşaq” , "gogos” – "yola salan” deməkdir ki, "pedaqogika”, "pedaqoq” sözləri də buradan meydana gəlib. Oradakı xüsusi təlim tərbiyə müəssisəsinin adına "Şkola” deyilirdi ki, bunun da mənası kitablarda yazıldığı kimi qədim yunan dilində "Asudə vaxt keçirilən yer” deməkdir.

    Pedaqogika elminin banisi, XVII əsrin görkəmli pedaqoqu Yan Amos Komenski yazır ki, yunanlar bu sözü – yəni "Şkola” sözünü Şumerlərdən götürüblər. O,"Böyük didaktika” əsərində qeyd edir ki, tarixdə ilk məktəbi Nuhun oğlu yaradaraq adını Skala qoyub. Y.A.Komenski bu fikri bizim eradan əvvəl I əsrdə yaşamış yunan filosofu İosif Flavidən götürüb və ona əsaslanaraq belə yazıb.

     İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion”(yun. Αποβατήριον) toponimini qeyd edir ki, bu toponim "İlk  dayanacaq yeri” mənasını verir. Adı çəkilən toponim müasir Naxçıvan şəhərinə aid edilir.
    "Skala” ilkin mənasında "pillə”, "mərhələ” mənasını verib. Rus dilində "Şkala”- "dərəcə”, "mərhələ” deməkdir. Nuhun dövründə də pilləli, mərhələli məktəb yaradılıb. İngilis dilində məktəb mənasını verən "Skul”, fransız dilində "Lekol”, alman dilində "Şule”, türk dilində "Okul”, rus və belarus dillərində "Şkola” kəlmələri "Skala” sözündən əmələ gəlib.

    Həmçinin başqa dildən götürülmüş rus dilində işlənən "Skala” sözü də qaya mənasında işlənməkdədir. Nuhun Gəmisi dağa deyil, məhz qayaya – Gəmiqayaya yön alıb, orada dayanıb. Bəs bu ad – "Skala”, Şkola” Şumerlərə necə gedib çıxıb ki, yunanlar da bunu oradan götürüblər?

    Tarix kitablarında göstərilir ki, Naxçıvan duzu at arabaları ilə Şumerlərə daşınıb və oradan əvəzində lacivərd (Ləl-cəvahirat) alıb gətiriblər. Şumerlər duza yüksək dəyər veriblər və duza səcdə ediblər. O zaman məşhur "Duz yolu” ilə Naxçıvan duzu nəinki Şumerlərə, bütün Şərqə, Osmanlı dövlətinə daşınıb aparılıb. Bu mübadilə mədəniyyətlərin də mübadiləsinə təsir edib.

    Bütün bunlar onları deməyə əsas verir ki, Naxçıvan qədim insan məskəni, zəngin mədəniyyət mərkəzi, böyük elm, təhsil beşiyi olub, buradan təlim, yazı və oxu mədəniyyəti bütün dünyaya yayılıb.

