"Biz bu müqaviləni kiminlə imzayalacağımızı bilmək istəyirik”
İcxeberler.info bildirir ki, Tanınmış politoloq Eldar Namazov Moderator.az-a açıqlamasında Ermənistanın hərbi-siyasi rəhbərliyinə məsləhət ünvanlayıb.
Politoloq Ermənistan qanunvericiliyində baş nazir və prezident səlahiyyətləri ilə bağlı dəqiq bölgünün hələ də mövcud olmadığını bildirib və düşmən tərəfi vaxt itirmədən bu məsələyə aydınlıq gətirməyi tövsiyyə edib:
"Yaxşı olardı ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Ermənistan qanunvericiliyində baş nazir və prezident bölgüləri ilə bağlı boşluqları doldursun və səlahiyyətləri dəqiq müəyyənləşdirsin. Çünki biz Ermənistanın kapitulyasiyası ilə bağlı müqaviləni kiminlə imzalayacağımızı bilmək istəyirik. İstəmirik ki, həmin an hansısa çaşqınlıq və ya qeyri-müəyyənlik meydana çıxsın. Ermənistan tərəfinin bu məsələyə aydınlıq gətirməsi, səlahiyyətlər bölgüsünü dəqiq müəyyənləşdirməsi İrəvanla kapitulyasiya müqaviləsinin imzalanması zamanı vaxt itkisinin önlənlənməsi baxımındna əhəmiyyətlidir”.