Azadlığın Cəfər Cabbarlı yolu -Sevindik Nəsiboğlu yazır...

    Azadlığın Cəfər Cabbarlı yolu -Sevindik Nəsiboğlu yazır...


    Xızının ən gözəl məhəlləsində artıq yaz hiss olunurdu.Novruz ilə bahar gəlmişdi. Artıq 1899-cu il, mart ayının 20-si idi.
    Belə bir yaz havası,belə bir yaz sevinci Xızıdakı daxmalardan birinə-Cabbarlı ailəsinin də daxmasına gəlmişdi.
    Lakin,Cabbarlıların ailəsində həmin gün birqat deyil, ikiqat bayram idi. Kömürçü Qafar kişinin qucağında təzə doğulmuş uşağı-körpə Cəfər var idi. Uşağın adını Cəfər qoymuşdu.Bu uşaq ortabab yaşayan bir ailənin sevincini ikiqat etmişdi.Evdə sevinənlərdən biri anası Şahbikə,biri də gələcəkdə mənəvi atası olacaq qardaşı Hüseynqulu idi.Hüseynqulu ona gələcək həyatında kömək edəcəkdi.Ona həm qardaş,həm də atası olacaqdı.
    Bəli,Cəfər Cabbarlı 1899-cu ilin 20 martında,Xızıdakı köhnə,tanınmayan bir daxmada bahar oğlu olaraq dünyaya gəlmişdi.Bakıya köçməzdən əvvəl bu ortabab ailənin bir çox üzvü Cəfərə ədəb-ərkan,saz-söz öyrədirdilər.Cəfərə sazı-sözü sevdirənlərdən biri də bibisi Zərnişan idi.Zərnişan aşıq idi.Cəfər Bakıya köçənə qədər onun,Aşıq Zərnişanın nəğmələrini dinləyirdi.Kim bilərdi ki,bu daxmada,bu məhəllədə Xalqın Yazıçısı dünyaya gələcəkdi.

    Bəli,artıq vaxt gəlir,çatır.İl 1899 yox,1903-dür.Cabbarlının ailəsi Bakıya köçür.Lakin,Cabbarlının həyatı uşaq vaxtı elə də yaxşı keçmir.Atası kömürçü Qafarın kömürü onun gözünü kor etmişdi.O,daha körpə Cəfərini doya-doya görə bilməyəcəkdi.Heç iş də görə bilməyəcəkdi.Onun ümidləri sönmüşdü.Ancaq Şahbikənin ümidləri sönməmişdi.O,oğlu Cəfərini gələcəyin şəxsiyyəti kimi görmək istəyirdi.Təsəvvür edin,Qafar Cabbarlı Cəfərin ilk pyesini yazana qədər həyatda qalsaydı,onda bəlkə də,qürur hissi keçirəcəkdi.Lakin,ömrü yetmədi.Gözləri ona çox ağrı verirdi.O,bu ağrılara dözə bilmədi və heç Cabbarlının gəncliyini görə bilmədi.Cabbarlı o dönəmlər mollaxanada çərəkə oxuyurdu.Mollaxana ona bir şey verməyəcəkdi.Yaxşı ki, tez zamanda mollaxanadan çıxmışdı, yoxsa, istedadı mövhumatda itəcəkdi.Onun istedadını mövhumat,çərəkə bitirəcəkdi və o,Maksim Qorki ilə şəxsən tanış olan bani dramaturq yox,mollaların təsiri altında qalan sani(ikinci)molla olacaqdı.Cəfər Cabbarlı 1905-ci ildə Storıy-Poçtovı-25 məktəbində Hacı Məhəmmədhüseyn Bədəlovun sinfində oxuyur.1908-ci ildə 7-ci Müsəlman-Rus məktəbində görkəmli ədibimiz Abdulla Şaiqin tələbəsi olur.Abdulla Şaiq Cəfər Cabbarlının onun sinifində oxuduğu vaxtlardan yazırdı ‘’Xatirələrim’’ kitabında:
    -1910-cu illərdə Cabbarlı Bakı Politexnik Məktəbində təhsil alır.
    Sonra 1920-ci ilin 6 mayında Bakı Dövlət Universitetinin(o dönəmlərdə Darülfünun)tibb fakültəsinə qəbul olur.
    Cəfər Cabbarlı ömrü-boyu istiqlal və azadlıq uğrunda çarpışıb.
    O,1918-1920-ci illərdə AXC Parlamanının dəftərxanasında çalışıb.O,həm də Dahi və Bani şairimiz,dramaturqumuz Hüseyn Cavidlə və onun qardaşı,marksist inqilabçı,Naxrevkomun sədri,həcvyazan,dəyərli satirist Əlirza Cavid(Rasizadə)ilə bir amal uğrunda Dəftərxanada çalışmışdır.
