“Onların hədəfi təkcə prezidentlə mən deyiləm” - Əli Həsənov

    “Onların hədəfi təkcə prezidentlə mən deyiləm” - Əli Həsənov


    "Ziyalı adını daşıya biləcək hər kəs öz mövqeyini nümayiş etdirməli və biabırçı söyüş makinasını, təhqir qaragüruhunu dayandırmalıdır”

    "Xatirinizdədirsə, 2000-ci illərin ikinci yarısında ABŞ-da Barak Obamanın qələbəsini Tvitter inqilabı kimi səciyyələndirmişdilər. Təxminən o dövrdən etibarən sosial şəbəkələr dünya siyasətinə, qlobal informasiya mühitinə təsir edən, bir sıra hallarda ayrı-ayrı ölkələrdəki daxili siyasi mübarizənin taleyini həll edən əsas vasitələrdən biri kimi qəbul edilməyə başlayıb. Təsadüfi deyil ki, 2017-ci ildə ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsinin əsas səbəblərindən biri kimi də sosial şəbəkələrdə düzgün strategiyanın qurulması və həyata keçirilməsi göstərilir.

    Lakin ABŞ-dan fərqli olaraq, sosial şəbəkələrin son illərdə yaratdığı imkanların Avrasiya və Yaxın Şərq coğrafiyasında, xüsusən də ərəb ölkələrində hansı fəsadlara gətirib çıxardığı bu gün də əsas müzakirə mövzularından biridir. Hətta 2011-ci ildə Böyük Britaniyada baş vermiş iğtişaşlar zamanı sosial şəbəkələrdən istifadə məhdudlaşdırıldı və bu addımın "zərərli çağırışların qarşısını almaq” məqsədi daşıdığı bildirildi. Yəqin elə bu səbəbdəndir ki, Azərbaycanla qonşu olan böyük ölkələrdə ayrı-ayrı vaxtlarda sosial şəbəkələr məhdudlaşdırılıb, ya da böyük milli şəbəkələr yaradılmasına cəhd göstərilib. Etiraf etməliyik ki, bəzi ölkələrdə müəyyən nəticələr də əldə olunub”.

    Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

    O bildirib ki, Azərbaycan heç bir dönəmdə, ən azından Ümummilli Lider Heydər Əliyev tərəfindən 6 avqust 1998-ci ildə KİV üzərindən bütün senzura və qadağalar ləğv olunduqdan sonra nə hər hansı media qurumunun fəaliyyətinə məhdudiyyət qoymayıb, nə yeni fenomen olan şəbəkə məhdudlaşdırma yolunu seçməyib, nə də ki, ölkəmizdə milli şəbəkələrin qurulmasına ciddi təşəbbüs göstərməyib: "Qlobal informasiya və ünsiyyət şəbəkələrinə giriş bizim ölkədə sərbəstdir və bəzi milli dönüklərin okeanın o tayından verdikləri saxta proqnozlara baxmayaraq sərbəst də saxlanılacaqdır. Azərbaycan hakimiyyəti bəhs etdiyim dövrdə sosial şəbəkələrə cəmiyyətlə və dünya ilə asan təmas imkanlarından biri kimi yanaşıb və yanaşmaqda da davam edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özünün, müxtəlif dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Cənab Prezident dəfələrlə sosial şəbəkələrdə qaldırılan problemlərə reaksiya verib, internetə məlumat mənbələrindən biri kimi yanaşdığını bildirib.

    Təsadüfi deyil ki, bu gün Azərbaycanda Facebook, Twitter, Youtube, Instaqram və bu kimi sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşmışdır. Cəmi 10 milyona yaxın əhalisi olan bir ölkə üçün bu, həqiqətən böyük göstəricidir. Azərbaycanda müasir rabitə və internet infrastrukturunun qurulması, tariflərin region ölkələrindəki qiymətlərlə uyğunlaşdırılması, hər kəsin bu sahədə sərbəst fəaliyyəti üçün şərait yaradılması, mövcud seqmentdə fikir plüralizminin təmin olunması ölkəmizdə sosial şəbəkələrin inkişafına müsbət təsir göstərən əsas amillərdir.

    Bütün bunlarla yanaşı, təəssüflə qeyd etməliyəm ki, Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə pozitiv münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait qarşısında bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə də bilməz. Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir. Ayrı-ayrı vaxtlarda təşkil olunan kampaniyaların təşkilatçıları və iştirakçıları ölkədəki dünyəvi rejimi, etnik-dini münasibətlər sistemini hədəf götürür, ölkəmizin adının belə "tarixi səhv” nəticəsində yarandığı haqda uydurmalar yayırlar. Məqsədyönlü şəkildə açılmış, fərqli radikal dini qrupların, separatçı dərnəklərin nəzarətində olan səhifələr ölkədəki tolerant mühiti, ən böyük qazancımız və inkişafımızın rəhni olan sabitliyi hədəfə alırlar.

