Paşinyan bu gün Moskvada “məşhər ayağına” çəkiləcək

    Paşinyan bu gün Moskvada “məşhər ayağına” çəkiləcək


    "Onun Putinlə görüşünün ağır keçəcəyini və fundamental məsələlərlə bağlı razılıq əldə olunmayacağını düşünürəm” - politoloq

    Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya 8 sentyabrda olacaq səfəri öncəsi xəbər yayıldı ki, Rusiya Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanın vəzifələrindən uzaqlaşdırılmasını tələb edir.

    Ermənistan mediasının yazdığına görə, Paşinyanın həyata keçirdiyi kadr siyasəti ciddi problemlə üzləşib. Ermənistanda hakimiyyətdə təmsil olunan bəzi məmurlar Rusiya üçün qəbuledilməzdir. Onlar uzun illər boyu Rusiyaya, onun hakim elitasının ünvanına təhqiredici çıxışlar edənlərdir. Belə əsas fiqurlardan biri Armen Qriqoryan, o biri isə David Sanasaryandır. Rusiya onların hakimiyyətdə təmsil olunmalarını arzu etmir və bu şəxslərin vəzifədən uzaqlaşdırılmasını açıq şəkildə rəsmi İrəvana bildirib. Rusiya həmin şəxslərə etibar etmədiyini də Ermənistanın hökumət başçısının diqqətinə çatdırıb. Rusiya həmin şəxslərin iki dövlətin maraqlarına zərər vuracağını vurğulayır. Moskva qorxur ki, hərbi-siyasi xarakterli sənədlər belə məmurların vasitəsilə ABŞ-ın əlinə keçə bilər.

    Təsadüfi deyil ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, Ermənistan tərəfinə  çoxlu sualları var. "Rusiya tərəfi Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən açıq və ciddi söhbət gözləyir” deyə, Uşakov bildirib. Qeyd olunur ki, Putin və Paşinyan Rusiya ilə Ermənistan arasında müttəfiq münasibətlərinin əsas məsələlərini müzakirə etmək niyyətindədirlər.

    Armen Qriqoryan isə Moskva ilə Yerevan arasında son vaxtlar etimadsızlıq və gərginliyin yarandığını etiraf edib. Modern.az xəbər verir ki, Rusiyada nəşr olunan "Noev Kovçeq” qəzetinə müsahibə verən məmur bu etimadsızlığın tezliklə aradan qalxacağına ümidini ifadə edib.

    "Yeni Ermənistan hakimiyyətinin rusofob, qərbyönümlü olduğunu sübut edən bir misal varmı? Mənə faktlar lazımdır. Ermənistanın xarici siyasət kursu əvvəlki olaraq qalır. Qərblə və Rusiya ilə münasibətlər inkişaf edir. Düzdür, Kremllə müəyyən etimadsızlıq problemimiz var. Lakin bu problem yaxın zamanda öz həllini tapacaq” - deyə Qriqoryan bildirib.

    Картинки по запросу Elçin Mirzəbəyli

    Bəs Paşinyan Rusiyanın arzulamadığı yüksək vəzifəli həmin məmurları vəzifədən götürmək tələbinə əməl edərmi? Edərsə, bu, sınma nöqtəsi olacaqmı?

    Politoloq Elçin Mirzəbəyli "Yeni Müsavat”a bildirdi ki, haqqında cinayət işi açılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun ölkəni tərk etməsinə icazə verilməsi, sabiq prezident Robert Köçəryanın həbsdən azad edilməsi Paşinyanın ictimai dayaqlarını ciddi şəkildə sarsıdıb.

