2300 nəfər müvəqqəti işlə təmin olundu - Nazirlik rəsmisi AÇIQLADI » İçxəbərlər.info - Xəbərin doğru ünvanl !

    2300 nəfər müvəqqəti işlə təmin olundu - Nazirlik rəsmisi AÇIQLADI

    2300 nəfər müvəqqəti işlə təmin olundu - Nazirlik rəsmisi AÇIQLADI


     

    Bu gün dünya praktikasında "əmək birjaları” anlayışına fərqli yanaşmalar mövcuddur. Belə ki, bir çox ölkələrdə Əmək birjaları işədüzəltmə vasitəçiliyini həyata keçirən, ayrı-ayrı ölkələrdə isə birdəfəlik, qısa müddətli, mövsümü işlərdən ibarət müvəqqəti xarakterli məşğulluğun təmin olunmasına, bununla vətəndaşların boş vaxtları ərzində əlavə qazanc əldə etməsinə köməklik göstərən qurumlardır.

    Bunu Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

    O bildirib ki, hazırda Azərbaycanda da Nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanlarının tərkibində olmaqla müvəqqəti xarakterli məşğulluğun təmin olunmasında vasitəçilik yolu ilə köməklik göstərilməsi üçün Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində Əmək Birjaları fəaliyyət göstərir. Cari ilin 9 ayında həmin Əmək Birjaları tərəfindən 2,3 min nəfər müvəqqəti xarakterli işlərlə təmin olunub. Əmək Birjalarının fəaliyyəti eyni zamanda müvəqqəti xarakterli işlər üzrə sifarişçilər və işçilər arasında müasir formada və ödənişsiz vasitəçiliyi təmin edərək, bu və ya digər məkanda pərakəndə əmək bazarının (hazırda işçi qüvvəsinin sərbəst şəkildə və qeyri-uyğun şəraitdə təklif olunduğu belə yerlərin "Qul bazarı” adlandırılması iş qüvvə və bacarığını təklif edən insanlara qarşı qeyri-etik yanaşmadan başqa bir şey deyil) yaranmasının qarşısını almağa yönəlib: "Özəl işədüzəltmə vasitəçiliyi ilə məşğul olan şirkətlərə gəldikdə isə bu gün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti orqanları ilə paralel olaraq, kommersiya əsasında fəaliyyət göstərən belə qurumlar da vardır”.

    Nazirlik rəsmisi əlavə edib ki, bununla belə, Dövlət Məşğulluq Xidməti orqanlarının işə düzəltmə vasitəçiliyi, aktiv əmək bazarı tədbirlərinin həyata keçirilməsi və bütövlükdə işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsi ilə yanaşı, daha çox diqqət mərkəzində sosial cəhətdən həssas qruplardan olan işsiz və işaxtaran vətəndaşlar (o cümlədən gənclər, tək və çoxuşaqlı qadınlar, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlər, hərbi qulluqçular, cəzaçəkmə müəssisələrindən azad olunanlar və s.) saxlanılır. Bu cür kateqoriyadan olan şəxslərin işlə təmin olunması üçün işaxtaran vətəndaşın gözləntiləri və tələbatı nəzərə alınaraq, onların işə düzəlməsi üçün kompleks tədbirlər həyata keçirilir. Həmçinin peşə hazırlığı və peşəönümü işinin səmərəli təşkili, əmək yarmarkalarının, o cümlədən "Karyerada ilk addım” devizi altında gənclər üçün xüsusiləşdirilmiş yarmarkaların keçirilməsi, əmək birjalarının fəaliyyətinin təşkili, gənc əlillər üçün xüsusi təlim proqramlarının və peşə yönümü testlərinin tətbiqi, peşə reabilitasiya mərkəzlərinin yaradılması və s. tədbirlərlə yanaşı sosial tərəfdaşlıq prinsipləri əsasında kompleks yanaşmalar, innovasiya elementlərinin tətbiqi, aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi ilə təkmilləşdirilmiş məşğulluq xidmətlərinin göstərilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, işsiz və işaxtaran vətəndaşların, xüsusilə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Dövlət Məşğulluq Xidmətinin strukturunun optimallaşması və fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu istiqamətdə mühüm addım kimi, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli Fərmanı ilə Dövlət Məşğulluq Xidməti orqanlarının işçilərinin sayı 2 dəfədən çox artırılaraq 908 nəfərə çatdırılıb.