    Sirr deyil ki, bu çevrələr, dərnəklər, qruplar bəzi qonşu dövlətlərin, xüsusən Ermənistanın məkrli mərkəzlərinin təsiri altındadır. Yenə də təəssüflə qeyd etməliyəm ki, 2015-ci ildən üzü bəri dövlət başçısının şəxsiyyətinə, ailə üzvlərinə, komandasına, vəzifəli şəxslərin ailə üzvlərinə qarşı aparılan çirkin kampaniya anti-Azərbaycan mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir. Bu ardıcıllıq hətta böyük informasiya axınına çıxışı olmayan sıravi, amma diqqətli vətəndaşlarda belə koordinasiyalı fəaliyyət təəssüratı yaradır. İnformasiyalara çıxış olan dövlət adamları, ictimai xadimlər, media nümayəndələri üçün isə bu, sadəcə təəssürat deyil, real faktdır".

    Prezidentin köməkçisi vurğulayıb ki, son zamanlar, xüsusən də Azərbaycanda növbəti prezident seçkiləri 11 aprelə təyin olunandan sonra bəhs olunan mərkəzlər məkrli "Azərbaycan layihəsi”ni dövriyyəyə buraxaraq, bu işə xarici ölkələrdə müxtəlif vasitələrlə öz təsirləri altında saxladıqları bəzi soydaşlarımızı qoşublar: "Qısa zaman kəsiyində bu çirkin kampaniya ifrat həddə çatdığına görə, ölkənin informasiya siyasətinə, diaspora nümayəndələri ilə əlaqələrə məsul şəxs kimi mən mövcud durumun kəskinliyi barədə xüsusi bəyanatla çıxış etdim və ölkə ictimaiyyətini məlumatlandırdım.

    Sizə artıq məlumdur ki, fevralın sonunda Niderlandda diaspora nümayəndələri ilə görüşdə, martın əvvəlində isə jurnalistlərin qurultayındakı çıxışımda mən üzümü bu kampaniyanı təşkil edənlərə və icraçılara tutaraq belə antimilli fəaliyyətin Azərbaycan cəmiyyəti tərəfindən heç zaman dəstəklənməyəcəyini bəyan etdim. Bunun ardınca bir neçə gün sonra Mətbuat Şurasının 15 illik yubileyində bir daha bu fəaliyyəti başlayanlara və icraçılara çağırış etdim. Amma təəssüf edirəm ki, onlar bu çirkin fəaliyyəti dayandırmadılar. Novruz bayramı günü mən yenidən, bu dəfə özlərini bizim hakimiyyətə opponent hesab edən qrupların sevimli platforması sayılan Facebook vasitəsilə çıxış etdim. Sevinirəm ki, ard-arda dərc etdiyim bu müraciət və statuslar media nümayəndələri, yaradıcı insanlar, QHT təmsilçiləri - bir sözlə, ölkə ziyalılarının geniş spektri tərəfindən müsbət qarşılandı. Çünki ortada Azərbaycanın milli maraqları, dövlətimizin mənafeyi, xalqımızın mənəviyyatı məsələsi dayanmışdı. Mənim milli ziyalılarımızın belə məqamlarda, xüsusən də dövlətçiliyimizin əsaslarına təhlükə yarananda yüksək vətənpərvərlik göstərəcəklərinə heç bir şübhəm yox idi və belə də oldu.

    Bu gün cəmiyyətimizdə gedən müzakirələri, o cümlədən "Amerikanın səsi” radiosunda əks olunmuş bəzi tənqidi statusları da mən öz Facebook səhifəmdə paylaşmaqla bizim hakimiyyətin sağlam polemikaya açıq olduğunu bir daha göstərdim. Müzakirələrə aparıcı KİV-lərin rəhbərləri, millət vəkilləri, yaradıcı ziyalılar, QHT təmsilçiləri, ölkənin gələcəyi sayılan gənc fəallar qoşularaq öz dövlətçi, azərbaycançı baxışlarını ortaya qoymaqdadırlar. Əlbəttə, hərə öz səviyyəsində, məxsusi tərbiyə və intellektinin imkan verdiyi çərçivədə, bu məsələyə münasibət bildirir, əks düşərgədə olanların ən sağlamları dialoq platformasının davamlı olmasının vacibliyini vurğulayırlar. Milli ziyalı elitasının reaksiyasını görən qaragüruhçu ünsürlər Prezidentin köməkçisi olaraq mənim üstümə tökülüblər, özümü və ailəmi bacardıqları kimi, malik olduqları tərbiyə çərçivəsində təhqir etdilər, ünvanıma hər cür çirkab yağdırdılar. Nə etməli ki, onların sırasında vaxtilə mənə minnətdarlıq ifadə edən, gəlişigözəl sözlər söyləyən insanlar da var. Bəziləri mənim çıxışımdan sonra, hətta "söyüş atəşləri”nə moratorium qoyduqlarını bildirdilər. Lakin əsas odur ki, bu günlərdə həm ölkə daxilində, həm də xaricdə hər kəs anladı ki, Azərbaycan cəmiyyətinin, xüsusən də ziyalı təbəqəsinin, milli elitanın dəstəkləmədiyi hər hansı bir fəaliyyət məğlubiyyətə məhkumdur".