    Bu azmış kimi, daha sonra Xaçaturov haqqında qərar ləğv edildi, Köçəryanın isə ölkəni tərk etməsinə qadağa qoyuldu. İndi də Rusiyanın tələb etdiyi deyilən adamları vəzifədən çıxarması onun vəziyyətini həddən artıq ağırlaşdırar:"Doğrudur, Paşinyan bütün bunları məhkəmə hakimiyyətinin müstəqil qərarları ilə əlaqələndirdi. Amma təbii ki, bu iddia həqiqətdən çox uzaqdır və hər kəs nəyin baş verdiyinin yaxşı fərqindədir. Paşinyanın eyni şəxslərlə bağlı qərarını iki dəfə dəyişməsi onun çıxılmaz bir vəziyyətdə olduğunu, kütlə, qərb və Rusiyanın maraqları qarşısında seçim edə bilmədiyini göstərir. Bütün bunlardan sonra Armen Qriqoryan və David Sanasaryanın vəzifələrindən uzaqlaşdırılması Paşinyan üçün siyasi ölümə bərabər ola bilər. Ermənistanın baş nazirinin belə bir addım atacağını gözləmirəm. Onun prezident Valdimir Putinlə görüşünün ağır keçəcəyini və fundamental məsələlərlə bağlı razılıq əldə olunmayacağını düşünürəm. Paşinyan çox güman ki, vaxt udmağa çalışacaq. Moskvanın isə ona bu imkanı tanımayacağını düşünürəm”.

    E.Mirzəbəyli hesab edir ki, Paşinyanın Rusiya səfərindən sonra Ermənistanda baş verən proseslərin dinamikası çox güman daha da artacaq: "Ona qarşı irəli sürülən ittihamların intensivləşəcəyi də ehtimal olunur. Bu baxımdan Paşinyanın səfərinin qırılma nöqtəsi olacağı qənaətindəyəm”.

    Картинки по запросу Politoloq Əhəd Məmmədli

    Politoloq Əhəd Məmmədli isə hesab edir ki, bu cür məlumatların Putin-Paşinyan görüşündən əvvəl dövriyyəyə buraxılması Moskvanın mesajı da, Vaşinqtonun sabotajı da ola bilər. Moskva İrəvana mesaj verə bilər ki, ilk öncə bu güzəştlər edilməlidir. Vaşinqtonda İrəvanin Moskva qarşısında güzəştlərinin qarşısını almaq üçün əvvəlcədən bu cür dezinformasiyalar buraxa bilər: "Paşinyan Putin qarşısında güzəştlərə getsə onun xalq arasında nüfuzuna ciddi zərbə olacaq. Paşinyanı ilk öncə ayaqda saxlayan onun arxasında xalqının olmasıdır. Xalqı ona yenilikçi, islahatçı qüvvə olaraq dəstək verir. Paşinyan da başlasa, Sərkisyan sayağı siyasət sürməyə həmin an onu dəstəkləyən xalq bu dəfə qarşısına çıxacaq. İnqilabdan sonra kütlə psixologiyası çox səbirsiz və dəyişkən olur. Bu günün qəhrəmanı kütlənin gözü önündə sabahın xaini ola bilər. Paşinyan bunları bilməmiş deyil. Paşinyan istəyir ki, həm Rusiyanı həmdə onu hələlik dəstəkləyən xalqını razı salsın. Vaxt getdikcə bu daha çətinləşir. Xalq bir tərəfdən Kremldə, digər tərəfdən Paşinyanın qarşısında tələblər qoyur.

    Erməni baş nazir odla su arasında qalıb. O, Putin qarşısında güzəştə getsə xalqını qarşısına alacaq əksi olsa Kremli qarşısını alacaq. Bu dəfə balanslı siyasət keçən deyil. Paşinyan Moskvanın dediklərini etməsə, bu, Ermənistan üçün yaxın gələcəkdə ciddi fəsadlar ola bilir. Bunu da Paşinyan bilməmiş deyil. Paşinyan siyasi fəaliyyətinin ən önəmli dönəmini yaşayır. Bu, İrəvanın mərkəzində populist çıxışlar etmək deyil. Paşinyan inqilabçı qiyafəsindən çıxıb siyasətçi qiyafəsinə qirib siyasi bacarıqlarını ortaya qoymalıdır. Fikrimcə, siyasi bacaraqını ortaya qoya bilməyəcək. Bu da Ermənistan, da yeni böhran deməkdir. Bu isə Azərbaycanın tam xeyrinə olan situasiyanın yaranmasıdır. Ələlxüsus da Azərbaycan-Rusiya rəsmi görüşlərinin intensivləşməsi dövründə Ermənistan-Rusiya münasibətlərinin daha da gərginləşməsi heç şübhəsiz bizim xeyrimizə olacaq. Bu halda Azərbaycana torpaqlarını qaytarmaq üçün tarixi şans yaranacaq”.