    E.Babayev bildirib ki, ölkədə ödəniş haqqı müqabilində xidmət təklif edən kifayət qədər özəl işədüzəltmə (rekrutinq) şirkətlərinin sayının artması ölkədə əmək bazarının inkişafından xəbər verir. Bu, əmək bazarında gərginliyin aradan qaldırılmasına, əhalinin işlə təmin edilməsinə, boş iş yerləri (vakansiyalar) haqqında əlavə məlumat əldə edilməsi imkanlarını artırır. Özəl işədüzəltmə vasitəçiliyi ilə məşğul olan şirkətlərin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi yalnız onların qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq subyekti kimi qeydiyyata alınması və vergi orqanlarına hesabatlılığın təqdim edilməsi çərçivəsində həyata keçirilir. Bu şirkətlər müstəqil olaraq öz nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərir və ƏƏSMN-ə hər hansı hesabat forması təqdim etmirlər. Lakin digər tərəfdən, təcrübə göstərir ki, bu cur şirkətlərin fəaliyyətinin, onlarda toplanan işçi qüvəsinin sayı və keyfiyyəti, bu işçi qüvvəsinin əmək bazarında ölkənin dövlət məşğulluq siyasətinin və sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun düzgün yerləşdirilməsi baxımından dövlət tərəfindən onların fəaliyyətinin tənzimlənməsinə, bu sahədə normativ-hüququ bazanın formalaşdırılmasına zərurət yaranır. Əks halda bu, həm əmək bazarının strukturuna və keyfiyyətinə, həm işçilərin sosial müdafiəsinə mənfi təsir göstərə bilər: "Onu da bildirək ki, ölkəmizin sosial-iqtisadi inkişafının müasir mərhələsi sosial münasibətlərin, elmin və texnikanın sürətli inkişafı ilə səciyyələnir. Məlumdur ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması, yeni texnologiyaların həyatın hər bir sahəsinə geniş tətbiqi və yeni istehsal üsullarının, nəticə etibarı ilə əmək münasibətlərinin yeni formalarının (distant işçilər, frilanserlər, evdə şəraitində işləyənlər və s.) meydana gəlməsi ölkənin əmək bazarının inkişafına öz təsirini göstərir. Bu bir tərəfdən əmək bazarın inkişafına, ümumi məşğulluğun genişlənməsinə, əhalinin gəlirlərinin artmasına və əmək bazarında gərginliyin azalmasına müsbət təsir edir, digər tərəfdən isə bu gün əmək bazarının müstəqil seqmentinə çevrilən qeyri-formal məşğulluğa və əmək bazarında digər neqativ hallara yol açır. Məsələn, son zamanlar özəl işədüzəltmə şirkətləri tərəfindən geniş vüsət almış autsorsinq xidmətlərinin ("kirayə verilmiş” əmək) təklifi əmək münasibətlərində işəgötürənlərlə işçi ilə yanaşı üçüncü tərəfin də münasibətini nəzərdə tutur və bu halda "kirayə verilmiş” işçilərin sosial-əmək hüquqları müəssisənin daimi işçiləri ilə nisbətdə daha zəif təmin edilir. Bununla əlaqədar olaraq, əmək bazarında yaranan yeni əmək münasibətləri formaları çərçivəsində işçilərin və işəgötürənlərin hüquqlarının təmin olunması, bu sahədə hər hansı sui-istifadə hallarının qarşısının alınması məqsədilə dövlətin dəqiq normativ-hüquqi tənzimlənmə mexanizmləri və instrumentləri mövcud olmalıdır. Bu baxımdan özəl işədüzəltmə şirkətlərinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul olunması, onların akkreditasiya qaydalarının müəyyən olunması, Dövlət Məşğulluq Xidməti orqanları ilə razılaşmalar əsasında məlumat və təcrübə mübadiləsinin, bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsi bütövlükdə əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə öz töhfəsini verəcək”.