    Ə.Həsənov deyib ki, son günlərin müzakirələri həm də xaricdə oturub antiazərbaycan dairələrin aləti qismində çıxış edənlərin, söyüş makinasına yem olanların iç üzünü də açdı və cəmiyyətə tanıtdırdı: "O da göründü ki, Azərbaycanın daxilində oturub çirkin söyüş müxalifətini dəstəkləyənlər, onların mənəviyyatsız əməllərini bəzi hakimiyyət dairələrinin adına yazaraq Prezidentin komandasında qarşıdurma yaratmaq istəyənlər daha ziyanlı mənəviyyat sahibidirlər. Bu müzakirələrdən sonra əvvəllər barışdırıcı kimi görünməyə çalışanların çıxışlarında, təhlillərində bir həqiqət etiraf olunmağa başlayıb - hədəf sadəcə Prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən- Əli Həsənov deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb – hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən "virtual İŞİD” adlandırmaqda haqlı olduğum indi həmin qüvvələrin "ağsaqqalları” tərəfindən dolayısı ilə etiraf olunur.

    Əslində, bu, yeni plan da deyil. Hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayanda erməni lobbisi öz mənfur arzusuna çatmaq üçün Bakını Beyruta, Azərbaycanı Livana çevirmək istəyirdi və bunu gizlətmirdi. Həmin qüvvələr və "sapı özümüzdən olan baltalar” 2003 və 2008-ci illərdə ciddi cəhdlə buna çalışdılar. Lakin, o dövrdə Prezident İlham Əliyevin xalqla birliyinə və dəmir iradəsinə çırpılaraq geri çəkildilər. Belələri 2013-cü ildə yeni bir məkrli plan quraraq, xarici dairələrin köməyi ilə " Milyarderlər İttifaqı” yaratdı və "aldanmış kəvakib”dən istifadə edərək hakimiyyəti ələ keçirməyə cəhd etdilər. Xoşbəxtlikdən hər dəfə də bu antimilli ünsürlər ölkə Prezidentinin dəmir iradəsi, onun sədaqətli silahdaşlarının yekdil mövqeyi və ən əsası, Azərbaycan xalqının keçilməz müqaviməti ilə üzləşərək necə gəlmişdilərsə, eləcə də rədd olub getdilər. Bu gün də onlar yatmayıb, sadəcə olaraq qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar. Odur ki, güman qalıb onların daimi bacardıqları işə - xəyanətə, hiyləyə və bir də söyüşə. Bu dəfə "livanlaşdırma” termini də dəyişib və "suriyalaşdırma” ilə əvəz olunub.

    Mən jurnalistlərin qurultayında etdiyim çıxışımda bildirmişdim ki, Milli iradəsi çox güclü olan Prezidentimin ətrafında, qüdrətli milli ordumuzun əhatəsində və peşəkar media jurnalistlərimizin arasında özümü həmişə güclü hiss edirəm. Bu gün də o fikrimdə qalıram ki, təmsil etdiyim qüdrətli dövlətə və onun müzəffər ordusuna, köməkçisi olduğum dəmir iradəli Prezident İlham Əliyevə, milli dəyanətinə söykəndiyimiz ziyalılarımıza, elitamıza, o cümlədən onların sırasında xüsusi yer tutan peşəkar jurmalistlərimizə qalib gələ biləcək və onları sağlam yoldan sapdıra biləcək heç bir qüvvə mövcud deyil.