    "Yeni Müsavat”


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 328


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Deputat: Enerji içkisi adlansa da, heç bir enerji vermir “Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax “Dilçilik İnstitutunda oturanların qüsurlarını taparıq” - Müğənnilərdən REAKSİYA “Azəriqaz” sayğacların qiymətini qaldırdı Leyla Əliyeva gənclər sərgisində - FOTO MTN generallarının bəraət istədikləri məhkəmədə hakim kimdir -DOSYE "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı - MÜHÜM QƏRAR Ticarət mərkəzində qadın ac akulalarla dolu hovuza düşdü - VİDEO Minik və yük maşını toqquşdu - Xəsarət alan var “Myshops” şirkəti öz mağazasında “Apple” şirkətin yeni məhsullarını təqdim edib İradə Əlili Turkiyənin Tokat şəhərinə 2 ci kitab festivalına dəvət aldı Türkiyədən gəlmiş aydınlar: "“Hər zaman Azərbaycanın yanındayıq!” " Q. Paşayeva: "Birliyimizi gücləndirməliyik!" Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində Müstəqəllik Gününə həsr edilmiş tədbir keçirildi. Rəsul Məmmədov: "Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik" Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI - BU SƏBƏBƏ GÖRƏ (ÖZƏL) Baş redaktorun doğum günüdür Fiziki aktivlik sağlam həyatın əsasıdır – ŞAMAXIDA MÜZAKİRƏ Roza Əliqızı:- Əsir və girovlarımız azad olunmalıdır Bakıda daha bir ərazidə sürüşmə: divar uçdu Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı - Video Nəğmə dolu bir ürək. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tibbi aksiya keçirəcək Sərkisyan Paşinyanın istefasını qəbul etdi - Yeniləndi Q.Paşayeva MM-də "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış edib “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! Qarabağ qazisi Etimad Əsədov vəfat etdi Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR Mehriban Əliyevadan müəllim və tələbələrə təbrik - Məktubu +Fotolar Hərbi hissədə ağacəkmə kampaniyası-Fotolar Sürüşmə anının - Videosu Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir - VİDEO Bakıda yeni dələduz peyda oldu - ''İnstagram''dan 35 nəfərə... (VİDEO) Tramp qızını bu vəzifəyə gətirmək istəyir On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi Minaya düşən sakinin vəziyyəti pisdir — Səhiyyə Nazirliyi Kolbasa və sosiska istehsal edən bəzi şirkətlərin fəaliyyətində nöqsanlar aşkarlandı Yenə leysan xəbərdarlığı edildi 11 oktyabr Beynəlxalq Qızlar günüdür Məmur oliqarxiyasının sonu yaxınlaşır - prezidentdən mühüm və sərt ismarışlar Restoran sahiblərinə sərt xəbərdarlıq Camal Qaşıqçının qaçırılma planını ABŞ kəşfiyyatı bilib - İddia Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində “Turetski xoru” qrupunun konsertini izləyib - FOTO Q.Paşayeva AŞPA-da Azad Demokratlar Qrupu adından çıxış edərək İslamafobiyanın artmasında Avropa ölkələrinin yanlış siyasətini tənqid edib. Şamaxı məktəb direktoru Gülnurə Babaşova : Təhsildə