    Onun istiqlala aid çoxlu əsərləri var.Məsələn,28 aprel 1920-ci ildə o,bir şeir yazır.Şeir belədir:
                      Gözümdə büsbütün aləm məzara bənzərkən,
                      Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya.
                      Könül xərabəsi göz yaşlarında inlərkən,
                      Gülər dumanlı fəzalarda bir mələksima.
    Birinci bənddən aydın olur ki,Cabbarlı  AXC-ni qanadlı ziya adlandırır.Məzara bənzəyən aləm Azərbaycandır.O,Mart Soyqırımına,ölkədə yox(Azərbaycan o vaxt ölkə deyil,ayrıca bölgə idi),bölgədə baş alıb gedən cəhalətə,camaatın susmasına,
    Susmayanların isə kafir olmasına görə məzar olub getmişdi.Məzarda isə yurdun igid övladları günahsız şəkildə uyuyurdu.
    Axırıncı bənd isə belədir:
                      Sönər...susar...qara bir yoxluğun soyuq nəfəsi,
                       Zavallı fikrimi sarsıb da dondurar...yatırır...
                       Sonunda bir qocaman bayquşun zəhərli səsi,
                       Sönük xiyalimə min dürlü sorğular gətirir.
    Sonuncu bəndin sonuncu 2 misrasından aydın olur ki,Cabbarlı Sovet hökumətinin işğalçı qışqırığını qocaman bayquşun zəhərli səsi adlandırır.Halbuki,Sovet hökuməti  Müsavata bayquş deyirdi.Halbuki,sosialistləri bayquş adlandıran Cabbarlı Azərbaycan ədəbiyyatında sosialist realizminin banisi idi.
    Cəfər Cabbarlı ‘’Gülzar’’ əsərində Gülzarı xəyanətkar qadın kimi qələmə alır.Bu xəyanət azərbaycanlıların 1920-ci ildə AXC-yə xəyanət etməsidir.Sonra Gülzarın əri Gülzarı tərk edir və bu Azərbaycanlıların üsyan edərək müstəqil olacağına işarədir.
    Bir işarə də Cəfər Cabbarlının Sovet dönəmində də məşhur olan,
    Asəf Zeynallının mahnı bəstələdiyi Ölkəm şeiridir.Şeiri bəlkə də,
    Çoxumuz əzbər bilirik.Lakin,bir unudulmuş bəndi var ki,neçə ildir heç yerdə,hətta mahnıda da söylənilmir.Bu bəndi isə filologiya elmləri doktoru,professor Asif Rüstəmli aşkar etmişdir.
    Şeirin unudulmuş bəndi belədir:
    Yanar dağlarında yalov coşarmış,
                             Ona tapınmaya ellər qoşarmış,
                              Bir çağ varmış,ölkəm azad yaşarmış,
                              Bu yollarda izləri var ölkəmin.
    Məhz bu bənd musiqidə səslənsəydi,Cabbarlı 1937-ci ildən sonra yaşaya bilməzdi.Eyni hal Əhməd Cavadda da olmuşdu.Lakin,Cəfər Cabbarlı mahir şəkildə bunu gizləyə bilmişdir.Əhməd Cavad ‘’Göygöl’’ şeirindəki aypara sözünə görə həbs olunmuşdu.Lakin,bu bənd çox deyilmədiyi üçün həbs səbəbi bu bənd olmur.Amma,yenə də Cəfər Cabbarlı həbs olunur.Bunun səbəbi isə sosialist bayquşlarının gözlərinin Cəfər Cabbarlını götürməməsi idi.Nəzərinizə çatdırım ki,hətta,bu bayquşlar o vaxtki sədrləri olan Səməd ağa Ağamalıoğlundan da bunu,yəni,Cəfər Cabbarlının həbs olunduğunu gizləmişdilər.Ağamalıoğlu bu xəbəri sonradan eşitmişdi.
    Cəfər Cabbarlının həbs olunmasının digər səbəbi isə istiqlalçı Mirzə Bala Məhəmmədzadə və Əbdül Vahab Yurdsevər ilə dost olub onun istiqlalçı fikirlərini yayması,Gizli İstiqlal adlı qəzetin Sovet dönəmində məhz onun evində hazırlanması idi.Cəfər Cabbarlı böyük bir fədakar idi.Heç kəs Sovetlərin təzə qurulduğu və qızğın olmağa başladığı dönəmdə Cabbarlının etdiyini edə bilməzdi.Heç kəs öz evini Gizli İstiqlal qəzetinin baş qərargahı edə bilməzdi.
    Cəfər Cabbarlı Cabbarzadə soyadı qəbul etdiyinə görə həbsdən azad olunur.O,bu vaxtlarda o qədər şey edə bilərdi ki...Öz evində olardı,öz Sonasını görərdi...Ancaq, təəssüflənmək olmazdı, çünki, Cabbarlı həbsdən azad olunmuşdu.
