Ağdamsız keçən 25 il

    Ağdamsız keçən 25 il


    Bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 25 il ötür. 


    İcxeberler.info xəbər verir ki, işğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonu ermənilərin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. 
    Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kv. km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.
    Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keçməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal NərimanovunÜçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. VI-IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.
    Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında tapılan son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.
    Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

    Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur.

    Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.
    1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.
    1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 

    1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.

    Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi məlumata görə Ağdamın hazırda işğal edilmiş ərazilərində 360 nəfər daimi məskunlaşıb
    Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıb aparmışlar. Belə muzeylərdən Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyasının adlarını çəkmək olar. Bununla belə, 2002-ci ildə Ağdam Tarix Ölkəşünaslıq muzeyi rayonun işğal altında olmayan Qaradağlı kəndində bərpa edilib.
    Hazırda rayondakı tarixi, mədəni, dini abidələrinin əksəriyyəti erməni işğalçıları tərəfindən məhv edilmişdir.] Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.
    Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulmuşdur.

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 454


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Gəncə hadisələrinə görə 5 nəfər məhv edilib” - Mədət Quliyev “Real”ın yeni baş məşqçisi təsdiqləndi “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi "9 NOYABR- DÖVLƏT BAYRAĞI GÜNÜ"NDƏ AZƏRBAYCAN BAYRAĞI POLŞADA YÜKSƏLDİ “Nar”-danADA Universitetinin Təqaüd Proqramına dəstək Q.Paşayeva MM-də 2019-cu il büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb Arzu Bağırova Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində mükafata layiq görülüb Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Gözdən Əlillər Cəmiyyətində tibbi aksiya və seminar keçirəcək. Gənclər bayrağımızın 100 illiyi münasibətilə maraqlı layihə hazırlayıb Q.Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülünə” layiq görülüb Azərbaycanda Konstitusiya günüdür İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Almaniyadakı erməni mafiyası bütün ölkə boyu səpələnib - MDR televiziyası Altı nəfər ruhi xəstəni döyərək öldürdü - Şabranda dəhşət Beynəlxalq Mətbuat Mərkəzində Tanınmış müğənni Rza Zamanın "Gəl Ayrılaq" adlı klip təqdimatı keçirildi. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili”layihəsi çərçivəsində tədbir keçriləcək Bakıda qadının evindən tüfəng və patron tapıldı Azərbaycanlı biznesmen 80 min lirəni taksidə unutdu, sürücü pulu ... Ağdam İdman Klubunun Şəhidlərimizin xatirəsinə turnir keçiriləcək. Etibarlı Əllər Layihəsi «Bayrağımız – qürur mənbəyimizdir» adlı ədəbi-bədii tədbir keçirdi “Nar” Bayraq Günü ilə bağlı abunəçilərinə hədiyyə vəd edir Prezident Leyla Əliyevanı Şuraya üzv təyin etdi - Sərəncam Amaliya Pənahova vəfat etdi Turində dramatik oyun, Mançester və Plzendə darmadağın - YENİLƏNİB + VİDEO Bakıda qəza - Mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı+ Fotolar "Qazınızdan bir az alın, yarı yolda qalmamaq və bir də ..."