Prezident və xanımı açılışda

    Prezident və xanımı açılışda


    Dekabrın 5-də Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı olub.

    AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

    Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına məlumat verdi ki, Regional Data Mərkəzinin və IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzinin operatoru 2015-ci ilin iyun ayında yenidən strukturlaşdırılaraq adı dəyişdirilən "AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qurumun inzibati binası ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Yeni binada əməkdaşların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Binanın yerləşdiyi ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.

    İnzibati binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə rabitə və yüksək texnologiyalar sektoruna hərtərəfli qayğılarını əks etdirən fotoguşələr yaradılıb.

    Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni yaradılan Data Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

    Qeyd edək ki, müasir dünya standartlarına cavab verən Data Mərkəzi TİER III beynəlxalq sertifikatına layiq görülüb. Mühafizə olunan obyekt statusuna malik Data Mərkəzi ölkə və region səviyyəsində kompleks İT xidmətləri göstərir və ən son texniki göstəricilərə malik baza əsasında müştərilərə fərdi həllər təklif edir. Fasiləsiz iş rejimində məlumatların təhlükəsizliyinin nəzarətlə tam təmin olunması, şirkətlərin konkret tələblərinə cavab verən, ehtiyac yarandıqda onlara infrastruktur əldə etməyə imkan yaradan virtual və ayrılmış serverlərin, həmçinin optimallaşdırılmış şəbəkənin qurulması Data Mərkəzinin çoxsaylı üstünlüklərindəndir. Bu isə öz növbəsində, şirkətlərə kapital xərclərini sıfıra endirməyə, istismar xərclərini isə 30-40 faiz azaltmağa imkan yaratmaqla yanaşı, məhsuldarlığı artıraraq biznesin dayanıqlılığına öz töhfəsini verəcək.

    Data Mərkəzi bulud əsaslı İT həllər, eləcə də beynəlxalq trafik və sertifikatlaşdırma ilə bağlı digər xidmətlər də təqdim edir. Həmin Mərkəz vasitəsilə şəbəkələrarası sərhəd qoşulma nöqtələrində siqnal protokollarının ötürülməsinə, media-kanalların keyfiyyətinə, paketlərin gecikməsi və itməsinə də nəzarət həyata keçirilir. Mərkəz mobil şəbəkə üzrə daşınan mobil nömrələrə daxil olan zəngləri daşınmanı həyata keçirən operatorun şəbəkəsinə terminasiya edir, eləcə də sifarişçilərin istəklərinə uyğun olaraq müxtəlif tarif paketlərinin tətbiqi, silsilə servislərin idarə edilməsinə də təminat yaradır. Yeni Data Mərkəzi həm respublikamızda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyalara şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının dövlət və özəl sektorlarda tətbiqinə təkan verəcək. Ən əsası, Prezident İlham Əliyevin rabitə və yüksək texnologiyalar sektoruna hərtərəfli diqqət və qayğısının məntiqi nəticəsi olaraq, öz etibarlı və qüsursuz infrastrukturu ilə Data Mərkəzi regional informasiya mərkəzinə, Bakı isə regionun məlumat paytaxtına çevrilir.

    Prezident İlham Əliyevə məlumat verildi ki, yeni mərkəzlərin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyəti üçün ən müasir texnologiyalar və avadanlıqlar tətbiq edilib.

    Dövlət başçısı və xanımı Beynəlxalq Kommutasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

    Azərbaycan Prezidentinə Mərkəzin imkanları barədə məlumat verildi. Qeyd olundu ki, bu sahə üzrə əldə edilmiş uğurlardan biri də trafik analizlərinin optimallaşdırılması məqsədilə ilə İP əsaslı kommutasiya platformasında beynəlxalq kommutasiya stansiyasının yaradılmasıdır. Beynəlxalq Kommutasiya Mərkəzi giriş və çıxış zənglərinin monitorinqinin təkmilləşdirilməsini, analoq və ya rəqəmli kommunikasiya kanalında bir neçə siqnalın və ya sürət-bit axınının olduğu kimi verilməsini mümkün edir. Bu platformadan istifadə edərək əhali və biznes sektoru üçün səs, video, data, SMS və digər müxtəlif telekommunikasiya və multimedia xidmətlərinin göstərilməsi təmin olunacaq. Burada çoxlu sayda istifadəçinin kommunikasiya əlaqəsi TDM adlandırılan cihaz vasitəsilə yüksəksürətli lif əlaqələr üzərindən qarşı stansiyaya ötürülür ki, bu da son müştərinin heç bir maneəsiz, kəsintisiz, yüksək etibarlı xidmətlər almasına və əməliyyatlar aparmasına zəmin yaradır.