    Ancaq,Cabbarlı yenidən həbs olunur.Təkcə Cabbarlı yox,onun evində yazan 20 nəfər İstiqlalçımız da həbs olunur.Əbdül Rəhman Dai və Nəsrulla İsrafilov kimi İstiqlalçılarımız repressiya qurbanı olur.Lakin,Cəfər Cabbarlı bu repressiyadan yenə qurtula bilir.Müstəntiq Yoldaş Aylasyeviç Cəfər Cabbarlının günahsız olduğunu yazır və onun islah evindən azad olunmasını əmr edir.Görünür,Allah Cabbarlını saxlamışdı ki,Yurda gərəkli olduğunu bildirsin.Allah Cabbarlını saxlamışdı ki,yeni-yeni yaratdıqlarıyla Azərbaycana yeni bahar gətirsin.
    Cabbarlı bundan sonra daha həbs olunmur.Cabbarlı bundan sonra 1937-ci ildə həbs olacaqdı,yaxşı ki...olmadı...
    Artıq Cəfər Cabbarlının yaradıcılığı qışını bitirir,baharını yaşayır,Cabbarlı yeni-yeni işlərə başlayır.
    Cəfər Cabbarlı əvvəlcə teatrda yazıçı,tərcüməçi olaraq işini davam etdirir.Daha,o,1923 adlı keçid dönəmini bitirib,o,daha,hələ püxtələşməyən,yeni pyesi təzə tamaşaya qoyulan Cəfər deyildi.Heç teatr da artıq şeytan əməli deyildi.Teatr 3-5 aktyorun bir yerdə birləşdiyi bir incəsənət daxması deyildi.Cəfər püxtələşmiş,dahi olmaya başlayan Cəfər Cabbarlı,teatr isə çoxlu yaşlı və gənc aktyorların yetişdiyi Dadaş Bünyadzadə adına Dövlət Bədaye Teatrı adlı incəsənət sarayı idi.
    1915-ci ildən 1935-ci ilə qədər o,bir çox pyes yazmışdı.Hələ uşaq yaşından qəzetlərə şeir yazan Cəfər Cabbarlının ilk pyeslərindən biri də ‘’Vəfalı Səriyyə’’ olmuşdur.Onun ‘’Vəfalı Səriyyə’’ylə birlikdə yeni əsərləri ‘’Nəsrəddin Şah’’,’’Solğun çiçəklər’’ əsərləri 1916-cı ildə İsmailiyyə Sarayında və Aşqabadda tamaşaya qoyulmuşdur.
    Bu pyeslərin yazılma tarixindən bəlli olur ki,Cabbarlı daha ali təhsil almadan pyeslər yazmağa başlayıb.Yəni,ali təhsil almayan bir adamın istedadına hamı teatrın pərdələrində baxmışdır.
    Cabbarlının ilk əsərlərindən ‘’Vəfalı Səriyyə’’‘’Sevil’’ və ‘’Almaz’’pyesləri kimi irihəcmli deyil,lakin,15 yaşlı bir gəncə görə bu pyes əla bir pyesdir.Cabbarlı ilk pyesində daha çox romantikaya müraciət etmişdir.Çünki,Vəfalı Səriyyə əsərində Səriyyə Rüstəmi sevir.


    Cabbarlı həm də roman yazmışdır. Onun ‘’Kazım bəy’’adlı bir romanı da vardır. Həmin romanı filologiya elmlər doktoru Asif Rüstəmli tədqiqatları əsasında tapmışdır. Roman ərəb əlifbası ilə yazılmışdır və 200-ə yaxın səhifəsi vardır.
    Cəfər Cabbarlı əsərlərində Osmanlının bizlərə köməyindən və Osmanlının öz müharibələrində döyüşkənliyindən də bəhs etmişdir.Həmin əsərlərdən ‘’Bakı müharibəsi’’,’’Ədirnə fəthi’’,’’Tripoli müharibəsi’’ kimi əsərləri itməsəydi,sosialistlərin onu tutmasına daha bir əsas olacaqdı və taleyi Müşfiqin,Cavadın və Cavidin taleyinə bənzəyəcəkdi.O,Nuri Killigillə belə görüşmüşdü.
    Cümhuriyyət parlamanı(AXC Parlamenti)Bakıya köçürülərkən parlamana Bakı Müharibəsində bizə yaxından kömək edən qardaş Osmanlı Paşası Nuru Killigil dəvət olunmuşdu.Parlamanda dəftərxana çalışanı kimi Cabbarlı da vardı.O,müharibə dönəmində bir əsər də yazmışdı.Parlamanın iclasında Cabbarlı Nuru Killigillə görüşdü və Bakı müharibəsi əsərini Nuri Killigilə hədiyyə etdi.Nuri Killigil sevindi və hədiyyəni qəbul etdi.