     

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 159


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    DAA prezidenti AAK prezidentini istefaya dəvət edir İndoneziyada güclü zəlzələ olub Azərbaycan nefti yenidən 73 dolları ötdü Ukraynada raket qurğusu bina ilə toqquşdu Kələm xərçəngi necə əngəlləyir? - Alimlərdən xəbərdarlıq Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb Bakı Avrasiya Universiteti boş qalan plan yerlərinə qəbul elan edir Hacıqabulda avtomobil aşdı - Xəsarət alan var Binədə qətl hadisəsi Dolların bugünkü məzənnəsi Xaçmazda qadın intihar etdi - Özünü hərəkətdə olan avtomobildən ataraq Türkiyədə AKP heyəti qəzaya düşdü: 5 ölü 18 avqustda gözlənilən hava şəraiti SALYAN SAKİNİNDƏN NARKOTİK GÖTÜRÜLÜB Zərdab sakini Fikrət Məmmədova müraciət edir : 6 yaşlı qızının həyatını xilas etmək istəyir Q.Paşayeva Türkmənistan, Qırğızıstandan gəlmiş nümayəndə heyətləri və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüşdə Qarabağdan danışıb Ağdaşda 54 yaşlı kişi özünü asaraq öldürüb Deputat azərbaycanlıları sahibsiz evdə qeydiyyata aldı ABŞ İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayır “Nar” 700 bal toplamış abituriyentləri mükafatlandırdı - FOTOLAR Bərdədə 17 yaşlı qız qaçırıldı “Nar” müştəri loyallığı indeksinə görə liderdir Azərbaycanlı jurnalistin döydüyü hamilə həyat yoldaşının DƏHŞƏTLİ görüntüləri - FOTO Gəncədə terror planlayan şəxs məhv edildi - Aşurada imamı öldürəcəkdi Q.Paşayeva qardaş Türkiyə, Özbəkistan heyət və Başqırd, Uygur və Noğay Türklərinin təmsilçiləri ilə Qarabağdan danışıb Üşütməz pencəyim məzar daşını... Leysan yağışlar şimal-qərb bölgəsinə ziyan vurub - VİDEO Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb-Rəsmi Çaylarda suyun səviyyəsi dəyişdi Daha bir körpə doğuş zamanı öldü Bu, tarixi əhəmiyyətli sənəddir - Prezident Tonlarla sarımsaq anbarlarda qalıb - Video Layihənin müddəti sona çatsa da “İcma əsaslı sosial reabilitasiya mərkəzi”nin fəaliyyəti davam edəcək. Mingəçevirdə avtomobil aşıb, sürücü ağır yaralandı Albaniyada 5,1 bal gücündə zəlzələ baş verdi Sərnişin təyyarəsi yoxa çıxdı Türkiyədən ABŞ-a ciddi mesaj: Rusiya və... Eşqin şəhidi" adlı kitabın təqdimatı keçirildi. Bakıda kafedə qətl törədən iki nəfər saxlanılıb Azərbaycan bu il ən çox hansı ölkəyə məhsul ixrac edib? “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edildi Şəkidə fəhlə hündürlükdən yıxılıb öldü Qubada elektrik dirəyi yandı - Bir neçə kənd işıqsız qaldı + Video Bakıda avtobus aşdı - Sürücü öldü Stress və depressiyanı müalicə edən ən yaxşı üsul DOST-la bağlı əsas planımız bütün ölkəni... - Nazir Bakıda evinin sökülməsinə etiraz edən vətəndaş özünü yandırdı - VİDEO Qədim Kapadokyada Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq Kanadada atışma: 4 ölü 13 yaşlı uşaq FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ Bakıda evə basqın olub, xəsarət alan var Süni göldə batan 18 yaşlı gəncin meyiti tapıldı - YENİLƏNİB 10 yaşlı yazar kitabını ziyalılara təqdim etdi. "Erməni irqçi düşüncə sistemi və milli- mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib Ön cəbhədə maraqlı ədəbi-bədii gecə keçiriləcək! 