“Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar

    “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar


    Son günlər istər respublikamızda, istərsə də Azərbaycan diasporunun mövcud olduğu xarici ölkələrdə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimləri keçirilir. Kütləvi informasiya vasitələri həmin tədbirləri geniş şəkildə işıqlandırır. Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyin nəzdində "Muğam Dünyası" klubunun könüllüləri 20 yanvar faciəsinə həsr olunmuş tədbiri keçirdi. 20 yanvar hadisələri ilə bağlı dəyirmi masa ətrafında çıxışlar oldu. 

    İcxeberler.info xəbər verir ki, "Muğam Dünyası" klubunun sədri Nicat Müslümov 20 Yanvar faciəsindən söz açaraq bildirib ki, 20 Yanvar faciəsindən 28 il ötür. "Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatları və SSRİ DTK-nın "A" təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu faciəni törədənlər Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı. SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. Halbuki, M.Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində, Moskvada... SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də, Azərbaycanda törədilmiş 20 Yanvar hadisələri şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. Bircə faktı vurğulamaq yetər ki, SSRİ prezidenti M.Qorbaçov Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 Yanvar faciəsinin ildönümündə Azərbaycan xalqına başsağlığı verməklə münasibət bildirmişdi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Və elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu"...

    "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu... Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi... Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi" fəxri adı verilib, "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir. Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Prezident İlham Əliyevin sərəncamına əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu, abadlaşdırıldı... 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Möhtərəm Prezidentimizin fərmanı ilə 140 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə ayda 300 manat məbləğində Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən əmək pensiyaları haqqında qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir. Son illərdə ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi və yaşayış evləri inşa olunur. Müvafiq olaraq, 20 Yanvar şəhidlərinin ailələrinə, əlillərə də verilir. Əlillərin sağlamlığının bərpası da diqqət mərkəzindədir. Onların reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun "20 Yanvar" stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu... Prezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ilin oktyabrında Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində memorial abidə kompleksinin inşasına başlanıldı. 2010-cu il yanvarın 20-də isə kompleksin açılışı oldu. Ümumi sahəsi 1500 kvadratmetr olan xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub. Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür. Bu il xalqımız 20 Yanvar hadisələrinin 28-cü ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir. Bakının ən mötəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

    “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar
    “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar
    “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar
    “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar
    “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar
    “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar
    “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar
    “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 552