    Rüfət  Hüseynzadə,
    pedaqogika  üzrə elmlər  doktoru, professor

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 331


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Rəşad Kəsəmənlidən gözəl rəsm əsəri-Foto Bahalaşan və ucuzlaşan məhsulların - Siyahısı Adnan Oktarın evindən çıxanlar - Video Millət vəkili Qənirə Paşayeva Masallıda Kitab Günündə çıxış edərək gənclərə çağırış edib-Fotolar Təbiətə ziyan vuranlar Baş Prokurorluğa verildi Metro tikintisi Bakıda yolu çökdürdü - FOTO Adnan Oktarın villasına basqın anı - Video Ömrün sonuncu günəşi- əbədi işıq... Q.Paşayeva Ağdamda qəhrəman şəhidimiz Raquf Orucovun xatirəsinə həsr olunmuş anım tədbirində çıxış edib Goranboyda traktor aşdı - 4 yaralı Adnan Oktarın aylıq qazancı nə qədər olub? Android istifadəçilərinə təhlükəli virus hücum edib İsti havada buz kimi su içmək çox təhlükəlidir - bunu mütləq bilin! Fərəc Quliyev: “Onların kökünü birdəfəlik kəsmək lazımdır” Gədəbəydə tibbi aksiya keçirildi-Fotolar “Dövlətimiz əmin əllərdədir” İstirahət günlərində 7 yol qəzası olub - 4 ölü, 11 yaralı Neft bahalaşıb Gəncə sakini bıçaqlanıb Qarabağ icması Ağdərə ilə bağlı bəyanat yaydı Ermənilərdən növbəti təxribat: Yanğın “Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alqışlarla qarşılandı Gəncədə açılan güllələr? İŞİD İZİ “Nar”Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi KİTAB DA İNSAN KİMİDİR... Ərdoğan Azərbaycana gəlir Q.Paşayeva AŞPA-da Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib və Ermənistan heyətinə sərt cavab verib. “Nar” korporativ müştərilərlə görüş keçirib Azərbaycan Ordusunun ilk hərbi operatoru vəfat etdi Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsini Ermənistanın törətdiyi vandalism aktlarına seyriçi qalmamağa çağırıb “Türk Ulduzları” Bakı səmasında uçuşlar edib Hərbi parad başladı - Zakir Həsənov Ali Baş Komandana raport verdi (YENİLƏNİB) “Ərdoğanın digər özəlliyi odur ki, terrorçuları dəstəkləyən qüvvələrin üzərinə gedir” Ramin Quluzadə Qusarda vətəndaşlarla görüşəcək Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı açıqlama: "Ağır xəstənin kiçik arzusunu yerinə yetirmək savabdı.." Ərdoğan 52.6 faiz səs toplayıb - Yekun nəticə açıqlandı Daşkəsəndə təbii fəlakət - Evlər, körpülər dağıldı Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfərə gələcək Böyük skandal : İngilis mediası seçki günü müxalifəti Ərdoğanı devirməyə çağırdı – “Ərdoğan dünya üçün təhdiddir, onu devirin” Ərdoğan nəvələri ilə birlikdə səs verdi - Video Millət vəkili Q.Paşayeva Braziliya, Çin və İndoneziyanın fəal qadınları ilə Qarabağdan danışıb “Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın! "Düşməni hədəfə alaq, hərəmiz bir güllə ataq" devizi altında kiçik çaplı odlu silahdan təlim atışları təşkil edildi Ukraynada "Azərbaycan Ticarət Evi" açılıb Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq” Xaçmazda yeni gömrük-keçid məntəqəsi inşa olunacaq Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur Nazir: "Pambıqçılıqla məşğul olan fermerlər təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər” Qanunsuz süni balıq gölləri yaradan şəxslər 85 min manat cərimə edilib AMB-nin valyuta məzənnələri Gömrükçülər ölkəyə xeyli sayda qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclası keçirilib Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib Millət vəkili Q.Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət edib. İcra başçısından tarlada zəhərlənənlərlə bağlı - Açıqlama Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb Abşeron rayonunda reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir Dünya birjalarında neft ucuzlaşıb Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək Qızıl 26 dollardan çox ucuzlaşıb Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib - EKSKLÜZİV Azərbaycan neftinin qiyməti azalıb. İcxeberler.info saytının rəhbərinə üzucü xəbər "BizimTV" -nin əməkdaşı üçün özəl gün-Təsisçidən ad günü təbriki Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür Bu il Azərbaycanda qızıl istehsalı 19% artıb Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək Hərbi əməliyyatlar başladı: 4 hərbçi HƏLAK OLDU “Nar”-dan Naxçıvan üçün xüsusi təklif Uşağı döydüyü üçün həbs edilən tərbiyəçi danışdı Gənc müğənni Aygün Surəzənin Ad günü partisi keçirildi. Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək Gədəbəyin dağlarından-Fotosessiya Dövlət Dəniz Agentliyinə direktor təyin edilib Bakının Nəsimi rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq AMB-nin valyuta məzənnələri Sabah TANAP-ın açılış mərasimi keçiriləcək ”Azərbaycan İnciləri” adı altında birləşib-Muğamı gələcək nəsillərə sevdirməliyik Millət vəkili: Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın azadlığına aparan yoldur Bu gün sonuncu sınaq imtahanı keçiriləcək Mövqelərimiz pulemyotlardan atəşə tutulub Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünya birjalarında qızıl bahalaşıb ELNARƏ RZAYEVA ÖZÜNÜ MEDİA QARŞISINDA OLDUĞU KİMİ TANITDI "REAL FAKTLAR AŞKAR OLUNDU" "Düşünən insan" jurnalı Ramazan ayı münasibətilə tədbir keçirib (FOTO) Buğdanın laboratoloji analizləri pulsuz aparılacaq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq AMB-nin valyuta məzənnələri Tovuzda strateji əhəmiyyətə malik bir neçə yol yenidən qurulur Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb Təbriz küçəsində təmir işləri yekunlaşıb Şəmkir-Samux-Goranboy suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 km-lik hissəsinin açılışı olub Dövlət Gömrük Komitəsi elektron xidmətlərin sayını artıracaq Regionlarda növbəti startap turu Qubada keçiriləcək Bakıda neft hasilatı 1,4% artıb, qaz hasilatı 11% azalıb İqtisadiyyat nazirinə iki müavin təyin edilib
    File engine/metagen.php not found.