    Parlamanda eyni zamanda Cavid və onun qardaşı Əlirza Rasizadə də vardı.Nuri Killigil onlarla da görüşmüşdü.
    ‘’Trablis müharibəsi’’ pyesində Birinci Dünya Müharibəsi zamanı Trablisdə Osmanlı ilə İtaliya arasında baş vermiş müharibə zamanı baş verənlərdən danışılır.
    Müharibədə Türkiyənin qurucusu olmuş Mustafa Kamal Atatürk və Nuri Killigilin qohumu Ənvər Paşa da iştirak etmişdir.Ancaq,müharibədə İtaliya qalib gəlmişdir və müharibə Tripolinin İtaliyaya verilməsi ilə bitmişdir.
    Müstəqilliyimizi itirdikdən sonra Cabbarlı çoxlu tanınmış əsərlərini yazmışdır.Onun bu dönəmləri ən parlaq dönəmləri sayılır.Lakin,onu da deyim ki,onun ‘’Aydın’’ kimi çox tanınmış pyesi 1919-cu ildə müstəqilliyimizin 1 illiyində yazılmışdır.Bu pyes Cabbarlı yaradıcılığında uğurların başlanğıcı idi.
    O,bu dönəmlərdə "Oqtay Eloğlu" (1921),"Gülzar" (1924), "Dilarə" (1924),"Dilbər" (1927)"Od gəlini" (1928),"Sevil" (1928),"Almaz" (1931),"Yaşar" (1932),"Dönüş" (1932) kimi əsərlər yazmaqla yanaşı həmdə tərcümə də etmişdir.
    ‘’Oqtay Eloğlu’’ əsərində eşqin qurbanı olmuş aktyor Oqtay Eloğlundan və onun sevdiyi Firəngizdən bəhs olunur.Oqtay yenilikçi və novator fikirli bir aktyordur.O,Azərbaycanda teatrı inkişaf etdirə bilərdi.Lakin,Firəngizi sevən Oqtay Eloğlu səhnəyə çıxan Firəngizi bıçaqlayaraq öldürür.Oqtay Eloğlu eşqin qurbanına çevrilir.
    ‘’Od gəlini’’ əsərində bəzi Allahsız fikirlər yazılmışdır.Lakin,bu ədibin dilindən deyil.Bu,məcburən Allahsızlaşdırılan Babəkin dilindəndir.Cabbarlışünaslar həmin pyes haqqında çox tənqidi fikirlər yürütmüşlər.Cabbarlını bir irəli,iki geri addımlayan və Sovet əxlaqına aid olmayan səhnələr yazan kimi günahlandırmışdılar.Babək bu pyesdə Allahsız və ərəblərə üsyan çıxardan birisi,Aqşin isə imanlı biri kimi qələmə alınmışdır.Biz pyesi görkəmli aktyorumuz Abbas Mirzə Şərifzadənin dilindən eşitsək,orada ‘’Mənəm Allah!Mənəm Yaradan!’’ kimi sözləri də eşidə bilərik.Qeyd edim ki,pyes Xürrəmi üsyanının 1100 illiyinə həsr olunmuşdur.
    ‘’Dilarə’’ əsərində palçıqla işləyən,borcu təzə bitmiş,kasıb Bəşirin qızı Dilarənin təhsil almasından danışılır.O,o qədər kasıb ailədən olur ki,bir çəkmə geysə,hamı təəccüblənər.
    Dilarə kasıblıqdan səadətə qaçarkən,məktəbə gedərkən onun və atasının ayağı elə hala düşür ki,artıq atası ölümcül şəkildə yaralanır.Axırda Dilarə bu şeylərə səbəb olduğu üçün daha çox pis olur.Bu əsər pyes olsa idi,faciə janrında yazılacaqdı.
    ‘’Dilbər’’ əsərində məktəbli qızların tez,həddi-buluğ yaşlarına çatarkən ərə getməsindən danışılır.Bunun qurbanlarından biri də Dilbər olur.Qızların tez ərə getməsi mövzusuna Cabbarlı öz qızına yazdığı satirada toxunmuşdu.Orada satira silahını işlədərək ‘’yaşın oldu 13,səni verrəm ərə’’misrasını yazmışdır.
    ‘’Aydın’’ əsəri Cümhuriyyət dönəmində yazılsa da,Sovetlər dönəmində də tanınmışdır.Çünki,oradakı Aydın Qurani-Kitaba,Allaha inanmır.Lakin,yenə də,Aydın hələ də sevilir.
    Aydın romantik əsərdir.O qədər tanınır ki,Cabbarlı uşağına onun adını verir.
    ‘’Sevil’’pyesi‘’Dilbər’’ əsərindən sonra çox sevilmişdir.Məhz bu əsərə görə Cəfər Cabbarlını sosializm realizminin banisi adlandırırlar.Bu əsərdə qadın sosializmindən o qədər qabarıq şəkildə danışılır ki,əsər bütün qadınların çadrasız qalmasına və savadsızlıqdan təhsilə doğru qaçmasına səbəb olmuşdur.