    Daha sonra dövlətimizin başçısı və xanımı Beynəlxalq Kommutasiya və Regional Data mərkəzlərinin yerləşdiyi "AzInTelecom” Məhdud Məsuliyyəti Cəmiyyətinin inzibati binasındakı iş şəraiti və maddi-texniki baza ilə tanış olublar.

    Prezident İlham Əliyev həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin artırılması üçün ölkəmizdəki bütün qurumlarda iş şəraitinin əsaslı surətdə yaxşılaşdırılmasını və ən müasir standartlara uyğunlaşdırılmasını prioritet vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə də xüsusi diqqət yetirilir.

    "AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin iclas salonu da müasirliyi ilə diqqət çəkir. Burada da ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqlar geniş tətbiq olunub.

    İclas salonunda "AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti və yeni yaradılan mərkəzlərlə bağlı təqdimat keçirildi. Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycan ilə xarici ölkələr arasında mübadilə olunan beynəlxalq trafikin analizi, ölkəmizə idxal edilən telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılan Data Mərkəzi nəzdində kompleks informasiya texnologiyaları xidmətlərinin göstərilməsi "AzInTelecom” MMC-nin başlıca fəaliyyət istiqamətləridir. Həmin qurum tərəfindən tətbiq edilən trafikin analizi xidməti Azərbaycan ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telekommunikasiya xidmətlərinin yüksək keyfiyyətlə alternativliyinə təminat yaradır. Bundan başqa, həmin yenilik daha müasir xidmətlərin göstərilməsi və həcminin artırılmasına da imkan verir. Diqqətə çatdırıldı ki, informasiyaların idarə olunmasının düzgün şəkildə təmin edilməsi günün başlıca məsələlərindəndir. Bu prosesin təhlükəsiz və sərfəli qiymətlərlə həyata keçirilməsi də vacib şərtlərdəndir. Bu baxımdan lazımi xidmətlərin cəmləndiyi Data Mərkəzi mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, Cənubi Qafqaz regionunun TİER III sertifikatlı yeganə Data Mərkəzi Azərbaycanda fəaliyyətə başlayıb. TİER III kateqoriyasının əsas fərqləndirici xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma, ehtiyat enerji təminatı sistemləri və ehtiyat telekommunikasiya infrastrukturu daxildir. Ən başlıcası, TİER III sertifikatlı Data Mərkəzinin bütün hallarda işləmə səviyyəsi 99,982 faizə bərabərdir. Müştərilər isə yalnız istifadə etdikləri resurslara görə ödəniş edəcəklər. Şirkətlər, digər iqtisadi qurumlar bu Mərkəz vasitəsilə istədikləri infrastruktur tipli xidmətlərlə təmin olunacaqlar.

    Respublikamızda bu xidmətlərin daha geniş tətbiqinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 625