    Jurnalistlər gözəl xatırlayırlar ki, mən dövlət qulluğunda olduğum 25 ildə dəfələrlə olub ki, islam dininin qurucusu Məhəmməd Peyğəmbər, müasir dövlətimizin banisi və qurucusu, ümummilli liderimiz Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk, türk dünyasının ortaq dəyərlərindən hesab etdiyim dahi şair və yazıçılar, başqa dəyərli varlıqlar haqqında gərəksiz ifadələrə rast gələndə sərt çıxışlar etmiş, milli dəyərlərimizi qorumağın vacibliyini bildirmişəm. Hesab edirəm ki, indiki durum da həmin hallar qədər, bəlkə də daha artıq dərəcədə ciddidir.

    Çünki hazırkı siyasət masasının üzərində bizim dövlətin əsas maraq və mənafeləri, dəyərləri, bütün dünyada yaşayan soydaşlarımızı birləşdirən azərbaycançılıq ideyasının taleyı, dövlət təhlükəsizliyimiz, mənsub olduğumuz xalqın milli-mənəvi dəyərləri və milli heysiyyatımız durur. Özünü azərbaycanlı sayan heç kimin biganə qala bilməyəcəyi dəyərlərimizə haqsız, məkrli, düşünülmüş, koordinasiya edilən hücum var. Belə hallarda heç birimiz gözləmə mövqeyi tuta bilmərik. Biz ya ictimai meydanı dövlətimizi "Aran”, "Abşeron sultanlığı” adlandıran xain və məkrli qüvvələrin əlində alətə çevrilmiş qaragüruhçu ünsürlərə verməli, ya da milli elitanı, ölkə ziyalılarını səfərbər edərək bu antiəxlaq ünsürlərinə "dur” deməliyik, insanları yanlış yoldan çəkindirməyi bacarmalıyıq.

    Buna görə də xalqımız və dövlətimizin firavan gələcəyi naminə fəaliyyət göstərən millət vəkillərimiz, siyasətçilərimiz, alimlərimiz, yazıçılarımız - bir sözlə, ziyalı adını daşıya biləcək hər kəs öz mövqeyini nümayiş etdirməli və biabırçı söyüş makinasını, təhqir qaragüruhunu dayandırmalıdır”.