    Sona xanım Cabbarlı deyərdi:’’Tamaşaya gələn bütün çadralı qadınlar  tamaşa bitəndən sonra çadralarını atdılar.Biz heyrətləndik.’’
    ‘’Sevil’’ qadın azadlığına yazılmış əsərdir və həmin əsər qadın azadlığının çeynənildiyi bir dövrdən qalmış qadın azadlığı nişanəsi kimi hələ də qalmaqdadır.
    ‘’Almaz’’ əsərində kəndin çadrasız müəlliməsi Almazın həyatından bəhs edilir.Almaz da Sevil kimi tanınan pyeslərdən olmuşdur.
    ‘’Yaşar’’ əsəri Cabbarlının teatr və pyes sahəsində son əsərlərindən biri olmuşdur.Cabbarlının bu əsərində yenilik etmək istəyən Yaşar adlı elektromexanikdən bəhs edir.Bədaye Teatrında Yaşar rolundaÜlvi Rəcəbli oynamışdır.
    Bu rolu oynayandan 5 il sonra Ülvi Rəcəbli repressiya qurbanı olmuşdu.
    Lakin,pyes çox da tanınmır.Halbuki,Cabbarlı bu əsəri yazarkən neçə saat otaqda siqaret çəkərək işləyib.Bu əsəri az zamanda bitirib.
    ‘’Dönüş’’ əsəri Cabbarlının kinoya dönüş nöqtəsidir.Cabbarlının son pyesi olan ‘’Dönüş’’ əsərində Cabbarlı o qədər teatra bağlanmışdır ki,bu əsərdə də teatrı gözəl təsvir etmişdir.
    Əslində,’’Dönüş’’ əsərindəki olan hadisələr gerçək həyatda Cabbarlının tamaşalarının qoyulduğu Bədaye Teatrında olub.
    Hətta,Xosməmməd obrazı gerçək həyatda bir aktyoru təsvir edir.Həmin aktyor:Cəfər müəllim,oradakı Xosməmməd obrazı mənəm.Nə olar,obrazı çıxarın-deyə Cabbarlıya deyir.
    Cabbarlı teatra öz tərcüməsindən ‘’Hamlet’’ və ‘’Otello’’ əsərlərini verir.Hamlet əsərində o,Kroneberqin və Polevoyun tərcüməsinə istinad da etmişdir.Cabbarlı Lev Tolstoyun iki əsərini,Maksim Qorkinin də bir əsərini tərcümə etmişdir.
    ‘’Dönüş’’ pyesindən sonra Cabbarlı hirsini evdə elə çıxarır ki...
    Sona deyir:
    -Nə olub,Cəfər.
    -Mən birdə teatrda çalışmayacağam.Mən bir də onlarla çalışmayacağam.Onlar mənlə intriqa yaradıblar.-Cəfər artıq hirslənməyə başlamışdı.
    Cabbarlı məhz bu intriqaya görə teatrdan uzaqlaşır.Ancaq o,
    kinoya dönür.Teatrda olduğu kimi,Cabbarlı kinoda da uğurlu işlər görmüşdür.1927-ci ildə çəkilmiş ‘’Balıqçılar’’ filmində Cabbarlı balıqçı rolunda oynayır.M.F.Axundovun eyniadlı pyesinin motivləri əsasında 1929-cu ildə çəkilən ‘’Hacı Qara’’ filminin ssenaristi olur.Həmçinin,1929-cu ildə o,bir filmi də çəkir.Bu filmin adı ‘’Sevil’’dir.’’Sevil’’ filmi səssiz olsa da,dərin məna kəsb edir.Oradakı çadra atma səhnəsini İzzət Oruczadə evdə də çoxlu-çoxlu məşq etmişdir.Film alınır.Çox tanınır.
    Maraqlıdır ki,İzzət Oruczadə sonralar daha aktrisalıq etmir.O,elmlə məşğul olur,böyük kimyaçı olur.Heç kim də inanmır ki,Azərbaycanın ilk kinoaktrisası dahi kimyaçı,akademik İzzət Oruczadədir.
    Cabbarlı ‘’Almaz’’ filmini də çəkmək istəyir.Ssenarilərini yazır,
    Lakin,filmin premyerasını görmək Cabbarlıya qismət olmur.
    Cabbarlı ürək tutmasından 1935-ci ilin ilk günlərində vəfat edir.Onun dəfninə aid bir film də çəkilmişdir.