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Nar”“Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi Vilayət Eyvazov idarə rəisini işdən çıxardı Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub Q.Paşayeva MM-in Səhiyyə komitəsində cəmiyyətimizi narahat edən bir sıra problemlərlə bağlı təkliflərlə çıxış edib Pula görə şagird avtobusdan düşürüldü – Ekspertdən çağırış Gənc Tamaşaçılar Teatrının tavanı niyə çökdü? Ərdoğan: “İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik” “Müəllim peşəsi ən rəqabətli və böyük maraq doğuran peşəyə çevrilib” –Təhsil naziri Ordumuz 10 minlik heyətlə savaş təliminə başladı - Video Luna qalmaqallı çıxışları ilə gündəmdə- "Səviyyəli şəkildə..."-EKSKLUZİV (Video) Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq öldü Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib Prezident Bakı məktəbində - Fotolar Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq" Putin Həbiblə görüşdü - VİDEO Elinaya görə 100 min təzminat çox azdır - Ekspert Şirvan sakini turşudan zəhərləndi Azərbaycanda uşaqpulu necə və kimlərə verilsin?.. Ekspertdən TƏKLİF Mirşahin Sərdar Cəlaloğluna qardaşını xatırlatdı Bakıda 43 yaşlı kişini avtomobil vurdu Nəsimiyə həsr olunan beynəlxalq elmi konfrans olacaq Bakıda binadan düşən iri şüşə parçası 2 nəfərə xəsarət yetirib - VİDEO Məktəb direktor və müavinlərinin maaşı artdı Beynəlxalq Mətbuat Mərkəzində “Məişət zorakılığı” mövzusunda tədbir keçiriləcək Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib. Bakıda 26 yaşlı kişi bıçaqlandı Limon suyuna sarımsaq atanda baxın nə olur! Təsiri inanılmaz Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb Bakıda təcili yardım maşını ilə mebel daşındı - VİDEO Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədovdan açıqlama Leyla Əliyeva xaricdə magistr təhsili alacaq gənclərlə görüşdü - Foto Şəmkirdə avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananların adları - YENİLƏNİB + FOTO Bakıda maşın 39 yaşlı kişini vurub xəstəxanalıq etdi Yaponiya rəsmisi: Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıyıq Qasırğa qurbanlarının sayı daha da artdı - Video Alimlərdən qazlı içkilərlə bağlı ölüm xəbərdarlığı: gündə bir stəkan içirsinizsə... Boris Conson: "Britaniyanın 31 oktyabrda AB-ni tərk etməsi üçün əlimdən gələni edəcəm" Rusiyada hərbi helikopter qəzaya uğradı - Video Q.Paşayeva tələbə adını qazanan gənclərə çağırış edib Qorxudan ürək partlaya bilərmi? - Tibbi izahı Manatın məzənnəsi dəyişmədi Bakıda küçədən kişi meyiti tapılıb Bu gün bu rayonlarda qaz təchizatı dayandırılacaq - XƏBƏRDARLIQ Amerika çempionatında gözəl qol vuruldu Cəfər Cabbarlı 120 yubileyi münasibətilə kitab təqdimat mərasimi keçirildi Kartofu qızardarkən xərçəng törədən maddə yaranır — Düzgün bişirilmə qaydası Leyla Əliyeva Üzüm və Şərab Festivalında - Fotolar “Nar” bölgələri yüksək keyfiyyətli internetlə təmin etməyə davam edir Rusiyalı ekspert: Tarixi yenidən yazmaq cəhdi heç vaxt yaxşı nəticələnməyib Ağsuda dağlıq ərazidə yanğın başladı, əraziyə helikopter cəlb edildi MiQ-29-un qalıqları necə tapıldı? - General danışdı İrəvan Bakıya seçim qoymur: Savaş... - Ekspert Azərbaycan səmasında "uçan boşqab" - Şok Video “Tarixə adını yazan Qadınlar” kitabının Tovuzda imza günü keçirilib “Nar” 4G istifadəçilərinin sayı 2 dəfə artdı Mingəçevir İES-də bədbəxt hadisə: fəhlə yanaraq öldü Azərbaycanda benzinlə bağlı qərarda dəyişiklik Azərbaycanda toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 21 nəfər... Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?! Bakıda güclü yanğın başladı – VİDEO Ağsuda yenidən yanğın başladı Mehriban Əliyevanın doğum günüdür Sumqayıtda iki qrup arasında kütləvi DAVA Evi təmir etmək istədi, elektrik cərəyanı vurdu 98 yaşlı qadın yıxılaraq xəstəxanalıq oldu Türkiyədə 30 nəfər qidadan zəhərlənib Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır... BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT Gəncədə 75 yaşlı qadın hovuzda boğulub Putin İlham Əliyevi parada dəvət etdi Azərbaycanda 4 bal zəlzələ olub Bakıda ilk: Akrobatika üzrə dünya çempionatı keçiriləcək Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib Nazirlikdən "İşsizin DOSTU" proqramı ilə bağlı AÇIQLAMA ATƏT: XİN başçıları həmsədrlərin himayəsi altında yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib Bakıda “Range Rover” parka belə girdi - VİDEO ABŞ-dan Çinə qarşı sərt - Bəyanat “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş” Faciə!-Uşağı vurub qaçdı, başqası xəstəxanaya apararkən qəzaya düşdü - İkisi də öldü İsrail ordusu yanlışlıqla öz təyyarəsinə atəş açdı “İnanırdıq ki, Rəşad qayıdacaq” - Həyat yoldaşı+Foto Yer kürəsi boyda yeni planet tapıldı Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal təşkilatları, QHT və KİV rəhbərləri ilə Azərbaycan həqiqətlərindən danışıb Pilotumuz son mənzilə belə yola salındı - FOTOLAR Leyla Əliyeva müalicə olunan uşaqlarla görüşdü - Foto Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb Azərbaycanlı aktyor beyin insultu keçirdi Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib "Sizi Tanıyaq" layihəsinin Sezon Final çəkilişi baş tutdu-Video İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək Ürək xəstəliklərinin səbəbi bəlli oldu Daha bir ölkədə milyonlarla müsəlman üçün həbs düşərgələri qurulacaq- SOS!..-FOTOLAR “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi
    File engine/metagen.php not found.