-Vəfa Sərdar yazır Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar Bizimkilər - “Pəncərə”ni aparan oğlan: “Atam məni dünya çempionatından məhrum etdi” - MÜSAHİBƏ Yol polisindən kuryerlərə XƏBƏRDARLIQ - VİDEO “Nar” Göyçayda keçirilən festivalda aktiv iştirak etdi “Toxunmasınlar!” - Bəstəkarlar İttifaqının sədrindən himn məsələsinə reaksiya Himn müzakirəsində “başyarma”… - Fazil Mustafa Canlı təhlükə-Sahibsiz itlər insanlara qənim kəsilib Ucarda yaşayış binasında yanğın Aldadilmadan keyfiyyətli eynək hardan ala bilərsiniz?-Foto Azərbaycan nefti ucuzlaşıb- Qiymət Vəfa Sərdar Səfərova redaktor təyin edildi. “Heç kimin qoltuğunda deyiləm” - “Kobramedia”dan açıqlama Sərnişin qatarı yük avtomobili ilə toqquşdu: 20-dək adam... Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi Ərdoğandan Qaşıqçının qətli ilə bağlı önəmli açıqlama Telefon şüası hansı xəstəliklərə səbəb olur? - Alimlərdən qorxunc xəbərdarlıq Qazaxda gənc oğlan bıçaqlandı İradə Əlilinin Tükiyədə kitablarının təqdimatı oldu-Foto “Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir Ukraynada keçirilən Kyokşin karate Çempionatlnda Azərbaycan komanda hesabı ilə birinci olub. Tanınmış Aktyor Sirac Agayevin özəl günüdür. Daha bir sənətkarımız dünyasını dəyişdi "Bizim psixoloqlara çox ciddi ehtiyacımız var" — Deputat “Nar”abunəçilərinə Göyçayda keçiriləcək Nar bayramında iştirak şansı verir Prezident nazirə iki müavin təyin etdi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Avropa çempionatının gümüş medalını qazanmışdır Abşeronlu şagirdlər DTX-nin H.Əliyev adına Akademiyasında olublar Braziliyalı futbolçu qətlə yetirildi “Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır Azərbaycanlı idmançı 4-cü Avrasiya oyunlarının qalibi olub Bakıda şirkətdə güclü YANĞIN: Çilingər faciəvi şəkildə öldü İlham Əliyev Şəkidə - YENİLƏNİB Q.Paşayevanın Kırıkkaledə Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifini bələdiyyə başqanı dəstəkləyib Çaylarda suyun səviyyəsi dəyişdi Yağış, qar, duman... - Bu günün havası Bakının bu əraziləri susuz qalacaq... Jurnalist rektorun köməkçisi təyin olundu Deputatlar bahalı hədiyyələri Milli Məclisə təhvil verəcək Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin polisə aparıldı Ucarda maşın yol kənarındakı dirəyə dəydi - Ölənlər var “Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” adlı layihənin icrasını davam etdirir. Deputat: Enerji içkisi adlansa da, heç bir enerji vermir “Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax “Dilçilik İnstitutunda oturanların qüsurlarını taparıq” - Müğənnilərdən REAKSİYA “Azəriqaz” sayğacların qiymətini qaldırdı Leyla Əliyeva gənclər sərgisində - FOTO MTN generallarının bəraət istədikləri məhkəmədə hakim kimdir -DOSYE "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı - MÜHÜM QƏRAR Ticarət mərkəzində qadın ac akulalarla dolu hovuza düşdü - VİDEO Minik və yük maşını toqquşdu - Xəsarət alan var “Myshops” şirkəti öz mağazasında “Apple” şirkətin yeni məhsullarını təqdim edib İradə Əlili Turkiyənin Tokat şəhərinə 2 ci kitab festivalına dəvət aldı Türkiyədən gəlmiş aydınlar: "“Hər zaman Azərbaycanın yanındayıq!” " Q. Paşayeva: "Birliyimizi gücləndirməliyik!" Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində Müstəqəllik Gününə həsr edilmiş tədbir keçirildi. Rəsul Məmmədov: "Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik" Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI - BU SƏBƏBƏ GÖRƏ (ÖZƏL) Baş redaktorun doğum günüdür Fiziki aktivlik sağlam həyatın əsasıdır – ŞAMAXIDA MÜZAKİRƏ Roza Əliqızı:- Əsir və girovlarımız azad olunmalıdır Bakıda daha bir ərazidə sürüşmə: divar uçdu Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı - Video Nəğmə dolu bir ürək. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tibbi aksiya keçirəcək Sərkisyan Paşinyanın istefasını qəbul etdi - Yeniləndi Q.Paşayeva MM-də "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış edib “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! Qarabağ qazisi Etimad Əsədov vəfat etdi Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR
    File engine/metagen.php not found.