    Sona xanım deyirdi ki,gecə vaxtı durduqda onun ürəyinə,nəbzinə baxdım.Çünki,həkim onun ürəyinə nəzarət olunmasını,tez-tez pereboy verdiyini,yəni,fasilə verdiyini və dayanacağını,Cabbarlının ölüm təhlükəsi ilə üz-üzə qaldığını demişdi.Sona xanım onun ürəyinə əlini qoyur.Qoyduqdan sonra elə qışqırır ki,öz təbirincə desək,’’öz səsinə öz qulağı tutulur’’.Artıq,bu dünyada Cabbarlı adlı dahi,bani,sani yox idi.
    Artıq Aydınciyi və Dülaləsi Cəfərsiz qalmışdı.Bir də,sevdiyi yarı onsuz qalmışdı.Vaxt var idi,onlar küsüşmüş,sonra barışıb evlənmişdilər.Sona xanım həmin günlərini yada salır,onun ürəyinə əlini qoyan kimi ondan,Cəfərindən,solğun üzlü solğun çiçəyindən ötrü darıxırdı.
    Cəfər Cabbarlı heç unudulmadı.1944-cü ildə ‘’Cəfər Cabbarlı’’ filmində,1969-cu ildə ‘’Səhnə əsərləri’’ filmində,1970-ci ildə ‘’Sevil’’ filmində yada salınır.
    Cabbarlının Sona xanım ilə evlənməyinin bir tarixi var.Onlar əvvəlcə küsülü qalmışdılar.Lakin,sonra barışmışdılar və evlənmişdilər.Onların Aydın və Gülarə adlı uşaqları dünyaya gəlmişdi.
    Cabbarlı Gülarəyə Dülalə,Aydına Aydınciyim deyərdi.
    Aydın Cabbarlı 1924-cü ildə anadan olub.O,atasına çox oxşayırmış.1925-ci ildə ‘’Bismillah’’ filmində Qulunun oğlu roluna çəkilib.Filmin rejissoru Abbas Mirzə Şərifzadənin adı sonra həmin filmdən silinir.Bunun səbəbi isə Abbas Mirzə Şərifzadənin xalq düşməni elan olunması idi.
    Aydın Cabbarlı gənc olanda İzzət Oruczadənin etdiyi kimi,kinoda çəkilmək istəmir.O,həkim olmaq istəyirdi.
    O,Bakı Dövlət Universitetində ilk fakültəsi olan Tibb Fakültəsində oxuyur.Tibb elmləri namizədi olur.Bəxt elə gətirir ki,atası Cəfər Cabbarlının 100 illiyində vəfat edir.Atasını yada salır,sarsılır və rəhmətə gedir.
    Gülarə Cabbarlı 11 fevral 1930-cu ildə Bakıda doğulur.O da Bakı Dövlət Universitetində,filologiya fakültəsində təhsil alır.
    1979-cu ildə atasının adını daşıyan  Teatr Muzeyinin direktoru olur.O,Aydından fərqli olaraq daha çox ömrünü Cabbarlını,atasını tanıtmağa sərf etmişdir.Onun əziyyətləri bəhrəsini vermişdir.Cabbarlını artıq daha çox araşdırırdılar.Onun əsərləri dövlət xəzinəsi kimi qorunurdu və hal-hazırda da qorunur.
    Cabbarlı çoxlu satirik şeirlərin də müəllifidir.Onun Bədaye Teatrı haqqında çoxlu məqalələri də vardır.O,’’Truppa deyir’’satirik şeirdə Bədaye Teatrının intriqa yaradan truppasını sərt şəkildə tənqid etmişdir.
    Cabbarlı ölməsəydi,sonuncu yazısı ‘’Firuzə’’ni Mircəfər Bağırova oxuyacaqdı.O,ölməsəydi,1937-ci ildə onu repressiya edəcəkdilər.
    Cəfər Cabbarlı ‘’Türk sağ ikən’’ mahnısını bəstələmişdir.O,Şövkət Məmmədovadan,Müslüm Maqomayevdən musiqi təhsili almışdır.
    Cabbarlının mühitində o qədər xadimlər vardır ki...Onlar Cabbarlıya dərs də veriblər,dərd də veriblər.Ona dərdi mühitindəki onu bəyənməyən,sifarişlə yazan adlandıranlar olub.Məktəbdə oxuyarkən mühitində Süleyman Sani Axundov,Abdulla Şaiq,Əliməmməd Mustafayev dərs verən olmuşdur.
    Yazıçı olarkən Əhməd Cavadla,Hüseyn Cavidlə,Qantəmirlə,
    Əfrasiyab Bədəlbəyliylə,Xəlil İbrahimlə,Mikayıl Müşfiqlə,
    Maksim Qorkiylə,Mehdi Hüseynlə,Haqverdiyevlə,Məmməd-
    Kazım Ələkbərliylə və bir çox yazıçılarla şəkilləri olmuşdur.
    Hətta,Cabbarlı Bədəlbəyliyə dirijor çubuğuhədiyyə edib və Bədəlbəyli onun eyniadlı poemasına ‘’Qız Qalası’’ baletini yazıb.