    unikal.orq
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 207


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək” Samuxda ər arvadını bıçaqlayıb Azərbaycana yaz fəsli gəldi Göyçayda 7 yaşlı uşağı maşın vurub Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi Bakıda Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı xaricdən gəlmiş tanınmış insanların iştirakıyla maraqlı tədbir keçirib Bu şəxslərin maaşları artırılacaq - Qanunda dəyişiklik İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ Manat və dolların sabahkı MƏZƏNNƏSİ Martın 21-dən havanın temperaturu yüksələcək “Nar” nömrə ilə xaricdə Wi-Fi pulsuzdur Ceyranbatan qəsəbəsində "Opel" yanıb Yüksək təzyiqdən əziyyət çəkirsinizsə, bu meyvələri yeyin İstanbulda fabrik yanır 19 martda gözlənilən hava şəraiti Konqoda qatar aşıb, 24 nəfər ölüb, 31 nəfər yaralanıb Göyçayda maşın 7 yaşlı uşağı vurdu Orxan Nərimanlı: “Yerli məhsul bir çox dövlətlərin istehsalını geridə qoyur!”-Müsahibə 16 martda gözlənilən hava şəraiti Sumqayıtda ağır qəza - Ölənlər var Yaşamaq istəyirsinizsə broylerdən uzaq durun: Pediatrdan "ağ ölüm"lə bağlı qara xəbər... QOŞQAR TƏHMƏZLİ ELDAR MAHMUDOVUN ODİOZ BANDASI İMİCİNDƏ- DƏHŞƏTLİ İDDİALAR.. Millət vəkili Q.Paşayeva MM-də vərəm xəstələrinə və onların ailələrinə dəstəyin artırılması ilə bağlı təkliflərlə çıxış edib Ölkədə qızıl-gümüş bahalaşıb Şamaxıda zəlzələ olub Dənizdə batan sumqayıtlı oğlanın meyiti tapıldı Dolların sabaha olan məzənnəsi Uğurlu təhsilimiz naminə-Fotolar Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası növbəti aksiyasını keçirəcək. Yeni rektor kollektivə təqdim olundu Cəlilabadda 10 yaşlı uşaq iynə vurulandan sonra öldü “Nar”-ın Baş icraçı direktoru beynəlxalq İKT sammitində rəqəmsal transformasiya mövzusunda çıxış edib Mehriban Əliyeva Fransada mühüm görüşlər keçirdi - Foto ŞİRVAN SAKİNİNDƏN NARKOTİK MADDƏ GÖTÜRÜLÜB Prezidentə şikayət:"Ucar rayon Arxitektura və Memarlıq Şöbəsinin müdiri Nasir Abdıyev vəzifə səlahiyyətlərindən sui-istifadə .." VİDEO Qənirə Paşayeva şəhid analarını və şəhid xanımlarını 8 mart – Beynəlxalq qadınlar günü və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib Prezident Avropanı Rusiyaya qarşı mübarizəyə çağırır Bu gün Əli Həsənovun özəl günüdür Qusarda yanmış köşkdə meyit tapıldı "Sizi Tanıyaq" layihəsinin "8 Mart Qadınlar günü"nə həsr edilmiş Bayram tədbiri keçirildi-Video+Fotolar Bu gün Beynəlxalq Qadınlar günüdür Millət vəkili Q.Paşayeva Tovuzda seçiciləri ilə görüşüb, qayğıları ilə maraqlanıb Millət vəkili Q.Paşayeva KİV-i alim qadınlarımızı daha çox təbliğ etməyə çağırıb Yataqxanada baş verən yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT Çexiyada şir öz sahibini parçalayıb Gürcüstanda 2100-dən çox insan qızılcaya yoluxub Manat və dolların bugünkü MƏZƏNNƏSİ Bakıda yataqxanada yanğın olub, xəsarət alan var Şirkət “Bakı Metropoliteni”ni məhkəməyə verdi - Ödənişdən narazıdır Sabunçuda ev yanıb Millət vəkili Q.Paşayeva və bir qrup fəal qadınlarımız müsəlman ölkələrinin fəal qadınları ilə Azərbaycan həqiqətlərindən danışıb “Nar” gənclərin uğurlu karyera qurmasına dəstək olur Maaşlar belə artdı - Bu da vahid tarif cədvəli Ağır qəzada ana və qızı öldü Ucarda birdən birə 3 nəfər intihara cəhd etdi Ödədiyiniz artıq pullar geri qaytarılır - Nazir bütün detalları AÇIQLADI / VİDEO Leyla Əliyeva “Balaca şahzadə”ni izlədi - Fotolar Qənirə Paşayeva Türkiyə kanallarının canlı yayımında Xocalı həqiqətlərindən danışıb Suriyada avtobus minaya düşdü: 24 ölü Masallıda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var MTRŞ sədri: “Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir” İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı Düşmən mövqelərimizi atəşə tutdu Əlcəyinə Putinin adını yazdırdı, aləm bir-birinə dəydi Ucarda “Mercedes” aşıb, xəsarət alanlar var “Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirildi.-Fotolar 155 nömrəli məktbdə "Valideynin məktəbdə bir günü" adlı layihə həyata keçirildi-Fotolar “Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək "ÜRƏYİM,ANA DİLİM!"-Sevindik Nəsiboğlu “Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib ŞƏHİDLİYİ FİKİRLƏŞMƏYƏN “QAZİ” OLA BİLMƏZ . Qoşqar Təhməzli xaricdəki biznesindən danışdı: "İş adamı olmaq qəbahətdir?" “Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir Manatın bugünkü məzənnəsi Masallıda zəlzələ oldu Eldar Əzizov töhmət verdiyi baş direktoru İŞDƏN ÇIXARDI (ÖZƏL) Uşağın çəkisi niyə artmır? — 3 səbəb Yük maşını az qala körpüdən aşacaqdı... - Bakıda Energetika Nazirliyində Asiyaİnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib Tovuzda qəza baş verib, iki nəfər yaralanıb Qaradağlı qətliamından 27 il ötür Vüqar Rəhimzadəyə ağır itki Azərbaycanda yenə vulkan püskürdü Bakıda 18 yaşlı qız itkin düşdü Azərbaycan nefti bahalaşır Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı Azərbaycan çaylarında son durum... Çeçen nazir Əli Həsənovun açıqlamasına cavab verdi - Video Vəzifəli şəxslərə güzəştlər tətbiq edilib - Baş nazirdən QƏRAR “Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib Əli Həsənova ağır itki üz verib Pensiyaların artırılacağı məbləğ açıqlandı Bakıda baş vermiş faciəvi yol qəzasının videogörüntüləri yayımlandı - VIDEO Xalq artisti iynədən şoka düşdü (VİDEO) Klubun vitse-prezidenti istefaya göndərildi Penitensiar Xidmət Taleh Bağırovla bağlı məlumat yaydı Bölgələrdə kəndlilərin adına kredit götürən təşkilat rəhbəri həbs edilmədi Erməni general dövlətin 1 milyarddan çox pulunu “yeyib” Ərdoğanla Ruhani Soçidə görüşdü Əhalinin Paşinyana ümidi itir - Tandilyan
    File engine/metagen.php not found.