8 Avqust Beynəlxalq Oftalmoloqlar Günüdür “Araz” Ziyalılar İctimai Birliyi multikultural dəyərlərin iziylə Qurban Qurbanov: “Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram” “Lotu Quli”yə qarşı plan quran Sərkisyan həbs olundu – VİDEO Bakıda dənizdə batan 3 nəfər xilas edilib Manat və dolların bugünkü MƏZƏNNƏSİ "Hacı Mazan" döydürdüyü vətəndaşın qarajını əlindən aldı - ÖZÜNÜ İSƏ POLİSƏ VERDİ (FOTO) Tovuzda "Azərbaycan-Rumınya münasibətlərin inkişafında bölgələrarası əməkdaşlığın rolu" adlı tədbir keçirilib Bu gün hava necə olacaq? Sumqayıtda yanğın oldu Qədim Şanlıurfada və tarixi Battalqazidə oktyabr ayında Azərbaycan bulvarı və Qarabağ parkının açılışları olacaq Sabah 37° isti olacaq Bakıda zəncirvari qəza nəticəsində 1 nəfər xəsarət aldı Bu qidalar sizi xərçəngdən qoruyacaq - MENYUNUZDA OLSUN - VİDEO Vüsalə Mahirqızı APA ilə bağlı açıqlama verdi: “Araşdırma aparılır” Gəncədə 4 otaqlı ev yandı İmtahana 3 gün qaldı “Bakı Metropoliteni” işçi axtarır Sumqayıtda qaz olmayacaq 04 avqustda gözlənilən hava şəraiti Konserv qutusundan ilan çıxıb Fəhlə işlədiyi villadan yıxıldı - Həyatını... Neftimiz neçəyədir? “Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib-Fotolar Bakı Su kanal İdarəsinin rəisi cərimələndi Göyçay 9 sayli Ərazi Vergilər İdarəsindən rüsvayçılıq : Vergi borcunu ödəyən Zərdab sakininə “stop” qoyuldu, xəstə uşağı ilə birlikdə sərhəddən qaytarıldı Son 1 ildə problemli kreditlərin həcmi azalıb, iyunda artıb Antalyada Azərbaycan şəhidləri abidəsi açılıb Sürücülərə XƏBƏRDARLIQ - bu ərazidə yol bağlanacaq Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb Kubada Zika virusuna yoluxanlar var İlin əvvəlindən Azərbaycanda kreditləşmə 3,3% artıb Bölgə sakinləri “Nar”-ın “Yerlim” tarifini seçir 01 avqustda gözlənilən hava şəraiti Qasırğa 9 nəfəri xəstəxanalıq etdi Qazax sakinini ilan sancıb Məleykə Abbaszadə mübahisəli suala aydınlıq gətirdi: “Abituriyentin bir az dünyagörüşü də olmalıdır” Zakir Həsənov cəbhə xəttində - FOTO İTV-də daha bir veriliş bağlandı, direktor işdən çıxarıldı –Telekanalda dəyişikliklər Bakıda daha bir süpürgəçi qadını maşın vurdu Qənirə Paşayeva 2-ci Türk Dünyası İstişarə Qurultayında Türk Dünyası aydınlarına çağırış edib. Filippində partlayış törədilib, ölənlər var Xətaidə suyun verilməsi məhdudlaşdırılacaq Ölkədə taksi biabırçılığına son qoyulur – Tədbir Köçəryan niyə məhv edilir? - Erməni politoloqdan AÇIQLAMA
    File engine/metagen.php not found.