    Hal-hazırda Cabbarlı həyatda olmasa da,onun adına gəmi,muzey,teatr və kinostudiya vardır.Cabbarlının ‘’Almaz’’ və ‘’Aydın’’dan başqa,’’Dilbər’’in,’’Ədirnə fəthi’’nin,’’Yaşar’’ və ‘’Dönüş’’ün tamaşaya qoyulması və ya film kimi çəkilməsi mənim ən böyük arzularımdandır.

    Mən Kamran adlı bir sinif yoldaşımı görərkən elə bil Cabbarlını görürəm.Cabbarlının ürəklərdə yaşadığını bilirəm.Dəfələrlə Cəfər Cabbarlıya həsr olunmuş tədbirlərində iştirak etmişəm və bunu özümə şərəf bilmişəm.Cəfər Cabbarlı Mixail Bulqakov və Daniel Defodan əvvəl mənim ilk tanıdığım ədib olmuşdur.Onu mən professor Asif Rüstəmlinin Cabbarlı haqqında yazdığı kitablar əsasında tanımışam.Əvvəl elə bilirdim,Cabbarlı elə də tanınmır,onu Asif Rüstəmli tanıdıb.
    Deyə bilərəm ki, yanılmamışam. Onun haqqında çox maraqlı və bilinməyən məlumatları, məqalələri, natamam və hətta, yazılmayan pyesləri, yazılan və itən pyesləri, hətta, romanları Asif Rüstəmli tanıdıb və Cabbarlının sosialist realisti yox,əsl Cümhuriyyət realisti olduğunu sübut edib və edənlərdən biri olub!


    Sevindik Nəsiboğlu.
    Gənc yazar,
    Sizi Tanıyaq layihəsinin "İlin Şagirdi" və Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyinin "Gənc İstedad" fəxri diplomçusu.
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 105


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edəcək Qazax döyüşçü topuğu ilə erməni rəqibini diz çökdürdü - VİDEO 3 azərbaycanlını öldürən rusiyalı ələ keçdi - 17 ildən sonra Bakıda Müstəqillik günü konserti - Fotolar Çilidə metro qiymətlərinin qalxmasına qarşı etiraz: 10 nəfər öldü, yüzlərlə yaralı var “Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ Qidalar soyuducuda necə saxlanılmalıdır? - DİQQƏT! Mətbuat Şurasından jurnalistlərə və polislərə - Müraciət Əli Həsənov geniş məqalə ilə çıxış etdi: 5 Tezis… (TAM MƏTN) Bakı-Sumqayıt yolunda zəncirvari qəza-Video “Nar”İT sahəsində fərqlənən tələbələrə dəstək oldu Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib. Putin Ərdoğanın bu sualına cavab vermədi "AZPOLT" MMC: "GET HARA İSTƏYİRSƏN, ŞİKAYƏT ELƏ..." - GİLEY “Türkdilli yox, Türk dövlətləri deyək” – Nazarbayevdən Bakıda TARİXİ TƏKLİF Azərindən mehmetçikləri duyğulandıran VİDEO ABŞ Türkiyənin üç nazirini sanksiya siyahısına əlavə edib "Sizi Tanıyaq" layihəsi çərçivəsində istedadlı gənclərlə növbəti görüş keçirilib-Video “Sabahın bünövrəsini birlikdə quraq” layihəsi çərçivəsində müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi. Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 2 medal qazanıb - FOTO Yaponiyada "Haqibis" qasırğası 14 nəfərin ölümünə səbəb olub - FOTO - YENİLƏNİB-2 “Azərbaycan Türkiyənin terrorla mücadiləsinin yanındadır” – Azay Quliyevdən dəstək mesajı Öd kisəsi çıxarıldıqdan sonrakı həyat - Əməl olunmalı 3 qayda... Sabahın hava proqnozu: külək, yağış, duman Oğul anasını traktorla vurub öldürdü Üç avtobusun yolu dəyişdiriləcək Bakıda ara məsafəsini gözləməyən sürücü qəza törədib - FOTO “Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” - İlham Əliyev Paşinyanı susdurdu 15 kənd azad edildi, 399 terrorçu isə məhv edildi Övladlığagötürmə ilə bağlı yeniliklər - Prezident Milli Məclisə layihə təqdim etdi Bu,Kredo qəzetidir!Kredo-20. KÜRDƏMİR SAKİNİNDƏN KÜLLİ MİQDARDA NARKOTİK GÖTÜRÜLÜB Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir" Türk komandosların hücum öncəsi videosu yayıldı “Nar”ın “Full” paketləri ilə qalıq bonusları növbəti ayda istifadə et! Prezidentin məcburi köçkünlərlə görüşündən maraqlı - Fotolar Göz üçün faydalı qidaların - Siyahısı "Qaşıqçı cinayəti onun əmri olmadan törədilə bilməzdi" Fil sədaqəti: Bir-birini xilas edərkən öldülər... Mehriban Əliyevadan müəllimlərə təbrik Dünyada İnsanın İmmunçatışmazlığı Virusu infeksiyası ilə yaşayan 37,9 milyon xəstə qeydə alınıb "Əyri və qeyri-qanuni yollarla hakimiyyətə can atan siyasətbazlar..." - Əli Həsənov Sizi Tanıyaq layihəsinin yeni çəkilişi baş tutub-Video Prezidentin işdən çıxartdığı başçı kimdir? Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminatla bağlı müsabiqə keçirilib "Sabahın bünövrəsini birlikdə quraq" layihəsi çərçivəsində ibtidai sinif müəllimlərinin seçim mərhələsi həyata keçirilmişdir. Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələri Kür çayına buraxılıb. Q.Paşayeva İstanbul Türk Ocaqları rəhbərliyi ilə görüşdə Qarabağ həqiqətlərinin Türk dünyasında və dünyada daha geniş yayılması istiqamətində ortaq layihələri müzakirə edib Göygöl qəzasında ölənlərin sayı beşə çatdı - YENİLƏNİB + FOTO/VİDEO İctimai TV-də yanğın: xəsarət alanlar var - Foto Milli maraqlar əleyhinə fəaliyyət göstərənləri ictimai fikir qınayır “Sabahın bünövrəsini birlikdə quraq” layihəsi çərcivəsində ibtidai sinif müəllimləri ilə görüş keçirilmişdir. Siyavuş Novruzov bu deputatı istefaya çağırdı - Video “Nar” tələbə və məzunlara karyera qurmaqda dəsətk olur Oqtay Əsədov parlament sədrlərinin konfransında çıxış edib BMT kürsüsündə Ərdoğandan möhtəşəm çıxış Vurğun Əyyubla vida... - YENİLƏNİB - FOTO Ürəyi bədənin xaricində olan uşaq doğulub - VİDEO “Nar”dan operativ və keyfiyyətli müştəri xidmətləri Şəhid əsgərimiz dəfn edildi - Fotolar - Yenilənib Ermənilər əsgərimizi vurdu: MN məlumat yaydı - Video Mehrim Hüseyn “Həyat notları”-nın ilk qonağı oldu - Foto Birinci vitse-prezident Mehriban Əliyeva: "Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik" Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün GÖRÜŞÜRLƏR Gülgünü vurub öldürən şəxslə bağlı ilginc faktlar - Fotolar+Video “Nar”“Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi Vilayət Eyvazov idarə rəisini işdən çıxardı Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub Q.Paşayeva MM-in Səhiyyə komitəsində cəmiyyətimizi narahat edən bir sıra problemlərlə bağlı təkliflərlə çıxış edib Pula görə şagird avtobusdan düşürüldü – Ekspertdən çağırış Gənc Tamaşaçılar Teatrının tavanı niyə çökdü? Ərdoğan: “İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik” “Müəllim peşəsi ən rəqabətli və böyük maraq doğuran peşəyə çevrilib” –Təhsil naziri Ordumuz 10 minlik heyətlə savaş təliminə başladı - Video Luna qalmaqallı çıxışları ilə gündəmdə- "Səviyyəli şəkildə..."-EKSKLUZİV (Video) Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq öldü Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib Prezident Bakı məktəbində - Fotolar Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq" Putin Həbiblə görüşdü - VİDEO Elinaya görə 100 min təzminat çox azdır - Ekspert Şirvan sakini turşudan zəhərləndi Azərbaycanda uşaqpulu necə və kimlərə verilsin?.. Ekspertdən TƏKLİF Mirşahin Sərdar Cəlaloğluna qardaşını xatırlatdı Bakıda 43 yaşlı kişini avtomobil vurdu Nəsimiyə həsr olunan beynəlxalq elmi konfrans olacaq Bakıda binadan düşən iri şüşə parçası 2 nəfərə xəsarət yetirib - VİDEO Məktəb direktor və müavinlərinin maaşı artdı Beynəlxalq Mətbuat Mərkəzində “Məişət zorakılığı” mövzusunda tədbir keçiriləcək Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib. Bakıda 26 yaşlı kişi bıçaqlandı Limon suyuna sarımsaq atanda baxın nə olur! Təsiri inanılmaz Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb Bakıda təcili yardım maşını ilə mebel daşındı - VİDEO Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədovdan açıqlama Leyla Əliyeva xaricdə magistr təhsili alacaq gənclərlə görüşdü - Foto Şəmkirdə avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananların adları - YENİLƏNİB + FOTO Bakıda maşın 39 yaşlı kişini vurub xəstəxanalıq etdi Yaponiya rəsmisi: Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıyıq Qasırğa qurbanlarının sayı daha da artdı - Video
    File engine/metagen.php not found.