əldə edilmiş nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Rusiya Avropa Şurasından çıxarıla bilər Şəki sakinləri üçün oftalmolji müayinələr keçiriləcək Google istifadəçilərinə BƏD XƏBƏR - 2019-cu ildə bağlanacaq İçində miqrantların olduğu mikroavtobus yandı - Fotolar Bahar Muradovadan rusiyalı həmkarlarına çağırış "Neftçi İdman Klubu”nun cüdoçusu Vüqar Talıbov tarixi uğura imza atıb. “Nar” gənclərə fürsət yaratdı Eks-nazir Azərbaycana qayıda bilmir - SƏBƏB Bakı metrosunda həyəcan: Qatarlar boşaldıldı Qənirə Paşayeva Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə cavab verib "Mən qələt eləmişəm" - Qızını erməniyə verən diaspor sədri (VİDEO-FOTO) Hansı qida mədəmizdə nə qədər müddətə həzm olunur - SİYAHI “Savaşçı” serialının Azərbaycan bayrağı ilə başlaması bəyənildi – VİDEO Berluskoni Qara dəniz haqqında "yalan"ı BELƏ İFŞA ETDİ (FOTO) Nurməhəmmədov-Makqreqor döyüşünün və döyüşdən sonrakı davanın TAM VİDEOSU 19 yaşlı qızın cəsədi kanaldan tapıldı Nazirdən açıqlama: Neftin qiyməti və sanksiyalar... Sumqayıt təhsilini uçruma aparan yol-ARAŞDIRMA Aeroport yolunda növbəti qəza-Video+Foto ABŞ Konqresi Trampın namizədini Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib –Səsvermə zamanı qalmaqal baş verib Sumqayıtda direktor müavini dayəni döyüb xəstəxanalıq etdi - Fotolar 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var - VİDEO+FOTOLAR İTV KANALIN YENİ UĞURLU LAYİHƏSI Sağ-salamat doğulan körpə 2 gündən sonra xəstəxanada öldü - Azərbaycanda Göygöldə yük maşını aşdı - 2 nəfər öldü, 2 yaralı Hacıbala Abutalıbova yeni vəzifə tapşırıldı Bakıda özəl klinikada pasiyent öldü - Açıqlama Qənirə Paşayeva müəllimləri təbrik edib Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb 2018-ci il üzrə Nobel sülh mükafatının qalibləri məlum olub Bakı sakini bacısının körpəsini 350 manata satıb Sabah hava belə olacaq – PROQNOZ Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi Qatarla toqquşub, 2 nəfərin ölümünə səbəb olan avtobus sürücüsünün FOTOSU YAYILDI Çingiz Abdullayev: “Bunlar əclafdırlar!” - TƏXRİBAT Rusiya rəsmən dollardan imtina edir Mehdiyev göstəriş verdi, məsələ həllini tapdı “Biləsuvar cəngavərləri” kitabının təqdimat mərasimi keçirildi Pentaqonun başçısını da zəhərləmək istədilər “Nar”dan autizmli uşaqlara dəstək - FOTOLAR Xocavənd rayonunun işğalından 26 il ötür Rusiya Qarabağa görə Beynəlxalq Məhkəməyə verilə bilər! Q.Paşayeva MM-də qardaş Türk dövlət və toplumlarından gənclərin Azərbaycanda təhsili ilə bağlı təkliflərlə çıxış edib “Nar” yarımilin hesabatını və yenilənmiş brendinitəqdim etdi Leyla Əliyeva “İmmolatio”nun premyerasında - Foto İnsanda siçan virusu aşkarlandı – İlk dəfə İlham Əliyev Paşinyanla Qarabağdan danışdı - Rəsmi Qubada yük avtomobili dərəyə aşdı, sürücü yaralandı Azərbaycan nefti bahalaşıb Zibilə düşən it: İtin başı görün harda qaldı… - VİDEO
    File engine/metagen.php not found.