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında Bakıda bəzi yollarda sürət həddi endirildi –Yağışa görə Bazarlarda qiymətlər necədir? - VİDEO Bakıya aylıq normadan artıq yağıntı düşüb Tovuzda gənc oğlan ağacdan yıxılaraq ayağını qırıb İndoneziyada zəlzələ oldu “Yağışın yaratdığı fəsadlar aradan qaldırılır” - “Azərişıq” Təbiət bir gecəyə Bakı üzrə “aylıq plan”ı doldurdu Bu gün Paşinyanla Sərkisyanın pərdəarxası döyüşü olacaq "Kamal Abdullanın bu addımı sözün yaxşı mənasında bir "ilk" oldu" İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - Foto Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq Qatil: “Etimad İsmayılovdan cəld tərpəndim”- Milyon dollarlıq mübahisə, AVM səhmləri, “Glock” tapançası... Məktəbli avtobusu qəzaya uğradı – Ölənlər var  İrandakı paradda terakt anı - Video/Foto Bakıdan KTMT-yə: Nikolun cəfəng açıqlamaları ilə tanış ol! "Gəncliyin rəngləri " adlı sərgi keçirilib-Fotolar ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var 20 yaşlı azərbaycanlı tələbə İsveçdə deputat seçildi - Fotolar Prezidentin bu çıxışı İrəvana layiqli cavab idi - Politoloq Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik” Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib “Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu Qayıq göldə batdı, 44 nəfər öldü "Frutti Freska"dan ibrətamiz addım-Fotolar Ağacdan yıxılan jurnalist dünyasını dəyişdi Azərbaycanda pambığın qiyməti 50 manat qalxdı Elnur Seyidovun şikayəti təmin olunmadı Ermənistandakı Rusiya aviasiyası döyüşə hazır vəziyyətə gətirildi Saçyoldu olayı baş verən məktəbin direktoru işdən AYRILDI “Nar”-ın dəstəyilə “Brain Ring” yarışları start götürdü "Xətai" metrosu bağlanır - 1 illik Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi Ordumuzun təlimləri: döyüşə hazırlıq... - Video Fikrət Qocanın oğlunun qatili ilə bağlı – Son qərar Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına da daxil olur NATO-dan Azərbaycanla bağlı açıqlama Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT Ülviyyə Namazova: "Afət Fərmanqızı, səndə onun tayısan!"-QALMAQAL! Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb Sumqayıtda avtobus "Kamaz"la toqquşdu - Yeniləndi Heydər Əliyev hərbi xidmətdə: bu gün and içdi FOTOLAR Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir- VİDEO Əgər təlimat verilsə, Rusiya belə bir helikopter istehsal edəcək Türkiyədə Bakının azad edilməsinin 100 illiyinə videoçarx hazırlandı - VİDEO ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı Bu, Ərdoğan və Əliyevin birgə mesajıdır Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü+ Fotolar+ Yenilənib Bu gün Almaz balanın doğum günüdür Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi ölkəmizdədir Azərbaycanlı politoloqdan Ermənistan hərbi rəhbərliyinə məsləhət... Ərdoğan və Əliyevin iştirakı ilə bu gün... - Türkiyə XİN “Nar” 15 sentyabr– Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar”-dan 10 qəpiyəgünlük internet paketitəklifi Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib Bəbəlidə yanğın baş verib Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı Kaliforniyada atışma nəticəsində 6 nəfər ölüb Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib “Orta əsr təfəkkürü Paşinyana baha başa gələcək”-Aydın Mirzəzadə “Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi 12 sentyabrda gözlənilən hava şəraiti Zəvvarları daşıyan avtobus aşdı - 50 nəfər öldü Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi Azərbaycanda bu analizin qiyməti 3 minə yaxındır Kağızdan hazırlanmış qeyri-adi sənət əsərləri - Fotolar İranın "Şiə qurşağı"na ağır zərbə - Şərh Qurban Qurbanov Malta uğursuzluğundan danışdı Q.Paşayeva Yeni Dərs İli öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşüb Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb Bakıda tarixi parada hazırlıq – Video Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi təsdiqlənib Avstriyada baş verən qəzada 13 qadın xəsarət alıb Yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə ədəbi –bədii tədbir keçirilib - Foto “Nar”-dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri Paşinyan bu gün Moskvada “məşhər ayağına” çəkiləcək ""Addım- addım"ın repertuarımda xüsusi yer tutacağına əminəm"-Aygün Aydın Gənc Kikboksçu qadın Günay Sun Moon Haciyeva niyə qəzəbləndi? Tamerlan Qarayev kim idi ki, onun əmri ilə vertolyot vurulsun? - ETİRAZ... Prezident böyrəyi səhvən götürülmüş uşağa ev bağışladı Yevlaxda baba 3 yaşlı nəvəsini öldürdü Azərbaycanda dünya çempionu HƏBS EDİLDİ - QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ (ÖZƏL-FOTO) Quzusunu xilas etmək istəyən fədakar çoban həyatından oldu -FOTO İranda 5,5 bal gücündə zəlzələ olub 08 sentyabrda gözlənilən hava şəraiti Türkiyə Prezidenti İranda səfərdədir Yevlaxda sürücü avtomobili aşırıb, sərnişin ölüb “Biz, bir millət iki dövlətik!”devizi altında ədəbi-bədii tədbir keçirilib Q.Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib və insanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik deyib Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib Şimali Koreyada daşqınlar nəticəsində 76 nəfər ölüb, 800-dən çox bina dağılıb Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub Ukraynada uçot dərəcəsi artırılıb Lənkəranda gənc oğlan qayınatası tərəfindən bıçaqlanıb Son dəqiqə: Rusiya qırıcıları İdlibi vurdu – 4 milyona yaxın sakin təhlükədə Bu dərmanların istifadəsi QADAĞAN EDİLDİ - SİYAHI 11 mindən çox insanda bədxassəli şiş aşkarlandı - Azərbaycanda Şirkət aşağı qiymətə satılıb, araşdırma olacaq - Prokuror
    File engine/metagen.php not found.